Fənnindən “AZƏrbaycanin iŞĞaldan azad olunmuş ƏraziLƏRİNDƏ qeyri-FİLİz faydali qazinti yataqlari”


Qısa geoloji-mineraloji səciyyəsi



Yüklə 3,97 Mb.
səhifə9/18
tarix28.05.2022
ölçüsü3,97 Mb.
#88241
1   ...   5   6   7   8   9   10   11   12   ...   18
İşqaldan azad edilmiş ərazilir qeyr-filiz faydalı qazıntıları

Qısa geoloji-mineraloji səciyyəsi
Məmulat daşlarına müxtəlif rəngli minerallar və mineral aqreqatları aiddir. Bu daşların ən əsas xüsusiyyəti onların qəşəng rəngləri, element cizgiləri və parıltıya malik olmalarıdır. Məmulat daşları yarımşəffaf və yaxud qeyri-şəffaf olurlar, işığı yaxşı keçirirlər. Məmulat daşlarının dəyəri onların möhkəmliyi və az tapılması ilə bağlıdır. Bu daşların nadir və qəşəng növləri isə çox qiymətli xammal hesab olunur. Məsələn, jadeitin «imperial» növü, «ay daşı» və «günəş daşı» adlanan və şəffaf rəngli şəkildəyişmələr əmələ gətirən bəzi növ çöl şpatları qiymətli daşlardır, lazuritin «niili» növü isə dəyərinə görə qiymətli daşlara yaxınlaşır.
Texniki daşlar içərisində «dəqiq daşlar» (almaz, korund və onun rəngli növ ayrılıqları olan rubin və sapfir, topaz, nefrit, texniki əqiq-laylaşmamış bircins xalsedon, texniki yəşəm), pyezoelektrik (dağ bülluru və kvarsın bütün rəngli növləri, barit) və optik (dağ bülluru və zəif rənglənmiş kvars kristalları, optik flüorit, islandiya şpatı, turmalin, barit) mineralları ayrılır. Son illər kosmik texnikada, kvant radiofizikasında, xüsusi lazerlərdə rubin, sapfir və zümrüd kimi texniki daşlar geniş işlənməyə başlanmışdır.
Yataqları
Məmulat daşlarının və texniki daşların vətəni Asiya ölkələridir. Əfqanıstanın lazurit (Sarı-Sanq, Bədəxşan əyaləti), Çinin nefrit (Lyuşey, Karakaş, Keriya), Birmanın jadeit (Taumau) və ay daşı (Moqok), Şri-Lankın ay daşı (Dumbara, Kendi, Ambalanqoda) yataqları çox qiymətlidirlər. Hindistan ay daşı (Cənubi Hindistan), əqiq (Dekan yaylası, Racmahal trap formasiyası) və amazonit (Kəşmir şt.) yataqları ilə zəngindir. Afrikada dünyanın ən keyfiyyətli günəş daşı (İtronqi, Madaqaskar ad.), habelə malaxit (Zair) və mərmər oniks (Əlcəzair, Misir), Avstraliyada isə rodonit yataqları məlumdur. İsveçrə Alpında kvars druzalarının, İngiltərədə qaqat-uitbinin yataqları diqqətə layiqdir. Kanadada (Britaniya Kolumbiyası və Nyufaundlend) nefritin və labradorun, ABŞ-da amazonitin, obsidianın və mərmər oniksin, Braziliyada dağ büllurunun və amazonitin, Uruqvayda əqiqin, Çilidə lazuritin əhəmiyyətli yataqları vardır. Afrikada dünyanın ən keyfiyyətli günəş daşı (İtronqi, Madaqaskar ad.), habelə malaxit (Zair) və mərmər oniks (Əlcəzair, Misir), Avstraliyada isə rodonit yataqları məlumdur.
16

Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə