Final asas Макет 1



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə5/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   2   3   4   5   6   7   8   9   ...   53

19
Tanı oğlunu, Vətən!
“Ədalət” qəzetində Sadir Məm 
mə 
dova həsr olunmuş bir
mə qalə onun “por tret mətni” ilə başlayır:
“Ucaboy və enlikürəkdir. Zəhmli si fəti və intiqam qığılcımları
yağan göz ləri var. Enli alnı və qalın bığları onu Səd dam Hüseynə
daha çox oxşadır...”
“Onunla tanışlığım... M.K.Ri -
za yev adına Bakı Orta İxtisas Polis
Məktəbinin rəisinin kabinetində
olmuşdur. Uzunboylu, qa 
ra 
saçlı,
mehriban sifətli mayor rütbəsində
bir gənc mənimlə gö rüşdü və özünü
təqdim etdi”, – hüquq elmləri dok-
toru, professor Alxas Kişiyev yazır.
Qarabağda ona “zəhmli pol -
kov nik”, “qara polkovnik” ləqəbi
ve r dilər. Ə.Mədətoğlu və Q.Qırx -
qız 
lının kitabı da belə adlanır.
“Zəhm li” epiteti onun şəx siy yətini,
xa rakterini  müəy yən ləş di rən  sözdür,
obrazın ermənilərdə ya ratdığı “təəs -
süratın”,  düşmənin  yad da şın da  bu -
rax dığı izin ifadəsidir.
Polkovnikin antropoloji – za-
hiri de 
talları, sifət cizgiləri, heç
şübhəsiz, qə dim türk soyunun, Kən -
gər li tayfasının ge netik-etnik kodun -
dan gəlir.


20
Tanı oğlunu, Vətən!
ƏRƏNLƏR, İGİDLƏR 
TAYFASI – KƏNGƏRLİ
u____________________________________________
P
olkovnik Kəngərli əsillidir. “Kəngərli” təkcə qədim türk
tay fa sının, şərəfli türk soy-kökünün adı de yil. Kəngərli
tarixdə mövcud olmuş döv lə tin adıdır. Yazıçı-tarixçi Altay Məm -
mə 
dov yazırdı ki, Cənubda Balxasla Aral arasında yerləşmiş
Kanqyuy (Kənq) döv lətinin əhalisi türkcə “Kəngər” – Kanqyuyu
kişiləri” adlanıb.
Onun qənaətinə görə, kəngərlilər Cənubi Qafqaza eramızın
əv vəl lə rində hunların tər ki bində gəliblər. Lakin hun lar kimi başqa
et nos ların, ulusların için də əriməyib, itib-bat ma yıb, adını və ma -
hiy yə tini  qoruyublar.
...Kəngərlilər Qərbi Türk xanlığının tərkibində də siyasi
fəallığını saxlamışdı. Orxan-Yenisey kitabələrində kenqres adı ilə
keçir. Orta əsrlərdə kəngərlilər türklüyün mühafizəkarı kimi çıxış
edir... (bu haqda bax: Ə. Pəhləvan. Kəngərlilər. Bakı, 2009)
Başqa türk elatları, tayfaları (Əfşar, Muğan, Qacar...) kimi,
kən gər lilər də Azərbaycanın müxtəlif yerlərində (Qarabağ, Naxçıvan)
ya yı lıb  məskunlaşıblar.
Xanlıqlar dövründə kəngərlilərin bir qismi (XVII-XVIII
əsrlərdə) Qarabağa köçürülmüşdü. Ağdam və Tərtər rayonlarındakı
Kəngərli kənd adları da bununla bağlı idi. Naxçıvanda Kəngərli
indiki Qala məhəlləsinin bir hissəsi Kəngərli məhəlləsi adlanmışdı.


21
Tanı oğlunu, Vətən!
Kəngərli tayfasının əli silah tutanları da, qadınları, uşaqları
da yurdsevər, döyüşkən, məğrur və cəsur olub – tarix belə şahidlik
edir.
Kəngərli oğulları həmişə öz qocalarını, atalarını uca tutublar,
Kən gərli soyuna layiq yaşamağa çalışıblar.
Tariximizin dərinliyindən uzun bir yol keçib gəlmiş kəngərlilər
bu gün də millətimizə başucalığı gətirən oğullar yetişdiriblər. On-
lardan biri də 1950-ci ilin fevralın 14-də Qarabağ mahalında,
Kəngərli elinin hörmətli ağsaqqalı Surxay kişinin ailəsində dünyaya
gəldi, Surxay kişinin yolunu götürdü, halal süfrəsini gördü. Bu,
polis polkovniki Sa dir Məmmədovdur.
Sadir Məmmədovun şərəfli, ləyaqətli zabit ömrü, hünəri və
əxlaqı göstərir ki, bu xalqın tarixində Kəngərlilər dünya durduqca
var olacaq!
Deməli, bu nəsillərin, tayfaların şərəfli adı, hünərləri yaddaşı
yaşadıqca Azərbaycan var olacaq!
Millətin tarixi nəsillərin tarixindən, şəcərələrdən yaranır və
formalaşır.


22
Tanı oğlunu, Vətən!
SU DAŞI
u____________________________________________
Q
ardaşlarla (Sabir və Sadir)
söhbət  əsnasında  də fə lər lə
şahidi olmuşam: elə ki, qardaşları din -
di rirsən, ən çox atalarından danışırlar.
Surxay ki 
şi onların tərcümeyi-halının
baş cümləsi, ömür dastanlarının baş qəh -
rə ma nı dır.
Surxay Haqverdi oğlu 1902-ci ildə
Ye lizavetpol (Gəncə) quberniyası, Şuşa
qə zasının Kəngərli kəndində doğulub.
Kəngərlinin Ramazanlı soyundandır.
Cüssəli, zəhmli, sərt, lakin həlim qəlbli
Surxay kişinin eldə-obada bir sözü iki
ol mayıb. 
Surxay kişi Ağdamın sözü ke çən, sözə-sənətə qiymət verən,
sözü kəsərli, nüfuzlu el ağ saq qal la rın dan olub. El ağsaqqalı türk
ənənəvi  mə dəniyyətinin  əsas  ob raz la rın dan,  əc dad  arxetipinin,
ata-dədə kultunun ifa  də formalarından biridir. Surxay kişi müd -
rik liyinə və ağsaqqallığına görə rayonda həmişə rəhbər vəzifələrə
təyin edilib.
Uzun illər Ağdam rayonunun Kəngərli, Quzanlı, Üçoğlan,
Göytəpə, Əhmədavar, Mərzili, Xıdırlı, Çəmənli, Şelli, Boyəhmədli
kəndlərində vəzifələrdə çalışıb. Güllücə kən dindəki H.Hacıyev
adına kolxozun, Kən gərli kəndindəki V.Budyonnı adına kolxozun


23
Tanı oğlunu, Vətən!
sədri, sədr müavini də olub. Sonralar VII sovxoz adlanan, 16 kən -
di birləşdirən Göytəpə kənd Sovetinin sədri olub.
O, torpağa bağlı olan, torpağı sevən kişi idi. Torpaq, el-oba
Surxay kişi üçün həyatının cövhəri deyil, mənəviyyatının, əxlaqının
başlanğıcı idi. O, bu torpaqda iz qoydu, ad-san qazandı, xalqın
dərin hörmətini qazandı. 1990-cı ildə, 88 yaşında vəfat etdi,
ölümündən (25 avqust 1990-cı il) sonra qədirbilən Göytəpə camaatı
kolxoza Surxay Məmmədovun adını verdilər.
Polkovnikin eloğlusu Əliyev Famil İbad oğlu (Ağdam
rayon maliyyə şöbəsinin sabiq müdiri) deyir ki, gözümüzü açandan
Surxay kişini kəndin ağsaqqalı görmüşük. Surxay kişi – sözü düz,
özü düz kişi. O qədər ciddi, zəhmli idi ki, kənddə analar uşaqlarını
onun adı ilə qorxudardılar. Uşaq ağlayanda, ya sözə baxmayanda,
“Surxay kişi gəlir” deyirdilər. 
Sadir çox nadinc, ipə-sapa yatmayan uşaq olub. Sözə baxmırdı.
Surxay kişi belə onun öhdəsindən gələ bilmirdi. Axırı bir illiyə
aparıb internata qoydu...
Yadımdadır: kənddən bir nəfər Moskvaya, Mavzoleyə anonim
məktub yazmışdı. Surxay kişi çox tədbirli və təcrübəli insan idi.
“Ay camaat, bu kənddə “mavzoley” sözünü bilən iki adam var,
biri mənəm, biri də filankəs”, – deyib, həmin anonimçinin kimliyini
asanlıqla müəyyən etmişdi. 
Bir müşkül iş olanda onun üstünə gedərdilər, onunla məs lə -
hət lə şər dilər. Camaat onun yolunu-izini, hörmətini daim saxlayardı. 
O qədər nüfuzlu el ağsaqqalı idi ki, deputat olmasa da, hər
yerdə sözü keçirdi. Sözünü eşidirdilər. Kəndçimiz Sultanın oğlu
Rusiyada həbs olunmuşdu. Surxay kişi biləndə ki, onu haqsız ye -
həbs ediblər, tez lazımi kağızları, sənədləri toplatdırdı və onu
həbs dən azad etdirə bildi.


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə