Fənnindən “AZƏrbaycanin iŞĞaldan azad olunmuş ƏraziLƏRİNDƏ qeyri-FİLİz faydali qazinti yataqlari”



Yüklə 3,97 Mb.
səhifə16/18
tarix28.05.2022
ölçüsü3,97 Mb.
#88241
1   ...   10   11   12   13   14   15   16   17   18
İşqaldan azad edilmiş ərazilir qeyr-filiz faydalı qazıntıları

Dünya ehtiyatı və yataqları
Vermikulitin böyük ehtiyatı ABŞ-da və Cənubi Afrikada (Lulekop) cəmləşmişdir. İri muskovit yataqları Hindistanda (Mədrəs şəhəri yaxınlığında), Braziliyada, nisbətən xırda yataqlar isə ABŞ-da, Kanadada, Argentinada, Avstraliyada və CAR-da məlumdur. Floqopit əsas etibarilə Madaqaskarda (Malaqas Respublikası) və kiçik ölçülərdə Kanadada çıxarılır. Qranit peqmatitlərində muskovitin miqdarı hər m3 süxurda bir neçə on kq-a çatır, zəngin damarlarda isə bu göstərici yüz kq-larla hesablanır. İri yataqlarda muskovitin ehtiyatı min tonlarladır.
Rusiyada iki əsas mika yataqları rayonu məlumdur – Şərqi Sibir və Kola-Kareliya rayonları.
Xırda vermikulit yataqları Ukraynada və Ermənistanda mövcuddur.
Hər il dünya üzrə təxminən 300 min t yüksək növlü muskovit və floqopit çıxarılır: bu rəqəmin təxminən 90%-i muskovitin, 10%-i floqopitin payına düşür. Yüksək növlü muskovit istehsalının təxminən 75-80%-i Hindistanın, 15-20%-i isə Braziliyanın payına düşür. Ümumiyyətlə isə, mika istehsalına görə ABŞ birinci yerdə durur (100 min t/il). Vermikulitin illik istehsalı təxminən 350 min t-dur. Əsas istehlakçı ölkələr ABŞ və Cənubi Afrika Respublikasıdır
Sənaye tip yataqları
İri kristallik mika yataqları böyük dərinliklərdə gedən yüksək temperaturlu hidrotermal-
26
metasomatik prosesin nəticəsidir. Bu proses çox müxtəlif geoloji və fiziki-kimyəvi şəraitlərdə baş verdiyindən bir sıra hallarda muskovit, digər hallarda floqopit və biotit yataqları əmələ gəlir. Aşağıdakı sənaye tip mika yataqları ayrılır: 1) mika (muskovit) daşıyan qranit peqmatitləri, 2) postmaqmatik (kontakt-reaksion) floqopit yataqları, 3) plutonogen hidrotermal floqopit, 4) qalıq (aşınma qabığı) vermikulit
Azərbaycandakı mika yataqları.
Vermikulit bizim sənayemizdə az məlum olan, çoxməqsədli təyinatlı yeni xammaldır. Buna görə də onun mümkün tətbiq sahələrini göstərmək lazımdır. Azərbaycanda Laçın rayonunda (Narzanlı və Çorman yataqları) məlumdur. Azərbaycanın vermikulit yataqları da metasomatitlərin ilkin mikaları hesabına yaranmışdır.
Narzanlı yatağı vermikulitlərinin qiymətləndirilən ehtiyatları 1,7mln. t, proqnoz resursları – 4,7 mln. tondur. Yaxın rəqəmlər Çorman yatağı üçün də gözlənilir.



Biolit
27


Kükürd
Kükürd bir çox sahələrdə, xüsusən kimya sənayesində fosforlu gübrələrin hazırlanması üçün vacib olan sulfat turşusunun alınmasında (80%-ə qədər) geniş istifadə edilir. O, habelə sellüloz-kağız və rezin sənayesində, süni kauçukun istehsalında, əczaçılıqda, partlayıcı maddələrin və kibritin alınmasında, turşulara qarşı davamlı olan sementlərin hazırlanmasında tətbiq olunur. Kükürd yeyinti sənayesində kraxmalın, nişastadan ibarət olan maddələrin, qəndin, şirənin və şərabların rənglərinin ağardılmasında və yaxud açıqlaşdırılma sında tətbiq olunur. Kənd təsərrüfatında insektisid və mikrogübrə şəklində, heyvandarlıqda dezinfeksiyaedici məmulatların tərkib hissəsi kimi istifadə edilir.
Klarkı 0,1%-dir. Kükürdün 4 izotopu məlumdur: 32S, 33S, 34S və 36S. Onlardan 32S və 34S üstünlük təşkil edir. Bu izotoplar arasındakı nisbət 21,61-dən 22,60-a kimi dəyişir. Kükürdün yalnız az bir hissəsi təbiətdə sərbəst şəkildə rast gəlir. Əsas etibarı ilə sulfidlər şəklində müxtəlif filizlərdə və kömürdə, sulfatlar və hidrosulfidlər şəklində təbii qazda, mürəkkəb üzvi birləşmələr şəklində neftdə, H2S və SO2 birləşmələri şəklində vulkan qazlarında və mineral bulaqların sularında iştirak edir. Kükürd istehsalı üçün daha çox sərbəst kükürd, təbii qaz və kükürd kolçedanı (pirit) əhəmiyyətlidir. Kükürdün sərtliyi 1-2, sıxlığı 2,05-2,08 q/sm3, ərimə temperaturu (-kükürdün) 112,8°-dir, qaynama temperaturu 1 kq/sm2-da 444,6°C-dir. Havada asanlıqla göy alovla yanaraq kükürd anhidridinə qədər (SO2) oksidləşir. Suda və turşularda demək olar ki, həll olmur, lakin kükürd karbonda (CS3) asan həll olur; neftdə, kerosində və anilində də həll olur. Tərkibində qatışıq saxlamayan kükürd açıq sarı rənglidir. Kənar qatışıqlar onun rəngini qırmızımtıla, bozumtula və hətta qaraya qədər dəyişir. Kükürddə mexaniki qatışıqlardan gil maddəsi, üzvi maddə, gips, qaz və neft damcıları, izomorf qatışıqlardan isə mərgümüş, selen, tellur, nadir hallarda tallium qeyd olunur
Dünya sərbəst kükürd və neft və qaz yataqlarındakı kükürd ehtiyatı 1,4 mlrd. tondur.
Kükürd açıq və yeraltı dağ qazmaları, habelə yer altında əridilmə yolu ilə çıxarılır. Sonuncu halda kükürd kütlələrinə buruqlar vasitəsilə təzyiq altında qızdırılmış su (150-160C) vurulur; o, kükürdü əridərək (ərimə temperaturu 114-119C) əridilmiş halda yer səthinə çıxarır. İraq, ABŞ, Çili və Meksika kükürdün böyük ehtiyatına malikdir. İraqda çox iri Mişrak yatağı məlumdur (filizlərdə S-23,1%). ABŞ-da sərbəst kükürdün iri yataqлarı Meksika körfəzinin sahiлyanı yataqлarı təbaşir və üçüncü dövr yaşлı duz gümbəzлəri iлə bağлıdır. Bu cəhətdən dünyanın ən iri yataqлarından biri oлan Rastлer Sprinqsi (ehtiyatı 60 mлn. t, kükürdün fiлizлərdə miqdarı 15- 18%) və Qrend Ayлı (30-35 mлn. t, S 22%) göstərmək oлar. Araлıq dənizi əyaлətindəki kükürd yataqлarı isə çökmə-biokimyəvi mənşəлidir. Eyni yoллa Karpat kükürd əyaлətinin (Ukrayna və Poлşa əraziлəri) miosen yaşлı yataqлarı əməлə gəлmişdir. Ayrı-ayrı kükürd yataqлarı Krımda və Şimaлi Qafqazda müəyyən ediлmişdir.
Hər il dünyada təxminən 50 mлn. t kükürd hasiл ediлir. 5-8%-ə qədər kükürd saxлayan süxurлar kükürd fiлizi kimi istifadə ediлir.
28

Kükürd yataqлarı, ehtiyatлarına görə aşağıdakı şəkiлdə qrupлaşır (mлn. t): çox iri yataqlar – 50-dən artıq, iri – 10-50, orta – 1-10, kiçik 1-dən az.


Sərbəst kükürd aşağıdakı sənaye tip yataqlar əmələ gətirir: 1) vulkanogen, 2) çökmə (biokimyəvi), 3) vulkanogen-çökmə

Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə