33
Film Fiction | Dekabr, №4
İlin yekunları
Film Fiction adından ilin yekunlarını müəyyən kateqoriyalar üzrə seçdik. Beləliklə...
İlin ən yadda qalan filmləri:
Bir zamanlar Anadoluda (Once upon time in Anatolia), Boşanma (A
Seperation),
Artist (The Artist),
Həyat ağacı (The Tree Life),
Parisdə gecə yarı (Midnight in Paris).
İlin ən yadda qalan animasiya filmləri:
Ranqo (Rango), Tintinin macəraları (The Adventures of
Tintin), Şirinlər (The Smurfs), Xoşbəxt Ayaqlar-2 (Happy Feet-2), Çəkməli Pişik (Puss in Boots).
İlin ən pis filmləri:
Alatoran: Şəfəq (Twilihgt: Breaking Down), Konan (Conan The Barbarian),
Kovboylar yadplanetlilərə qarşı (Cowboys and Aliens), Çənələr 3D (Shark Night 3D), Günəşdən
usanmışlar diologiyası (Утомлённые солнцем).
34
Film Fiction | Dekabr, №4
İlin ən yadda qalan rejissorları:
Lars Von Trier,
Nuri Bilge Ceylan,
Aleksandr Sokurov,
Terens Maliki,
Əsgər Fərhadi.
İlin ən yadda qalan aktyorları:
Jan Dyujarden,
Corc Kluni,
Leonardo Di Kaprio,
Peyman Mooadi,
Bred Pit
İlin ən yadda qalan aktrisaları:
Meril Strip,
Kristen Danst,
Leyla Hətami,
Natali Portman,
Mila
Kunis
İlin ən yadda qalan sitatı:
“Mən nassistəm!” ( Lars Von Trier )
İlin qalmaqalı:
Danimarkalı rejissor Lars Von Trierin Kann festivalında özünü nassist adlandırmasına görə,
persona non grata elan olunaraq festivaldan qovulması bu ilin ən məhşur qalmaqalı kimi yadda qaldı.
36
Film Fiction | Dekabr, №4
CİTİZEN KANE
Film: Vətəndaş Keyn
Rejissor : Orson Uelles
Ölkə: ABŞ
Janr: Dram
İl: 1941
İMDb xalı: 8.6
Film Fiction xalı: 8.6
1941-ci ildə Orson Uellesin rejissorluğu
ilə çəkilən və özünün baş rolda oynadığı film.
Bir çox səsvermələrdə bütün dövrlərin ən yaxşı
filmi seçilən “Citizen Kane” kinoya yeni çəkiliş,
musiqi və süjet quruluşu gətirdi. Xüsusilə qeyd
etmək lazımdır ki, bu Uellesin ilk filmi idi. 9
nominasiyada “Oskar”-a namizəd olan film
yalnız bir, “Ən Yaxşı Orijinal Ssenari”-yə görə
Uellesə və Herman Mankieviçə mükafat
qazandırdı. Uelles filmdə Çarlz Foster Keyn adlı
qəzet sahibini canlandırır. Ümumiyyətlə isə bu
obraz 20-ci əsrdə qəzet sahibi olmuş Uilliam
Rendolf Herst və Uellesin öz həyatından
götürülmüş hadisələr əsasında çəkilmişdir. Film
Amerika Kino İnstitutunun (AFİ) tərtib etdiyi
“Bütün Dövrlərin Ən Yaxşı 100 Filmi”
siyahısında 1-cidir.
Dövlətli media adamı Çarlz Foster Keyn
Floridada tikdirdiyi və darvazasında “keçidi
pozmayın” yazılmış Ksanadu sarayında
həyatının son nəfsini alır. Yataqda ikən əlində
tutduğu qar kürəciyi (oyuncaq) əlindən düşür
və onun son sözləri, “Rosebud” eşidilir. Onun
ölüm xəbəri bütün dünyada sensasiyaya səbəb
olur. Müxbir Cerri Tomson Keynin irsi, xüsusilə
onun son sözü barədə məlumat toplamağa
başlayır. O, Keynin yaxın adamları ilə görüşür və
onlardan məlumat alır. Lakin “Rosebud”
sözünün mənasını heç kim bilmir.
Filmin bəzi səhnələri Keynin uşaqlıq
həyatını, onun Koloradoda yaşadığı evi əks
etdirir. Keyn ailə qurur, daha sonra isə opera
müğənnisi olmaq istəyən bir xanımla, Syuzan
Aleksandrla əlaqədə olur. Onun müğənni ilə
əlaqələrinin ortaya çıxması siyasi həyatına
böyük zərbə vurur, Syuzan onu tərk edir. O,
həyatının son illərini Ksanadu sarayını
tikdirməyə sərf edir, bahalı incəsənət
nümunələrini burada toplayır. Onun eşikağası
Keynin ölüm səhnəsini müxbirə danışır və
bildirir ki, Syuzan onu tərk etdikdən sonra o,
məhz qar kürəciyinə baxaraq “Rosebud” sözünü
işlətmişdi. Tomson qərara gəlir ki, o heç vaxt bu
sözün sirrini tapa bilməyəcək. O, iddia edir ki,
Mr. Keyn həyatda hər şeyə nail olub və hər şeyi
itirib. Ola bilsin ki, “Rosebud” onun qazandığı və
ya itirdiyi bir şey idi. Keynin ölümündən sonra
onun əşyaları siyahıya alınır, bəziləri isə
yandırılır.
Filmin sonunda məlum olur ki, “Rosebud” onun
uşaqlıqda oynadığı xizək idi. Bu sözü işlətməklə
Keyn həyatının yeganə xoşbəxt anlarını
xatırlamışdı.
Film həvəskarı kimi bu filmi çox yüksək
qiymətləndirirəm. Ümumilikdə filmin hər bir
səhnəsi əvvəlki kino texnikalardan çox
fərqlənir. Filmin çəkiliş texnikasından, Uellesin
obraz quruluşundan sonrakı filmlərdə tez-tez
istifadə edilmişdir. Hətta hesab edirəm ki, “Xaç
atası” filmindəki Vito Karleone obrazı ilə Keyn
arasında çox oxşarlıq var. Filmin çəkilməsindən
70 il keçməsinə baxmayaraq, onun təsirini
sonradan çəkilən bir çox filmlərdə görmək
mümkündür. Film əsl incəsənət nümunəsidir.