Turan-sam(turan-csr) yil: 013 CİLT: sayi: 18 İlkbahar, 2013 year: 2013 volume: issue: 18 spring, 2013 turan stratejik araştirmalar merkezi dergiSİ



Yüklə 169,16 Kb.
Pdf görüntüsü
tarix01.08.2018
ölçüsü169,16 Kb.
#60130


TURAN-SAM(TURAN-CSR) 

YIL: 2013 * CİLT: 5 * SAYI: 18 * İLKBAHAR, 2013 

YEAR: 2013 * VOLUME: 5 * ISSUE: 18 * SPRING, 2013 

TURAN STRATEJİK ARAŞTIRMALAR MERKEZİ DERGİSİ 

(JOURNAL OF TURAN CENTER FOR STRATEGICAL RESEARCHES) 

www.turansam.org 

 

 

31 



(4) 

MİRZƏ FƏTƏLİ AXUNDOV, HEYDƏR HÜSEYNOVUN TƏDQİQİNDƏ 

TÜRKÇE: HAYDAR HÜSEYİNOV’UN ARAŞTIRMASINDA MİRZE FETH 

ALİ AHUNDOV 

ENGLISH: MIRZA FATALI AHUNDOV AS A HAYDAR HUSEYNOV’S 

RESEARCH 

 

Dr. Rəşad ƏSGƏROV

*

 

            

 

ÖZET 

Makalede  bu  sene  200.  yıldönümünü  kutladığımız  Mirza  Fatali  Ahundov’un 

felsefi,  bilimsel  görüşleri,  etik  ve  estetik  bakış  açısı,  ayrıca  din  konusundakı  felsefi 

fikirleri,  kadın-erkek  eşitliği,  elifba  ıslahatı  ve  diğer  konular  araştırılmıştır.  Bu 

aratırmada Ahundov’un Batılı aydınların eserlerine referansları ve bununla ilgili Haydar 

Huseynov’un  araştırmaları  ışığında  Azerbaycan’da  aydınlanma  felsefesinin 

gelişimindeki  hizmetleri  tetkik  edilmiştır.  Önceleri  Doğu’da  oluşan  tüm  noksanları 

İslam  dini  ve  bu  dinin  devamcıları  sayılan  mollalarla  ilişkilendiren  Ahundov,  daha 

sonra  İslama  daha  yumuşak  yaklaşımda  bulunmuş,  milli-manevi  değerlerin  milletlerin 

yaşamlarındakı olumlu etkisini belirtmiştir. 

Ahundov idrak nazariyesinde rasyonalizmden yola çıkarak idrak sürecinde hissi 

olanla  rasyonel  olanın  vahdetini  kabul  etmiştir.  Makalede  Haydar  Huseynov’un 

araştırmaları  sonucunda  Ahundov’un  ilmi  mirasının  tüm  Doğu  halklarının,  özellikle 

Azerbaycan halkının milli kültürel gelişimindeki rolü vurgulanmıştır. 

Anahtar  Kelimeler:  Aydınlanma,  Demokrasi,  Hürriyet,  İdeolojik  Akım, 

Rasyonel İdrak, Sosyal Gelişim. 

 

 

 



ABSTRACT 

Mirza  Fatali  Akhundov  whose  200  years  anniversary  celebrated  this  year 

attended philosophical, scientific view, aesthetic and esthetic thoughts and philosophical 

thoughts about religion, women and men law equality, the alphabet reform and etc. have 

been  investigated  in  the  article.  The  acquaintance  of  Akhundov  with  the  European    

enlightener”s  works  and  his  services  in  the  development  of  enlightened  philosophical 

Huseynov’s  studying  here.  From  the  begining  Akhundov  have  dealed  all  the  events 

which  took  place  in  the  East  world  with  Islam  religion  and  with  the  moollah  who  are 

religion  cariers  and  then  he  kept  loyal  attention  to  Islam  and  valued  highly  positive 

influence  to  welfare.  Taking  into  account  the  realism  in  intellect  theory  Akhundov 

adopted the unity of feeling and rationality.  

In the conclution of Heydar Huseynov’s investigation it especially is pointed out 

that Akhundov’s scientific hereatage played especial role in the development of national 

culture of Azerbaijan and all eastern peoples. 



Keywords:  Democracy,  Enlightenment,  Freedom,  Ideological  Action,  Rational 

Intellect, Social Development. 

                                                 

*

 Fəlsəfə üzrə fəlsəfə doktoru, Bakı/AZƏRBAYCAN; asrasad@mail.ru 




TURAN-SAM(TURAN-CSR) 

YIL: 2013 * CİLT: 5 * SAYI: 18 * İLKBAHAR, 2013 

YEAR: 2013 * VOLUME: 5 * ISSUE: 18 * SPRING, 2013 

TURAN STRATEJİK ARAŞTIRMALAR MERKEZİ DERGİSİ 

(JOURNAL OF TURAN CENTER FOR STRATEGICAL RESEARCHES) 

www.turansam.org 

 

 

32 



                                                                                                           

Bu il görkəmli Azərbaycan mütəfəkkiri, maarifçi, drammaturq və filosofu Mirzə 

Fətəli  Axundovun  anadan  olmasının  200  illiyi  dövlət  və  YUNESKO  xətti  ilə  geniş 

miqyasda  qeyd  edilir.  Bu  böyük  filosofun  Azərbaycan  xalqı  üçün  gördüyü  işlərin 

miqyası  o  qədər  genişdir  ki,  anadan  olmasından  iki  əsr  keçməsinə  baxmayaraq  onun 

elmi  irsi  bu gün də öz aktuallığını saxlayır. Mirzə Fətəli Axundovun milli  maarifçilik 

fəlsəfəsində  Şərq  xalqlarının  azadlıq  və  səadəti  uğrunda  yorulmadan  mübarizə 

aparmışdır. O “Kəmalüddövlə məktubları” traktatında öz fəlsəfi mülahizələrini, fəlsəfi 

dünyagörüşünü    tam  aydınlığı  ilə  göstərmişdir.  Materialist  fəlsəfənin  müxtəlif 

məsələlərini  və  kateqorialarını  bu  əsər  vasitəsilə  tədqiq  edən  Axundov  eyni  zamanda 

maarifçiiliyin bir məfkurə hərəkatı kimi rolu və əhəmiyyətini də tam aydınlığı ilə açıb 

göstərmişdir. Axundov materialist mövqeyi əsas götürərək bütün dinlərə, o cümlədən də 

islam  dininə  birmənalı  yanaşmamış, bəzən isə  ateist mövqedən dinə qarşı mübarizənin 

labüdlüyünü vurğulamışdır. 

Axundovun  elmi-fəlsəfi  irsi  müxtəlif  tədqiqatçılar  tərəfindən  fikrimizcə  əsasən 

iki dövrdə tədqiq olunmuşdur.  

Sovet  dövrü  tədqiqatçıları  zamanın  tələblərinə  uyğun  olaraq  marksist 

metodologiyadan istifadə edərək (Hüseynov H, Qasımzadə F, Əhmədov Ə, Məmmədov 

A, Məmmədov Ş, Mustafayev Q, Məmmədzadə  H, Rəfili  M, Rüstəmov  İ, Ramazanov 

F,  A.P.Nəsir  və  s.)  Axundovun  irsini  tədqiq  etmiş  və  əsas  diqqəti  onun  materialist 

fəlsəfəsi,  dinə  qarşı  mübarizəsinə  vermiş,  Qərbi  Avropa  maarifçilik  fəlsəfəsinin  bütün 

xüsusiyyətlərinin  məhz  Axundovda  cəmləşdiyini  göstərməyə  çalışmışlar.  Bu  dövrdə 

Axundov  həm  də  drammaturq  və  nasir  kimi  ədəbiyyatçıların  da  tədqiqat  obyektinə 

çevrilmiş, onun ədəbi tənqidi məqalələri və etik, estetik görüşləri haqqında kifayət qədər 

tədqiqatlar aparılmışdır.  

Postsovet  dövrün  (müasir)  tədqiqatçıları  isə  M.F.Axundova  münasibətdə  daha 

yumuşaq mövqe ortaya qoyur, onun bütün dinlərə, o cümlədən islam dininə heç də qarşı 

olmadığını vurğulayaraq sübut etmək istəyirlər ki, Axundov yalnız riyakar mollalar və 

din  xadimlərinə  qarşı mübarizə  aparmışdır. Bu dövrün  görkəmli  tədqiqatçısı akademik 

Firudin  Köçərli  “M.F.Axundovun  dünyagörüşü”  monaqrafiyasında  hətta  Axundovu 

dindar  və  idealist  kimi  təqdim  edir.  F.e.d,  Zümrüd  Quluzadə  isə  Axundovun  digər 

Azərbaycan maarifçilərindən fərqli olaraq din və dini dünyagörüşü ilə ardıcıl mübarizə 

aparmasını, islam dini ilə bağlı adət və ənənələrə qarşı radikalizmlə səciyyələnən və bir 

sıra məqamlarda obyektivlikdən kənar mülahizələri ilə tamamilə razılaşmırdı. Amma o, 

Axundovun fəlsəfi dünyagörüşünün Şərqin mədəni həyatına böyük təsirini də xüsusi ilə 

vurğulayırdı (7, 335-336). 

M.F.Axundovu  ilk  dəfə  fəlsəfi  baxımdan  tədqiqat  obyektinə  çevirən  Heydər 

Hüseynov olmuşdur. H.Hüseynov da öz əsərlərində idoloji tələblərdən çıxış edərək dinə 

qarşı  mübarizənin  zəruriliyini  vurğulasa  da,  islama  qarşı,  Şərq  mentalitetinə  qarşı 

münasibətdə  Axundovun  mövqeyini  kənara  qoyaraq  əsas  diqqəti  fəlsəfi  səpgiyə 

yönəldir.  Baxmayaraq  ki,  o,  bu  məsələlərə  daha  çox  diqqət  yetirsəydi,  toxunsaydı  

respublikada daha yüksək vəzifələrə yüksələ bilərdi. Həm də ateizmin təbliği və tədqiqi 

o  dövrdə  tədqiqatçıya  bəraət  qazandıra  bilərdi.  Amma  bütün  bunlara  baxmayaraq 

H.Hüseynov  ideoloji  tələbləri  nəzərə  alaraq  din  və  dini  dünyagörüş  barədə  tənqidi 

fikirlər  bildirsə  də,  Məhəmməd  peyğəmbərə  hörmətlə  yanaşmış,  onun  haqqında 

“Kəmalüddövlə  məktublarında”  verilən  məsələləri  öz  tədqiqatından  kənarda 




TURAN-SAM(TURAN-CSR) 

YIL: 2013 * CİLT: 5 * SAYI: 18 * İLKBAHAR, 2013 

YEAR: 2013 * VOLUME: 5 * ISSUE: 18 * SPRING, 2013 

TURAN STRATEJİK ARAŞTIRMALAR MERKEZİ DERGİSİ 

(JOURNAL OF TURAN CENTER FOR STRATEGICAL RESEARCHES) 

www.turansam.org 

 

 

33 



saxlamışdır. O marksist metodologiyadan doğma xalqının ləyaqətini gözləyərək istifadə 

etməyə  üstünlük  vermişdir.  Sadaladığımız  keyfiyyətlər  H.Hüseynovun  xalqımıza  və 

milli mənafelərimizə nə qədər bağlı şəxsiyyət olduğunu bir daha təsdiq edir.   

Azərbaycan xalqının  böyük filosofu M.F.Axundov bir maarifçi  kimi  bütün  orta 

əsr  qalıqlarına  qarşı  ciddi  mübarizə  aparmışdır.  M.F.Axundov  öz  dövründə  mütərəqqi 

bəşəriyyətin  yaratdığı  elmi  fikrin  ən  yaxşı  varislərindən  biri  olmuşdur.  O  Mövlanə 

Cəlaləddin-Rumi,  Şəbüstəri,  Boql,  Spinoza,  Monteskiyo,  Volter,  Con  Styuart  Mil, 

Lametri,  Didro,  Helvetsi,  Holbax,  Çernışevski  və  sair  böyük  alimlərin  öz  dövrlərinə 

görə  mütərəqqi  fikirlərinin  təbliğatçısı  olduğu  kimi,  orijinal  ideyaların,  fəlsəfi 

müddəaların yaranmasında da cəsarətli addımlar atmışdır. 

Heydər  Hüseynovun  fikrincə,  M.F.Axundov  Azərbaycan  ictimai  həyatını  öz 

dövrünə  görə  ən  yaxşı  görən  və  onun  bütün  incəliklərini  dərindən  anlayan  insan  idi. 

M.F.Axundovun  fəlsəfi  görüşlərinin  inkişafı,  onun  demokratik  ideyalarının 

formalaşması ilə sıx surətdə əlaqədardır. M.F.Axundov ictimai-siyasi məsələlərlə daha 

çox  maraqlanır,  ictimai  həyatın  dəyişməsi  üçün  yollar  axtarırdı.  O,  Rusiya  və  Qərbi 

Avropa mədəniyyəti ilə tanış olaraq rus xalqının dilini dərindən öyrənirdi (3, 8). 

M.F.Axundovun  ən  mühüm  fəlsəfi  əsərlərindən  biri  “Hindistan  şahzadəsi 

Kəmalüddövlənin  öz  dostu  İran  şahzadəsi  Cəlalüddövləyə  yazdığı  üç  məktub  və 

Cəlalüddövlənin  ona  göndərdiyi  cavabdır.  M.F.Axundov  öz  əsərinin  bütün  dünyaya 

yayılması  uğrunda  ciddi  mübarizə  aparmışdır.  Bu  əsər  1924-cü  ildə  ilk  dəfə  olaraq 

Bakıda  nəşr  edilmişdir.  M.F.Axundov  “Kəmalüddövlə  məktublarının”  nəşri  mümkün 

olacağı  təqdirdə  əsərin  heç  bir  yerinin  dəyişdirilməməsini  dönə-dönə  tələb  edirdi. 

Bəziləri  bir  az  üstüörtülü  və  yumuşaq  yazılmasını  Axundova  təklif  edirdilər.  Cəsarətli 

və  mübariz  M.F.Axundov,  1870-ci  il  17  dekabr  tarixli  Mirzə  Yusifxana  məktubunda 

yazırdı:  “Əgər mən də əsərimi Mollayi  Rumi, Şeyx Mahmud Şəbüstəri,  Əbdülrəhman 

Cami  və  sair  mütəfəkkirlər  kimi  yazmış  olsam,  mənfəətsiz  olub  qalar.  Onlar  öz 

fikirlərini  ifadə  edərkən  cəsarətsizlik  və  qorxaqlıq  göstərmişlər.  Buna  görə  də  onların 

əsərləri  indiyə  qədər  anlaşılmamış  qalmış  və  heç  kəs  onların  əsərlərindən  bir  səmərə 

əldə etməmişdir.  

Lakin fransız Volter və ingilis Boql və sair Avropa filosofları eyni fəlsəfəni öz 

düşüncələrinə uyğun olaraq bütün açıqlığı ilə, qorxmadan, cəsarətlə ifadə etmişlər. Buna 

görə  də  onlar  bütün  dünyaya  səs  salıb  Avropanın  bugünki  sivilizasiyasının  faktoru 

olmuşlar.  Əgər  nüsxənin  (Kəmalüddövlə  məktubları-  R.Ə)  olduğu  kimi  ixtisarsız  və 

əlavəsiz,  dəyişdirmədən,  heç  bir  örtük  örtmədən  çap  olunması  mümkün  isə  qoy  çap 

etdirsinlər.  Əgər  bu  mümkün  deyilsə,  nüsxənin  atəşinliyini,  təsirliyini  və  təzəliyini 

dəyişdirmə yolu ilə puç etmək məqsədə uyğun deyildir, qoy olduğu kimi qalsın. Bəlkə 

bir  zaman  keçdikdən  sonra  bizim  oğullarımızdan,  ardımızca  gedənlərdən  idrak  və 

bacarıq sahibi olanlar yuxarıdakı səbəbləri nəzərə alaraq nüsxəni çap etdirər. O zaman 

nüsxə,  indiyə  qədər  cəhalət  və  avamlıq  okeanında  qərq  olan  Asiya  tayfalarının 

xoşbəxtliyi, qurtuluşu səbəbi olar. Hicrətdən bu vaxta qədər bu cür kəskinliklə heç bir 

əsər yazılmamışdır. Lakin bu əsər çap olunduqdan sonra, dünyanın hər yerində bundan 

daha  kəskin  əsərlər  yazılacaqdır.  Mən  bu  nüsxəni  tərtib  etməklə  nəinki  sivilizasiyaya 

xidmət 

etmək 


istəyirəm, 

mən 


insanların  düşünə  bilməsinə,  filosof  və 

mütəfəkkirlərimizin ... həbsdə qalan təsəvvürlərini azad etmək istəyirəm. Mən insanlığı 

korluqdan  qurtarmaq  istəyirəm.  Insanın  altmış  və  ya  yetmiş  il  kor-koranə  yaşayıb  və 

sonra ölməsindən nə mənfəət vardır” (3, 8).  




TURAN-SAM(TURAN-CSR) 

YIL: 2013 * CİLT: 5 * SAYI: 18 * İLKBAHAR, 2013 

YEAR: 2013 * VOLUME: 5 * ISSUE: 18 * SPRING, 2013 

TURAN STRATEJİK ARAŞTIRMALAR MERKEZİ DERGİSİ 

(JOURNAL OF TURAN CENTER FOR STRATEGICAL RESEARCHES) 

www.turansam.org 

 

 

34 



Əslində,  Axundovun  Şərq  fəlsəfəsi  haqqında  dediyi  bu  kimi  fikirlər  tamamilə 

həqiqətdən  uzaq  baxışlardır.  Çünki,  yuxarıda  adları  sadalanan  mütəfəkkirlər  nəinki 

Şərqdə,  həm  də  Qərbdə  qəbul  edilmiş  alimlər  olmuşlar.  M.F.Axundov  isə  Avropa 

maarifçiliyinə elə vurğun olmuşdur ki, o Şərqin filosoflarının baxışlarını da qəbul etmir, 

onların  irəli  sürdüyü  ideyaları  Qərb  maarifçilərinin  süzgəcindən  keçirib  cəmiyyətə 

çatdırmaq  istəyirdi.  Aydın  məsələdir  ki,  bu  halda  Şərq  mütəfəkkirləri  dini-idealist 

dünyagörüşündən  azad  olub,  materialist  yönümlü  mütəfəkkirlər  olmalı  idilər.  Məhz 

buna görə də onlar Axundovun tənqid hədəfinə çevrilirdilər.  

Heydər  Hüseynovun  fikrincə,  M.F.Axundov  qətiyyətlə  inanırdı  ki,  bu  əsərin 

nəşri köhnə təsəvvürləri dəyişdirəcəkdir. Bu əsər olduğu kimi çapa getdikdən sonra isə 

“Şərq  dünyası”nda  intibah  və  oyanış  yaranacaq  ki,  bu  da  burada  müasir  sivilizasiyalı 

cəmiyyətin yaranıb inkişaf etməsinə gətirib çıxaracaqdır.   

Əlbəttə, M.F.Axundov əvvəllər Şərq filosoflarının əsərləri ilə tanış olduğundan 

onların təsiri altında özünü Cəlaləddin Rumi, Qəzali kimi mütəfəkkirlərin tərəfdarı kimi 

çıxış  edirdi.  Sonralar  isə  o,  Cəlaləddin  Ruminin  tənqidinə  başladı.  Əslində  bu 

Axundovun  fəlsəfi  görüşlərində  olan  ən  böyük  çatışmamazlıq  idi  ki,  o  bütün  dünya 

fəlsəfi  fikir  tarixində  qəbul  olunan  mütəfəkkirləri  qəbul  etmirdi.  Əlbəttə  bu  fikirlər 

Axundovun dünyagörüşünə Qərbi Avropa maarifçi filosoflarının əsərləri ilə tanışlıqdan 

sonra  hakim  kəsilmişdi. Heydər  Hüseynov  bu  məsələdə  Axundovun  ideya  irsi  ilə  eyni 

mövqedən  çıxış  etmir,  Şərq  alimləri  və  Azərbaycan  filosoflarının  ictimai  fikir 

tariximizdəki  rolunu  və  yerini  yüksək  qiymətləndirir  və  onların  Şərq  dünyasının 

oyanmasındakı fəaliyyətinə böyük önəm verirdi.  

H.Hüseynova  görə,  M.F.Axundovun  idrak  nəzəriyyəsinin  əsasında  obyektiv 

varlıq  –  təbiət  durur.  O,  ağılın  böyük  rol  oynadığını  qeyd  edərək  yazır:  “Bəşəriyyətin 

xoşbəxtlik və səadəti o vaxt mümkün olacaqdır ki, istər Asiyada və istərsə də Avropada 

insanın  ağlı  tamamilə  əbədi  həbsdən  qurtulacaq,  işlər  və  fikirlərdə  nəql  deyil,  yalnız 

insan ağlı istinadgah və dəlil tanınaraq hakimi mütləq olacaqdır” (3, 39). 

M.F.Axundov idrak prosesində duyğuların başlıca çıxış nöqtəsi olduğunu qəbul 

edərək  bildirirdi  ki,  o  şeylərdən  duyğulara  doğru  gedir.  Duyğunu  yaradan  varlıq 

təbiətdən  başlayır.  Şeylərdən  duyğuya  və  ya  düşüncəyə  doğru  getmək,  yaxud 

düşüncədən duyğuya, şeylərə doğru getmək dilemmasında M.F.Axundov birinciyə daha 

çox  üstünlük  verirdi.  Lakin,  onun  fikrincə,  idrak  prosesində  insanın  beş  duyğusu  kafi 

deyildir.  Bu  beş  duyğu  ilə  ruhun  və  yaxud  işığın,  maqnit  qüvvəsinin  nə  olduğunu 

anlamağın  mümkün  olmadığını  bildirən  M.F.Axundov  idrakda  elmin  ən  kəskin  silah 

olduğunu  vurğulamaqdan  çəkinmirdi.  Ona  görə,  idrak  prosesi  təbiətdə  olan 

qanunauyğunluğu  açıb  göstərməkdən  ibarətdir.  M.F.Axundov  idrak  prosesində  ağılın 

rolunu ardıcıl surətdə göstərərək bildirirdi ki, insanların biliyi artdıqca onların düşüncə 

dairəsi genişlənir, idrak daha dərin və əhatəedici olur (3, 39).   

H.Hüseynovun fikrincə, M.F.Axundovun dövlət quruluşu haqqındakı fikirləri də 

xüsusi əhəmiyyətə malikdir. M.F.Axundov cəmiyyətdəki bütün çatışmamazlıqları Qərbi 

Avropada  baş  verən  inqilabların  təsirindən  yararlanaraq  əvvəllər  islahat  yolu  ilə  həll 

etmək istəyirdi. Lakin bu islahatların baş vermədiyini gördükdə, o, despotizm və köhnə 

hakimiyyətin dəyişdirilməsini xalqın birliyi və ittifaqında görürdü (3, 43).  

Cəmiyyətdə  hamının  bərabər  hüquqa  malik  olmadığını  göstərən  M.F.Axundov 

qadın və kişi hüququ məsələsinə böyük önəm vermişdir. Onun fikrincə, bütün qanunlar 

qadınların hüququnu ya qətiyyən qeyd etmir ya da məhdud edir. Buna görə də hüquqi 




TURAN-SAM(TURAN-CSR) 

YIL: 2013 * CİLT: 5 * SAYI: 18 * İLKBAHAR, 2013 

YEAR: 2013 * VOLUME: 5 * ISSUE: 18 * SPRING, 2013 

TURAN STRATEJİK ARAŞTIRMALAR MERKEZİ DERGİSİ 

(JOURNAL OF TURAN CENTER FOR STRATEGICAL RESEARCHES) 

www.turansam.org 

 

 

35 



bərabərlik  ancaq  sözdə  vardır.  M.F.Axundov  həqiqi  bərabərlik  üçün  azadlıq  ideyasını 

irəli  sürür.  Mütəfəkkir  cəmiyyətin  inkişafı,  tərəqqisi  üçün  fikir  azadlığının  böyük 

əhəmiyyəti  olduğunu  qeyd  edərək  Con  Stüart  Milin  azadlıq  haqqındakı  fikirlərindən 

bəhs edərək deyir: “Əgər cəmiyyət öz fərdlərinə fikir azadlığı verməzsə, heç bir inkişaf 

olmaz,  mədəniyyətdə,  elmdə,  durğunluq  əmələ  gələr.  O,  azadlığın  insanın  təbiətində 

olduğunu irəli sürür, insan azadlığına qarşı çıxanları isə qüvvətli sürətdə tənqid edirdi” 

(1, 207). 

Heydər  Hüseynovun  fikrincə,  M.F.Axundov  öz  xalqını  savadlı  görməyi  çox 

istəyirdi.  Buna  görə  də  ilk  növbədə  Azərbaycan  xalqı  tərəfindən  yeni  əlifbanın  (latın 

əlifbası-R.Əsgərov) qəbul edilməsini zəruri sayırdı. O, bildirirdi ki, ərəb əlifbası elmin 

və  mədəniyyətin  inkişafına,  geniş  xalq  kütlələri  arasında  maarifin  yayılmasına  böyük 

maneə  yaradır.  M.F.Axundov  əlifba  islahatını  elmi  cəhətdən  əsaslandırmış  və  praktiki 

olaraq  yeni  əlifbanın  qəbul  edilməsi-Şərqdəki  mədəni  inqilab  uğrunda  mübarizə 

aparırdı.  Bu  iş  uğrunda  yorulmadan,  cəsarətlə  mübarizə  aparan  Axundov  yazırdı: 

“Mənim əlifbam yüz ildən sonra şərq ədəbiyyatında öz layiqli yerini tutacaq... Bu əlifba 

ilə  yeni  əsərlər  yazılacaq,  həmçinin  onun  hərfləri  ilə  köhnə  kitablardakılar  oxuculara 

çatdırılacaq...  O  zaman  mənim  məqsədimə  nail  olunacaq  və  mən  qabaqcadan  arxayın 

ola bilərəm, baxmayaraq ki, o xoşbəxt günü görməyəcəyəm” (4, 293). 

M.F.Axundov  əlifbanın  dəyişdirilməsinin  zəruriliyini  vurğulayaraq  1871-ci  ilin 

mart  ayında  Mirzə  Melkum  xana  yazdığı  məktubda  deyirdi.  “Mən  və  sən  əlifbanı 

dəyişdirmək fikrini irəli sürməklə öz borcumuzu bəşəriyyət qarşısında və mədəniyyətin 

inkişafı uğrunda yerinə yetirmişik. Bizim adımız həmişə tarixdə qalacaq və övladlarımız 

tərəfindən hörmət və iftixarla qeyd ediləcəkdir. Biz istəyirik ki, qüdrət və sərvət sahibi 

olan müasirlərimiz bu fikri həyata tətbiq etmək yolu ilə gələcək nəsillər yanında iftixar 

əldə etsinlər...” (2, 121).  

H.Hüseynova görə, Axundovun əlifba islahatı uğrunda apardığı mübarizə sonralar milli 

əlifbamızın formalaşmasına və xalqımızın avropa elmi və mədəniyyətinə inteqrasiyasına 

öz töhfəsini vermiş, maarifçilik məfkurəvi bir hərəkat kimi Azərbaycanda təşəkkülünə 

və inkişafına zəmin yaratmışdır.       

M.F.Axundov  Azərbaycan  xalqının  milli  xarakteri  məsələsinə  dair  maraqlı 

mülahizələr  söyləmişdir.  Onun  fikrincə  qeyrət,  namus,  ədalətlilik,  fədakarlıq, 

xeyirxahlıq, işgüzarlıq, həqiqətpərəstlik, qəhrəmanlıq, xalqı və vətəni sevmək, şücaətli, 

sədaqətli  olmaq  və  b.  tarixən  formalaşıb  gələn  keyfiyyətlər  azərbaycanlıların,  milli 

xarakterini müəyyən edən keyfiyyətlərdir. 

Axundov  milləti  zülmətdən  nicat  tapıb  işıqlığa  çıxartmağı  özünün  ən  əsas 

məqsədi sayırdı. O, aydın görürdü ki, xalqda milli mənlik, milli ləyaqət şüurunu inkişaf 

etdirmədən,  vətənpərvərlik  hissi  aşılamadan,  onu  geniş  sosial  tərəqqi  və  milli 

müstəqillik  yoluna  çıxarmaq  olmaz.  Axundov  belə  hesab  edirdi  ki,  vətənpərvərlik 

millətin  özünü  dərk  etməsi,  öz  ləyaqətini  qiymətləndirməsi,  bir  sözlə,  milli  mənlik 

şüurunun inkişafı əlamətidir. Vətən və el təəssübü çəkmək qeyrətlilik əlamətidir, şərəf 

və şöhrət qazanmaq yoludur.  

Axundov  belə  hesab  edirdi  ki,  millətin  patriot  olması  özünü  dərketmənin,  öz 

gücünə  inamın,  bir  sözlə  millətin  mənlik  şüurunun  inkişafı  əlamətidir.  O,  Həsən  bəy 

Zərdabiyə məktubunda yazırdı: “Qoy bizim millətimiz də bir az gözü açılıb fanatizmdən 

çıxsın, bəlkə patriot olsun, onda hər nə etsən, baş tutar”. Axundov özünün vətənpərvər 

olduğunu dönə-dönə, həm də böyük iftixarla söyləmişdir (2, 212). 




TURAN-SAM(TURAN-CSR) 

YIL: 2013 * CİLT: 5 * SAYI: 18 * İLKBAHAR, 2013 

YEAR: 2013 * VOLUME: 5 * ISSUE: 18 * SPRING, 2013 

TURAN STRATEJİK ARAŞTIRMALAR MERKEZİ DERGİSİ 

(JOURNAL OF TURAN CENTER FOR STRATEGICAL RESEARCHES) 

www.turansam.org 

 

 

36 



O, aydın görürdü ki, xalqda milli mənlik şüurunu inkişaf etdirmədən onu geniş 

sosial  tərəqqi  və  milli  müstəqillik  yoluna  çıxarmaq  olmaz.  Filosofumuz  məhz  belə  bir 

mövqedən yaltaqlığı, həmçinin insanların şəxsi və milli ləyaqətini kiçildən digər əxlaqi 

eybəcərlikləri  qətiyyətlə  pisləyir,  həmvətənlərində  vətənpərvərlik,  milli  iftixar  şüuru 

aşılamağı xalqın milli xarakterinə aid məsələlər kimi xüsusi qeyd edirdi. O, xalqın milli 

mənlik şüurunun inkişafı məsələsini ciddi bir kəskinliklə qoyur, milli şüurun inkişafını 

həm  də  xalqın  müstəqillik  uğrunda  mübarizəsi  üçün  ən  zəruri  şərtlərdən  hesab  edirdi 

(5). 


Heydər  Hüseynovun  fikrincə,  Axundovun  etik  görüşləri  üçün  səciyyəvi  olan 

belə bir mühüm cəhəti xüsusi qeyd edək ki, o, əxlaq-mənəviyyat məsələlərinə bir qayda 

olaraq yüksək mövqedən – ümumxalq mənafeyi mövqeyindən yanaşmış, “bütün xalqın 

tərəqqisini”,  “hamının  maariflənməsini”,  “bütün  islam  xalqlarının”  savadlanması, 

elmlərə, sənətlərə yiyələnməsini arzu edir, bu uğurda mübarizə də aparırdı. Filosofumuz 

dönə-dönə  təkrar  edirdi  ki,  xalqı  cəhalət  qaranlığından  elmin  işığına  çıxarsam  və  bu 

arzuma  nail  ola  bilsəm,  bu  böyük  xoşbəxtlik  olar  və  dünyadan  muradıma  çatmış  bir 

insan kimi gedərəm. 

           Axundov  öz  dövrünün  və  xalqının  oğludur.  Azərbaycanın  XIX  əsr  “dönüş” 

dövrü  onu  dahilər  səviyyəsinə  qaldırmışdır.  Fransa  tarixçisi  Minyenin  “böyük  insan 

doğulmaq  kifayət  deyil,  həm  də  vaxtında  doğulmaq  lazımdır”  –  fikrini  tamamilə 

Axundova  da  aid  edə  bilərik.  Yazıçı  və  filosof  Azərbaycan  tarixinin  ictimai-siyasi 

hadisələrlə  olduqca  zəngin  bir  dövründə,  “ölən”  feodalizm  və  “doğulan”  kapitalizm 

cəmiyyətlərinin  keçidində  yaşayıb  fəaliyyət  göstərmişdir.  Yaşadığı  və  fəaliyyət 

göstərdiyi dövr onun fikri inkişafını, bütün taleyini müəyyən etmişdir. Axundov bütün 

həyatı,  bütün  şüuru  ilə  dövrünə  bağlı  sənətkardır.  O,  xalqının  mənəvi  inkişafının 

təcəssümü  olmaqla,  eyni  zamanda  xalqın  özünün  mənəvi  tərəqqisində  fəal  iştirak 

etmişdir.  Axundovun  dünyagörüşü  ictimai  həyatda,  kütlələrin  şüurunda,  sosial 

psixologiyasında  əmələ  gələn  yeniləşmə və dəyişiklikləri əks etdirərək formalaşmışdır 

(7, 140-150). 

Heydər  Hüseynova  görə,  Axundovun  bütün  fəaliyyəti  böyük  bir  məqsədə  - 

doğma  xalqını  geniş  sosial  tərəqqi  yoluna  çıxarmaq  uğrunda  mübarizəyə  yönəlmişdi. 

Azərbaycan  mədəniyyətinin  inkişafının  bütöv  bir  dövrü,  onun  milli  mədəniyyət  kimi 

qərarlaşması və inkişafı Axundovun çoxcəhətli yaradıcılığı və fəaliyyəti ilə sıx bağlıdır.  

Hazırda respublikamız müstəqil, demokratik  və hüquqi  dövlət  quruculuğu  yolu 

ilə  inamla  irəliləyir.  Dövlətimizin  mənafeyi  bu  gün  bizdən  daha  çox  milli  birlik, 

ümummilli  mənafedə  birləşmək,  Azərbaycan  dövlətinin  qüdrətini  daha  da 

möhkəmlətməyi  tələb  edir.  Bu  mənada  200  illik  yubileyini  qeyd  etdiyimiz    görkəmli 

filosof, ədib, maarifçi, həqiqi vətənpərvər M.F.Axundovun mənalı və şərəfli həyat yolu 

bizim üçün gözəl nümunədir.    

Beləliklə, M.F.Axundovun dünyagörüşünü tədqiqat obyektinə çevirən akademik 

Heydər  Hüseynov  bildirirdi  ki,  o,  Azərbaycanda  ictimai  və  fəlsəfi  fikrin  inkişafı 

tarixində  bütöv  bir  dövr  yaradaraq  milli  mədəniyyətimizin  inkişafına  misli-bərabəri 

olmayan  töhfəsini  vermişdir.  Bu  zəngin,  geniş  eridusiyaya  malik  alimin  bizə  miras 

qoyub getdiyi irs xalqımızın fəlsəfi və ədəbi fikir tarixində əbədi olaraq yaşayacaqdır. 

 

 

 



TURAN-SAM(TURAN-CSR) 

YIL: 2013 * CİLT: 5 * SAYI: 18 * İLKBAHAR, 2013 

YEAR: 2013 * VOLUME: 5 * ISSUE: 18 * SPRING, 2013 

TURAN STRATEJİK ARAŞTIRMALAR MERKEZİ DERGİSİ 

(JOURNAL OF TURAN CENTER FOR STRATEGICAL RESEARCHES) 

www.turansam.org 

 

 

37 



 

“...Kainat bir vahid, qadir və kamil vücuddur. Əvvəli də budur, axırı da. Nə 

ondan  qabaq  başlanğıc  olmuşdur,  nə  də  ondan  sonra  nəhayət  olacaqdır.  Zaman 

onun tələblərindən, məkan isə keyfiyyətlərindən sayılır, çünki zaman və məkan bu 

varlığın əsil atributlarıdır”. M. F. AXUNDOV 

                                                   

 

                                        KAYNAKÇA (ƏDƏBİYYAT) 

1. Axundzadə Mirzə Fətəli.  Əsərləri. Üç cilddə.  II  cild. Bakı,  “Şərq-Qərb”, 2005, 376 

səh. 


2. Axundzadə Mirzə Fətəli. Əsərləri. Üç cilddə. III cild. Bakı, “Şərq-Qərb”, 2005, 296 

səh. 


3.  H.Hüseynov.  M.F.Axundovun  fəlsəfi  görüşləri.  EAAzF  Nəşriyyatı,  Bakı  -1938,  72 

səh. 


4. H.Hüseynov. XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən. Bakı, Zəkioğlu 

nəşriyyatı-2006, 544 səh. 

5.  Köçərli  F.  M.F.Axundov  Azərbaycan  xalqının  milli  xarakteri  haqqında.  Şəhriyar 

qəzeti 24 mart 1995. N:12 (107). 

6.  Köçərli  F.Q.  M.F.Axundov  və  yeni  dövr  Azərbaycan  mədəniyyətinin  təşəkkülü. 

Azərbaycan EA-nın xəbərləri. Tarix, fəlsəfə, hüquq seriyası. 1990, N:1, s. 80-92. 

7.  Z.Quluzadə.  Konseptualnıe  problemı  issledovaniya  soçiokulturnoqo  razvitiya   

(koneç XX –naçalo XX vv.)., ç II. Baku: “Teknur”, 2009. s.398. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Yüklə 169,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə