Fatihə surəsi



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə7/166
tarix30.10.2018
ölçüsü2,26 Mb.
#75966
1   2   3   4   5   6   7   8   9   10   ...   166

qanbahası  ilə əvəz etsə), onda (əfv edən tərəf qalan hissələr barəsində,  ya diyənin alınmasında) 
bəyənilən  bir  yol  seçməlidir  və  (qatil  də)  diyəni  ona  yaxşılıqla  (xoşluqla),  gözəl  surətdə 
ödəməlidir. (Yerinə yetirilməsi eyni ilə zəruri deyil seçimlə ixtiyari olan) bu (qisas hökmü), sizin 
Rəbbiniz  tərəfindən  bir  yüngüllük  və  rəhmətdir.  Odur  ki,  kim  əfv  etdikdən  sonra  həddini  aşsa 
(qatili öldürsə), onun üçün ağrılı bir əzab vardır. 
179. Ey ağıl sahibləri, qisasda sizin üçün həyat vardır (cəmiyyətin həyatı qisas hökmünün həyata 
keçirilməsindədir), (ki) bəlkə (nahaq qanlar axıtmaqdan) çəkinəsiniz.  
180. Sizin üçün belə yazılıb və qərara alınıb ki, birinizin ölümü çatan zaman, əgər özündən sonra 
bir  mal  qoyursa, öz ata-anası və yaxınları üçün (İslam şəriətində müəyyən edilmiş  irsdən əlavə) 
gözəl bir tərzdə vəsiyyət etsin. (Bu hökm, vacib haqdan əlavə) pəhrizkarların öhdəsinə düşən bir 
haqdır. 
181.  Odur  ki,  kim  onu  (həmin  vəsiyyəti)  eşitdikdən  sonra  dəyişdirsə  (tərk  və  ya  təhrif  etsə), 
günahı yalnız onu dəyişdirənlərin boynunadır. Şübhəsiz, Allah eşidən və biləndir. 
182. Buna görə də, kim vəsiyyət edənin səhv etməsindən və ya günahından qorxsa (onun səhvən 
və  ya  bilərəkdən  varislərin  hüquqlarını  pozmasını  başa  düşsə)  və  beləliklə  (vəsiyyəti 
dəyişdirməklə)  onların  (varislərlə  vəsiyyət  olunmuş  şəxslərin)  arasını  düzəltsə,  (bu  dəyişikliyə 
görə) onun boynuna günah düşmür. Həqiqətən, Allah çox bağışlayan və mehribandır.  
183. Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi sizə (də) oruc yazıldı və qərara alındı, 
(ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz.  
184. Bir neçə gün! Odur ki, sizdən kim xəstə yaxud səfərdə olsa, bir neçə gün (tutmadığı günlərin 
sayı  qədər)  digər  günlərdə  (oruc  tutsun).  Və  oruc  tutmağın  taqətsizləşdirdiyi  kəslər  (qocalar, 
azyaşlılar  və  ağır  xəstələr  oruc  tutmaya  bilərlər  və  onlar)  üçün  (oruc  tutmadığı  hər  günün 
müqabilində) bir yoxsula (bir «mudd», yəni yeddi yüz əlli qram) yemək vermək onun kəffarə və 
əvəzidir. Kim xeyirə artırsa (və iki mudd versə) onun  üçün daha yaxşıdır. Oruc tutmaq (çətin və 
məşəqqətli olsa da), sizin üçün daha yaxşıdır, əgər bilsəniz!  
185.  Ramazan  ayı  insanların  bələdçisi,  aşkar  hidayət  dəlillərinə  malik  və  (haqq  ilə  batili  bir-
birindən) ayıran Qur’anın nazil olduğu bir aydır. Buna görə də sizdən bu ayı görən (öz vətənində 
olan) kəs, onu (o ayı) oruc tutmalıdır. Xəstə, yaxud səfərdə olan kəs isə başqa günlərdə bir neçə 
gün (oruc tutmadığı günlərin sayı qədər oruc tutmalıdır). Allah sizin üçün asanlıq  istəyir, sizin 
üçün  çətinlik  istəmir.  Həmçinin  (istəyir  ki,)  müəyyən  olunmuş  miqdarı  (otuz  günü) 
tamamlayasınız və sizi hidayət etməsinin şükrü olaraq «təkbir» deyərək Allahı əzəmətli sayasınız, 
bəlkə (Onun) şükrünü yerinə yetirə bildiniz. 
186.  Mənim  bəndələrim  səndən  Mənim  barəmdə  soruşanda  (de  ki,)  Mən  həqiqətən,  (hamıya) 
yaxınam, Məni çağıran zaman dua edənin duasını qəbul edirəm. Odur ki, Mənim dəvətimi qəbul 
etsinlər və Mənə iman gətirsinlər ki, bəlkə yolu tapdılar. 
187. Oruc gecəsi qadınlarınızla yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün libasdırlar və siz 
onlar üçün libassınız (hər biriniz digərinin zinəti, eyiblərini örtən və onu günahdan qoruyansınız). 
Allah sizin (oruc gecəsi cinsi əlaqənin haram olması barəsində) özünüzə xəyanət etdiyinizi bilirdi. 
Buna görə də, nəzərini sizə yönəltdi və siz(in təqsiriniz)dən keçdi. Odur ki,  indi onlarla yaxınlıq 
edin (edə bilərsiniz) və Allahın (bu əmələ görə) sizin üçün müəyyənləşdirdiyi (savabı, haramdan 
çəkinmək  və saleh övlad  kimi) şey(lər)i  istəyin. (Oruc gecələri  icazə verilir ki,) sübhün ağ sapı 
(gecənin)  qara  sap(ın)dan  sizin  üçün  seçilənədək  yeyin  və  için,  sonra  orucu  gecəyə  qədər 
tamamlayın. Məscidlərdə etikafda olarkən qadınlarla yaxınlıq etməyin. Bunlar Allahın (halal  və 
haram) sərhədləridir, onlara yaxınlaşmayın (onları  pozmayın). Allah Öz ayələrini  insanlar üçün 
bu cür açıqlayır ki, bəlkə çəkinsinlər.  
188. Mallarınızı öz aranızda  haqsız  yerə yeməyin və camaatın mallarının bir qismini günah  və 
haqsız  yolla  yemək  üçün  (əməlininzin  haram  olmasını)  bilə-bilə  onu  (rüşvət  kimi)  qazılara 
(hakimlərə) tərəf yönəltməyin. 
189.  Səndən  yeni  doğan  aylar  (və  onun  şəklinin  para  vəziyyətdən  bütöv  vəziyyətə  kimi 
dəyişməsinin hikməti) barəsində soruşurlar. De: «Onlar, insanların (dünyəvi işlərinin) vaxtlarının 
və  Həccin  (eləcə  də,  dəqiq  vaxta  malik  digər  dini  əməllərin  vaxtının)  müəyyən  edilməsi  üçün 


vasitə (təbii təqvim)dir. Həmçinin yaxşılıq evlərə (cahiliyyət dövründə olduğu kimi) onların arxa 
tərəfindən daxil olmağınız deyil (cahiliyyət dövründə adət belə idi və ehram geyimində olan şəxs 
öz  evinə  giriş  qapısından  deyil,  divarın  üstündən  daxil  olurdu)  və  lakin  yaxşılıq  (günahdan) 
çəkinən şəxs(in əməli)dir. Evlərə onların  qapısından daxil  olun  və Allahdan qorxun, bəlkə nicat 
tapasınız. 
190. Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun və həddi aşmayın (döyüş zamanı şəriət və 
ağılın  müharibə  barəsindəki  çərçivə  və  qanunlarından  kənara  çıxmayın,  qanuni  dəlil  olmadan 
hücum  etməyin,  sülh  müqaviləsi  bağladığınız  kəslərlə  müharibə  etməyin,  zərərsiz  zəifləri 
öldürməyin,  ölülərin  bədən  üzvlərini  kəsməyin  və  malları  səbəbsiz  tələf  etməyin).  Allah  həddi 
aşanları sevmir.  
191. Onları (Məkkə müşriklərini) harada ələ keçirsəniz öldürün və sizi qovub çıxardıqları yerdən 
(Məkkədən) qovub çıxardın. Fitnə (onların Allaha şərik qoşmaları,  müsəlmanları  incitmələri  və 
Məkkədən  çıxarmaları)  öldürməkdən  daha  pisdir.  Onlar  sizinlə  Məscidül-Həramın  yanında 
vuruşmayınca, siz də onlarla orada vuruşmayın. Beləliklə əgər sizinlə (orada) vuruşsalar, onları 
öldürün ki, kafirlərin cəzası elə odur.  
192. Əgər (Allaha şərik qoşmaqdan və döyüşdən) əl  götürsələr, həqiqətən Allah çox bağışlayan 
və mehribandır.  
193. Heç bir fitnə qalmayıncaya (şirkin kökü  kəsilincəyə) və din  və itaət yalnız Allaha məxsus 
oluncaya qədər onlarla vuruşun. Beləliklə əgər (Allaha şərik qoşmaqdan) əl çəksələr, zalımlardan 
başqasına qarşı həddi aşmaq rəva deyildir.  
194.  Haram  ay  haram  ay  müqabilindədir  (Rəcəb,  Zilqədə,  Zilhiccə  və  Məhərrəm  ayları  haram 
aylardır  və  bu  aylarda  müharibə  etmək  və  vuruşmaq  olmaz.  Amma  əgər  kimsə  bu  ayların 
ehtiramını pozub müharibəyə başlasa, onunla elə həmin haram ayda vuruşmaq lazımdır). (Hərəm, 
Məscidül-Həram və möminin canı, namus və şərəfi kimi) bütün möhtərəmlərin (qarşılıqlı) qisası 
vardır. Buna görə də, kim sizə qarşı həddini aşsa (və ehtiramı pozsa), siz də onun kimi  ona qarşı 
həddi  aşın.  Allahdan  qorxun  (ki,  əvəz  çıxmaqda  həddi  aşmayasınız)  və  bilin  ki,  Allah 
təqvalılarladır.  
195.  (Malınızı)  Allah  yolunda  xərcləyin  və  (cihad  yolunda  xərcləməyi  tərk  etməklə  və  ya  onu 
Allah yolundan başqa bir yerə sərf etməklə) özünüzü öz əlinizlə təhlükəyə atmayın. Yaxşılıq edin 
ki, şübhəsiz, Allah yaxşılıq edənləri sevir.  
196. Həcc və ümrə (əməli)ni Allaha görə tamamlayın və əgər (ehram bağladıqdan sonra düşmən 
və ya xəstəlik vasitəsilə) əməlləri  yerinə  yetirməyinizə  maneçilik törənsə, (Məkkənin və  yaxud 
Minanın  qurbangahına  dəvə,  inək  və  qoyundan)  sizə  müyəssər  olan  bir  qurbanlıq  (göndərmək 
sizin boynunuzadır). Və qurbanlıq öz yerinə çatmayınca başınızı qırxmayın. Əgər sizdən  kimsə 
(ehram halında) xəstə olsa və ya başında bir narahatlığı olsa (və başını qırxmaq məcburiyyətində 
qalsa, başını qırxsın və) oruc ya sədəqə, ya da qurbanlıq qismindən kəffarə versin. Əgər (Həcc və 
Ümrə  barəsində  düşməndən  və  ya  xəstəlikdən)  xatircəm  olsanız,  onda  «təməttö»  (Allaha 
yaxınlaşmaqdan  bəhrələnmək  və  ehram  bağlandıqdan  sonra  haram  olmuş  şeylərdən  ehramdan 
çıxdıqdan  sonra  istifadə  etmək)  ümrəsini  qabağa  salıb  «təməttö»  Həccinə  tərəf  gedən  kəsin 
boynunadır ki, (dəvə, inək və qoyundan) müəssər olan qurbanlıq kəssin. Qurbanlıq tapmayan (və 
ya ona pulu olmayan) şəxs həmin Həcc səfəri zamanı üç gün və  qayıtdığınız zaman  yeddi  gün 
oruc  tutmalıdır.  Bu  tam  on  gündür.  («Təməttö»  adlanan)  bu  (Həcc),  (özü  və)  ailəsi  Məscidül-
Həramın (Məkkə və onun iyirmi dörd kilometrliyinin) sakini olmayan kəslər üçün olan vacibdir. 
Allahdan qorxun və bilin ki, Allah ağır cəza verəndir.  
197. Həcc(in zamanı) müəyyən olunmuş aylardır (Şəvval, Zilqədə və Zilhiccə ayları). Buna görə 
də, bu aylarda (ehram bağlamaqla) Həcci (özünə) vacib edən  kəs (bilməlidir  ki): Həccdə (həcc 
ehramında  olan  zaman)  söyüş  söymək,  qadınlarla  yaxınlıq,  günah  və  mübahisə  etmək  (icazəsi) 
yoxdur.  Allah  etdiyiniz  hər  bir  yaxşı  işi  bilir.  Özünüz  üçün  azuqə  götürün  ki,  ən  yaxşı  azuqə 
təqvadır. Məndən qorxun, ey ağıl sahibləri! 
198. (Həcc əsnasında) Rəbbinizdən mərhəmət və ruzi  diləməyinizdə sizə heç bir günah yoxdur. 
Ərəfatdan  (Məş’ərə  tərəf)  axışarkən  Məş’ərül-Həram  (dağın)ın  yanında  (Müzdəlifə  çölündə) 


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə