Fənnindən “AZƏrbaycanin iŞĞaldan azad olunmuş ƏraziLƏRİNDƏ qeyri-FİLİz faydali qazinti yataqlari”


İpək xrizotil və amfibol asbest təzahürü



Yüklə 3,97 Mb.
səhifə8/18
tarix28.05.2022
ölçüsü3,97 Mb.
#88241
1   ...   4   5   6   7   8   9   10   11   ...   18
İşqaldan azad edilmiş ərazilir qeyr-filiz faydalı qazıntıları

İpək xrizotil və amfibol asbest təzahürü
Laçın rayonunun İpək kəndindən 2,0-2,5 km. cənub-şərqdə yerləşmişdir. Təzahürün şimal-qərb hissəsində xrizotil-asbest kütləsi yerləşir. O, orta ipək çayının sağ sahilində en dairəsi istiqamətində uzanmış zona əmələ gətirir. Zonanın uzunluğu 0,9- 1,0 km, eni 100-150 m.-dir. Xrizotil-asbestin tor şəkilli damarcıqları serpentinitləri müxtəlif istiqamətdə yararaq, birbirlərinə müxtəlif bucaq altında yerləşmişdir.
14

Damarcıqların qalınlığı 1-8 mm.-dir. Asbest eninə liflidir. Filiz zonasından götürülmüş az miqdarda sınaqlarda asbestin filizlərdə miqdarı 3,08 kq/t. və yaxud 0,3% müəyyən edilib. Təzahür daxilində asbest IV-VII növlərə aid edilir. Təzahürün cənub-şərq hissəsində amfibol-asbest çıxışı məlumdur. Burada asbest daşıyan süxurlar en dairəsi istiqamətində 2 km.-ə qədər uzanır. Şərqdə zona Xəlifə çayının yuxarısından başlayır. İpəkçayının hövzəsinə qədər davam edir. Zonanın eni 150-500 m.-dir.



Comərd xrizotil asbest təzahürü
Tutxun çayının sol sahilində Kəlbəcər rayonunun Comərd kəndi yaxınlığında yerləşir. İntensiv asbest əmələ gəlmə prosesi serpentinit sahələri, xüsusən onların parçalanmış, əzilmiş növləri üçün səciyyəvidir. Asbest damarcıqları yaxşı tiftiklənərək sarımtıl-ağ asbest kütləsini əmələ gətirir, ayrı-ayrı liflərin uzunluğu 25 mm.-ə çatır. Ümumiyyətlə isə liflərin uzunluğu 2-12 mm. olur. Sınaqların mexaniki analizinə əsasən asbest lifləri IIIVII növlərə aid edilir. Ayrı-ayrı sınaqlarda asbestin miqdarı 1,2- 103,95 q/t, orta hesabla isə 2,9-30,8 q/t. təşkil edir. Turşululuğa davamlıq 56,84% həll olmayan çöküntünün qalmasının müəyyən etmişdir. Kimyəvi tərkibinə görə asbest amfibol və xrizotil-asbest arasında aralıq növ təşkil etmişdir.

15
Məmulat daşları və texniki daşlar
Məmulat daşlarından və texniki daşlardan çox qədim zamanlardan Qədim Misirdə, Çində, Mərkəzi Asiyada və Latın Amerikasında istifadə edirmişlər. Məmulat daşlarından zərgərlik məmulatlarının, bədii-dekorativ incəsənət sahələrində, texniki daşlardansa dəqiq cihazların daşdan düzəldilən hissələrinin və laboratoriya avadanlığının hazırlanmasında geniş istifadə edilir.
Məmulat daşlarının iri blokları unikal binaların, sarayların və abidələrin bəzədilməsi üçün əvəzedilməz xammaldır. Son illər təbii təraşlanan və texniki daşlar (rubin, sapfir, zümrüd, şpinel, aleksandrit və b.) sənayenin artan tələbatını kifayət dərəcədə ödəmədiyindən, onların analoqları kimi sintetik daşların sənaye miqyasında istehsalı başlanmışdır.

Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə