##Fakultənin adı: Coğrafiya və Çqh ##İxtisas: Coğrafiya


##num=11// level= 1// sumtest=70 // name= MƏKTƏB BINASININ VƏ MƏKTƏBYANI TORPAQ SAHƏSININ GIGIYENASI //



Yüklə 0,92 Mb.
səhifə10/14
tarix23.01.2018
ölçüsü0,92 Mb.
#22337
1   ...   6   7   8   9   10   11   12   13   14

##num=11// level= 1// sumtest=70 // name= MƏKTƏB BINASININ VƏ MƏKTƏBYANI TORPAQ SAHƏSININ GIGIYENASI //


1. Sinif otağının ventilyasiyasının gücləndirən xüsusi qurğulu nəfəslik necə adlanır?

A) Framuqa

B) Fortoçka

C) Pəncərə

D) Şaxta

E) Yan qapı

2. Pəncərənin yuxarı kənarından döşəməyə qədər məsafəsinin otağının eninə olan nisbətini hansı anlayış əks etdirir?

A) Dərinləşmə əmsalı

B) Təbii işıqlıq əmsalı

C) Işıqlanma dərəcəsi

D) Əlverişli mühit rəqəmi

E) Tutulma əmsalı

3. Təbii işıqlanma əmsalı nəyə deyilir?

A) Otağin müəyyən yerinin işıqlanmasının eyni zamanda açıq səma altındakı işıqlanmaya olan nisbətinə

B) Pəncərənin yuxarı kənarından döşəməyə qədər məsafəsinin otağının eninə olan nisbətinə

C) Otaqda olan bir pəncərə sahəsinin ümumi pəncərə sahəsinə olan nisbətinə

D) Otağın işıqlanma dərəcəsinin gün ərzində səmtləşməyə uyğun dəyişən günəşin hərəkətinə

E) Pəncərənin aşağı kənarından döşəməyə qədər məsafəsinin otağının uzunluğuna olan nisbətə

4. Tutulma əmsalı nəyə deyilir?

A) Əks tərəf bina hündürlüyünün həmin bina ilə məktəb arasındakı məsafəyə olan nisbətə

B) Uşaq müəssisəsində yerləşdirilən uşaqların normalara görə verilən yerlərin tutulma faizinə

C) Pəncərənin yuxarı kənarından döşəməyə qədər məsafəsinin otağının eninə olan nisbətinə

D) Uşaq müəssisəsinin pəncərələrinin ağaclarla kölgə salınma koeffisiyentinə

E) Pərdələrdəki pərdələrlə uşaq müəssisəsinin otaqlarının günəşdən qorunması imkanına

5. Məktəbin hansı yerində normaya görə hər bir uşağa 40 - 50 m2 sahə düşməlidir?

A) Məktəb sahəsində

B) Idman meydançasında

C) Məktəb binasında

D) Rekreasion zalda

E) Sinif otağında

6. Məktəbyanı torpaq sahəsinin 40 - 50% nəyə ayrılmalıdır?

A) Əkililərə

B) Tikili binalara

C) Idman zonasına

D) Hərbi sahəyə

E) Zibil sahəsinə

7. Məktəbyanı torpaq sahəsinin 35 - 40% nəyə ayrılmalıdır?

A) Idman zonasına

B) Tikili binalara

C) Rekreasion zonaya

D) Hərbi sahəyə

E) Zibil sahəsinə

8. Hansı qurğu otağın təbii ventilyasiyasını gücləndirmək üçün gigiyenik cəhətdən düzgün sayılır?

A) Framuqa

B) Qapı

C) Pəncərə

D) Adi nəfəslik

E) Ventilyator

9. Framuqa nədir?

A) Ventilyasiyanı gücləndirən xüsusi quruluşlu nəfəslik

B) Təbii işıqlandırmanı artıran xüsusi quruluşlu qurğu

C) Isidici sistemin tərkibində olan xüsusi qurğu

D) Ventilyator qurğusunun bir hissəsi

E) Divarda yerləşdirilən ventilyasiya sistemi

10. Hansı ifadə günəş enerjisinin orqanizmə təsirini əks etdirmir?

A) Günəş spektrin ultrabənövşəyi hissəsi bakteriyaların artmasına müsbət təsir göstərir

B) Böyümə və inkişafın düzgün getməsinə imkan yaradır

C) Orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır

D) Mübadilə proseslərini aktivləşdirir

E) D - vitaminin sintezinə və sümükləşmənin normal getməsinə imkan yaradır

11. Dərinləşmə əmsalı nəyə deyilir?

A) Pəncərənin yuxarı kənarından döşəməyə qədər məsafəsinin otağının eninə olan nisbətinə

B) Bütün pəncərə sahəsinin sinif otağının döşəmə sahəsinə olan nisbətinə

C) Otaqda olan bir pəncərə sahəsinin ümumi pəncərə sahəsinə olan nisbətinə

D) Pəncərənin aşağı kənarından döşəməyə qədər məsafəsinin otağının uzunluğu nisbətinə

E) Ümumi pəncərə sahəsinin tədris otağının eninə olan nisbətinə

12. Oturacağın normadan dərin və ya ensiz olmasından yaranan hallara hansı aid deyil?

A) Gərginlik səbəbindən məktəblinin diqqətliliyi artır

B) Dizaltı çuxurunda yerləşən damarlar sıxılır

C) Aşağı ətrafların qan ilə təchizatı pozulur

D) Məktəblinin oturuş qaydası pozulur

E) Vaxtından əvvəl yorğunluq baş verir

13. Şəhər məktəblərini yerləşdirərək 1 - 9 siniflər üçün hansı hesablama göstəricisi nəzərə alınmalıdır?

A) Hər 1000 sakinə 150 şagird yeri

B) Hər 100 sakinə 50 şagird yeri

C) Hər 1000 sakinə 130 şagird yeri

D) Hər 1000 sakinə 110 şagird yeri

E) Hər 1000 sakinə 181 şagird yeri

14. Şəhər məktəblərini yerləşdirərək 10 - 11 siniflər üçün hansı hesablama göstəricisi nəzərə alınmalıdır?

A) Hər 1000 sakinə 30 yer

B) Hər 100 sakinə 10 yer

C) Hər 1000 sakinə 40 yer

D) Hər 1000 sakinə 25 yer

E) Hər 1000 sakinə 35 yer

15. Otağın müəyyən yerinin işıqlanmasının eyni zamanda açıq səma altındakı işıqlanmaya olan nisbətini ifadə edən göstərici hansıdır?

A) Təbii işıqlanma əmsalı

B) Işıqlıq əmsalı

C) Tutulma əmsalı

D) Görmə əmsalı

E) Işıqlanma əmsalı

16. Uşaqlara məxsus avadanlıq və əşyaları seçərəq nəyə uyğunluğu nəzərə alınmır?

A) Uşaqların göstərdiyi müvəffəqiyyətə

B) Uşaq orqanizmin anatomik - fizioloji imkanlarına

C) Tərbiyyə prosesinin xarakterinə

D) Təlim - təhsil prosesinin xarakterinə

E) Uşağın boyuna və gücünə

17. Uşaq qamətində baş verən dəyişiklik və qüsurların səbəbləri arasında səhv olanı seçin:

A) Dərslərin sayca çox olması

B) Şagirdlərin düzgün əyləşməməsi

C) Uşağın ağır çanta daşıması

D) Ağır yükün eyni əldə aparılması

E) Partaların boya müvafiq seçilməməsi

18. Parta oturacağının dərinliyi uşaq bədənin hansı göstəricisinə uyğun seçilməlidir?

A) Budunun uzunluğuna

B) Əlinin uzunluğuna

C) Bədəninin uzunluğuna

D) Belinin eninə

E) Bədənin çəkisinə

19. Ərazidə uşaq - yeniyetmə müəssisələrinin müxtəlif cür yerləşdirilməsinin ən məqsədəuyğun vəziyyəti hansıdır?

A) Məhəllədaxili

B) Küncvari

C) Yan xaric

D) Ön xaric

E) 3 tərəfi küçə ilə sərhəd

20. Kənd məktəblərini yerləşdirərək 10 - 11 siniflər üçün hansı hesablama göstəricisi nəzərə alınmalıdır?

A) Hər 1000 sakinə 35 yer

B) Hər 100 sakinə 10 yer

C) Hər 1000 sakinə 40 yer

D) Hər 1000 sakinə 25 yer

E) Hər 1000 sakinə 30 yer

21. Şəhər mikrorayonu ərazisində 4000 sakin varsa, məktəb binasını planlaşdıraraq 1 - 9 siniflərə nə qədər yer ayrılmalıdır?

A) 600 yer

B) 200 yer

C) 1000 yer

D) 500 yer

E) 350 yer

22. Kənd ərazisində 3000 sakin varsa, məktəb binasını planlaşdıraraq 1 - 9 siniflərə nə qədər yer ayrılmalıdır?

A) 543 yer

B) 625 yer

C) 100 yer

D) 85 yer

E) 350 yer

23. Şəhər mikrorayonu ərazisində 4000 sakin varsa, məktəb binasını planlaşdıraraq 10 - 11 siniflərə nə qədər yer ayrılmalıdır?

A) 120 yer

B) 200 yer

C) 100 yer

D) 50 yer

E) 45 yer

24. Tədris otağının gigiyenik cəhətdən normal havasının olması nə üçün zəruridir?

A) Optimal iş qabiliyyəti üçün

B) Əzələlərin fiziki inkişafı üçün

C) Gözlərin yaxşı görməsi üçün

D) Beyin qabığında mənfi induksiyanın yaranması üçün

E) Əhval - ruhiyanın yaxşı olması üçün

25. Bir saat ərzində hər bir uşaqa düşən nəyin həcmi gigiyenik normaya görə 16 - 20 m3 olmalıdır?

A) Havanın

B) Oksigenin

C) Karbon qazının

D) Günəş şüasının

E) Suyun

26. Havanın ehtiyac həcmi nəyi göstərir?

A) Bir dərs saatı ərzində məktəbliyə lazım olan havanın m3 - lə miqdarını

B) Bir saatda məktəbliyə lazım olan havanın miqdarını

C) Gün ərzində məktəbliyə lazım olan havanın m3 - lə miqdarını

D) Bir dərs saatı ərzində məktəblinin ifraz etdiyi havanın miqdarını

E) Müəyyən fəliyyət zamanı məktəbliyə tələb olunan havanın miqdarını

27. Açıq nəfəslik sahəsinin döşəmə sahəsinə olan nisbəti necə adlanır?

A) Aerasiya əmsalı

B) Ventilyasiya əmsalı

C) Işıqlıq əmsalı

D) Havanın ehtiyac həcmi

E) Havanın ventilyasiya imkanı

28. Gigiyenik normalara əsasən ümümtəhsil məktəblərin torpaq sahəsi nə qədər olmalıdır?

A) 0, 5 – 3 hektar

B) 5 – 6 hektar

C) 1 hektar

D) 10 hektar

E) 0, 3 hektar

29. Küçə ilə məktəb arasındakı qoruyucu zonanın eni nə qədər olmalıdır?

A) 15 m

B) 20 m

C) 2 – 5 m

D) 10 m

E) 50 m

30. Məktəb torpaq sahəsinin neçə faizını idman zonası təşkil etməlidir?

A) 35 - 40%

B) 10 - 15 %

C) 5 - 10%

D) 50 - 60%

E) 20%

31. Məktəb binasında yerləşən istirahət otağı necə adlanır?

A) Rekreasion zal

B) Reanimasiya otağı

C) Adaptasiya sahəsi

D) Istirahət zonası

E) Relaksasiya zalı

32. Məktəb binasında yerləşən rekreasion zal hansı funksiyanı yerinə yetirir?

A) Istirahət otağır

B) əlavə məşq otağı

C) Müəllimlər otağı

D) Inzibati sahə

E) Tədris otağı

33. Ümümtəhsil məktəblərdə sinif otağının sahəsi nəyə bərabər olmalıdır?

A) 50 m2

B) 20 m2

C) 30 m2

D) 15 - 25 m2

E) 60 - 70 m2

34. Aerasiya əmsalı nəyə deyilir?

A) Açıq nəfəslik sahəsinin döşəmə sahəsinə olan nisbətə

B) Otağa daxil olan hava həcminə

C) Pəncərə sahəsinin döşəmə sahəsinə olan nisbətə

D) Otağa daxil olan hava miqdarının otaqdan çıxan hava miqdarına olan nisbətə

E) Otaqda olan O2 qazın CO2 qazına olan nisbətə

35. Bir dərs saatı ərzində (45 dəq) məktəbliyə lazım olan havanın m3 - lə miqdarına nə deyilir?

A) Havanın ehtiyac həcmi

B) Havanın vacib həcmi

C) Havanın ventilyasiya miqdarı

D) Vacib olan hava həcmi

E) Tələb olunan hava həcmi

36. Şağirdin hansı xüsusiyyətinə tədris otağın havası birbaşa təsir göstərir?

A) Iş qabiliyyətinə

B) Fərdi xüsusiyyətlərinə

C) Adaptasiya mexanizminə

D) Ünsiyyətinə

E) Nitq qabiliyyətinə

37. Otaq havasının fiziki və kimyəvi xassələri 45 dəqiqəlik dərsdən sonra necə dəyişir?

A) CO2 qazın, tozun miqdarı artır, temperatur qalxır, mikrobların sayı artır

B) O2 qazın miqdarı artır, havanın elektrik xüsusiyyətləri dəyişmir, bioloji çirklənmə artır

C) Yüngül və mənfi ionların sayı artır, temperatur enir, bioloji çirklənmə artır

D) Müsbət ionların sayı artır, temperatur artır, O2 və CO2 qazlar mübadiləsi güclənir

E) Havada müxtəlif xoşagəlməz iylər əmələ gəlir, tozun miqdarı azalır, CO2 qazın həcmi artır

38. Bir saat ərzində hər bir uşağa neçə m3 hava düşməlidir?

A) 16 - 20 m3

B) 12 - 15 m3

C) 18 - 21 m3

D) 10 - 16 m3

E) 20 - 25 m3

39. Hər uşağa düşən hava həcminin 7, 5 – 9 m3 qədər normativ göstəricisi nə tipli uşaq müəssisələrinin otaqlarına aiddir?

A) Məktəbəqədər uşaq müəssisələrinin

B) Litsey tipli məktəblərin

C) Kollec tipli məktəblərin

D) Internat tipli məktəblərin

E) Erkən məktəbəqədər müəssisələrinin

40. Hansı uşaq müəssisələrində hər uşağa 2, 5 m2 otaq sahəsi düşməlidir?

A) məktəbəqədər uşaq müəssisələrində

B) litsey tipli məktəblərdə

C) kollec tipli məktəblərdə

D) internat tipli məktəblərdə

E) erkən məktəbəqədər müəssisələrində

41. Məktəb otaqlarında hər uşağa düşən sahə və hava həcminin normativ göstəricilərini qeyd edin.

A) Sahə 1, 25 – 1, 5m2, hava həcmi 3, 75 m3

B) Sahə 1, 5 m2, hava həcmi 4, 5 – 5 m3

C) Sahə 1, 35 m2, hava həcmi 4, 5 m3

D) Sahə 1, 25 m2, hava həcmi 5 m3

E) Sahə 2, 5 m2, hava həcmi 3, 5 – 4 m3

42. Hansı uşaq müəssisələrində hər uşağa 1, 25 – 1, 5 m2 otaq sahəsi düşməlidir?

A) Ümumtəhsil məktəblərdə

B) Litsey tipli məktəblərdə

C) Məktəbəqədər uşaq müəssisələrində

D) Internat tipli məktəbəqədər müəssisələrdə

E) Erkən məktəbəqədər müəssisələrində

43. Hər uşağa düşən hava həcminin normativ göstəricisi 3, 75 m3 tələbi hansı uşaq müəssisəsinə aiddir?

A) ümumtəhsil məktəblərə

B) litsey tipli məktəblərə

C) kollec tipli məktəblərə

D) məktəbəqədər uşaq müəssisələrinə

E) erkən məktəbəqədər müəssisələrinə

44. Ümumtəhsil məktəb otaqlarında hər uşağa düşən hava həcminin normativ göstəricisini qeyd edin.

A) 3, 75 m3

B) 10 m3

C) 1 m3

D) 2 m3

E) 15 m3

45. Gigiyenik normalara uyğun zibil saxlanılma yeri ilə uşaq müəssisəsi binasının arasındakı məsafəni geyd edin.

A) 25 m

B) 50 m

C) 35 m

D) 40 m

E) 15 m

46. Ümumtəhsil məktəblər neçə hektar torpaq sahəsi ilə təmin olmalıdır?

A) 0, 5 - 3 hektar

B) 1 - 2 hektar

C) 2 - 4 hektar

D) 3 - 6 hektar

E) 0, 3 - 1 hektar

47. Məktəbin torpaq sahəsinin ölçüsü nəyə uyğun olaraq planlaşdırılır?

A) Məktəb tipinə və yaşayış məntəqəsinin xarakterinə

B) Məktəbin xüsusiyyətlərinə və binanın hündürlıyınə

C) Məktəb ərazisində olan ağacların sayına

D) Məktəb binasının sanitar - gigiyenik avadanlığına

E) Icra başçısının qərar və sərəncamına

48. Torpaq sahəsinin hansı hissəsi yaşıl əkililər üçün ayrılmalıdır?

A) 40 - 50%

B) 20 - 30%

C) 55 - 65%

D) 10 - 15%

E) 15 - 30%

49. Məktəb sahəsinin münasib ölçülərində hər bir uşağa nə qədər sahə düşməlidir?

A) 40 - 50 m2

B) 10 - 15 m2

C) 25 - 30 m2

D) 5 - 10 m2

E) 55 - 65 m2

50. Hava istilik rejimin gigiyenik normativlərinə görə sinif otaqları və kabinetlərin havanın temperaturu neçə dərəcə olmalıdır?

A) 18 - 21ºC

B) 15 - 16ºC

C) 14 - 16ºC

D) 19 - 23ºC

E) 20 - 25ºC

51. Hava istilik rejimin gigiyenik normativlərinə görə məktəb emalatxanalarında havanın temperaturu neçə dərəcə olmalıdır?

A) 16 - 18ºC

B) 18 - 21ºC

C) 14 - 16ºC

D) 19 - 23ºC

E) 20 - 25ºC

52. Hava istilik rejimin gigiyenik normativlərinə görə idman zalında havanın temperaturu neçə dərəcə olmalıdır?

A) 15 - 17ºC

B) 18 - 21ºC

C) 12 - 14ºC

D) 19 - 23ºC

E) 20 - 25ºC

53. Temperatur 16 - 18oC olan məktəbin hava - istilik rejiminin gigiyenik normativləri hansı tipli tədris yerinə aiddir?

A) Emalatxana

B) Kabinet

C) Laboratoriya

D) Idman zalı

E) Sinif otağı

54. Temperatur 18 - 21oC olan məktəbin hava - istilik rejiminin gigiyenik normativləri hansı tipli tədris yerinə aiddir?

A) Sinif otağı

B) Bufet

C) Laboratoriya

D) Idman zalı

E) Emalatxana

55. Sinif otağının ən effektiv, qısa müddətə aparılan hava dəyişməsi nəyin vasitəsi ilə aparıla bilər?

A) Hava cərəyanı vasitəsi ilə

B) Kondisioner vasitəsi ilə

C) Ventilyator vasitəsi ilə

D) Hava sorucu vasitəsi ilə

E) Framuqa vasitəsi ilə

56. Məktəbin əsas otaqlarında işıqlıq əmsalı nəyə bərabər olmalıdır?

A) 1/4

B) 1/5

C) 1/2

D) 1/6

E) 1/8

57. Məktəbin köməkçi otaqlarında işıqlıq əmsalı nəyə bərabər olmalıdır?

A) 1/5 - 1/6

B) 2/3 - 2/5

C) 1/2 - 1/3

D) 1/4 - 1/5

E) 1/3 - 1/5

58. Görmə qabiliyyəti zəif olan uşaqllar oxuduğu məktəblərdə əsas otaqların işıqlıq əmsalı nəyə bərabər olmalıdır?

A) 1/3

B) 1/2

C) 1/4

D) 1/5

E) 1/6

59. Əks tərəfdə olan binanın hündürlüyünün həmin bina ilə uşaq müəssisəsi arasındakı məsafəyə olan nisbət necə adlanır?

A) Tutulma əmsalı

B) Işıqlıq əmsalı

C) Kölgə əmsalı

D) Kölgə dərəcəsi

E) Tutulma dərəcəsi

60. Tutulma əmsalının ən yaxşı göstəricisi hansıdır?

A) 1/5

B) 1/2

C) 1/3

D) 1/6

E) 1/4

61. Məktəb otaqlarında gigiyenik normalara görə hər uşağa düşən sahə nəyə bərabər olmalıdır?

A) 1, 25 – 1, 5 m2

B) 2, 5 m2

C) 0, 5 – 1 m2

D) 5 – 10 m2

E) 2, 5 – 7 m2

62. Sağlamlaşdırıcı uşaq müəssisələrinin yerləşdirilməsi üçün hansı ərazilər məsləhətli deyil?

A) Şəhər daxili parklar

B) Şəhərətrafı zonalar

C) Böyük yaşıllıq masivləri

D) Dənizkənarı zonalar

E) Kurort zonalar

63. Şəhərətrafı zonalarda, böyük yaşıllıq masivlərində, dənizkənarı zonalarda nə tipli uşaq müəssisələri yerləşdirilir?

A) Sağlamlaşdırıcı uşaq müəssisələri

B) Məktəbəqədər uşaq müəssisələri

C) Kollec tipli məktəblər

D) Internat tipli məktəblər

E) Erkən məktəbəqədər müəssisələr

64. Internat məktəblərinin yerləşdirilməsi üçün hansı ərazilər məsləhətli deyil?

A) Mərkəzdə yerləşən park, bağ

B) Şəhərin perifirik zonası

C) Kənd ərazisinin kənarı

D) Kənarda yerləşən park, bağ

E) Perifiriyada olan meşə massivi

65. Əhalinin məskan salacağı ərazinin perifiriyasında park, bağ və meşə massivi yaxınlığında hansı uşaq müəssisəsinin yerləşdirilməsi məqsədəuyğundur?

A) Internat məktəblərinin

B) Sağlamlaşdırıcı uşaq müəssisələrinin

C) Uşaq reabilitasiya mərkəzlərinin

D) Uşaq xəstəxanalarının

E) Ümumtəhsil məktəblərinin

66. Uşaq müəssisələrinin kənd yerlərində yerləşdirilməsi şərtlərinə hansı vəziyyət ziddir.

A) Şosse və mal - qara yolunda yerləşdirmək

B) Quru nisbətən hündür yerdə yerləşdirmək

C) Bağ, göl yaxınlığında yerləşdirmək

D) Xəstəxana, bazardan xeyli aralı yerləşdirmək

E) Baş küçədə yerləşdirmək

67. Uşaq müəssisələrini yaşayış məntəqələrində yerləşdirilməsi prinsiplərinə hansı aid deyil?

A) Bazarlara, iri dükanlara, yanğın söndürən depolara yaxınlığı

B) Xidmət olunan əhalinin yaşayış məntəqələrinə yaxınlığı

C) Şosse və dəmir yollarından uzaqlaşdırılması

D) Havanı çirklədən sənaye müəssisələrdən uzaqlaşdırılması

E) Xeyli səs - küy törədən müəssisələrdən uzaqlaşdırılması

68. Məktəbəqədər uşaq müəssisənin planlaşdırma və inşaatında əsas götürülən prinsiplərdən hansı səhvdir?

A) Həkim və ya tibb otağının olması

B) Torpaq sahəsinin geniş olması

C) Otaqların təcrid olunması

D) Təbii və süni işıqlanmanın kifayət dərəcədə olması

E) Əlverişli istilik - hava rejiminin yaradılması

69. Məktəbəqədər uşaq müəssisələrində təcrid olunma prinsipinə aid deyil:

A) 3 - 4 qrupun bir girişdən istifadə etməsi

B) Qrupların binada və həyatyanı sahədə öz sahələrinin olması

C) Hər bir qrupun lazımi qədər otaqlarının olması

D) Hər bir qrupun ayrıca girişdən istifadə etməsi.

E) Yoluxucu xəstəliklərlə mübarizə tədbiri

70. Hansı uşaq müəssisəsi gigiyenik normalara görə baş küçədə, nisbətən hündür və quru yerdə, bağ, göl yaxınlığında, lakin şosse, mal - qara, xəstəxana və bazardan kənarda yerləşdirilməlidir?

A) Kənd uşaq müəssisələri

B) Şəhər uşaq müəssisələri

C) Kollec tipli məktəblər

D) Internat tipli məktəblər

E) Erkən məktəbəqədər müəssisələri

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə