"Gənclərin Virtual Multikulturalizm Mərkəzi" n 29 (93 2016)



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə23/222
tarix18.05.2018
ölçüsü6,34 Mb.
#44769
1   ...   19   20   21   22   23   24   25   26   ...   222

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

88 


 

 

*** 



Baş əymədi dayanışa böyük Turq,  

Sevgi qalır, sevimli qız ölsə də.  

Yuxusuna tez-tez Yanqu girirdi,  

Sevgi qalır, sevimli qız ölsə də. 

 

Otuz yaşa gəlib çatdı bilmədən,  



Qaraqabaq oldu, üzü gülmədən,  

İlk sevgisi yaşayırdı ölmədən,  

Sevgi qalır, sevimli qız ölsə də. 

 

Çuqçu ona doğma oylaq olmuşdu,  



O, neçə il bu oylaqda qalmışdı,  

Sevgisi tək saralmışdı, solmuşdu,  

Sevgi qalır, sevimli qız ölsə də. 

 

Turqız, Tanı, Tuncər, Günay duruxub,  



«Görən niyə sevimli Turq soluxub»,  

Göydə böyük tanrılar da karıxıb,  

Sevgi qalır, sevimli qız ölsə də. 

 

Yaşanmayıb sevgisindən ayrılar,  



Bunu təkcə bilirdilər tanrılar,  

Sevən ancaq sevgisilə durular,  

Sevgi qalır, sevimli qız ölsə də. 

 

*** 



Otuz yaşda itdi Turq öz içində,  

Hər axtaran tapa bilməz özünü.  

Üz qoymuşdu o, Çuqçuya, Çinçaya,  

Hər axtaran tapa bilməz özünü. 

Daşlar ilə, çaylar ilə danışdı, 

Ovlaqlara, meşələrə qarışdı,  

Küləklərin saçlarından yapışdı,  

Hər axtaran tapa bilməz özünü. 

 

Danışdırdı dilsiz gülən gölləri,  



Göy düzlərdə yorğa çapan yelləri,  

Yəһərlədi ilxı-ilxı çölləri,  

Hər axtaran tapa bilməz özünü. 

 

Gözəlliklər gördü, bir az kiridi,  



Dedi «yoxsa gözəl Yanqu diridir?  

Onda niyə çaylar, yollar əyridir?»  




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

89 


 

Hər axtaran tapa bilməz özünü. 

 

–Tanrı, mənə yeni güc ver, dözüm ver,  



Sağ qalıbsa sən Yanqunun özün ver,  

Dayanışın məndən gizli üzün ver,  

Hər axtaran tapa bilməz özünü. 

 

 



 

      Bacarın ölməsi söylənci 

 

On il keçim, çatdı Turqtay qırx yaşa,  



İlk sevgini öz içində qocaltma.  

Ovlaqlarda qaplanlarla tutuşdu,  

İlk sevgini öz içində qocaltma. 

 

Yeri-yurdu dağ ovuğu, sərt qaya,  



Səs vermirdi dilli, dilsiz һər һaya,  

Bir səs yoxdur, söyləsin ki «Turq, dayan»,  

İlk sevgini öz içində qocaltma. 

 

O, Hindeldə tanrıları bəyəndi,  



O, Çineldə güləşməyi öyrəndi,  

Hara getdi, «Yanqu» deyib kövrəldi,  

İlk sevgini öz içində qocaltma. 

 

Misir, İlam, Asurellə Balasqel,  



Dil öyrəndi, bilik tapdı düz on il,  

Gördü dirrik o düşünən tək deyil,  

İlk sevgini öz içində qocaltma. 

 

Eşitdi ki, Bacar ölür yataqda,  



Sulu çiçək salıb onu ayaqdan,  

Qızçiçəksə güdür onu qıraqdan, 

İlk sevgini öz içində qocaltma. 

 

*** 



Dedilər ki, Bacar Turqu gözləyir,  

Son ayaqda ölə bilməz gözləyən. 

Gəlib onu aparmağa Qızçiçək,  

Son ayaqda ölə bilməz gözləyən. 

 

Quşatını çapıb gəldi bir aya, 



«Ölüm, dayan, mən gəlirəm, döz, dayan!»  

Hamı «sağol» dedi böyük Turqtaya,  




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

90 


 

Son ayaqda ölə bilməz gözləyən. 

 

Bacar dedi:-Yaxşı gəldin, Turqtayım,  



Mənim böyük vuruşqanım, Tursoyum,  

Sənə çatır məndən iki güc payı,  

Son ayaqda ölə bilməz gözləyən. 

 

Gəlib məni aparmağa Qızçiçək,  



Ölüm olum ölümlərə mən gərək,  

Öləndə də orda gərək bir ölək,  

Son ayaqda ölə bilməz gözləyən. 

 

Qalsın sənə Şimşəkqılınc, Şimşəkat,  



Dayanışı al, yenidən qur, yarat,  

Tur elini Turq adınla sən ucalt,  

Son ayaqda ölə bilməz gözləyən. 

 

*** 



Alçiçəyi tapşırıram mən sənə,  

Tək qalana, kimsəsizə arxa dur.  

İki böyük eldən, soydan qalmadır,  

Tək qalana, kimsəsizə arxa dur. 

Sərtüzü də qoru, saxla yanında,  

Yaşatmağa gücü vardır onun da,  

Tur soyunun qanı vardır qanında,  

Tək qalana, kimsəsizə arxa dur. 

 

Mən gedirəm, qayıtmağa yolum yox,  



Qızçiçəksiz getməyə də könlüm yox,  

Danışmağa daһa gücüm, dilim yox,  

Tək qalana, kimsəsizə arxa dur. 

 

Bacar öldü, üzdə sulu çiçəklər,  



Qıjıldadı boz buludlar, küləklər,  

Söndü sanki iri gözlər, bəbəklər,  

Tək qalana, kimsəsizə arxa dur. 

 

Get, Bacarım, Alt Yerini gəz, dolaş, 



Pislə Yaxşı arasında tanrılaş,  

Ay Qızçiçək, öz ərinə gəl yanaş,  

Tək qalana, kimsəsizə arxa dur. 

 

*** 



Eşitdilər Bacar ölüb, gəldilər,  

Sözdən, üzdən iy anlayar ac adam.  




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

91 


 

Dedilər ki, Mindiyar da dağılar,  

Sözdən, üzdən iy anlayar ac adam. 

 

Dedilər ki, Mindiyarı alarıq,  



Dörd bir yandan ona yiyə olarıq.  

Minel içrə biz ayrılıq salarıq,  

Sözdən, üzdən iy anlayar ac adam. 

 

Gələn bura göz gəzdirdi gizlidə,  



Nəsə gərək öyrənəsən güclüdən,  

Bir iz-ətər görmədilər ölüdən,  

Sözdən, üzdən iy anlayar ac adam. 

 

Bilmədilər tanrılaşıb Bacar da,  



Sonevi yox bu işıqlı diyarda,  

Çəkindilər yox olmamış bu vardan,  

Sözdən, üzdən iy anlayar ac adam. 

 

Soruşdular, öyrəndilər, qorxdular,  



Qorxa-qorxa bu diyardan çıxdılar, 

Biclikləri içlərində boğdular,  

Sözdən, üzdən iy anlayar ac adam. 

 

*** 



Mindiyarda  ağrıyerlər* quruldu,  

Ağrıyerdə oturanlar susarlar,  

Uğureldə, Əkbitəndə, Çuqçuda,  

Ağrıyerdə oturanlar susarlar. 

 

Manmən gəldi, Sərtüz, yüz at yüküylə,  



Asur, Balasq öz qonşuluq ərkilə,  

Yeləsəndən ayı, maral kürküylə,  

Ağrıyerdə oturanlar susarlar. 

 

Ağsaqqallar öyürdülər Bacarı,  



Üzüntüdən üz-gözləri sapsarı, 

Başraq enmiş, qılınc, bizuc, ox ayrı, 

Ağrıyerdə oturanlar susarlar. 

 

Tuncər, Günay, Muğər, Cumər, Qarçiçək,  



Öz-özüylə danışırdı təkbətək,  

Susqun idi, üzgün idi, dil gödək,  

Ağrıyerdə oturanlar susarlar. 

 

Qılıncını dizi üstə qoyaraq,  




Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   222




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə