Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə13/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   113

-

 

qaçqınlar  və  məcburi  köçkünlərə  münasibətdə 



səlahiy^'ətləri  yaşayış  məntəqələrində  küçə  və  meydanlara 

ad verilməsi sahəsində səlahiyyətləri

-

 

tikinti, 



nəqliyyat 

və 


rabitə 

sahələrində 

səlahiyyətləri

-

 



mənzil-kommunal təsərrüfatı, ticarət və əhali üçün 

digər xidmətlərin təşkil edilməsi sahələrində səlahiyyətləri ; 

-

 

əhaliyə  sosial-mədəni  xidmətlərin  göstərilməsi 



sahəsində səlahiyyətləri; 

-

 



əhalinin sosial müdafiəsi sahəsində səlahiyyətləri; 

-

 



qanunçuluğun  təmin  edilməsi,  vətəndaşların 

hüquq 


və 

azadlıqlarının 

qorunması 

sahələrində 

səlahiyyətləri. 

İcra hakimiyyəti başçısı öz yanında rayonun, şəhərin 

və  şəhər  rayonunun  iqtisadi,  sosial  -  mədəni  və  digər  yerli 

məsələlərinin baxılması (müzakirəsi) və onların həllinə dair 

təkliflərin hazırlanması məqsədi ilə daimi məşvərətçi orqan 

olan Şura yaradır. Şuranın tərkibi 15 nəfərdən ibarət ola bilər. 

İcra hakimiyyəti başçısı yanında Şuranın tərkibinə 

aşağıdakılar daxildir: 

-

 

icra hakimiyyəti başçısı ; 



-

 

icra başçısının müavinləri ; 



-

 

icra hakimiyyəti başçısı aparatının şöbə, idarə və digər 



xidiTiətlərinin rəhbərləri ; 

rayonun və şəhərin ərazisində yerləşən idarələrin

təşkilatların və müəssisələrin rəhbərləri . 

İcra  hakimiyyəti  başçısı  yanında  Şuranın  iclasları 

ayda iki dəfədən az olmayaraq keçirilir. Şuranın iclaslarm- 

-

45




da  qəbul  edilmiş  qərarlar  protokollarla  rəsmiləşdirilir  və 

tövsiyə xarakteri daşıyır. 

İcra  hakimiyyəti  başçısı  səlahiyyətləri  daxilində 

sərəncam və əmrlər verir. Yerli icra hakimiyyəti orqanlarının 

normativ  xarakterli  aktları  başqa  qaydada  nəzərdə 

tutulmayıbsa, dərc edildiyi gündən qüvvəyə minir. 

Yerli  icra  hakimiyyəti  orqanının  səlahiyyətləri 

çərçivəsində  qəbul  edilmiş  normativ  xarakterli  aktlar 

müvafiq  ərazidə  yerləşən  hüquqi  şəxslər  və  vətəndaşlar 

tərəfindən yerinə yetirilməlidir. 

Yerli icra hakimiyyəti başçılan onların aparatlarının, 

şöbə,  idarə  və  digər  xidmətlərinin  vəzifəli  şəxsləri 

fəaliyyətlərinə  və  qəbul  etdikləri  qərarlara  görə 

qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  məsuliyyət 

daşıyır. 

Yerlərdə  icra  hakimiyyətinin  vəzifəli  şəxslərinin 

qərarları  qanunvericiliyə  zidd  olduqda,  vətəndaşların 

hüquqlarını  və  qanuni  mənafelərini  pozduqda  onların 

qanunvericilikdə  müəyyən  edilmiş  qaydada  məhkəməyə 

müraciət etmək hüququ vardır. 

Müvafiq,  rayonun,  şəhərin  və  ərazisində  yerləşən 

rayon  tabeli  şəhərlərdə,  qəsəbələrdə  və  kəndlərdə  rayon, 

şəhər, şəhərdə rayon icra hakimiyyəti başçısı müvafiq yerli 

icra hakimiyyətinin nümayəndəliyini təşkil edir və fəaliyyət 

göstərir. 

Rayon,  şəhər,  şəhər  rayonu  icra  hakimiyyəti 

orqanının nümayəndəliliyinə rayon, şəhər, şəhər rayonu icra 

hakimiyyəti  başçısı  tərəfindən  təyin  olunmuş  nümayəndə 

rəhbərlik edir. 

Rayon,  şəhər,  şəhər*  rayonu  icra  hakimiyyətinin 

nümayəndəsi : 

46

-

 



1.

 

rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının 



səlahiyyətlərinin həyata keçirilməsinə kömək göstərir, onun 

səlahiyyətlərinə  aid  olan  şəxslərə  dair  təkliflər  verir, 

tapşırıqlarını həyata keçirir; 

2.

 



vətəndaşların qəbulunu həyata keçirir, onların şikayət, 

ərizə və təkliflərinə baxır və lazımi tədbirlər görür

3.

 

Qanunvericiliklə 



müəyyən 

edilmiş 


qaydada 

vətəndaşlıq vəziyyəti aktlarının qeydİ

3

ryatını aparır, notariat 



işlərini  görür,  vətəndaşlara  onların  şəxsiyyətini,  ailə 

vəziyyətini  təsdiq  edən  arayışlar  və  qanunvericiliklərdə 

nəzərdə tutulmuş digər arayışlar verir; 

4.

 



Azərbaycan  Respublikasının  Prezidenti  tərəfindən 

müəyyən edilmiş digər səlahij'yətləri həyata keçirir. 



-

47




§4. DÖVLƏT QULLUĞU VƏ DÖVLƏT 

QULLUQÇULARI 

Dövlət hakimiyyət orqanlarının anlayışı, səlahiyyətləri, 

növləri və prinsipləri 

Dövlət 


qulluğu 

Azərbaycan 

Respublikasının 

Konstitusiyasına  və  digər  qanunvericilik  aktlarına  uyğun 

olaraq  dövlətin  məqsədlərinin  və  fımksiyalarının  həyata 

keçirilməsi  sahəsində  dövlət  qulluqçularının  öz  vəzifə 

səlahiyyətlərini yerinə yetirməsidir. 

Dövlət qulluğu hüquq vasitəsilə ifadə olunur. Dövlət 

qulluğu  sahəsində  dövlət  qulluqçuları  arasında  yaranan 

münasibətləri  və  dövlət  qulluqçularının  hüquqi  vəziyyətini 

nizamlayan  normalar  dövlət  qulluğu  institutunu  yaradır. 

Buraya konstitusiya, əmək, mülki, maliyyə və digər hüquq 

sahələrinin  normaları  da  daxildir.  Dövlət  qulluğu 

məsələlərini  nizamlayan  inzibati-hüquqi  normalar  inzibati 

hüququn müstəqil institutunu təşkil edir. 

Dövlət  qulluğunun  növlərə  bölünməsi,  Azərbaycan 

Respublikasının  dövlət  qulluğundan,  hakimiyyətlərin 

bölgüsü prinsipindən, dövlət fəaliyyətinin istiqamətlərindən 

irəli gəlir. 

Bu  nöqteyi-nəzərdən  dövlət  qulluğunun  aşağıdakı 

növləri mövcuddur; 

-icra hakimiyyəti orqanlarının dövlət qulluğu

-qanunvericilik  hakimiyyəti  orqanlarının  aparatında 

dövlət qulluğu; 

-məhkəmə  hakimiyyəti  orqanlarının  aparatında 

dövlət qulluğu. 



-

48




Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə