Fənnindən “AZƏrbaycanin iŞĞaldan azad olunmuş ƏraziLƏRİNDƏ qeyri-FİLİz faydali qazinti yataqlari”


İşğaldan azad edilmiş ərazilərdə Qeyri-filiz faydalı qazıntıları



Yüklə 3,97 Mb.
səhifə4/18
tarix28.05.2022
ölçüsü3,97 Mb.
#88241
1   2   3   4   5   6   7   8   9   ...   18
İşqaldan azad edilmiş ərazilir qeyr-filiz faydalı qazıntıları

İşğaldan azad edilmiş ərazilərdə Qeyri-filiz faydalı qazıntıları


Azərbaycan Respublikasının mineral xammal ehtiyatlarının ümumi balansında mühüm rol oynayır. Bu qrupa daşduz, gips, anhidrit, gəc, bentonit gilləri, tikinti materialları, pirit, barit, yarımqiymətli və rəngli daşlar, dolomit, İslandiya şpatı və s. daxildir.
Kəlbəcər rayonu özünün zəngin filiz və qeyri-filiz faydalı qazıntıları ilə seçilir. Azərbaycan geoloqlarının səyi nəticəsində burada bir sıra qızıl (Söyüdlü, Ağduzdağ, Zərqulu, Ağzıbir, Qızlitən, Qazıxanlı, Qalaboynu və s.), xromit, volfram, mis, molibden, qurğuşun, sink, civə, sürmə, mərgümüş, asbest yarımqiymətli və məmulat daşları (nefri-toidlər, jadeit, mərmər oniksi, irizasiyalı obsidian, qranatlar), mineral boyalar, perlit, üzlük daş, travertin, listvenit, müxtəlif cür tuf yataq və təzahirlər aşkar edilib. Bu yataqlardan Söyüdlü və Ağduzdağ yataqları sənaye əhəmiyyəti daşıyır ki, onların bazasında Kəlbəcər rayonunda qızıl sənayesi təşkil etmək olar.
Rayonun mineral xammal ehtiyyalarının aşkarlanması və öyrənilməsində M.Ə.Qaşqayın, Ə.Ş.Şıxəlibəyinin, Ş.R.Əzizbəyovun, M.M.Məmmədovun, O.Həmzəyevin, T.N.Nəsibovun, F.Zeynalovun, Q.İAllahverdiyevin, Z.A.Vəliyevin, S.M.Mikayılovun, Ö.Ə.Musayevin, G.M.Quliyevin, N.İ.Əliyevin, Z.M.Məmmədovun, K.S.Əliyevin,V.G.Ramazanovun, E.S.Süleymanovun, Q.S.Hüseynovun, Z.A.Vəliyevin, Z.M.Atakişiyevin, Şahlar Əzizovun, A.M.Ağakişiyevin, X.X.Feyzullayevin, H.N.Rəhimovanın və digər geoloqların əvəzsiz əməyi olmuşdur.
Obsidian
Obsidian kimyəvi tərkibinə görə riolitlərə və digər turş süxurlara uyğun gələn, əsasən (65-75 %) silisium oksidindən ibarət qabıqvari sınıqları olan vulkanik şüşədir. Tünd – qara, tünd-qəhvəyi, tünd-boz rəngli obsidianlar ən geniş yayılmışdır. Həm müntəzəm, həm də xal-xal və dalğavari boyanmış obsidianlara rast gəlinir. Axırıncıların qeyri-müntəzəm boyanması onlarda incəsəpələnmiş hematitin olması ilə əlaqədardır. Çox kiçik qaz möhtəvilərinin olmasına görə cürbəcür bərq vuran tünd rəngli obsidian irizatsiya edən obsidian adlanır. İrizatsiya edən obsidian, adətən, qızılı, gümüşü, sədəfi, hərdənbir bənövşəyi, yaşıl, mavi və s. rəng çalarları ilə səciyyələnir. Birrəngli obsidianla yanaşı, həmçinin onun müxtəlif rəngli zolaqların növbələşməsi ilə fərqlənən zolaqlı növ müxtəlifliklərinə də rast gəlinir. Tapıldığı mühüm yerlər: Qlas-Butts, Litl-Leyk, Qlas (ABŞ); Lipar adaları (İtaliya); İslandiya; Arteni, Qyadis (Ermənistan); Gürcüstan və b. Azərbaycan ərazisində Kəlbəcər rayonunda Keçəldağ irizatsiya edən obsidian yatağı yerləşir.

9



Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə