Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə3/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

I HİSSƏ
FƏLSƏFƏYƏ GİRİŞ
5
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


6
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


Fəlsəfə nədir.
Fəlsəfə insan biliyinin ən qədim sahələrindən biri,
dünyagörüşü xarakterli problemlərin qoyuluşuna və həllinə
yönəlmiş mənəvi fəaliyyətin xüsusi sahəsidir. Bizim eradan əvvəl
VII-VI əsrlərdə Hindistanın, Çinin və Qədim Yunanıstanın böyük
filosoflarının fəaliyyəti sayəsində yaranmış fəlsəfə ictimai şüurun
əsas formalarından birinə, dünya və onun dərk edilməsi haqqın-
da ən ümumi anlayışlar sisteminə çevrilmişdir. Filosoflar öz
səylərini dünyagörüşü məsələlərinin qoyuluşuna və onlara
cavab axtarışına yönəldirdilər. Fəlsəfənin təxminən üç minillik
tarixi ərzində onun nümayəndələri bəşəriyyət üçün həyati
əhəmiyyətli məsələlər qarşıya qoymuş, bu barədə öz baxışlarını
irəli sürmüşlər. Bu nöqteyi-nəzərin hər biri həmin məsələlərin
başa düşülməsinə yeni məna çaları vermişdir. 
“Fəlsəfə” sözü yunan mənşəli olub, “hikmətə” (sofiya) “məhəb-
bət” (fileo) deməkdir. Bəzi tarixi sənədlərə görə bu sözün yaran-
ması Herodot, Heraklit və Pifaqorun adı ilə bağlıdır. Bu sözü ilk
dəfə Pifaqor (e.ə. təqribən 580-500-cü illər) müdrikliyə və düzgün
həyat tərzinə can atan insanlar barəsində işlətmişdir. Lakin bu
sözün mənasını ilk dəfə Platon (e.ə. 428-348-ci illər) və Aristotel
(e.ə. 384-322-ci illər) dərindən təhlil etmişlər. Fəlsəfəni xüsusi bir
elm kimi ilk dəfə fərqləndirən Platon olmuşdur. 
“Fəlsəfə” sözü müxtəlif dövrlərdə müxtəlif mənalarda başa
düşülürdü. Bununla belə, bütün hallarda bu söz biliyin xüsusi bir
növü olan həqiqətə, müdrikliyə məhəbbət, dərin təfəkkür, həyat
fəaliyyətinin düzgün oriyentirlərinin axtarışı və tapılması, insan
həyatının düşünülmüş şəkildə qurulması yollarını nəzərdə tutur-
du. Beləliklə, deyə bilərik ki, fəlsəfə varlığın əsas suallarına insan
tərəfindən cavabların axtarılması və tapılması deməkdir. Fəlsəfə
dünyagörüşü, bütövlükdə dünyaya və insanın bu dünyaya
münasibətinə baxışlarının məcmusudur. 

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə