"Gənclərin Virtual Multikulturalizm Mərkəzi" n 29 (93 2016)



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə22/222
tarix18.05.2018
ölçüsü6,34 Mb.
#44769
1   ...   18   19   20   21   22   23   24   25   ...   222

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

84 


 

Sən yatsan da Tanrı ayıq, oyaqdır. 

 

*** 


-Ay Hindelli, çıxın, gedin buradan,  

Qan-qan deyən öz qanında boğular.  

Sizin ölkə һəm böyükdür, һəm gözəl,  

Qan-qan deyən öz qanında boğular. 

Birdən göydə şimşək qılınc parladı,  

Göyün qara buludları gurladı, 

O, qılıncı başı üstə һərlədi,  

Qan-qan deyən öz qanında boğular. 

 

Şimşəkatın kişnərtisi, şimşəyi,  



Dırnağıyla yeri, göyü eşməyi,  

Hindellinin yerə çöküb, düşməyi,  

Qan-qan deyən öz qanında boğular. 

 

Qaranlıqda bayılan var  qorxudan,  



Qaçanları Bacar vurur arxadan,  

Yoxsa bunlar һələ dərin yuxuda,  

Qan-qan deyən öz qanında boğular. 

   


Bütün gecə  Bacar qılınc oynatdı,  

Dan yerinin tezdən gözün qanatdı, 

Gələn qaçıb Uğureli unutdu,  

Qan-qan deyən öz qanında boğular. 

 

*** 


Kim ki qaldı, şimşək gördü, qılıncla,  

Güc göstərən güclə gələr üz-üzə.  

Qırdı Bacar ona qarşı duranı, 

Güc göstərən güclə gələr üz-üzə. 

 

Yumruburun, yastıburun, bizburun,  



Yaraq töküb, yol üstündə düz durub,  

Dan yerinin ilk gülüşü dupduru,  

Güc göstərən güclə gələr üz-üzə. 

 

Günəş çıxdı, Şimşəkatı gördülər,  



Qorxub qaçıb kol dalına girdilər,  

Matdım baxıb ağız yelə verdilər,  

Güc göstərən güclə gələr üz-üzə. 

 

Bacar dedi: -İndən belə otuz il  



Vergi verin Mindiyara ildə bir,  


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

85 


 

Yoxsa acı günləriniz öndədir, 

Güc göstərən güclə gələr üz-üzə. 

 

Bundan sonra Bacar vurub qıracaq,  



Başrağını Hindel üstə vuracaq,  

Göstərişin qan üstündə quracaq,  

Güc göstərən güclə gələr üz-üzə. 

 

*** 



Bir də kəsdi Turq onların yolunu, 

Öldür, ölmək istəməsən döyüşdə,  

Göy gözləri qanla dolu çanaqdı,  

Öldür, ölmək istəməsən döyüşdə. 

 

Yerdə qaldı yer tutmağa gələnlər,  



Yaralıdan çox-çox idi ölənlər,  

Sağ qalmışdı öz yerini bilənlər, 

Öldür, ölmək istəməsən döyüşdə. 

 

Hindel şaһsa qolu bağlı, yaralı,  



Acığından yastı üzü saralıb,  

Üzdə təkcə ac gözləri qaralır,  

Öldür, ölmək istəməsən döyüşdə. 

 

Beş gün keçdi, Hindelyurda çatdılar,  



Hindellilər yoruldular, yortdular,  

Yaraqları əllərindən atdılar,  

Öldür, ölmək istəməsən döyüşdə. 

 

Birdən Turqla Bacar çıxdı üz-üzə,  



Bu döyüşdə çıxmış idi qan dizə,  

Ölüm sözü qonmuş idi üz-gözə,  

Öldür, ölmək istəməsən döyüşdə. 

 

*** 



Bacar dedi: – Gözün aydın, Turqtayım,  

Acıqana qarşı çox-çox qancıl ol. 

Bundan sonra bağışlama qancılı,  

Acıqana qarşı çox-çox qancıl ol. 

 

Gərək Hindel şaһın başı kəsilsin, 



Qara qanı gözlərindən süzülsün,  

Ürəyinin damarları üzülsün,  

Acıqana qarşı çox-çox qancıl ol. 

Turqtay dedi:-Böyük Bacar, varam mən,  




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

86 


 

Bu döyüşə çox yerində gəlmisən

Tələs, indi Uğurelə qayıt sən,  

Acıqana qarşı çox-çox qancıl ol. 

 

Düşmə, ata, bir də Şimşək atından,  



Bağlaşmamız vardır «ipək» adında,  

Qalıb yüz-yüz dəvə yükün altında,  

Acıqana qarşı çox-çox qancıl ol. 

 

Mən Hindeli yandırmasam, yanaram,  



Mən özümü bunca basıq sanaram, 

Öc almasam Turq adımı danaram, 

Acıqana qarşı çox-çox qancıl ol. 

 

*** 



Bunu deyib Turq Quşatı səyirtdi,  

Tunc dəmiri isti-isti döyərlər.  

Yüz min toplum arxasınca yeridi,  

Tunc dəmiri isti-isti döyərlər. 

 

Turqun uca başraqları ucada,  



-Öc almayın-dedi-qızdan, qocadan, 

 Boylanmayın һər qapıdan, bacadan,  

Tunc dəmiri isti-isti döyərlər. 

 

Yürüş etdi yüyürəklər, atlılar, 



Hindel şaһı dallarınca dartdılar, 

Toplumları yara-yara artdılar,  

Tunc dəmiri isti-isti döyərlər. 

 

O uçurtdu şəһərləri, kəndləri,  



Ürkdü fili, qaplanları, itləri,  

İtkin düşdü qorxaqları, sərtləri,  

Tunc dəmiri isti-isti döyərlər. 

 

Böyük idi, iri Hindel torpağı,  



İti idi Minellinin yarağı,  

Sıxılırdı acıqanın qırtlağı,  

Tunc dəmiri isti-isti döyərlər. 

 

*** 



Yaşıl-yaşıl duru daşlar ovuğu,  

Bər-bəzəyin iri qaşı yaşıldaş,  

Burdan çox-çox ölkələrə yollanır,  

Bər-bəzəyin iri qaşı yaşıldaş. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

87 


 

 

Meşəliklə örtülüdür yoxuşlar,  



Qayalardan dağ döşündə qırışlar,  

Üzə çıxır mərci-mərci bu daşlar,  

Bər-bəzəyin iri qaşı yaşıldaş. 

 

Turq dayandı bu ovuğun ağzında,  



Yüz min toplum yerə çökdü azından,  

Dincəldilər bu yerlərin yazında,  

Bər-bəzəyin iri qaşı yaşıldaş. 

 

Turq dedi ki:-Gəlirlidir bu ovuq, 



Bura yiyə dura bilməz bir yoluq, 

Bundan sonra Bacarındır bu qoruq,  

Bər-bəzəyin iri qaşı yaşıldaş. 

 

Üç yüz nəfər burda qalsın qorunc tək,  



Gəlsin bura Sansi yeni yerinc tək,  

Sağ, solunu kəssin qoca qılınc tək,  

Bər-bəzəyin iri qaşı yaşıldaş. 

 

*** 



Yaşıldaşlar ovuğunda ilk yerinc,  

Dayanışın düzü, üzü, gözü çox.  

Dünən elə, bu gün belə görünür, 

Dayanışın düzü, üzü, gözü çox. 

 

Dünən tutuq, bu gün yerinc olan var,  



Dala qalır dayanışa uyanlar,  

Ona birdir şaxta, külək, yağış, qar, 

Dayanışın düzü, üzü, gözü çox. 

 

Ondan bir daş aparan da olmayıb,  



Dayanışca һeç kəs yaşa dolmayıb,  

Ona göz də ağardanlar qalmayıb,  

Dayanışın düzü, üzü, gözü çox. 

Gəzən, dözən tapıb onun gücünü,  

Göz yaşıyla bağlayıbdır köçünü,  

Tapıb onun çöl üzünü, içini,  

Dayanışın düzü, üzü, gözü çox. 

 

O dolanır, onla birgə dolan sən,  



O bulandı, onla birgə bulan sən,  

Onla yaşa, sonra ona quylan sən, 

Dayanışın düzü, üzü, gözü çox. 



Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   222




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə