Film Fiction


Film Fiction | Dekabr, №4



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə18/18
tarix17.06.2018
ölçüsü0,51 Mb.
#49229
1   ...   10   11   12   13   14   15   16   17   18

 

41 


Film Fiction | Dekabr, №4 

Midnight in Paris  

 

 

 

Film: Parisdə gecəyarı 



Rejissor: Vudi Allen 

Ölkə: Amerika 

Janr: Komediya, Fentezi, Məhəbbət 

İl: 2011 

İMDb xalı: 7.8 

Film Fiction xalı: 8 

 

 

Vudi Alenin 76 yaşında çəkdiyi 42-ci 



filmi. Bu rejissor qocalmaq bilmir. Nyu-York, 

London, Barselonadan sonra Vudi Allen bu dəfə 

Parisə səyahət edib. Film Parisin gəzintisi ilə 

başlayır. Film başlayandan beş dəqiqə boyunca 

Parisin ayrı-ayrı yerləri göstərilir. Parisin gözəl 

mənzərələrini isə gözəl musiqi müşayiət eləyir. 

Film Amerikadan Parisə gələn iki sevgilinin 

həyatındandır. Daha doğrusu, yazıçı olmaq 

arzusunda olan və Paris küçələrində öz ilham 

pərisini axtaran Gil Gender adlı Amerikalı 

oğlanın başına gələn hadisələr təsvir olunub. 

Filmin əsas mövzusu isə yalnış zamanda 

yaşadığına inanan və keçmiş zaman üçün  

 

 



 

darıxan gənc yazarın Parisdə özünü kəşf 

etməsidir. 

 

 Parisdə özünü yalnız hiss edən Gil, 



şəhəri gəzərkən keçmişə səyahət edir, öz xəyal 

dünyasını yaradır və 1920-ci illərin Paris 

mühitinə düşür. Dali, Pikasso, Heminguey, 

Fitzgerald, Jan Kokto, o dövrün Paris mühiti və 

Gil Gender. Bu insanlarla tanışlıq gənc yazarın 

həyatına və dünya görüşünə çox fərqli təsir 

göstərir. Nişanlısından istədiyi yaxınlığı 

görməyən Gil öz xəyal dünyasına qapılır, hətta 

bir eşq macərası da yaşayır. 

 

 Vudi Allenin ən böyük ustalığı onun 



filmlərinin ssenarisidir. "Parisdə Gecəyarısı" 

filmi də bu baxımdan alqışlanasıdır. 1920-ci 

illərin Paris mühiti, Dali, Pikasso, Heminquey 

kimin ağlına gələ bilərdi? Cavab birdir: Vudi 

Allenin. Filmə baxdıqdan sonra seyrcilərin çoxu 

o dövrün Parisinə səyahət etmək və o dövrdə 

yaşamaq xəyalı qura bilər. Axı yazmaq, 

yaratmaq üçün belə bir mühit hamıya lazımdır. 

Gertruda Steyni belə yaddan çıxartmayan Vudi 

Allen ədəbi mühiti bütün gözəlliyi ilə göstərib. 

Heminguey obrazındakı vecsizlik, Fitzgeraldın 

şıklığı yerli-yerindədir. 

 

Aktyor heyəti də çox rəngarəngdir. Oven 



Uilson (Owen Wilson), Reyçel Makdams 

(Ratchel Mcadams), Marion Kotillar (Marion 

Cotıllar), Maykl Şin (Michael Sheen), Edrien 

Broudi (Adrien Broody) və Fransa prezidentinin 

həyat yoldaşı Karla Bruni (Carla Bruni). 

Ən çox təəccübləndirən isə Edrien Broudinin 

yaratdığı Salvador Dali obrazıdır. Əgər Parisi 

heç sevməyən insan varsa, o şəxs bu filmə 

baxdıqdan sonra yəqin ki fikir dəyişikliyi 

edəcək. 30 milyon dollarlıq büdcəsi olan film 

prokatlarda və reklamlarda 116 milyon topladı. 

Vudi Allen yaradıcılığının bütün detalları bu 

filmdə toplanıb. Maraqlı dialoqlar, qeyri-adi 

rejissor gedişləri və s. 

 

 İnsanın daxilində hər zaman keçmişə 



getmək kimi bir arzu yaşayır. Bəziləri 

yaşadıqlarını yenidən yaşamaq istəyir, bəziləri 

isə oxuduğu və maraqlandığı dövrün abu-

havasını görmək istəyir. Bu film məhz bu 

adamların arzusunu əks etdirir. Vudi Allenə 

təşəkkürlər... 



 

 


 

42 


Film Fiction | Dekabr, №4 

It’s a  

Wonderful Life 

 

 

 

Film: Bu gözəl həyat 

Rejissor: Frenk Kapra 

Janr: Dram, Fentezi 

Ölkə: ABŞ 

İl: 1946 

IMDb : 8.7 

Film Fiction xalı : 8.5 

 

 

Film 1946-cı ildə ekranlara çıxıb. Frenk 



Kapranın prodüseri və rejissoru olduğu film 

Filip Van Doren Sternin "Ən yaxşı hədiyyə" adlı 

qısahəcmli hekayəsi əsasında çəkilib. Baş 

rollarda Ceyms Stüart, Donna Rid və b. 

çəkiliblər. Hadisələr yeni il ərəfəsində cərəyan 

edir. Kassa yığımında o qədər də uğurlu 

olmayan film sonradan bütün dövrlərin ən yaxşı 

filmlərindən biri kimi qiymətləndirildi və Milad 

bayramının rəmzinə çevrildi. 

 

Film "Ən Yaxşı Film" də daxil olmaqla 5 



kateqoriyada Oskara namizəd olsa da, heç birini 

qazanmadı. Amerika Film İnstitutu filmi "100 ən 

təsirli film" siyahısında 1-ci yerə layiq gördü. 

“Ən yaxşı film” kimi Oskar almayan ən yaxşı 

filmlərin siyahısında bu film əksər hallarda ilk 

sırada olur. 

 

Corc Beyli (Ceyms Stüart) bütün həyatını 



Bedford Falls şəhərinin əhalisinə sərf edib. Mr. 

Potter (Lionel Berrimor) adlı bir nəfər şəhəri 

ələ keçirmək istəyir. Beyli dünyanı səyahət 

etmək istəsə də, şəhərdə qalmağa məcbur olur. 

Corc atası tərəfindən maliyyələşdirilən tikinti-

kredit şirkətinə malikdir. Lakin Yeni İl günü 

Corcun dayısı Billi şirkətin $8,000 məbləğində 

pulunu banka yatırmaq istəyərkən onu itirir. 

Mr. Potter pulu tapır və onu Billidən gizlədir. 

Bank işçisi pulun banka yatırılmadığını 

öyrənəndə, Corc başa düşür ki, bu hadisədə onu 

təqsirli biləcəklər və o həbs ediləcək, şirkət isə 

dağılacaq. Bunun nəticəsində isə Mr. Potter 

şəhəri ələ keçirəcək. Arvadını, uşaqlarını və 

digər sevdiklərini düşünən Corc onun 

ölümünün digərləri üçün daha yaxşı olacağını 

düşünür və intihar etməyə cəhd edir. Lakin 

sevdiklərinin duaları nəticəsində Corcun 

qoruyucu mələyi Klarens (Henri Trevers) ona 

kömək etmək üçün Yerə enir. Mələk Corca 

yardım edəcəyi tədqirdə qanadlara sahib 

olacaq. Corc özünü gölə atmaq istəyən anda 

mələk onu xilas edir. O, heç vaxt dünyaya 

gəlməməyi arzu edir. Mələk Corcun arzusunu 

yerinə yetirərək heç vaxt görmədiyi dünyanın 

qapısını Corca açır. Corc bu dünyanın heç də 

ideal bir dünya olmadığını başa düşür və 

insanların ətrafında olan gözəllikləri, 

yaxşılıqları olduğu kimi dərk etmədiyini anlayır. 

Həyat eşqini yenidən duyan Corc evə, 

sevdiklərinin yanına qayıdır. O bütün 

problemləri unudur. Pulun itməsindən xəbər 

tutan şəhər əhalisi ona yardım edir, dostu Sem 

Veynrayt teleqramla $25,000 göndərir. Corc 

Klarensin ona olan hədiyyəsini, "Tom Soyerin 

Macəraları" kitabını üzərində bir qeydlə tapır: 



"Əzir Corc: Yadda saxla, dostları olan heç kəs 

bədbəxt deyil. Qanadlara görə çox sağ ol! 

Sevgilərlə Klarensdən."  

 

Üç dəfə zəng çalınır və Corcun qızı Zuzu 



xatırladır ki, bu mələyin öz qanadlarına 

qovuşmasını bildirir. Corc anladı ki, onun həyatı 

heç bir səyahətsiz də sevdikləri arasında çox 

gözəldir. 

 

İllər keçməsinə baxmayaraq, film hələ də 



Yeni İl ərəfəsində ən çox baxılan filmlərdən 

biridir. Bu isə yaradıcı heyətin əziyyəti 

sayəsində əldə edilib. Belə filmlərə baxdıqda əsl 

film gözəlliyinin nə olduğunu anlamaq heç də 

çətin deyil. 



 

43 


Film Fiction | Dekabr, №4 

YENİ İL 

 

 

 

 

 

 

 

 

Bu başlıq altında sizə yeni ildə izləyəcəyiniz yeni ilə aid filmlər təqdim edirik. Yeni il 

ərəfəsində və bayram günlərində əhvalınızı bayram aurasına bürüyə biləcək 10 film bunlardır: 

  

 

1. Evdə tək 1-2 / Home alone 1-2 



2. Taleyin qisməti və ya həmişə təmizlikdə 1-2 / Ирония судьбы, или С лёгким паром! 1-2 

3. Milad hədiyyəsi / Jingle all the way 

4. Küknar 1-2 / Ёлки 1-2   

5. Ötən ilin son gecəsi 

6. Bu gözəl həyat / It’s a wonderful life 

7. Qrinç- milad oğrusu / How the Grinch stole christmas 

8. Tətil / The holiday 

9. Real sevgi / Love actually 

10. Milad əhvalatı / A christmas carol 

 

 

 

 

 

 


 

44 


Film Fiction | Dekabr, №4 

AFİŞA 

  

Elvin və burunduklar 

 

Ölkə: ABŞ



 

İl: 2011 

Rejissor: Mayk Mitçell 

Baş rollarda: Mettyu Qrey Qubler, Cessi Makkartni, Emi 

Poler, Endi Bakkli 

Janr: multfilm, fentezi, komediya, ailəvi, musiqili 

Kinoteatr: Park Cinema 

4 yanvara kimi seansda 

  

Üç burunduk-qardaşların sərgüzəştləri davam edir! 



Elvin, Saymon və Tereador öz rəfiqələri ilə birgə, yeni 

macəralara aparan müxtəlif  hadisələrdən kənar qala 

bilmirlər. Bu dəfə tale onlara nə hazırlayıb və çətin 

vəziyyətdən onlar necə çıxacaqlar? Bax budur əsas 

sual.... 

 

 

 

 

 

 

Şerlok Xolms-2. Kölgələr oyunu 

 

Ölkə: USA 



İl: 2011 

Rejissor: Qay Riçi 

Baş rollarda: Robert Dauni, Jud Lou, Numi Rapas, 

Reyçel MakAdams 

Janr: detektiv 

Kinoteatr: Park Cinema 

4 yanvara kimi seansda 

 

Avstriyanın kron-şahzadəsinin cəsədi aşkar ediləndə, 



müfəttiş Lestreyd bu hadisənin intihar olmasını təsdiq 

edir. Lakin Şerlok Xolms qərara gəlir ki, taxt vərəsəsi 

öldürülüb, və bu qətl, professor Moriartinin yaratdığı 

hiylənin kiçik bir hissəsidir. Həqiqətdə  hər şey daha 

dəhşətli və miqyaslıdır. Axtarışlar Xolms üçün təhlükə 

yaradır, onu, Vatsonu, onların qeyri ixtiyari tərəfdaşı 

qaraça Simini, bütün Avropadan, İngiltərədən 

Fransaya, sonra Almaniyaya və İsveçrəyə aparır. Lakin 

Moriarti həmişə bir addım qabaqdadır, o ölüm və itki 

gətirən hiylələrini qurur. Onlar onun böyük, tarixin 

gedişatını dəyişən planın hissəsidir… 

 

 




 

45 


Film Fiction | Dekabr, №4 

 

Parisdə bədheybət 3D 

 

Ölkə: Fransa 

İl: 2011 

Rejissor: Bibo Berjeron 

Baş rollarda: Vanessa Paradi, Denni Hyuston, Adam 

Qoldberq, Ketrin O’Hara 

Janr: cizgi 

Kinoteatr: Park Cinema 

4 yanvara kimi seansda 

 

Paris. 1910 il. Nəhəng həşəratı xatırladan bədheybət 



bütün Fransanı qorxu içində saxlayır. Utancaq 

kinomexanik Emil və yorulmaz ixtiraçı Raul, bu 

məxluqun ovuna çıxırlar. Təqib zamanı onlar, “Cənnət 

quşları” kabaresinin ulduzu, Lüsil, dəlisov alim və onun 

ağıllı meymunu, və, heç də qorxulu olmayan əcayiblə 

tanış olurlar. İndi, artıq, birə kimi zərərsiz olan 

bədheybət, şəhər polisinin tərs rəisindən xilas olmaq 

üçün, öz yeni dostlarından kömək istəyir. 

 

 

 



  

  

  



Kişilər daha nə haqda danışırlar? 

 

Ölkə: Rusiya 

İl: 2011 

Rejissor: Dmitri Dyaçenko 

Baş rollarda: Leonid Barats, Rostislav Xait, Aleksandr 

Demdov, Kamil Larin 

Janr: komediya 

Kinoteatr: Park Bulvar 

4 yanvara kimi seansda 

 

2010 ilin  “Kişilər nə haqda danışırlar” tanınmış 



komediyasının davamı... 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

46 


Film Fiction | Dekabr, №4 

 

Köhnə yeni il 

 

Ölkə: ABŞ 

İl: 2011 

Rejissor: Harri Marşal 

Baş rollarda: Holli Berri, Cessika Bil, Con Bon Covi

Ebiqeyl Breslin 

Janr: melodrama, komediya 

Kinoteatr: Park Cinema, Azərbaycan 

4 yanvara kimi seansda 

 

Filmin qəhrəmanları-daim ayıq olan şəhərin 



sakinləridirlər. Nyu-York, Yeni il qabağı bir neçə 

qəhrəmanın taleyini bir-birinə bağlayacaq: 

xəstəxanada ölüm ayağında olan yaşlı şəxsin, özünə 

söz verdiklərini həyata keçirmək istəyən katibənin, 

Tayms Skverdə tanınmış yeni il tamaşasının 

prodüserinin, ümumiyyətlə, bu bayramdan zəhləsi 

gedən birinin... 

 

 



 

 

 



 

Smeşariklər-Başlanğıc 3D 

 

Ölkə: Rusiya 



İl: 2011 

Rejissor: Denis Çernov 

Baş rollarda: Vadim Boçanov,Sergey Mardar, Anron 

Vinoqrad, Svetlana Pismiçenko 

Janr: cizgi filmi, komediya, macəra, ailəvi 

Kinoteatr: Park Cinema, Azərbaycan 

4 yanvara kimi seansda 

 

Heç kimə dəyib-dolaşmayan filmin qəhrəmanları, 



Smeşarikləri, öz məskənını saxlayaraq, okeanı qət 

edərək, digər həqiqətə keçməyə nə vadar edə bilər? 

Yalnız ədalət istəyi və dünyanı xilas etmək arzusu! 

Lakin kəndsayağı qəhrəmanlıq böyük şəhərin qeyri 

qonaqpərvər mühiti ilə üz-üzə gəlir- burada 

millionlarla Smeşariklər yaşayırlar. Adi evlərin əvəzinə 

burada nəhəng göydələnlərdir. Nəqliyyat və uçan 

obyektlər isə təhlükəlidir. Belə qəribə dünyada 

itməmək və onu Zalımdan xilas etmək çox çətindir... 

 

 



 

 

 



 


 

47 


Film Fiction | Dekabr, №4 

 

Kabus 3D

 

 



Ölkə: ABŞ 

İl: 2011 

Rejissor: Kris Qorak 

Baş rollarda: Emil Hirş, Reyçel Teylor, Oliviya Tirbli, Maks 

Minqella 

Janr: fantastika, triller 

Kinoteatr: Park Cinema 

4 yanvara kimi seansda 

 

Film, Rusiyanın paytaxtına yad planetlilərin təcavüzü 



zamanı, öz həmvətənləri ilə gələn, amerikalı turist haqqında 

danışacaq. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Kükünarlar 2 

 

Ölkə: Rusiya 

İl: 2011 

Rejissor: Dmitri Kiselev, Aleksander Baranov ,Aleksander 

Kott, Levan Qabriadze 

Baş rollarda: İvar Urqant, Sergey Svetlakov 

Janr: komediya 

Kinoteatr: Park Cinema 

4 yanvara kimi seansda 

 

"Küknarlar" filminin birinci hissəsinin davamı... 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

48 


Film Fiction | Dekabr, №4 

 

Həyatakeçirilməz tapşırıq: PROTOKOL FANTOM 

 

Ölkə: ABŞ 



İl: 2011 

Rejissor: Bred Börd 

Baş rollarda: Tom Kruz, Ceremi Renner, Saymon Peqq, Pola 

Petton,  

Janr: macəra, triller 

Kinoteatr: Azərbaycan 

4 yanvara kimi seansda 

 

Kremlin bombalanmasında ittiham olun İMF-in bağlanması 



nəticəsində İtan Hant və onun yeni komandası 

təşkilatlarının adına yaxılmış qara ləkəni təmizləmək 

məqsədi ilə qaçmaq məcburiyyətindədirlər... 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Alatoran: ŞƏFƏQ- I hissə 

 

Ölkə: ABŞ 



İl: 2011 

Rejissor: Bill Kondon 

Baş rollarda:  Kristen Stüart, Robert Pattinson, Teylor 

Lotner, Dakota  

Janr: dram 

Kinoteatr: Azərbaycan 

4 yanvara kimi seansda 

 

Filmin dördüncü hissəsində Bello Svon ya öz, ya da yarı 



insan, yarı vampir olan gələcək körpəsinin həyatını xilas 

etmək kimi çətin seçim qarşısında qalır. O, övladının 

həyatına qıymamağı qərara alır, lakin Edvard və Kallen 

ailəsinin digər üzvləri bunun əleyhinədirlər.  

Bella köməksiz vəziyyətdədir, lakin onun gözləmədiyi halda 

ona yardım əli uzadılır. Bella və Rozali atacaqları addımın 

nə kimi dəhşətli nəticələrə gətirib çıxardığından xəbərsiz 

olaraq bir arada körpənin həyatını xilas etməyə çalışırlar... 

 

 

 



 

 

 




 

49 


Film Fiction | Dekabr, №4 

Viktorina 

 

 

Hörmətli oxucular, noyabr sayımızdakı “viktorina” suallarına təəsüf ki, tam olaraq düzgün cavab 



verən olmadı. Həmin sualların cavabları ilə sizləri də tanış edirik: 

 

1. Demir Mur, Natali Portman, Natalia Oreiro. Bu aktrisalardan hansı striptizçi roluna 



çəkilməyib? 

 

Cavab: Hər üçü çəkilib. 



 

2. Klint İstvud və Morqan Frimana “Oskar” qazandıran film? 

 

Cavab: Milyon dollarlıq körpə 



 

3. “Tərcümənin qəlizliyi” (Lost in translation) filmi ilə Frensis Ford Koppolanı nə birləşdirir? 

 

Cavab: Filmin rejissoru Frensis Ford Koppolanın qızıdır. 



 

4. 11 oskar almış 3 film var. Titanik, Üzüklərin sahibi. Bəs digər film necə adlanır? 

 

Cavab: Ben Qur 



 

5. Conni Deppin ilk sevgilisi ona məhz bu aktyorla (aktyor həm də Conninin ən yaxın 

dostlarından birin olub) xəyanət edib. Və bu xəyanət Conni Deppə indiki zirvəyə ucalmasında stimul 

olub. Söhbət hansı aktyordan gedir? 

 

Cavab: Nikolas Keyc 



 

 

 



Bu dəfəki viktorina suallarının düzgün cavablarını elektron ünvanımıza (

film.fiction@box.az

) ən 

tez göndərən oxucumuz "Xaç atası" trilogiyası və bonus olaraq "Kino inciləri" seriyasından "The English 



Patient", "Rain Man", "Exorcism", "My sister's keeper" filmləri ayrılıqda 2 disk (ümümilikdə 3 orjinal 

keyfiyyətli DVD disk ) qazanacaq . Beləliklə suallar: 

 

1. “Millət Larri Flinta qarşı” filmində qalmaqallı jurnalın təsis olunmasından söhbət gedir. Həmin 



bu qalmaqallı və məhşur jurnalın adı? 

 

2. “Mənə film nədir soruşanda mən həmişə 



onun filmlərini misal göstərirəm. Çünki, əsl kino məhz 

onun çəkdikləridi mənim üçün.” Bu sözləri rejissor 

Takeşi Kitano hansı rejissor haqda söyləyib? 

 

3. “Ən yaxşı film” nominasiyasında Oskar 



qazanmış yeganə “lal” (səzssiz) film hansıdı? 

 

4. Rejissor Frenk Darabont Stiven Kinqin hansı 



əsərinin sonluğunu dəyişərək ekranlaşdırıb?  

 

5. Şəkilli sual. Şəkildə gördüyünüz obraz hansı 



filmdəndir, obrazın və aktyorun adı nədir? 

 

 



 

 

 



 

 

 



 

 

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə