-
Maliyyə-kredit və pul siyasətinin həyata
keçirilməsini təmin edir;
-
Dövlət iqtisadi proqramının həyata keçirilməsini
təmin edir;
-
Nazirliklərə və digər mərkəzi icra hakimiyyəti
orqanlarına rəhbərlik edir, onların aktlarım ləğv edir;
-
Azərbaycan Respublikasının Prezidentinin onun
səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.
Azərbaycan Respublikasının Konstitusiyasının 120-ci
maddəsinə əsasən ümumi qaydalar müəyyən etdikdə
Nazirlər Kabinet qərarlar, digər məsələlər üzrə sərəncam
qəbul edir. Əgər Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərar və sərəncamlarında başqa qaydalar
nəzərdə tutulmayıbsa, qərar və sərəncamlar dərc edildiyi
gündən qüv- v^əyə minir. (Azərbaycan Respublikasının
Konstitusiyası, maddə 120, bənd 2.)
Hal-bazırda
Azərbaycan Respublikasında İcra
hakimiyyətinin mərkəzi orqanlarının bir neçə təşkilati -
hüquqi forması mövcuddur:
1.
Azərbaycan Respublikasının nazirliyi ;
2.
Azərbaycan Respublikasının dövlət komitəsi;
3.
Komitə, xidmət;
4.
Azərbaycan Respublikasının Nazirlər Kabineti
yanında xüsusi idarə (təşkilat).
5.
Digər orqanlar
İcra hakimiyyəti orqanları dövlət idarəetməsinin
aşağıdakı sahələri üzrə fəaliyyət göstərirlər:
a)
iqtisadi sahədə. Bu, kənd təsərrüfatı, iqtisadi
inkişaf və s. nazirliklərdir;
-
39
-
b)
sosial-mədəni ləaliyyət sahəsində; Səhiyyə,
Təhsil, Mədəniyyət və Nazirliyi və s;
c)
inzibati-siyasi
fəaliyyət
sahəsində-müdafiə,
ədliyyə, daxili işlər, xarici işlər və s. nazirlikləri, dövlət
mühafizə xidmətləri və s.
Bütün mərkəzi orqanlar xüsusi səlahiyyətə
malikdirlər. Onlara həvalə edilmiş idarəçilik sahələrinə
rəhbərlik edirlər, onlar sahəvi və sahələrarası funksional
xarakterli olurlar. Onlar bilavasitə Nazirlər Kabinetinə
tabedirlər. Prezidentin və hökumətin aktları əsasında
fəaliyyət göstərirlər.
Hər bir mərkəzi orqan haqqında Əsasnamə
Azərbaycan Respublikası Prezidenti və ya onun göstərişi ilə
hökumət tərəfindən təsdiq edilir. Onların fəaliyyətinin
hüquqi əsasını xüsusi əsasnamələr təşkil edir.
Nazirlər Kabineti nazirliklərin, mərkəzi aparatların,
dövlət komitələrinin və icra hakimiyyətinin digər mərkəzi
orqanlarının işçilərinin sayını müəyyən edir, onların təmin
edilməsi üçün büdcədən ayrılan vəsaitin miqdarının
müəyyənləşdirir. Lazımi hallarda ayrı-ayrı məsələlərin
həllini onlara həvalə edə bilər.
Bir qayda olaraq İcra hakimiyyətinin hər bir mərkəzi
orqanı müəyyən bir idarəyə rəhbərlik edir, onun mərkəzi
funksiyalarını yerinə yetirir və idarə qarşısında duran bütün
istehsalat və bununla yanaşı iqtisadi - ekoloji, xüsusi
vəzifələrin yerinə yetirilməsini təmin edir.
Adətən mərkəzi orqanlar bu sxem üzrə öz
funksiyalarım qururlar:
1.
Rəhbərlik (mərkəzi hakimiyyəti orqanının başçısı,
onun müavinləri, kollegiya, komitə, elmi idarə və digər
şuralar);
-
40
^
2.
İstehsalat struktur bölmələri, hansılar ki, iddiaların
təşkil olunmasına səbəb olan və həmin vəzifələri bilavasitə
yerinə yetirən xidmətlərə rəhbərlik edir (DİN-də bu cinayət
axtarış xidmətidir, DYP-İ xidməti və s.);
3.
İdarə çərçivəsində daxili təşkiiati fəaliyyətlə
məşğul olan qərargah bölmələri Imühasibat, kadrlar və s.).
“Nazirlik”, “Komitə”, “Müfəttişlik” sözləri ikili məna
bildirir və ya müxtəlif anlayışları ifadə edirlər. .
Birincisi,
nazirlik
-
dövlət komitəsi, icra
hakimiyyətinin mərkəzi orqanı olub, inzibati idarəyə,
idarənin mərkəzi aparatına və onun qərargahına rəhbərlik
edir. İkincisi isə nazirlik və komitə bu nazirlik və komitənin
sistemidir, yəni inzibati idarənin sistemidirlər.
Yuxarıda icra hakimiyyətinin mərkəzi orqanlarının
bütün təşkilati-hüquqi formalarına aid olan əlamətlər qeyd
edildi. Lakin onların xidmət sahələrinin biri digərindən
fərqlənir:
1.
Nazirliklər mərkəzi vahid rəhbərlikli və bir qayda
olaraq sahəvi orqanlardır. Onları Prezident təşkil edir,
dəyişdirir və ləğv edir. Nazirləri Prezident vəzifəyə təyin edir
və vəzifədən azad edir.
Nazirlikdə təkbaşına nazir rəhbərlik edir və o da öz
vəzifəsi üzrə hökumətin tərkibinə daxildir, əmrlər verir,- öz
müavinləri bölüşdürür. Nazirliklərdə iclaslar kollegial orqan
olan kollegiyalar vasitəsilə təşkil edilir. Onlar bir qayda
olaraq
nazirliyin
rəhbər
işçilərindən
ibarətdirlər.
Kollegiyanın sədri nazirdir. Kollegiyanın qərarları nazirin
əmri ilə həyata keçirilir,
2.
Dövlət komitələri — sahələrarası idarəçiliyi
həyata keçirən mərkəzi orqanlardır. Onlar geniş funksional
-
41
-
Dostları ilə paylaş: |