"Gənclərin Virtual Multikulturalizm Mərkəzi" n 29 (93 2016)



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə219/222
tarix18.05.2018
ölçüsü6,34 Mb.
#44769
1   ...   214   215   216   217   218   219   220   221   222

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

867 


 

Çox dedilər, eşitdilər, durdular, 

Çəngələşib Anakarı yordular, 

Daldan gəlib onu oxla vurdular

Yıxıb, vurub baş-gözünü yardılar, 

Ürək sapdır, ipək sapı qırdılar, 

Bəzən söz də dönüb olur əmanət. 

 

O öləndə, dedi, dünya uçacaq, 



Hamı qaçsa cəhənnəmə qaçacaq, 

Quştək uçub dünya qanad açacaq, 

Bəzən söz də dönüb olur əmanət. 

  

                  *** 



 

Bir qəbir var, yoxdur onun döş daşı, 

Əbədidir hər yazılan baş daşı. 

Qoymadılar sonevinə daş, qaya, 

Əbədidir hər yazılan baş daşı. 

 

Qərib qaldı neçə fəsil o məzar, 



Ana orda xiffət çəkdi, intizar, 

Ata burda çox eşitdi yozmalar, 

Ölüb dərddən qurtarmışdı Anakar, 

Əbədidir hər yazılan baş daşı. 

 

Şeirləri ələk-vələk olundu, 



Adı, sözü qadağaya alındı, 

Qəbr evi iki yerə bölündü, 

Iki yanda dustaqlığa salındı, 

Əbədidir hər yazılan baş daşı. 

 

Bir gün onun yazısını gördülər, 



Gətirdilər onu Turqa verdilər, 

Yazıları qəbr üstünə sərdilər

Əbədidir hər yazılan baş daşı. 

 

 



   

 

 

      İskəndərin yürüş söylənci 

 

Keçdi illər, səs çıxmadı qəbirdən, 



Daş ağırdır, o heç zaman danışmaz. 

Çəkic döydü, danışdırdı dəmiri, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

868 


 

Daş ağırdır, o heç zaman danışmaz. 

 

Yürüşdədir Filip oğlu İskəndər, 



Döyüşlərdə yüz-yüz ölür hər səfər, 

Yaraqlıdır, yaraqsızdır ölənlər, 

Daş ağırdır, o heç zaman danışmaz. 

 

Altı atlı qoşqu canlı divardır, 



Min-min uzun nizə dəmir hasardır, 

Atlı alay, bölük qatar-qatardır, 

Daş ağırdır, o heç zaman danışmaz. 

 

Qəm dolmuşdu İran boyu gözlərə, 



Qəm qonmuşdu ləkə-ləkə üzlərə, 

Yayılmışdı qurd-quş, çaqqal düzlərə, 

Daş ağırdır, o heç zaman danışmaz. 

 

Turqər dedi:-Yaraqlılar, irəli! 



Qazılacaq Balasqelin təməli, 

Girə bilməz bu ölkəyə hər dəli

Daş ağırdır, o heç zaman danışmaz. 

 

Yaraqlılar cərgə-cərgə yürüşdə, 



Ancaq hələ xəbər yoxdur döyüşdən, 

Heç kəs yaxşı baş çıxartmır bu işdən, 

Daş ağırdır, o heç zaman danışmaz. 

 

Filip oğlu çaş-baş qalıb sən demə, 



O, İrana girib, Turan yerinə, 

Durub gedən dalır döyüş seyrinə, 

Daş ağırdır, o heç zaman danışmaz. 

Örgənib ki, Muğlar dolu İranda, 

Muğ rəhbərdir işdə-gücdə, hər yanda, 

Fars dolaşır, orda, burda yalandan, 

Daş ağırdır, o heç zaman danışmaz. 

 

 



                    İskəndərlə Qardanağın döyüş söylənci 

 

Çıxdı üzə toplumuyla Qardanağ



Sən qorxudan qorxma, yoxsa batarsan. 

Filip oğlu qorxu-ürkü salmışdı, 

Sən qorxudan qorxma, yoxsa batarsan. 

 

Filip oğlu Qardanağı yanlayır, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

869 


 

Onun cavan olduğunu anlayır, 

Öz dilində Qardanağı danlayır, 

Sən qorxudan qorxma, yoxsa batarsan. 

 

Dedi:-Başçı, siz Filipi döyübsüz, 



Döyüşlərdə təhqir edib, söyübsüz, 

Siz Filipə gülüb, ağız əyibsiz, 

Sən qorxudan qorxma, yoxsa batarsan. 

 

Deyir:-Sərtüz haradadır, de mənə, 



Yazıları haradadır, de mənə, 

Öz yanımda məqam verrəm, yer sənə, 

Sən qorxudan qorxma, yoxsa batarsan. 

 

Sən Yunanda başlarbaşı olarsan, 



Ya istəsən öz yerində qalarsan

Məndən böyük-böyük töhvə alarsan, 

Sən qorxudan qorxma, yoxsa batarsan. 

 

Qardanağa ağır sözlər toxunur, 



Gözlərində lənət, nifrət oxunur, 

Dediyi söz heyran qoyur çoxunu, 

Sən qorxudan qorxma, yoxsa batarsan. 

Deyir:-Utan, Filip oğlu, sözündən, 

Bac almağa gəlməmişəm bura mən

“Avesta”dır səni bura gətirən, 

Sən qorxudan qorxma, yoxsa batarsan. 

 

İranda yox, Turandadır “Avesta”, 



Qızıl mıxla yazılmışdır o hətta, 

Onu yığıb, toplamışdır Turq ata, 

Sən qorxudan qorxma, yoxsa batarsan. 

 

Filip oğlu deyir:-Onu get gətir, 



Nə istəsən xəzinədən gəl, götür, 

“Avesta”nı gətir, mənə sən yetir, 

Sən qorxudan qorxma, yoxsa batarsan. 

 

Ancaq gecə o yolladı yüz atlı, 



Dedi:-Gedin, Ekbatana qanadlı, 

Qırın, vurun, yaxın güclü, inadlı, 

Sən qorxudan qorxma, yoxsa batarsan. 

 

Hər cildini yük eyləyin bir ata, 



Yoxdur orda Tunq, Dəmirqız, Turq ata, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

870 


 

Gətiriniz, ataq onu gur oda, 

Sən qorxudan qorxma, yoxsa batarsan. 

 

Qızıl mənim, tüstü-alov, od sizin, 



İran bizim, Turan bizim, Hind bizim, 

Gərək gedim Çineli də mən gəzim, 

Sən qorxudan qorxma, yoxsa batarsan. 

 

Heyran qaldı göstərişə çoxları, 



Kim yığacaq görən qızıl mıxları, 

Düşgünləşdi, sallaq qaldı bığları, 

Sən qorxudan qorxma, yoxsa batarsan. 

 

 



Qardanağın göyə qalxdı toppuzu, 

On ox dəydi gövdəsinə ən azı, 

O itirdi at üstündə tarazı, 

Sən qorxudan qorxma, yoxsa batarsan. 

 

Dedi:-Yağlı söz verirdin sən mənə, 



Bəxş edirdin Filip oğlu xəzinə, 

Tüpürürəm ey yalançı mən sənə, 

Sən İranı niyə qoydun bu günə, 

Sən qorxudan qorxma, yoxsa batarsan. 

 

      Turq-Filip söylənci 

 

On min atlı, beş min qıvraq piyada, 



Döyüşlərdə aldatmaqdan yararlan. 

Turq getmişdi Filip üstə Yunana, 

Döyüşlərdə aldatmaqdan yararlan. 

 

Afinada Turq nər kimi bağırdı, 



Iskəndəri vuruşmağa çağırdı, 

Yolda durub Filip ona baxırdı, 

Döyüşlərdə aldatmaqdan yararlan. 

 

Filip artıq qocalmışdı, əsirdi, 



Əsa ilə ayaq üstə gəzirdi, 

Yürüşünə Turqun dodaq büzürdü, 

Döyüşlərdə aldatmaqdan yararlan. 

 

Dedi:-Turqər, gəldin mənə baxmağa, 



Ya qarətlə xalqdan sərvət yığmağa, 

Bəlkə məndən yersiz əvəz çıxmağa, 




Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   214   215   216   217   218   219   220   221   222




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə