hakimiyyətə malikdirlər. Onlar Prezidentin tərəfindən təşkil
edilir, dəyişilir və ləğv edilir. Dövlət komitələrinin rəhbərləri
Prezidentin sərəncamı ilə təyin edilir və işdən azad edilir, öz
vəzifələrinə görə hökumətin tərkibinə daxildirlər.
İcra hakimiyyəti orqanı kimi Dövlət komitəsi iki
qrup vəzifəni yerinə yetirir:
a)
ona həvalə olunmuş sahədə sahələrarası (funksional)
idarəçiliyi. Bu xarici təşkilati fəaliyyətdir və onun həyata
keçirilməsi orqanın əsas vəzifələridir;
b)
ona tabe oLan təşkilatlara xətti rəhbərliyi, orqan daxili
idarəçiliyi.
Sahələrarası nizamasalma kollegiallıq əsasında
həyata keçirilir. Belə məsələlər üzrə əhəmiyyət kəsb edən
qərarlar kollegiyanın üzvləri ilə birgə qərar şəklində qəbul
edilir. Kollegiyanın üzvləri dövlət komitəsinin rəhbər
işçilərindən, digər idarələrin nümayəndələrindən və aparıcı
alimlərdən Azərbaycan Respublikası hökuməti tərəfindən
təyin edilir. Dövlət komitəsinin sahələrarası fəaliyyətinə,
orqandaxili idarəçiliyə operativ rəhbərliyi onun Sədri
təkbaşına həyata keçirir.
Sədr öz vəzifəsinə görə Azərbaycan Respublikası
hökumətinin tərkibinə daxildir. O, əmrlər, sərəncamlar
vermək,
öz
müavinləri
arasında
səlahiyyətlərini
bölüşdürmək hüququna malikdir.
S.Üçüncü qrup mərkəzi orqanlar komitələr,
xidmətlər, nəzarət orqanları, müfəttişliklər adlanır. Bir
qayda olaraq bunlar funksional və ya qarışıq səlahiyyətli
orqanlar olub, sahələrarası hakimiyyət səlahiyyətlərinə
malikdirlər. Onlar sahələrarası əlaqələndirmə, nəzarət və
sahələrarası digər funksiyalarla məşğul olurlar. Bu orqanlar
Prezident
-
42
-
tərəfindən təşkil edilir, dəyişdirilir və ləğv edilir. Onların
rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən
işə təyin və azad edilir, hökumətin tərkibinə daxil edilir. Bu
mərkəzi orqanlar qrupunda elələri vardır ki, onlar xüsusi
qanunlar əsasında fəaliyyət göstərirlər və bu qanunlar
müvafiq idarələrin, onların mərkəzi orqanlarının işini
nizama salır. Məsələn: “Sanitar-epidemioloji sağlamlıq
haqqında” Azərbaycan Respublikasının Qanunu və s..
4.
Azərbaycan Respublikası Nazirlər Kabineti
yanında lazımi hallarda komitələr, baş idarələr və digər
idarələr yaradıla bilər. Elmi ədəbiyyatda onları xüsusi
orqanlar adlandırırlar. Onların rəhbərlərini Nazirlər Kabineti
təyin edir, lakin onlar onun tərkibinə daxil deyillər.
§3.2. Yerli icra hakimiyyəti orqanları
Azərbaycan
Respublikasının
Konstitusiyasının
124-cü maddəsinə uyğun olaraq “Yerlərdə icra hakimiyyətini
yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər”.
Yerli
icra
hakimiyyətlərinin
səlahij^ətləri
Azərbaycan Respublikasının Prezidentinin “Yerli icra
hakimiyyəti haqqında” 16 iyun 1999-cu il tarixli 138 nömrəli
Əsasnaməsi ilə müəyyən edilmişdir.
Yerli icra hakimiyyəti başçısının fəaliyyəti aşağıdakı
prinsiplərə əsasən həyata keçirilir:
-
vətəndaşların
qanuni
mənafelərinin,
hüquq
və
azadlıqlarının müdafiəsi;
-
müvafiq ərazinin əhalisinin rifahının yaxşılaşdırılması
naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının
təmin edilməsi.
-
43
-
-
qanunçuluq;
-
dövlət mənafelərinin və yerli mənafelərin uzlaşdırılması;
-
aşkarlıq və ictimaiyyətin fikrinin nəzərə alınması.
İcra
hakimiyyəti
başçılarını
Azərbaycan
Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad
edir.
İcra hakimiyy'əti başçıları öz işlərinə görə
Azərbaycan
Respublikasının
Prezidenti
qarşısında
məsuliyyət daşıyırlar.
İcra hakimiyyəti başçısının ikili vətəndaşlığına,
başqa dövlətlər qarşısında öhdəliyinə yol verilmir, habelə o,
din xadimi ola bilməz.
İcra hakimiyyətlərinin başçıları eyni zamanda heç
bir başqa seçkili və ya təyinatlı' vəzifə tuta bilməzlər. Elmi,
pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir
sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə
məşğul ola bilməzlər, vəzifə maaşından, habelə elmi,
pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən
başqa məvacib ala bilməzlər.
“Yerli icra hakimiyyəti haqqında” Əsasnamədə icra
hakimiyyəti başçılarının vəzifə və səlahi]yyətləri göstərilir.
Yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri
aşağıdakı sahələr üzrə müəyyən edilir:
-
planlaşdırma , büdcə , maliyyə və uçot sahəsində;
-
sərəncam verilmiş əmlak və ərazisində yerləşən
müəssisə, idarə və təşkilatlarla münasibətdə
səlahiyyətləri;
-
memarlıq fəaliyyəti, tarix və memarlıq
abidələrinin qorunması sahəsində ;
-
kənd təsərrüfatı üçün yararlı torpaqlardan istifadə
və təbiəti mühafizə sahələrində ;
-
44
-