Fatihə surəsi



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə8/166
tarix30.10.2018
ölçüsü2,26 Mb.
#75966
1   ...   4   5   6   7   8   9   10   11   ...   166

Allahı yada salın. Sizi hidayət etməsinin şükrü olaraq Onu yada salın və əslində siz bundan əvvəl 
azğınlardan idiniz.  
199.  Sonra  (müşriklərin  getdikləri  yol  ilə  deyil)  camaatın  axışdığı  yer  ilə  (Məş’ər  çölündən 
Minaya  tərəf)  yollanın.  Və  Allahdan  bağışlanmaq  diləyin  ki,  Allah  çox  bağışlayan  və 
mehribandır. 
200. Beləliklə, Həcc əməllərinizi yerinə yetirdikdən sonra, öz atalarınızı xatırladığınız kimi və ya 
ondan  da  yaxşı  və  dolğun  şəkildə  Allahı  yada  salın  (ərəblərin  adəti  belə  idi  ki,  onlar  Həcc 
əməllərini  yerinə  yetirdikdən  sonra  Minada  öz  atalarının  iftixar  etməli  işlərindən  danışmağa 
başlayırdılar).  Beləliklə,  insanların  bəzisi  deyər:  «Ey  Rəbbimiz,  bizə  dünyada  (nemət)  ver!» 
Onların axirətdə heç bir payı yoxdur.  
201. Onlardan bəzisi deyər: «Ey Rəbbimiz, bizə dünyada da yaxşılıq əta et, axirətdə də yaxşılıq 
əta et və bizi (Cəhənnəm) odun(un) əzabından qoru».  
202.  Əldə  etdiklərindən  payları  olacaq  kəslər  onlardır.  Allah  çox  tez  hesab  çəkəndir  (bir  göz 
qırpımında Qiyaməti bərqərar edəcək və yaradılmışların aşkar və müfəssəl hesabından qabaq, bir 
anın içində onların hamısının gizlin və müxtəsər hesabını aparacaqdır).  
203. Sayı müəyyən olan gün (və gecə)lərdə (Zilhiccə ayının hacıların Minada olmalı olduqları on 
bir,  on  iki  və  on  üçüncü  günlərində  zikr  etmək,  namaz  qılmaq  və  «cəmərə»lərə  daş  vurmaqla) 
Allahı  yada  salın.  Beləliklə  (əməlləri)  iki  gün  içərisində  (yerinə  yetirdikdən  sonra)  köç etməyə 
tələsən  kəsə  heç  bir  günah  yoxdur.  Həmçinin  (üçüncü  günə  qədər)  gecikdirənə  heç  bir  günah 
yoxdur. (Bu  ixtiyar ehram halında ov ovlamaqdan və qadınla yaxınlıq etməkdən) çəkinmiş kəs 
üçündür.  Allahdan  qorxun  və  bilin  ki,  sizin  hamınız  (axirətdə)  mütləq  Onun  hüzuruna 
toplanacaqsınız.  
204.  İnsanların  eləsi  var  ki,  onun  dünya  həyatındakı  danışığı  səni  heyran  edir  və  o,  Allahı  öz 
qəlbində olana şahid tutur, halbuki, o, düşmənlərin ən qəddarıdır.  
205. Üz döndərən (və sənin yanından çıxıb gedən, yaxud  iş başına keçən) zaman isə yer üzündə 
fəsad törətmək, əkin sahələrini və nəsli məhv etmək üçün yola düşər. Allah fəsadı sevmir. 
206. Və ona «Allahdan qorx!» deyilən zaman, təəssübkeşlik və qürur onu günaha vadar edər (və 
o, zalımcasına əksül-əməl göstərər). Buna görə də Cəhənnəm ona kifayətdir və əlbəttə (o) çox pis 
bir yerdir.  
207. İnsanlardan eləsi də var ki, Allahın razılığı üçün öz canını satır (hicrət gecəsi Peyğəmbərin  - 
səlləllahu  əleyhi  və  alihi  və  səlləm  -  yatağında  yatmış  Əli  əleyhissalam  kimi  Allah  yolunda 
canından keçir). Allah bəndələrə qarşı çox şəfqətli və mehribandır.  
208. Ey  iman gətirənlər, hamılıqla (Allaha) təslim və  itaətə daxil olun və şeytanın addımlarına 
tabe olmayın ki, həqiqətən, o sizin aşkar düşməninizdir.  
209. Buna görə də əgər sizə (tovhid və nübuvvətin) aydın dəlillər(i) gəldikdən sonra səhv etsəniz 
(və şirk  və küfrü seçsəniz),  bilin ki, Allah qüdrətli və  hikmətlidir (və sizə Öz  hikməti əsasında 
əzab verəcəkdir). 
210.  Məgər  (sənin  dəvətini  inkar  edənlər  hərtərəfli  dəlillər  göstərilib  tamamlandıqdan  sonra) 
Allahın (əmrinin) ağ buluddan olan kölgəliklər içərisində onlara gəlməsini, (əzab) mələklərin(in) 
gəlib  yetişmələrini  və  işin  (onların  həlak  olmalarının)  bitməsini  istəyirlər?!  Bütün  işlər  Allaha 
qaytarılacaqdır. 
211. İsrail övladlarından onlara nə qədər aşkar dəlil verdiyimizi soruş. (Onlara əsa, düm ağ əl, 
dənizin yarılması,  bir növ ağac şirəsindən hazırlanmış yemək və bildirçin və Tövrat kimi  nemət 
və  rəhmət  vasitəsi  verildi,  lakin  onlar  öz  naşükürlükləri  ilə  həmin  nemətlərin  hamısını  əzab 
amillərinə  çevirdilər)!  Kim  Allahın  neməti  ona  çatdıqdan  sonra  həmin  neməti  dəyişdirsə,  onda 
(bilsin ki,) Allah çox ağır cəzalandırandır.  
212.  Dünya  həyatı  kafirlərin  gözündə  (şeytanın  və  pis  işlərə  əmr  edən  nəfsin  vasitəsi  ilə) 
zinətlənmişdir  və  onlar  (yoxsul)  möminlərə  məsxərə  edirlər,  halbuki,  təqvalılar  Qiyamət  günü 
onlardan üstündürlər. Allah istədiyi şəxsə saysız-hesabsız ruzi verir.  
213. (Şəriət sahibi  olan peyğəmbərlərin  göndərilmələrindən qabaq)  bütün  insanlar tək  bir dəstə 
idilər  (səmavi  şəriətsiz  öz  ağıllarının  tələbi  əsasında  yaşayırdılar.  Amma  yavaş-yavaş  özlərinin 


dünya  işlərində  ixtilafa  düçar  oldular).  Beləliklə  Allah  peyğəmbərləri  (səmavi  din  və  şəriətlə) 
müjdə  verən  və  qorxudan  olaraq  göndərdi  və  onlarla  birlikdə  insanların  arasında  onların  bir-
birləri  ilə ixtilafa düçar olduqları şey barəsində hökm çıxarmaq üçün haqq olaraq (və uca, ali və 
əqlani  bir hədəf  üçün səmavi) kitab nazil etdi. (Sonra kitabın özü barəsində  ixtilaf yarandı, bir 
dəstə kitabın özünü və ya onda olan təlimlərin bəzilərini qəbul etmədi.) Onda ixtilafı yalnız kitab 
verilmiş kəslər, özü  də onlara (bu barədə) aydın dəlillər gəldikdən sonra aralarındakı paxıllıq və 
təkəbbür ucbatından yaratdılar. Beləliklə, Allah iman gətirənləri Öz köməyi ilə barəsində ixtilafa 
düşdükləri haqqa doğru istiqamətləndirdi. Allah istədiyi şəxsi doğru yola hidayət edir. 
214. Yoxsa siz (möminlər,) sizdən əvvəl  köçmüş kəslərin  başlarına gələnlər hələ sizin  başınıza 
gəlməmiş Cənnətə daxil olacağınızı  güman edirsiniz?! Onlara maddi və cismani ziyanlar dəydi, 
sarsıntı və narahatçılıq keçirdilər, o yerə kimi  ki, Allahın elçisi və onunla birgə olan  möminlər 
«Allahın  köməyi  və  yardımı  nə  vaxt  yetişəcək?»  deyirdilər.  (Dedik:)  «Bilin,  Allahın  köməyi 
həqiqətən yaxındır». 
215.  Səndən  (Allah  yolunda)  nə  xərcləmələrini  soruşurlar,  de:  «(Malın  növü  mühüm  deyil, 
mühüm odur ki,) xərclədiyiniz mal ata, ana, yaxınlar, yetimlər, yoxsullar və yolda qalmışlar üçün 
olsun. Şübhəsiz Allah etdiyiniz hər bir yaxşı işi bilir.  
216. Sizin  üçün (kafirlərlə) döyüş  yazıldı və qərara alındı, halbuki (bu,) sizin xoşunuza gəlmir. 
Çox vaxt bir şeyi xoşlamırsınız, halbuki o sizin üçün xeyirlidir və çox vaxt bir şeyi xoşlayırsınız, 
halbuki o sizin üçün pisdir. Allah bilir, siz isə bilmirsiniz.  
217. (İslam döyüşçülərindən bir neçəsi səhvən haram ayda vuruşduqları üçün) səndən haram ayda 
(Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm aylarında) döyüşmək barəsində soruşurlar, de: «Onda hər 
növ döyüş böyükdür (böyük günahdır), lakin Allah yolunun (insanların İslamı qəbul etmələrinin) 
qarşısının  alınmasının  bütün  növləri,  Ona  kafir  olmaq,  (camaata)  Məscidül-Həram(a  girməyə 
mane  olmaq)  və  onun  əhalisini  oradan  çıxarmaq  (kafirlərin  etdikləri  bu  işlərin  günahı)  Allah 
yanında  (haram  ayda  vuruşmaqdan)  daha  böyükdür.  Və  fitnə  (Allaha  şərik  qoşmaq  və 
müsəlmanları  incitmək) öldürməkdən daha böyükdür! (Müşriklər) daim sizinlə vuruşacaqlar ki, 
əgər bacarsalar sizi dininizdən döndərsinlər. Sizdən kim öz dinindən dönsə və küfr halında ölsə, 
belə şəxslərin (yaxşı) əməlləri dünyada və axirətdə puça çıxacaqdır (bu dünyada camaatın onların 
qoyub getdikləri yaxşı nişanələrə görə onları xoşluqla xatırlamaları, barələrində dua etmələri  və 
onlar  üçün  rəhmət  diləmələri  əks  nəticələnəcəkdir).  Onlar  Cəhənnəm  əhlidirlər  və  orada  əbədi 
qalacaqlar. 
218. Həqiqətən (həm) iman gətirmiş kəslər və (həm də) hicrət edərək Allah yolunda cihad etmiş 
kəslər Allahın rəhmətinə ümidvardırlar. Allah çox bağışlayan və mehribandır. 
219.  Səndən  şərab  və  qumar  barəsində  soruşurlar,  de:  «O  ikisində  (onlara  mürtəkib  olmaqda) 
böyük  günah  və  insanlar  üçün  (maddi)  mənfəətlər  vardır  və  onların  günahı  mənfəətlərindən 
böyükdür». Həmçinin səndən nə xərcləmələrini soruşurlar. De: «(Sizə) müyəssər olanı». Allah öz 
ayələrini sizə bu cür açıqlayır ki, bəlkə düşünəsiniz, 
220. dünya və axirət (işləri) barəsində! Və səndən yetimlər(in işlərinə müdaxilə etmək) barəsində 
soruşurlar, de: «Onların vəziyyətinin düzəldilməsi daha yaxşıdır. Əgər onlarla bir yerdə yaşasanız 
(eybi yoxdur), onlar sizin (din) qardaşlarınızdır. Allah  islah edəni fəsad törədəndən seçir. Əgər 
Allah istəsəydi, sizi çətinliyə salardı (onların mallarının və canlarının qorunmasını ayrı-ayrılıqda 
hər birinizə vacib edərdi). Həqiqətən Allah qüdrətli və hikmətlidir. 
221.  Müşrik  qadınlarla,  iman  gətirməyincə  evlənməyin.  Əlbəttə  ki,  möminə  bir  kəniz  azad  və 
müşrik  bir  qadından  -  hətta  o(nun  camalı  və  malı)  sizin  xoşunuza  gəlsə  belə  -  daha  yaxşıdır. 
Həmçinin müşrik kişilərə iman gətirməyincə arvad verməyin. Əlbəttə ki, mömin bir qul azad və 
müşrik bir kişidən - hətta o(nun malı və məqamı) sizin xoşunuza gəlsə belə - daha yaxşıdır. Onlar 
(müşrik  kişi  və  arvad  ər-arvadlılıq  müddəti  boyunca  küfr  və  mənəvi  pozğunluq  baxımından  öz 
həyat  yoldaşlarına  təsir  edir  və  nəticədə  onları)  oda  tərəf  dəvət  edirlər.  Allah  Öz  yardımı  ilə 
Cənnətə və bağışlanmağa doğru dəvət edir və Öz ayələrini insanlara açıqlayır ki, bəlkə (düşünüb) 
anladılar. 


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə