Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə7/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   113

qəbul  edilmiş  Konstitusiyaya  görə  ali  mülki  və  hərbi 

vəzifələrə təyin etmək hüququ prezidentə məxsusdur. 

Adətən, dövlət qulluğuna rəhbərlik, həmçinin, dövlət 

qulluğu  haqqında  qanunvericiliyin  icrasına  nəzarət  edən 

nazirlik və idarələrin başçıları tərəfindən həyata keçirilir. 

Lakin, qeyd  edilməlidir ki,  bir sıra ölkələrdə dövlət 

qulluğuna nəzarət bəzi mərkəzi maliyyə orqanları tərəfindən 

həyata  keçirilir:  Böyük  Britaniya  və  Kanadada  - 

Xəzinədarlıq,  ABŞ-da  İdarəetmə  və  büdcə  xidməti  (köhnə 

adı İnzibati və büdcə idarəsi). 

Qərbdə dövlət qulluğuna rəhbərlik üzrə bu orqanların 

səlahiyyəti  tədricən  genişləndirilir.  Böyük  Britaniyada 

1956-cı ildə iki daimi katib vəzifəsi təsis edildi və onlardan 

biri dövlət qulluğuna ümumi rəhbərliyə cavabdehdir. 

Analoji  olaraq  Kanada  Xəzinədarlıq  Şurasının  da 

səlahiyyətləri  genişləndirilmişdir.  Şura  Kanadanın  dövlət 

qulluğunda  ümumi  inzibati  siyasəti  və  onun  inzibati 

strukturunu müəyyən edir. 

Xarici ölkələrdə ümumi səlahiyyətə malik orqanlarla 

yanaşı dövlət qulluğuna rəhbərlik həm də xüsusi orqanlar - 

məsələn, Kanadada Dövlət qulluğu məsələləri Komissiyası, 

ABŞ-da  Personala  rəhbərlik  xidməti,  Fransada  İnzibati  və 

dövlət  qulluğu  Baş  İdarəsi,  AFR-da  Kadrlar  üzrə  Federal 

Komitə - tərəfindən həyata keçirilir. 

İdarəetmə  qurumları  içərisində  dövlət  orqanları  və 

qulluqçuları  arasındakı  konfliktlərin  həllini  təmin  edən 

orqanlar xüsusi olaraq qeyd olunmalıdır. Onlara apelyasiya 

orqanları aid edilir. Bu orqanlar ya müstəqil xarakter daşıyır, 

ya da digər strukturların tərkibində yaradılır. 

-

25




§3. İCRA HAKİMİYYƏTİ ORQANLARI, 

İCRA HAKİMİYYƏTİ ORQANLARININ 

ANLAYIŞI, NÖVLƏRİ, HÜQUQİ STATUSU 

Orqan  ifadəsini  hər  şeydən  əvvəl  təşkilat,  kollektiv 

və  ya  idarə  olunan  insanlar  qrupu  kimi  xarakterizə  etmək 

olar.  Təşkilatın  özünün  müə^'yən  yaranma  və  fəaliyyət 

məqsədi,  daxili  strukturu  və  funksiyaları  ilə  səciyyələnir. 

Həmçinin  diferensialı  tapılmış  funksiyaları,  təbəqələş- 

dirilmiş,  fərqləndirilmiş,  eyni  zamanda,  çox  mühüm  sosial 

qarşılıqlı  əlaqələr  sistemi  olan  bütöv  bir  sosial  qurumdur. 

Göstərilən  bu  xüsusiyyətlərin  hamısını  sosial  təzahürün 

müəyyən  planının  əlamətləri  kimi  insanların  xüsusi  növ 

təşkilatını yaradan dövlət orqanlarında görmək olar. 

Eyni  zamanda,  onlar  ümumi  cinsi  əlamətlərə 

malikdirlər və dövlət aparatının avtonom hissələridirlər: 

1.

 



dövlətin funksiyalarını həyata keçirirlər və ictimai 

maraqları yerinə yetirirlər; 

2.

 

dövlət adından, yerli idarəetmə və eyni zamanda 



öz adından fəaliyyət göstərir

3.

 



özünəməxsus səlahiyyətlərə malikdir; 

4.

 



öz fəaliyyətinə görə dövlət qarşısında məsuliyyət 

daşıyır; 

5.

 

yuxarı  dövlət  orqanlarına  tabedirlər  (bu  ancaq 



dövlət  hakimiyyətinin  yuxarı  orqanlarına  və  məhkəmələrə 

aid edilmir); 

6.

 

dövlət tərəfindən təsis edilir; 



7.

 

onların vəziyyəti, strukturu və fəaliyyəti hüquqla 



(reqlamentləşdirilir) nizama salınır; 

-

26




Bir  çox  alimlər  orqanı  xarakterizə  edərkən  onun 

dövlət aparatının bir hissəsi olmasını xüsusilə qeyd edirlər. 

Bəziləri isə hesab edirlər ki, bu insan qrupudur, kollektividir. 

Əlbəttə,  orqan  mütəşəkkil  insanlar  qrupudur,  bütöv 

bir  hissəsi  olub,  bu  hissənin  özünün  mövcudluğunu, 

məzmununu və fəaliyyət formalarını; onun aparatdakı yerini 

və daxili təşkilini müəyyən edir. 

Əgər  birinci  halda  orqana  '‘yuxarıdan”  baxılarsa, 

ikinci  halda  isə  “aşağıdan”  baxılır,  yəni  hər  iki  baxış 

birtərəfliliyə  məmz  qalır.  Buna  görə  dövlət  orqanının 

anlayışında hər iki əlaməti qeyd etmək lazımdır. 

Dövlət orqanı - dövlət aparatının müstəqil hissəsini 

təşkil edən müvafiq səlahiyyətlər çərçivəsində açıq fəaliyyət 

göstərir,  struktura  və  fəaliyyəti  qanun  çərçivəsində  nizama 

salınan və tənzimlənən dövlət qulluqçularının qurumudur. 



İcra hakimiyyəti orqanı - müəyyən inzibati ərazidə 

spesifik  metodlardan  istifadə  edərək,  dövlət  adından  çıxış 

etmək  hüququna  malik,  öz  səlahiyyətlərinə,  strukturuna, 

fəaliyyət  ərazisinə  malik,  qanunla  və  digər  hüquqi  aktlarla 

nəzərdə  tutulmuş  qaydada  işləri  təşkil  edən,  işdə  müəyyən 

metodlardan istifadə edən, dövlətin tapşırığı ilə çıxış etmək 

hüququna malik  olan və icraedici,  sərəncamverici  fəaliyyət 

qaydasında gündəlik olaraq təsərrüfat, sosial-mədəni, və in- 

zibati-siyasi  quruculuğunu  həyata  keçirən  dövlət  aparatının 

bir hissəsidir. 



İcra  hakimiyyətinin  hər  bir  orqanı  -  təşkilatı 

cəhətdən  qanuniləşdirilmiş  (qanuni  şəklə  salmış)  formada 

tərtib edilmiş, özünün strukturuna, özünün əsas element 

-

27




lərinə  və  ştatına  malikdir.  İcra  hakimiyyəti  orqanlarının 

strukturları  və  ştatları,  idarəçiliyin  ayrı-ayrı  sahələrinin 

xüsusiyyətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının 

dövlət və inzibatı quruculuğuna əsasən təşkil edilir. 

İcra hakimiyyəti orqanlarının əsas əlamətləri 

aşağıdakılardır; 

-

 

onlar idarəçilik (icraedici və sərəncamverici) 



fəaliyyəti həyata keçirirlər; 

-

 



daxili təşkilati struktura malikdirlər

-

 



dövlət hakimiyyət səlahiyj^ətlərinə malikdirlər; 

-

 



büdcənin icrası məsələlərində nümayəndəli 

hakimiyyətin müvafiq orqanlarının nəzarəti altında olurlar; 

-

 

müvafiq səlahiyyətlərə malikdirlər



-

 

operativ müstəqilliyə malikdirlər; 



-

 

bir qayda olaraq daima ştata malikdirlər



-

 

yuxarı orqanlar tərəfindən təşkil edilirlər; 



-

 

onların təşkili, strukturu və fəaliyyət qaydaları əsasən 



inzibati hüquq normaları ilə nizama salmır. 

Qeyd etmək lazımdır ki, bu əlamətlər bir-biri ilə 

qarşılıqlı surətdə bağlıdırlar. 

İcra hakimiyyəti orqanlarının strukturu aşağıdakı 

elementlərdən ibarətdir: 

1.

 



rəhbərlik, (orqanın rəisi, onun müavinləri, kollegiya 

və s.); 


2.

 

sahəvi bölmələr (baş idarələr, idarələr, sahələr və s.); 



3.

 

funksional bölmələr (şöbələr, idarələr və s.); həmin 



orqanda planlaşdırmanı, kadr məsələlərini aparırlar; 

4.

 



Köməkçi və xidmətedici bölmələr (katiblik, 

dəftərxana, kompüter xidməti və s.). 



28

-

 


Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə