Konstitusiyanı,
Azərbaycan
Respublikasının
qanunlarını, verdiyi andı pozduğuna görə Azərbaycan
Respublikasının Konstitusiyası ilə Prezident siyasi
məsuliyyəti nəzərdə tutulub. Belə hərəkətlərinə görə öz
vəzifəsindən kənar edilə bilər. Prezidentə onun xüsusi
aparatı olan Prezident İcra Aparatı vasitəsilə xidmət
göstərilir.
Prezidentin İcra Aparatı əsasən fərman və digər
aktların layihələrini hazırlayır, müxtəlif iclasların hazırlığını
görür, kütləvi informasiya vasitələrilə əlaqələr saxlayır, icra
orqanlarının
fəaliyyətinə,
Prezidentin
fərman
və
sərəncamlarının yerinə yetirilməsinə nəzarət edir.
Azərbaycan Respublikasının Konstitusiyasının
113-
cü maddəsinə əsasən ümumi qaydalar müəyyən
etməklə Azərbaycan Respublikasında Prezident fərmanlar
qəbul edir, digər məsələlərə görə isə sərəncam.lar verir. Əgər
Azərbaycan Respublikasının Prezidenti fərman və
sərəncamlarda başqa qayda nəzərdə tutulmayıbsa, onda bu
fərman və sərəncamlar dərc olunduğu gündən qüvvəyə minir
(Azərbaycan Respublikasının Konstitusiyası, maddə 113,
bənd 20),
Azərbaycan Respublikasının Konstitusiyasının
114-
cü maddəsinə əsasən icra səlahiyyətlərinin həyata
keçirilməsinin
təşkili
məqsədi
ilə
Azərbaycan
Respublikasının Prezidenti Azərbaycan Respublikasının
Nazirlər Kabinetini yaradır. Konstitusiyasının 114-cü
maddəsinin
2-
ci
bəndinə
əsasən
Azərbaycan
Respublikasının
Nazirlər
Kabineti
Azərbaycan
Respublikasının Prezidentinin icra hakimiyyətlərinin yuxarı
orqanıdır. Azərbaycan Respublikasının Nazirlər Kabineti
Azərbaycan Respublikasının Prezidentinə tabedir və onun
qarşısında cavabdehdir.
-
36
-
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin iş qaydası
Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən
edilir.
Azərbaycan Respublikasının Konstitusiyasının
115-
ci maddəsinə əsasən Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin tərkibinə Azərbaycan Respublikasının
Baş naziri, onun müavinləri, nazirlər və digər mərkəzi icra
hakimiyyəti orqanlarının rəhbərləri daxildir.
Nazirlər Kabineti - Azərbaycan Respublikasının
hökuməti icra hakimiyyətinin yuxarı orqanıdır. O, dövlət
idarəçilik orqanları sisteminə rəhbərlik edir, onların
razılaşdırılmış və qarşılıqlı fəaliyyətlərini təmin edir,
konstitusiya və qanunlarla Azərbaycan Respublikasına aid
olan dövlət idarəçiliyi məsələlərini həll etmək hüququna
malikdir.
Ümumi səlahiyyətli idarəçilik orqanı kimi Nazirlər
Kabineti ölkənin bütün həyat sahələrində geniş
səlahiyyətlərə malikdir. İqtisadiyyat sahəsində hökumət əsas
iqtisadi inkişaf proqramlarının layihələrini hazırlayır,
iqtisadi proseslərlə məşğul olur. Bütün mülkiyyət
formalarının əlaqəliliyi əsasında azad sahibkarlıq üçün şərait
və kredit sisteminin möhkəmləndirilməsini təmin edir, vahid
qiymət siyasətini yeridir, təbii resurslardan səmərəli istifadə
olunması üçün şərait yaradır. Nazirlər Kabineti Respublika
büdcəsinin layihəsini hazırlayır, təsdiq olunması üçün Milli
Məclisə göndərir və onun icrasını təmin edir.
Prezident və Milli Məclis tərəfindən qəbul edilən
aktlar, dövlət büdcəsi və digər büdcədənkənar fondlardan
maliyyələşdirilməsi ilə əlaqədar tələb olan qərarlar.
-
37
-
hökumətin. Nazirlər Kabinetinin qəbul etdiyi qərarı əsasında
qəbul edilir.
Hökumət sosial inkişaf proqramını hazırlayır,
səhiyyəni, xalq təhsilini təşkil edir, mədəniyyətin inkişafına
zəmin yaradır. Onun fəaliyyətinin əsas istiqamətlərindən biri
sosial təminata rəhbərlik etmək, vətəndaşların bu qrupu
üzərində inzibati qəyyumluq sistemini təkmilləşdirməkdir.
Hökumətin fəaliyyətinin əsas istiqaməti dövlətin
maraqlarının, vətəndaşların hüquq və azadlıqlarının müdafiə
olunması, müdafiə qabiliyyətinin və dövlət təhlükəsizliyinin
təmin olunmasıdır. Azərbaycan Respublikasının xarici
dövlətlər və beynəlxalq təşkilatlarla münasibəti, xarici
iqtisadiyyat fəaliyyəti , elmi - texniki və mədəni əməkdaşlıq
sahəsinə rəhbərlik onun üzərinə qoyulmuşdur.
Tapşırılan vəzifələrin bir hissəsini Nazirlər Kabineti
bilavasitə özü, əsasən, ona tabe olan orqanlar vasitəsilə
yerinə yetirir.
O, icra hakimiyyətinin mərkəzi orqanlarının işini
istiqamətləndirir, onların fəaliyyətini Naxçıvan MR Nazirlər
Kabinetinin və yerli icra hakimiyyətlərinin və s. işini
yoxlayır və istiqamətləndirir. O, ona tabe olan mərkəzi icra
hakimiyyəti başçılarının Azərbaycan Respublikasının
qanunvericiliyinə. Prezidentin və hökumətin aktlarına zidd
olaraq çıxardığı qərarları ləğv etmə hüququna malikdir.
Azərbaycan Respublikasının Konstitusiyasının
119-cu maddəsində Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin səlahiyyətləri qeyd edilir və orada göstərilir;
- Azərbaycan Respublikasının dövlət büdcəsinin
icrasını təmin edir;
-
38
-
Dostları ilə paylaş: |