Fənnindən “AZƏrbaycanin iŞĞaldan azad olunmuş ƏraziLƏRİNDƏ qeyri-FİLİz faydali qazinti yataqlari”



Yüklə 3,97 Mb.
səhifə11/18
tarix28.05.2022
ölçüsü3,97 Mb.
#88241
1   ...   7   8   9   10   11   12   13   14   ...   18
İşqaldan azad edilmiş ərazilir qeyr-filiz faydalı qazıntıları

Dünya ehtiyatı və yataqları
Dünya barit ehtiyatı 600 mln. t-dan artıqdır, bu ehtiyatın böyük bir hissəsi (61%) Qazaxıstanın, Hindistanın və Çinin payına düşür. ABŞ da xeyli miqdar barit ehtiyatına malikdir (75 mln. t). Qərbi Avropada baritin böyük ehtiyatına AFR malikdir (7 mln. t). Burada əsas sənaye obyekti stratiform tipli Rammelsberq yatağıdır (ehtiyatı 1 mln. t). Fransada (5 mln. t) stratiform tipli Şellak və İrlandiyada (6 mln. t) Silvermayns yataqları əhəmiyyətlidir.
Hindistanın və Mərakeşin də barit ehtiyatları çoxdur (müvafiq olaraq 10 mln. t və 6 mln. t). Hər il təxminən 7 mln. t-dan artıq barit çıxarılır və bu rəqəm durmadan artır. Ən çox barit hasil edən ölkələr Çin, Hindistan və ABŞ-dır. Rusiyada hər il 150-160 min t barit çıxarılır.Barit yataqları habelə Zaqafqaziyada, Orta Asiyada, Altayda və Salairdə məlumdur.
18
Gürcüstanda Kutais qrupu,Türkmənistanda Arpaklen,Qazaxıstanda Badam, Çıqanak; Salairdə Salair (barit-polimetal) və Ursk (barit-qızıl) yataqları daha əhəmiyyətlidir. Azərbaycanda 20-yə yaxın orta və kiçik ölçülü barit yatağı aşkar edilmişdir. Bu yataqlar orta yuranın effuziv-tufogen süxurları içərisində sərt yatmış çatları dolduran barit damarları kütlələrindən ibarətdir. Respublikanın ən perspektiv barit yataqları Göygöl rayonunda yerləşmiş Çovdar qrupudur (Çovdar, Azad, Çaykənd). Burada əsasən monomineral barit damarları qeyd olunur. Digər barit yataqlarından Başqışlağı, Daşkəsən rayonundakı Bayanı, Dağlıq Qarabağdakı Tonaşeni və Kasapeti göstərmək olar
Sənaye tip yataqları
Barit və viteritin 1) vulkanogen hidrotermal, 2) aşınma və 3) çökmə yataqları məlumdur

Barit, Əzgilli təzahürü


19
Zaykənd barit təzahürləri qrupu.
Zaykənd kəndi yaxınlığında bir-birindən çox da aralı olmayan üç barit təzahürü yerləşir. Təzahürlərin geoloji quruluşunda bat və kimmeric yaşlı vulkanogen-qırıntı mənşəli süxurlar kompleksi iştirak edir. Bu təzhürdə 11 barit damarı aşkar olunmuşdur. Bu damarların uzunluğu 100 m.-ə qədərdir. Bu damarların qalınlığı 0,1-1,2 m. -dir. Baritin damarlarda miqdarı 70-96% arasında dəyişir. SiO2 –nin miqdarı 7%-ə çatır. Baritin ümumi ehtiyatı isə təxminən 31946 tondur.

Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə