"Gənclərin Virtual Multikulturalizm Mərkəzi" n 29 (93 2016)



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə218/222
tarix18.05.2018
ölçüsü6,34 Mb.
#44769
1   ...   214   215   216   217   218   219   220   221   222

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

863 


 

Göy budaqlar versələr də əl ələ

Ancaq uşaq sevgisiydi bu, hələ, 

Görməmişdi sevənləri heç belə, 

Ilk görüşlə başlar oğlan sevgisi. 

 

Uşaqda da sevgi olur, kal olur, 



Bulaq axır, damcı, damcı göl olur, 

Bu olmasa gül də yanır kül olur, 

Buna görə daş sevgisi lal olur

Ilk görüşlə başlar oğlan sevgisi. 

 

Üç gün qalıb, dördüncü gün getdilər, 



Dağda, daşda, kolda-kosda itdilər, 

Güllər kimi üzü üzə sürtdülər, 

Gücə yatıb, gültək səhər bitdilər, 

Ilk görüşlə başlar oğlan sevgisi. 

 

Yavaş-yavaş qardaş yaddan çıxırdı, 



İki sevgi günəşsayaq doğurdu

Yaz yağışı kimi sevgi yağırdı, 

İlk görüşlə başlar oğlan sevgisi. 

 

                 *** 



 

Bacısını tanımadı Qardanağ, 

Yarpaq kimi titrək olur ilk görüş. 

Görməmişdi bacısını on üç il, 

Yarpaq kimi titrək olur ilk görüş. 

  

Qucaqlaşıb qoşa budaq oldular, 



Ağladılar, damcı bulaq oldular, 

Bacı, qardaş titrək dodaq oldular

Yarpaq kimi titrək olur ilk görüş. 

  

                  *** 



 

Şamxat gəldi dilə tutdu baldızı, 

Gəlin gərək dilə tuta baldızı. 

Şamxat dedi:-Nə gözəlsən, Ağdanağ, 

Gəlin gərək dilə tuta baldızı. 

O soruşdu öncə Dümağ ananı, 

Sonra Urel diyarında qalanı, 

O dilucu təriflədi oranı, 

Gəlin gərək dilə tuta baldızı. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

864 


 

Dedi:-Göygöz, qoşa hörük Ağdanağ, 

Qızbax, Qızod, Qızağ kimi üzü ağ, 

Niyə belə çəkinənsən, utancaq, 

Gəlin gərək dilə tuta baldızı. 

 

Bu Qor kimdir, düşüb sənin dalına, 



Çevrilibdir əsirinə, quluna, 

Batıb əli deyən, sevgi balına, 

Gəlin gərək dilə tuta baldızı. 

 

Qor dedi ki, Mən Turparın oğluyam, 



Mən anama, mən nənəmə bağlıyam, 

Bu İrandan mən ürəyi dağlıyam, 

Gəlin gərək dilə tuta baldızı. 

 

Şamxat dedi:-Belə demə, cavansan, 



Sən də yarı Turan, yarı İransan, 

Sən də bura dönəcəksən haçansa, 

Gəlin gərək dilə tuta baldızı. 

 

Buralıya xoşdur bura o yandan, 



Istəyirsən qal bizimlə İranda, 

Ikidamar doğulubsan Turanda, 

Gəlin gərək dilə tuta baldızı. 

 

-İkidamar, ikiağız qılıncam, 



Turpar oğlu Qoram, sizə qoruncam, 

Qisas allam Tusdan, gücüm qalınca, 

Gəlin gərək dilə tuta baldızı. 

 

 



Sona gəldi, təngənəfəs, çaparaq, 

Üzərində ağır, iti yal-yaraq, 

Dedi:-Oğlum, olma burda oyuncaq, 

Öc alanlar gəlib səni tapacaq

Gəlin gərək dilə tuta baldızı. 

 

Bunu deyib o hay-həşir qopartdı, 



O qıy vurdu, Qoru aldı, apardı, 

Qor sevdiyi anasına qabardı, 

Gəlin gərək dilə tuta baldızı. 

 

Qor söylədi Ağdanağa qəflətən, 



-Ay qız, səni mən sevirəm ürəkdən, 

Elə bu vaxt ağ at qopdu yerindən, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

865 


 

Gəlin gərək dilə tuta baldızı. 

 

 

 Anakarın ölüm söylənci 



 

Balasq, Yunan, Filip bir də İskəndər, 

Dəyişilir dünya özü bilmədən. 

Şair gəlib çatdı axır Yunana, 

Dəyişilir dünya özü bilmədən. 

 

Getdi şeir məclisinə Anakar, 



Hamı onun gəlişinə intizar, 

Tanınmışdı şair,-Tiran, Mindiyar, 

Dəyişilir dünya özü bilmədən. 

 

O, Sərtüzdən, “Avesta”dan danışdı, 



Sonra şeir-şairlərlə yarışdı, 

Tənqid oldu, üzü, alnı qırışdı, 

Hamı ondan Turqu, Tunqu soruşdu

Dəyişilir dünya özü bilmədən. 

 

Dedi:-Tunqər qayıtmadı səfərdən, 



Dedilər ki, zəhərlənib zəhərdən, 

Sarsılıbdır Turan bu son xəbərdən, 

Dəyişilir dünya özü bilmədən. 

 

Yürüş edir İran tez-tez Turana, 



Gah bu çıxır, gah o çıxır meydana, 

Güc veriblər qırğın ilə talana, 

Dəyişilir dünya özü bilmədən. 

 

Biri dedi:-Şair, heç də darıxma, 



Iran, Turan deyib belə qızıxma, 

Güc gözləmə daha Turqər yazıqdan, 

 Dəyişilir dünya özü bilmədən. 

 

Yürüşdədir Filip oğlu İskəndər, 



İran, Hind, Çin fəth olacaq sərasər, 

Fatehlikdir şərqə doğru bu səfər

Dəyişilir dünya özü bilmədən. 

 

Siz Filipi iki dəfə qovubsuz, 



Yaralayıb, üz-gözünü ovubsuz, 

Yunanlıları döyüb, lağa qoyubsuz, 

Dəyişilir dünya özü bilmədən. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

866 


 

 

Görəcəksiz İskəndərin gücünü, 



O alacaq atasının öcünü, 

Görəcəksən çox ölkənin köçünü, 

Yiyəcəksən acığından içini, 

Dəyişilir dünya özü bilmədən. 

 

Dedi:-Anam buralıdır, Mariya, 



Yüz beş olub yaşı, dönüb qarıya, 

Sən düşübsən çəpər kimi araya, 

Dəyişilir dünya özü bilmədən. 

 

        İskəndər söylənci 

 

Çıxdı ordan tərmə-tələs Anakar



Bəzən söz də dönüb olur əmanət. 

Çatmalıydı deyilən söz Turana, 

Bəzən söz də dönüb olur əmanət. 

  

İskəndərin yürüşləri ardıcıl, 



Vurdu, qırdı on minləri bu qancıl, 

Ölkələri aldı ələ yabançı, 

Bəzən söz də dönüb olur əmanət. 

 

Hələ gəlib çatmamışdı Turana, 



Şair bunu xəbər verdi dörd yana, 

Öz qardaşı onu çəkdi meydana, 

Bəzən söz də dönüb olur əmanət. 

  

Dedi:-Qardaş, sən az qabart Yunanı, 



Bir azcana tərif elə Turanı, 

Çevir bir az bizə tərəf sükanı, 

Bəzən söz də dönüb olur əmanət. 

  

Ana orda, biz burada doğmayıq, 



Biz Turanda yerbəyerik, yığmayıq, 

Dayaz gölük, biz buluddan yağmayıq, 

Bəzən söz də dönüb olur əmanət. 

  

Dedi:-İran, Turan, Yunan bir eldir, 



Bizi bircə ayıran var,o, dildir, 

Döyüş, vuruş gəlib keçən bir seldir, 

Bir-birindən insan ayrı deyildir

Bəzən söz də dönüb olur əmanət. 

  



Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   214   215   216   217   218   219   220   221   222




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə