Film Fiction


Film Fiction | Dekabr, №4



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə13/18
tarix17.06.2018
ölçüsü0,51 Mb.
#49229
1   ...   10   11   12   13   14   15   16   17   18

 

28 


Film Fiction | Dekabr, №4 

Maraqlı faktlar 

 

 

Sizə kino tarixindən maraqlı faktları 

təqdim edirik. 

 

Kino tarixinin ilk rəngli filmi erməni 



rejissoru Ruben Mamulyanın 1935-ci ildə 

çəkdiyi “Bekki Şarp” (Becky Sharp) filmi hesab 

olunur. Buna qədər isə 19-cu əsrdə Lyümer 

qardaşları filmi əllə rəngləyirdilər. Bu o qədər 

ustalıqla edilirdi ki, rəngin “əl işi” olması faktı 

çox sonralar məlum oldu. 

 

 

 



 

 

Kino tarixinin ilk filmi isə 1895-ci ildə 



Lyümer qardaşlarının çəkdikləri “Qatarın gəlişi” 

hesab olunur. Buna baxmayaraq isə 1888-ci ildə 

fransız rejissor Lui Le Prins 2 saniyədən bir 

qədər artıq olan “Rendxey bağındakı səhnə” 

filmini çəkməyi bacarıb. Bu film məşhur 

operator Corc İstmenemin kəşfi olan kağız lentə 

çəkilib. Sadəcə xronometraj Lyümer 

qardaşlarının filmini əsl film olaraq qəbul edir.  

 

“Apokalipsis” filmində rejissor Mel 



Gibson sonradan aşkarlanmış kobud bir səhvə 

yol verib. Filmdə Maya tayfasını vəhşi, 

düşüncəsiz kimi qələmə verən rejissor unudub 

ki, sivilizasiyada qəbilə icmasında ən ağıllı tayfa 

məhz Mayalılar hesab olunur.  

 

 



 

“Troya” filminin final səhnəsində ölmüş 

yunanı basdıran zaman gözünə qəpik qoyurlar. 

Bu adət qədim Yunanıstanda həqiqətən olub, 

amma bir fakt yaddan çıxıb ki, həmin dövrdə 

hələ dəmir pul kəşf olunmamışdı.  

 

 

 



 

 

“Titanik” filmində Cek obrazı üçün əsas 4 



namizəd arasında “Evdə tək”-in qəhrəmanı 

Makulay Kalkin də var idi, amma rol Leo-ya 

qismət oldu.  

 

“Titanik” haqda daha bir maraqlı fakt: 



Filmdə Cek Rouzun çılpaq şəklini çəkir. Bu şəkli 

əslində filmin rejissoru Ceym Kameron özü 

çəkib. Cekin albomunda olan bütün rəsmlər də 

məhz rejissorun əl işləridi.  

 

Adolf Hitler 5 filmin ssenarisini yazıb və 



3 filmdə aktyor kimi çəkilib. Bundan başqa 

Hitlerin obrazı 331 (!) filmdə canlandırılıb.  

 

Hedi Lamarr kino tarixində seksual 



inqilabın yaradıcılarından hesab oluna bilər. 

Aktrisanın 1933-cü ildə lentə alınan 

Çexoslovakiya istehsalı “Ekstaz” filmində 10 

dəqiqəlik anadan gəlmə çılpaq şəkildə göldə 

üzməsi böyük qalmaqala səbəb olmuşdu. Bu 

kino tarixinin ilk “açıq səhnə”si hesab olunur. 

 

 

 



 

 

Aktyor Şon Penn homoseksuallara hədsiz 



nifrət etməsi ilə də məşhurdur. Onun 

Madonnadan ayrılma səbəblərindən biri kimi 




 

29 


Film Fiction | Dekabr, №4 

bu amil də göstərilir. Çünki, Madonnanın 

dostlarından çoxu geylərdi. Bütün bunlara 

baxmayaraq, Şon Penn 2008-ci ildə “Milk” 

filminə çəkilməyə razı olur və filmdə 

canlandırdığı ABŞ-ın homoseksual deputatı olan 

Milk obrazı ona Oskarı qazandırır.  

 

 



 

 

 



Kino tarixinin ən pis rejissoru Edvard 

Vud (1924-1978) hesab edilir. Rejissor dublsuz 

çəkimlər aparıb və absurd fantaziyalarını 

həyata keçirib. Filmdəki səhvləri görməmək 

üçün kor olmaq lazımdı. Rejissor Tim Bertonun 

“Ed Vud” filmi məhz bu rejissorun həyatından 

bəhs edir. 

 

"Jetsonlar" filmində Ceynin 33 yaşı, qızı 



Cudinin isə 15 yaşı var idi. 

 

"Oz ölkəsinin sehirbazı" ( Wizard of Oz) 



filmindəki şir kostyumu əsl şirin dərisindən 

hazırlanıb. 

 

Kleopatra filmi 1963-cü ildə Misirdə 



qadağan edilmişdir. Səbəbi isə Kleopatra rolunu 

canlandıran Teylorun dinini dəyişdirərək 

yəhudi olması idi. 

 

Ceyms Bond İtalyada  “Mr. Kiss-Kiss-



Bang-Bang” kimi tanınır. 

 

 



 

 

 



Dünyada ilk film studiyası Tomas Edison 

adlı şəxsə mənsub olan "Black Maria" 

studiyasıdır. O 1893-cü ildə 637$-a Tomasa 

başa gəlib. 

 

İçveçdə məşhur rejissor Stiven 



Spilberqin "E.T." filmi 11 yaşdan aşağı uşaqlar 

üçün qadağan edilib. Buna səbəb kimi onlar 

göstərirdi ki, filmdə valideynlər uşaqlarına qarşı 

düşmən mövqedə dururlar. 

 

 

 



 

 

İndiyə kimi qrimə ən çox xərclənən pul 



"Meymunlar planeti" (Planet of the Apes) 

filminə aiddir. 1968-ci ildə ərsəyə gələn filmə 

təxminən 1 milyon $ pul xərlənib. Bu filmə 

xərclənən pulun 17%-i idi. 

 

"Trek Ulduzu" (Star Trek) filmindəki 



Vulkan planeti əslində Yellouston Milli Parkıdır. 

              Filmdən gələn gəliri 100 milyon $-dan 

çox olan ilk film "Çənələr" (Jaws) filmi 

olmuşdur. 

 

 

  



 

 

Bir səhnədə ən çox hərəkət Çarli Çaplinin 



1931-ci ildə ərsəyə gətirdiyi "Şəhərin işıqları" 

(City Lights) filmində qeyd alınmışdır. Alınan 

nəticə isə bu idi: bir səhnəyə 324 hərəkət! 

 



 

30 


Film Fiction | Dekabr, №4 

Müsahibə 

 

 

Müsahibimiz Azərbaycanın tanınmış , 

kinotariximizə adını qızıl hərflərlə 

yazdırmış aktyor Yaşar Nuridi. 

 

 

 

 

 

İlk dəfə “Toy kimindir” tamaşasında 

oynamısınız. Nə hisslər  

keçirmişdiniz? 

 

- Bu haqda çox yazılıb. Artıq onların 



üstündən bir xeyli keçib. Nə hisslər 

keçirmişəmsə onlar qaldı orda. Cəmilə, sən 

təsəvvür elə ki, uşaq ikən birdən səhnə 

karifeyləri Nəsibə Zeynalova, Bəşir Səfəroğlu və 

başqaları ilə birgə səhnəyə çıxmaq nə 

deməkdir... Qorxu hissləri keçirmişəmsə ona 

görə gəlib aktyor olmuşam az-çox.  

 

Sizin uşaqlığınızla indiki uşaqlar 



arasında fərq böyükdür? Yəni, valideynlərinə 

qarşı, uşaqlar bir-birilərinə qarşı. 

 

- Əlbəttə, əlbəttə ki, çoxdu. İstər 



valideynə qarşı, istər müəlliminə qarşı, istər 

dərsə qarşı. İndi zaman dəyişir. Amma bunu 

yaxşı tərəfindən seçmək lazımdır. Əfsuslar 

olsun ki, biz hərdən pisi çox tez qavrayırıq,  

yaxşını isə çox gec qavrayırıq. Əlbəttə ki, bu da 

böyük bir şeydi. Düzdür, yaxşıları da var, sənin 

kimi savadlıları da var, savadsızları da var. Və 

bacardığımız insanlara ixtiyarımız çatır ki, 

deyək, belə geyinmə, belə geyin, belə geyinsən 

yaxşı olar, belə gəzsən yaxşı olar, belə dərsə 

fikir versən yaxşı olar. İndiki bəzi uşaqların 

oxumağa o qədər həvəsləri yoxdur. Ona görə 

Universitetə pul ilə girənlər də var. O pul ilə 

girənlərin nəyinə lazımdır ki, sabah o 

kinoşünas, teatrşünas, ya aktyor olacaq. Heç 

kim ondan sənət naminə heç nə tələb 

etməyəcək. Valideynləriniz sənət seçməyinizə 

təzyiq göstərməyib. Təki aktyor olmayasınız.  



 

Bəs o vaxtı teatrdan 3 manat maaş 

alırdınız. Teatrda işləməyinizə qarşı 

çıxmadılar? 

 

- Teatrda nə işləyirdim ki... 10-11 



yaşında səhnədə çıxış edirdim, 3 manat 

verirdilər. Atam da aktyor olub, heç bir təzyiqi 

də olmayıb. Bəlkə arada xırda-para olub. Anam 

heç qarışmayıb. Atam da ki, bu sənətdə çox 

əziyyət çəkib amma o da qarışmayıb.  

             Şeir deməmək üçün son zəngdə iştirak 

etməmisiniz. İndi buna görə peşmanlıq 

çəkirsiniz? 

 

- Əlbəttə çəkirəm. İndiki son zənglər o 



cür olmur. Amma son zəngdə çıxış etməməyin 

çoxusu şeir deməmək naminə deyil. Çünki mən 

bütün fənnlərdən 4-5 alırdım, həmçinin 

ədəbiyyatdan da. Müəllim də belədi də, yığır-

yığır vaxtı gələndə əvəzini çıxır. Əfşan müəllim 

də mənə 3 yazdı, mən də getmədim son zəngə, 

amma peşmanlıq çəkirəm. Ən gözəl günlərdən 

biri də odur. Sən təzə ayrılmısan, sən bilərsən. 

Ən yaxşı gün son zəngdi. Məktəbin son zəngi 

var, tələbəliyin son zəngi var, insanlığın son 

zəngi var... 

 

 



 

 

 



Aktyorluğu seçməkdə və bu qədər 

tanınmış aktyor olmaqda kimin rolu çoxdur? 

Yəni, aktyorluğa gəlməkdə sizə kim kömək 

edib? 

 

- Bilmirəm məni nə qədər tanıyırlar, 



tanımırlar. Özümə yaxın qoymuram. Kömək 

deyəndə də ki, yəni mən atama baxıb aktyor 

olmuşam. Camaatın ilk çıxışları böyük 

teatrlarda 73-cü ildəndir. Mən hələ səhnəyə 

çıxanda məni heç kim tanımırdı. Ancaq məhəllə 

adamları tanıyırdı. Sizin o vaxtlar yadınıza 

gəlməz, televizorda tənbəl rollarını oynayırdım, 

əl-zad çaldılar, mən də həvəsləndim, çalışdım, 

gəlib bu dərəcəyə çıxdım. 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə