Final asas Макет 1



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə8/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   ...   4   5   6   7   8   9   10   11   ...   53

33
Tanı oğlunu, Vətən!
Beləcə, Sadir Surxay oğlu da könlündə bəslədiyi uca niyyətin,
şirin arzunun dalınca uzaq yola çıxdı. Ata-anasının xeyir-duasını
alıb, qərib diyara – Özbəkistana üz tutdu. 1973-cü il avqustun 7-
də Niyazinin bacısı oğlu Eldəniz, Nemətlə onu qatarla Bakıya, or -
dan isə diş həkimi Telmanın qardaşı Ruslan gəmi ilə Krasnovodska
(Türkmənbaşı) yola saldı.
Ruslan Hüseynov (uşaqlıq dostu) söhbətə qoşulur: “Mən on -
da Bakıda ya şa yır dım. Görüşdük. Özbəkistana getdiyini bildirdi.
Məni də özü ilə aparmaq istəyirdi. Onu Krasnovodska (indiki
Türk mənbaşı) bərə ilə mən yola saldım”. 
Krasnovodskdan qatarla Özbəkistanın Nəvai şəhərinə gəlir.
Vağzaldan birbaşa Nemətin qohumu Şahların yanına gedirlər.
Am ma Şahların dediyi, güvəndiyi adamlar onlara kömək edə bil -
mir.
Taleyini, qismətini burda axtardı. 
Buxaraya gələndə 23 yaşında idi.
Buxara vilayət Daxili İşlər İdarəsinin kadrlar şöbəsinə mü -
raciət edir. Şöbə rəisi podpolkovnik Ruziyev familiyalı tacik on -
lara “yerimiz yoxdur” deyir. Onun qatı millətçi olduğunu biləndə
yuxarıya – generalın qəbuluna düşmək qərarına gəlir. General
M.Norova niyyətini açıqca bildirir.
– Deməli, milis orqanlarında işləmək istəyirsən? Bu sahədə,
bilirsənmi, işləmək çox ağırdır? – general onu sınağa çəkir.
– Yoldaş general, lap kiçik yaşlarımdan cinayətkarlara qarşı
mübarizə aparmaq arzusunda olmuşam. Çətinlikdən də qorxmuram.
Atam da, əmim Allahverdi də NKVD-də işləyiblər.
“General sınayıcı nəzərlərlə məni süzdü:
– Əgər eşitsəm, bilsəm ki, bir manat rüşvət almısınız, sizi
özüm güllələyəcəm”.


34
Tanı oğlunu, Vətən!
Nəhayət, gənc S.Məmmədov bir çox bürokratik maneələrdən,
yorucu sənədləşmə prosesindən, üzüntülərdən və vərdiş etmədiyi
gündəlik məişət qayğılarından sonra istəyinə nail olur – 1973-cü
il oktyabrın 1-də Buxara vilayətinin Nəvai şəhəri daxili işlər
şöbəsində xüsusi komendaturada işə başlayır. 
Təxminən 40 gün sonra Buxara Vilayət Dİİ-nin rəisi general
Norovun əmri ilə o həmin şöbədə
cinayət axtarışı inspektoru və zi fə sinə
təyin olunur...
Şöbənin növbəti müşavirəsində
əməliyyatçılardan bir nəfərin Daşkəndə
üç aylıq kursa göndərilməsi məsələsi
müzakirə  olunur.  Qızğın  mü ba hi sə -
lər dən sonra, K.Mamaraximovun (Nə -
vai şəhər Daxili İşlər Şöbəsinin cinayət
axtarışı şöbəsinin rəisi) və onun müavi-
ni Curakul Qafurovun israrlı təkidləri
əsasında Sadir Məmmədovun na mi -
zəd liyi təsdiqlənir. O, kursları uğurla
ba şa vurub iş yerinə qayıdır, bir sıra
ci nayət işlərinin açılmasında fəal iştirak
edir. 
Sadir müəllim bir nəfərin – Bu xa ra Vilayət Dİİ-nin rəisi, mi -
lis gene ral-mayoru Munis Sıracoviç Norovun adını həmişə min -
nət darlıq hissi ilə anır.
“General hər dəfə Nəvaiyə gələndə şəx sən mənimlə görüşürdü
və deyirdi:
– Afərin! Bax, belə işləmək lazımdır. Mən bilirdim ki, səndə
hər şey yaxşı alı na caq! Valideynlərindən xəbər varmı? Toyuna bi -
zi nə vaxt dəvət edirsən?” 
K.Mamaraximov


35
Tanı oğlunu, Vətən!
Zəhməti hədər getmir. Artıq ün va nına təriflər söylənilir, yax -
şı işinə görə mükafatlarla təltif edilir (təltif və mükafatlar haqqında
məlumatlar onun şəxsi işində öz əksini tapmışdır).
İlk iş gününü həyatının ən unudulmaz anı kimi, taleyinin ilk
qələbəsi kimi xatırlayır. Həmin günü şirin və unudulmaz xatirə
kimi danışır...
Nəvai şəhər milis şöbəsində aldığı ilk ciddi tapşırığın mə su -
liy yətini bu gün də təbəssümlə bizə danışır: “Təsəvvür edin ki, ilk
tap şırığım – şəhərin ətrafında hərbi müəssisə vardı, ordan bir nə -
fəri şöbəyə gətirmək lazım idi. İnanın ki, həmin adamı gətirmək
üçün maşınla getməyə səbrim çatmadı, meşə yolu ilə iki kilometrə
qədər məsafəni piyada gedib, həmin adamı şöbəyə gətirdim.
Sonradan bu hərəkətimi xatırlayanda
özümə də gülməli gəlir”.
Yavaş-yavaş əməliyyat-istintaq
işlərinin incəliklərinə və də rin liklərinə
bələd olur, təcrübə toplayır, peşəkar,
tədbirli əmə liy yatçı kimi yetişir.
1974-cü ilin avqust ayında SSRİ
Daxili İşlər naziri N.A.Şe 
lo 
kovun
əmrilə ona leytenant rütbəsi verilir.
Onda sevincinin həddi-hüdudu
yox idi. Leytenant formasında şəkil
çək dirib, evə – Ağdama göndərir... 
Onun vəzifəyə təyin olunması
şö bədə heç də çoxlarının ürə yin cə de -
yil di. Axı, o, “gəlmə” idi. Hər yerdə
ol duğu  kimi,  burda  da  gö zü gö tür -
məyənlər, paxıllar kifayət qədər idi. Xüsusən şəhər par tiya ko mi -
Leytenant S.Məmmədov.
1974-cü il. Nəvai şəhəri.


36
Tanı oğlunu, Vətən!
tə sinin ka tibi Nikolay Duxanov (rus millətçisi idi) ona çox mane
olurdu. Ev mə sə lə sin də işləri dolaşdırmışdı. Cinayət Ax tarışı Böl -
mə sinin rəis müavini və zifəsini tutmaq üçün rəhbərlik tərəfindən
ve rilmiş təqdimatı, sənədləri qəbul etmirdi.
Bu məsələ şəxsi heyətdə müəyyən narazılığa, söz-söhbətə
sə bəb olmuşdu. N.Duxanov oraya öz adamını – Tkaçovun təyin
olun masını is təyirdi. Vəfa Elbekov (Şəhər Daxili İşlər şöbəsinin
rəi si) ona: “Məm mədov ola-ola, başqa adama razılıq versəm, vic -
da nımı itirmiş olaram,  demişdi.
“Şəhər PK-nın binasından çıxanda Duxanovla qarşılaşdıq.
Kinli baxışları ilə məni süzdü, ancaq
heç nə demədi”.
N.Duxanov Sadirin əleyhinə
“kompromatlar” da yayırdı. Ancaq
bütün cəhdləri boşa çıxdı. Norov, El-
bekov kimi nüfuzlu insanların “daşdan
keçən” rəyləri və təq di mat ları öz müs -
bət rolunu oynadı. Mə sələ həll olun -
du.
Bundan sonra Duxanovla mü na -
si 
bət 
lər daha da gərginləşdi. Onun
təqibləri məni rahat işləməyə qoy mur.
23 fevral 1979-cu il ta ri xin də bacısı
oğlu Kəyanın qəfil ölümü psi 
xoloji
durumumu bir az da də rin ləş dirir.
Bu illər ərzində Nəvai şəhəri ona
doğmalaşmışdı. Şəhərə elə öy rəş mişdi
ki! Nəvai taleyinin, qis mə tinin məkanı
idi.
Bacısı oğlu Kəyan


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə