Fənnindən “AZƏrbaycanin iŞĞaldan azad olunmuş ƏraziLƏRİNDƏ qeyri-FİLİz faydali qazinti yataqlari”



Yüklə 3,97 Mb.
səhifə6/18
tarix28.05.2022
ölçüsü3,97 Mb.
#88241
1   2   3   4   5   6   7   8   9   ...   18
İşqaldan azad edilmiş ərazilir qeyr-filiz faydalı qazıntıları

Başlıbel travertin təzahürü
Eyniadlı kəndin ərazisində yerləşir. Təzahür 1978-ci ildə S. A. Babayev və A. F. Heydərov tərəfindən tədqiq olunub. Ən böyük travertin çıxıntısı təzahürdən 1,5 km. qərbdə yerləşir və 15,5 km2 sahəni əhatə edir. Onlar böyük olmayan layvari düzənlik əmələ gətirib. Traveritlərin qalınlığı 5 sm.-dən 30 sm, orta qalınlığı 20 m.-dir. Traveritlər üzlük materialı üçün yararlıdır. Təzahürün təxmini ehtiyyatı 30000 m3. –
11
Güneypəyə listvenit yatağı
Günüypəyə kəndinin şimal və şimal-şərq ətrafında yerləşir. Listvenit kütlələri enlik istiqamətində 1,5 km. məsafədə uzanır. Kütlənin qalınlığı 5 m.-dən 40 m.-ə qədər dəyişir. Yataqda süxur çox sıxdır, kiçik dənəlidir, massivlidir, bərkliyi 5-ə qədərdir, sınması qeyri-düzgündür, parıltısı tutqundur. Süxurun rənglənməsi müxtəlif-ağ, sarı, boz və qırmızı rənglərin qarışığından ibarətdir, bəzi yerlərdə yaşıl tonludur. Ləkələrin ölçüləri 3-5 mm.-dən bir neçə sm.-ə çatır. Damarcıqların eni 1 mm.-dən 8 mm.-ə qədərdir, boz-yaşıl rənglidir. Yaxşı cilalanma xüsusiyyətinə malikdir. Dekorativ listvenitin təqribi ehtiyyatı 5 min. tondur.






Listvenit
12

Asbest
Yanmayan liflər adı altında çox qədim zamanlardan məlumdur. Hazırda asbest adı altında çox incə və davamlı liflərə parçalanan və xüsusiyyətlərini dəyişmədən böyük temperatura davam gətirən minerallar başa düşünülür. Lifli minerallar mineraloji-texniki cəhətdən iki qrupa bölünürlər: serpentin-asbestlər və amfibol-asbestlər mineralları qrupu.
Serpentin-asbestlər qrupuna sənaye cəhətdən çox böyük əhəmiy­yət doğuran xrizotil-asbest, amfibol-asbestlər qrupuna – antofillit-, amozit-, krokidolit-, aktinolit-, tremolit-, rejikit- və rodusit-asbest daxildir.
Xrizotil-asbestin aşağıdakı əsas xüsusiyyətləri onun sənaye qiymətliliyini müəyyən edir: yüksək mexaniki davamlılığa malik olan çox incə elastik liflərə tiftiklənmə xüsusiyyəti, liflərin uzunluğu, toxunma qabiliyyətinə malik olması, yanmaması və istiliyə davamlılığı, kiçik sürtünmə əmsalı, istiliyi və elektrik cərəyanını, habelə səsi pis keçirməsi, atmosfer amillərinə, qələvilərə və dəniz suyuna qarşı davamlılığı, yüksək adsorbsiya xüsusiyyəti, plastik kütlələrin istehsalı üçün tətbiq olunan müxtəlif büzüşdürücü materiallarla (bitumla, qatranla və müxtəlif üzvi birləşmələrlə) davamlı birləşmələr əmələ gətirməsi

Xrizotil-asbest – Mg6[Si4O11] [OH]6 H2O. Mineralda izomorf qarışıq şəklində MgO-ni FeO əvəz edir. Mexaniki qarışıq şəklində adətən Fe2O3, Al2O3, bəzən Cr2O3 rast gəlir.
Xrizotil-asbest lifləri boru şəkilli daxili quruluşa malikdir. Kristalları kiçik
diametrli (260Å-ə qədər) yastı silindrlər əmələ gətirir. Monoklinik sinqoniyaya aid edilir.
Xrizotil-asbest çox incə liflərə parçalanır, hətta əl ilə onun 0,75-1,50 mkm qalınlığında dəstlərini ayırmaq mümkündür. Sərtliyi 3-3,5, orta sıxlığı 2,5 q/sm3-dir. Rəngi – ağ, boz, yaşılımtıl və sarımtıl-bozdur. Tiftiklənmiş şəkildə adətən ağdır. Aqreqatlarda ipək parıltısına malikdir
13

Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə