Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə4/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Fəlsəfənin mövzusu.
Artıq qeyd etdiyimiz kimi, müxtəlif dövr-
lərdə “fəlsəfə” anlayışına müxtəlif mənalar verilmişdir.
Başlanğıcda bu anlayış daha geniş məna – yaranmaqda olan
elmin və nəzəri təfəkkürün cizgilərinə malik idi. Qədim dövrün
fəlsəfəsi insanların təbiət və özləri haqqında ilkin elmi bilik və
7
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


nəzəri mülahizələrinin vəhdəti ilə fərqlənirdi ki, sonradan da
onların əsasında müstəqil fəlsəfi fikir inkişaf etmişdir. 
Filosoflar əsrlər boyu təbiətin nə olduğu haqqında çox üzücü və
dərin mülahizələr irəli sürmüşlər. İlk yunan filosoflarının
maraqlarının predmeti də bu olmuşdur. Onların müşahidələri,
düşüncələri, analogiya və hipotezləri dünyanın, Yerin, Günəşin
və ulduzların yaranması, təbiətin əbədiliyi və sonsuzluğu
haqqında suallara idrakı qane edən cavablar axtarışına yönəlmiş-
di. Filosoflar onları maraqlandıran məsələlərə müxtəlif nöqteyi-
nəzərdən yanaşırdılar və buna görə, onların cavabları da müx-
təlif idi. Bununla bərabər, problemin həlli üçün onların hər
birinin təklif etdiyi variant mütləq həqiqət hesab edilmirdi:
həmişə istər problemə yeni yanaşmalara, istərsə də bu barədə
yeni suallara yer qalırdı. Bu fikir və yanaşma müxtəlifliyi
şəraitində fəlsəfə özünün əsas vəzifəsini insanların pərakəndə
biliklərinin toplanmasında və ümumiləşdirilməsində görürdü.
Beləliklə, fəlsəfə başlanğıcda təbiət fəlsəfəsi kimi çıxış edirdi. 
Filosoflar tədricən insana, insanın mahiyyətinə, onun ictimai-
həyati məsələlərinə, tarixin və mədəniyyətin mənasına da maraq
göstərməyə başladılar. Qədim yunan filosofu Sokrat (e.ə. 469-
399-cu illər) insanın həyatı və ölümü, insan həyatının mənası,
insan biliklərinin mənbələri barədə, mərdlik, əzmkarlıq,
ədalətlilik və müdriklik kimi etik kateqoriyalar haqqında
mühakimə yürüdürdü. Sokratın dövründən başlayaraq insan
problemi fəlsəfi axtarışların diqqət mərkəzinə çevrilmişdir. 
Aydındır ki, fəlsəfi düşüncələr təbiətə və insana aid mövzular ət ra -
fında cəmləşmişdi. Amma bu mövzular təkcə fəlsəfi dünya 
gö 
-
rüşünün deyil, ümumiyyətlə, dünyagörüşünün mövzusudur. Əgər
belədirsə, onda fəlsəfənin spesifikası nədən ibarətdir? Onun əsas
xüsusiyyəti bununla bağlıdır ki, burada təfəkkür nə zə ri xarakter
daşıyır: filosoflar nəzəri mühakimələrə daha çox diq 
qət yetirir,
insanın zəkasına daha tez-tez müraciət edirlər. Məhz özünün bu
xüsusiyyəti sayəsində bu gün fəlsəfə bə şə riy yətin gələcəyi, ictimai
inkişafı öncəgörmə yolları və imkanları, mədəni-tarixi prosesin
istiqaməti barədə məsələlərə çox böyük maraq göstərir. 
8
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


Bu gün həmin problemin dünyagörüşü və ideologiya kimi xüsusi
kəskinliyi eksponensial artımın bəşəriyyəti düçar etdiyi böhran,
yaxınlaşmaqda olan ekoloji fəlakət təhlükəsi, planetdə milli və
kon fessional münaqişələrin davam etməsi, totalitar ideolo gi ya -
ların iflası, eləcə də mədəniyyətlərin inteqrasiya prosesləri ilə
bağ lıdır. Fundamental həyati problemləri öyrənməyin alternativ
yollarının axtarışı fəlsəfənin ən mühüm vəzifələrindən biridir.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə