Fəsil Müasir marketinqdə istehlakçı davranışı və onun elmi – nəzəri əsasları



Yüklə 463 Kb.
səhifə13/20
tarix28.11.2023
ölçüsü463 Kb.
#135808
1   ...   9   10   11   12   13   14   15   16   ...   20
Bərk gedənlər: kompüter texnologiyalarına ən çox pul buraxanlardır. Onlar karyeraya marağı olan, vaxtın qədrini bilən, texnologiyadan asılı olan və onu ən çox istifadə edənlərdir.

  • Yeni əsrin yetirmələri: onlar da çox xərcləyirlər. Lakin, onlar daha çox evdə istifadə olunan texnologiyalarla maraqlıdırlar, məsələn, ailəvi təhsil və əyləncə.

  • Siçan kartofları: interaktiv əyləncəyə sadiq qalan və axırıncı manata kimi “texnoəyləncəyə” pul xərcəlməyə hazır olanlara deyilir.

  • Texno – cəngavərlər: karyera irəliləyişini texnologiyalara bağlayan istehlakçılar.

  • Ənənəçilər: baza biliklərdən artıq olan texnologiyalara şübhə ilə yanaşan kiçik-şəhər əhalisi.

    Həyat tərzi konsepsiyası ehtiyatla tətbiq edilən zaman, dəyişən istehlakçı dəyərlərinin və onların alıcı davranışına olan təsirlərin marketoloqlara başa düşməkdə köməklik göstərir. Məsələn, elə bizim misalda Məmməd bacarıqlı ailə başçısı, karyeralı peşəkar və ya sərbəst həyat tərzini yaşayan rollardan birini və ya hər üçünü seçə bilər. O, bir neçə rolu oynayır və bu rolların qarışığı onun həyat tərzini təşkil edir. Əgər o, peşəkar fotoqraf olsa, bu onun həyat tərzini dəyişdirib, onun nəyi və necə almasını da dəyişdirəcəkdir.


    Fəsil 2. İstehlakçı Davranışının Modelləşdirilməsi


    2.1. İstehlakçıların tipologiyası

    İstehlakçıların davranışının öyrənilməsində onun modelləşdirilməsi çox mühüm yer tutur. Modelləşdirmə özündə bir çox amilləri ehtiva etməkdədir. Məhz onlardan biri də istehlakçıların tipologiyasının tədqiqidir.


    Təbii ki, istehlakçılar öz xarakterlərinə və bu kimi digər amillərə görə çox fərqli insanlardır. Lakin bu cür istehlakçıların da ümumi cəhətləri yox deyildir. Məsələn, cins, yaş, təhsil səviyyəsi, tələbatlarının oxşar strukturu və s. Bazarda uğur əldə etmək üçün bu kimi istehlakçıların ayrı – ayrı məqsəd qruplarına, tipologiyaya ayrılması daha məqsədəuyğundur.
    Tipologiya bir növ seqmentasiyanın əks tərəfidir. Çünki seqmentasiyanın məqsədi istehlakçı davranışındakı fərqləri müxtəlif əlamətlər əsasında aşkara çıxarmaqdırsa, tipologiya, istehlakçı davranışındakı aşkar və gizli oxşarlıqları müəyyən etməklə, onların daha mühüm əlamətlər üzrə qruplaşdırılmasıdır. İstehlakçıların tipologoyası ən çox sosial – iqtisadidemoqrafik xarakteristikalara görə verilir. Lakin bununla yanaşı, istehlakçı davranışının psixoqrafik təhlili nəticəsində işlənib hazırlanan empirik tipologiya getdikcə daha çox tətbiq edilməyə başlanır.
    Davranış strategiyalarının fərqlənməsinə görə istehlakçıları 5 tipə ayırmaq olar:
  • 1   ...   9   10   11   12   13   14   15   16   ...   20




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə