Film Fiction


Film Fiction | Dekabr, №4



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə17/18
tarix17.06.2018
ölçüsü0,51 Mb.
#49229
1   ...   10   11   12   13   14   15   16   17   18

 

39 


Film Fiction | Dekabr, №4 

KLASS 


 

 

 



Film: Sinif 

Rejissor: İlmar Raaq 

Ölkə: Estoniya 

Janr: Drama 

İl: 2007 

İMDB balı: 8.1 

Film Fiction balı: 8.0 

 

 



Filmin rejissorunun dediyinə görə bu 

film 1999-cu ildə ABŞ-ın Kolumbayn 

məktəbində baş vermiş faciəyə alternativ 

baxışdı. Qas Van Sentin “Fil” filmindən fərqli 

olaraq burda təkcə faciə deyil, həm də  faciədən 

öncəki 6 gün və 7-ci, yəni faciə günü təsvir 

olunur. Amma sujet Kolumbaynda deyil, məhz 

Estoniya şəhər məktəblərinin birində cərəyan 

edir.  

Filmdə klassik üçlük var- güclü, zəif və zəifin 



müdafiəçisi.  

 

Güclü, yəni lider olan şəxs- Andreas sinfə 



nəzarəti əlində saxlayır və qızlı, oğlanlı bütün  

 

 



sinif onun əmrləri ilə oturub durur. İdarə edən 

odur. Başçı odur. Qanunları o müəyyən edir. 

Zəif şəxs- Yozepdi. Yozep hər gün döyülür, 

söyülür, alçaldılır. Amma susur və dözür. Öz 

dediyi kimi, məktəbi qurtaranda bütün bunlar 

keçmişdə qalacaq. Bəxti ilə barışmış və heç cür 

ona əks gedə bilməyən çarəsiz biridi. Ən pisi 

odur ki, ona qarşı bir adam yox tam bir sinifdi.  

Zəifin müdafiəçisi- Kasperdi. Kasper də bir 

vaxtlar Andreasın əmrlərinə tabe olan olub, 

amma artıq ədaləti dərk etməyə başlayıb. Dərk 

edib ki, Andreası güclü edən, başçı edən də 

ətrafındakılardı. Dərk edib ki, əslində Yozepə 

qarşı haqsızlıq edilir və bu düzgün deyil. Amma 

Kasper unudub ki, Andreasa qarşı çıxmaq elə 

sinfə qarşı çıxmaq deməkdi.  

Əslində filmin sujeti də məhz düzgünlük axtarışı 

üzərində qurulub. 

 

Filmdəki hadisələr 7 gün cərəyan edir. 



Və bu 7 gün bütün sinfin taleyini dəyişdirir. 

Yozep alçaldılır, Kasper mücadilə edir. Bu 

mücadilə ona sevgisi, ləyaqətinin alçaldılması, 

həyatın puç olması bahasına başa gəlir. Film 

vəhşi təbiəti xatırladır. Burada isə 3-cü variant 

yoxdu. Yeməsən yem olacaqsan. Bəlkə də 

Yozepin taleyi belə yazılmışdı və o, bütün 

bunlara dözüb, birtəhər məktəbi bitirəcək və 

arzusunda olduğu qrafika dizayneri olacaqdı. 

Kasper isə Andreasın kölgəsində qürurla 

dolanacaq və məktəbi bitirən kimi Tea-nı 

alacaqdı. Buna Kasperin insanlığı yol vermədi. 

O, bir növ təkcə özünün deyil, elə Yozepin də 

taleyinə qarşı çıxdı. Dəyişmək istədi. Amma 

bunu müsbət mənada etmədi. Əksinə vəziyyəti 

daha da çıxılmaz etdi. Filmin ideyası Hitler və 

Nitşenin “zəiflər ölümə məhkumdu” fəlsəfəsini 

müdafiə edir. Film bitir. Rollar dəyişməyib. Yenə 

də Andreas-güclü, Yozep-zəif, Kasper-zəifin 

müdafiəçisi... Burda isə humanizmdən söhbət 

belə gedə bilməz. Filmdə ikinci planda Yozepin 

atasının fikrini ön plana çəksək bu filmin ideyası 

belədir: “Qoyma səni alçaltsınlar. Bu gün buna 

boyun əysən sabah həyat səni minəcək!” Kasper 

və Yozep də boyun əymədilər amma...  

Filmin büdcəsi 100 min avrodu və 2007-ci il 

Oskarda “ən yaxşı əcnəbi dildə film” 

kateqoriyasında nominantlardan biri olub. Film 

2007-ci il Varşava və Karlovı Varı festivallarının 

hər ikisində 2 nominasiya üzrə priz qazanıb.  

P.S. Əsəblərinizə heyfiniz gəlmirsə mütləq bu 

filmi izləyin.  

 



 

40 


Film Fiction | Dekabr, №4 

PİNA 


 

 

 



 

Rejissor: Vim Venders 

Ölkə: Almaniya- İngiltərə- Fransa 

Janr: Sənədli film- Müzikl 

İl: 2011 

İMDB balı: 7.7 

Film Fiction balı: 9.0 

 

 



 

“Pina” filmi məhşur alman xoreoqrafı 

Pina Bauş haqqında çəkilən sənədli filmdir. 

Xronometrajı 106 dəqiqə olan bu filmin ideya 

və rejissorluğu Vim Vendersə aiddi.  

 

Hələ 1985-ci ildə ilk dəfə Pina teatrının 



“Kafe Müller” adlı tamaşasından təsirlənən 

rejissor Bauşla dostluq münasibətləri qurur və 

onun haqqında mütləq bir film çəkəcəyini özünə 

söz verir. 2008-ci ildə Venders filmin 

çəkilişlərinə start verir. 2009-cu ildə isə Pina 

Bauş dünyasını dəyişir. Bununla da filmin sujeti 

bir növ xatirə tipinə əvəz olunur. Qeyd edək ki, 

bu film “müəllif filmi” ( Art house )  

 

kateqoriyasında ilk 3D filmdi. Filmin təqdimatı 



2011-ci ildə oldu və tənqidçilər, kinosevərlər 

tərəfdən yüksək qiymətləndirildi. 

 

Pedro Almodovarın “Onunla danış” 



filmini seyr edənlər Pina Bauşu o dəqiqə 

tanıyacaqlar. Peşəsinə uyğun Pina həmin filmdə 

də xoreoqraf kimi rol almışdı. Pina müasir rəqs 

ideyasının yaradıcılarından sayılır və onun üçün 

standart rəqs anlayışı yoxdu. O sadəcə hisslərin 

təcəssümünü görmək istəyir. Filmin sloqanı da 

belədir: “Rəqs et, rəqs et, yoxsa biz məhv 

olarıq”... “Pina” sadəcə sənədli film deyil. Eyni 

zamanda çox gözəl bir sənət əsəridi. Müəllif 

filmləri və əsl sənət sevərləri əmin edə bilərik 

ki, bu film onların zövqünü oxşayacaq. İlk 

baxışdan əcaib görünən amma bir qədər 

baxdıqdan sonra çox sevəcəyiniz səmimi 

rəqslərin şahidi olacaqsız. Film qətiyyən sizi 

yormayacaq. Əksinə yorğunluğu atacaq və 

müsbət enerji ilə yükləyəcək. Hətta qətiyyən 

rəqsləri sevməyən, heç vaxt rəqs etməyənlər də 

bu filmdən sonra mütləq fikirlərini 

dəyişəcəklər. Vendersi də yaddan çıxartmaq 

olmaz. Rejissoru ayaq üstə alqışlamaq lazımdı 

bu cür filmə görə.  

 

Filmdə aktyor heyəti elə Pina rəqs 



dərnəyinin truppasıdı. Bu amilə diqqət edin 

filmi izlərkən. Çünki səssiz film olsaydı bunu 

qətiyyən anlaya bilməzdiz. Bu da rəqs sənətinin 

böyüklüyü.  

 

“Pina” 2011-ci ildə European Film 



Awards ( Feliks mükafatı ) “Ən yaxşı sənədli 

film” kateqoriyasında priz qazandı. Bundan 

başqa film bu ilin Oskarında “Ən yaxşı əcnəbi 

dildə film” nominantlarından biridi.  

 

 

 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə