F ə s I l Ümumi MÜDDƏalar



Yüklə 228,82 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix14.02.2018
ölçüsü228,82 Kb.
#27081
1   2   3   4   5   6   7

3)

    


Dövlət  sərhədindən keçən  şəxslərin Azərbaycan  Respublikasına  gəlmək  və  ya Azərbaycan 

Respublikasından  getmək  hüququna  dair  sənədlərini  yoxlamaq,  həmin  sənədlərdə  müvafiq 

qeydlər etmək və zərurət olduqda bunları müvəqqəti saxlamaq;

 

Azərbaycan  Respublikasına  gəlmək  və  ya  Azərbaycan  Respublikasından  getmək  hüququna 



dair etibarlı sənədləri olmayan şəxsləri onlar Dövlət sərhədindən keçmək hüququna dair sənədləri 

lazımınca  rəsmiləşdirənədək  və  ya  Azərbaycan  Respublikası  vətəndaşlarının  xaricdə  olduqları 

dövrdə  öz  sənədlərini  itirməsi  halları  araşdırılanadək  və  onların  şəxsiyyəti  müəyyən  edilənədək 

Dövlət sərhədindən buraxmamaq;

 

4)

    



Dövlət sərhədindən keçən şəxslərin yüklərini və başqa əşyalarını müəyyən edilmiş qaydada 

müstəqil surətdə və ya gömrük idarələri ilə birlikdə yoxlamaq, zəruri hallarda onları yoxlanış üçün 

saxlamaq və ya qanunla müəyyən edilmiş qaydada almaq;

 

5)



    

Azərbaycan  Respublikasına  gətirilməsi  və  ya  Azərbaycan  Respublikasından  aparılması 

qadağan  edilmiş  materialları,  əşyaları  və  sənədləri,  habelə  qaçaq  malı  Dövlət  sərhədindən 

keçirməyə  cəhd  göstərmiş  şəxslərin  Azərbaycan  Respublikasına  və  ya  Azərbaycan 

Respublikasından  buraxılması  məsələsini  yol  verilmiş  hüquq  pozuntusu  hallarını  və  xarakterini 

nəzərə almaqla həll etmək;

 

6)

    



Dövlət  sərhədindən  keçən  xarici  nəqliyyat  vasitələrini  və  Azərbaycan  Respublikasına 

məxsus nəqliyyat vasitələrini, bu vasitələrlə daşınan yükləri müəyyən edilmiş qaydada yoxlamaq; 

zəruri hallarda sərhədçi dəstələri ilə nəqliyyat vasitələrini müşayiət etmək;

 

7)



    

xaricə  gedən  nəqliyyat  vasitələrinin  Dövlət  sərhədinin  buraxılış  məntəqələrində  dayanma 

(dayanacaq)  yerlərini  və  müddətini  əlaqədar  müəssisələr,  idarələr  və  təşkilatlar  ilə  birlikdə 

müəyyən etmək;

 

8)

    



Azərbaycan  Respublikasının  ərazi  və  daxili  sərhədboyu  sularında  üzərkən  və  olarkən, 

habelə Azərbaycan Respublikasının limanlarında dayanacaq vaxtı hüquq pozuntusuna yol vermiş 

xarici  gəmilərin  heyət  üzvlərinin  və  gəmilərdə  olan  digər  şəxslərin  sahilə  çıxmasına  və  sahildə 

olmasına yol verməmək;

 

9)

    



Azərbaycan  Respublikasının  beynəlxalq  və  dövlətlərarası  müqavilələrinə  müvafiq  surətdə 

aparılan tikintilərdə, ümumdövlət və müdafiə əhəmiyyətli tikintilərdə görülən işlər, təbii fəlakətlər

xüsusilə təhlükəli yoluxucu xəstəliklər ilə əlaqədar tədbirlər istisna edilməklə, sərhədboyu zolaqda 

müxtəlif işlərin görülməsini şəraitin tələb etdiyi hallarda məhdudlaşdırmaq;

 

10)   Azərbaycan  Respublikası  ərazisinə  basqınların  dəf  edilməsi,  Dövlət  sərhədində  müxtəlif 



fitnələrin  qarşısının  alınması,  Dövlət  sərhədini  pozanların  axtarılması  və  tutulması 

zamanı, habelə şəraitin  tələb  etdiyi  digər  zəruri  hallarda  mülkiyyət  formasından  asılı  olmayaraq 

müəssisə,  idarə və təşkilatların  elektrik,  rabitə  və  nəqliyyat  vasitələrindən  (xarici  dövlətlərin 

diplomatik  və  digər  nümayəndəliklərinə,  beynəlxalq  təşkilatlara  məxsus  vasitələrdən  başqa),  o 

cümlədən ictimai birliklərə və vətəndaşlara məxsus nəqliyyat vasitələrindən istifadə etmək;

 

11)



   

vətəndaşlardan  və  vəzifəli  şəxslərdən  ictimai  qaydalara  əməl  olunmasını  tələb  etmək; 

onların  vəzifələrinin  icrasına  mane  olan  hüquq  pozuntularının  və  digər  hərəkətlərin  qarşısını 

almaq;


 

12)


    

sərhədyanı  rayonların  ərazisində  dövlət  sərhədini  pozanların  axtarılması  və  tutulması, 

respublika  ərazisində  isə  onların  təqib  olunması  ilə  əlaqədar  tədbirlər  görərkən  mülkiyyət 

formasından asılı olmayaraq (diplomatik toxunulmazlığa malik olanlardan başqa) müəssisə, idarə 

və  təşkilatların  yerləşdiyi  əraziyə  və  binaya qanunvericiliklə  müəyyən  edilmiş  qaydada daxil 

olmaq; 


[7]

 



13)

   


sərhədyanı  rayonların  ərazisində  dövlət  sərhədini  pozanların  axtarılması  və  tutulması  ilə 

əlaqədar tədbirlərin görülməsi məqsədi ilə küçələrdə və yaşayış məntəqəsindən kənardakı yollarda 

nəqliyyat vasitələrinin və piyadaların hərəkətini müvəqqəti dayandırmaq və ya məhdudlaşdırmaq;

 

14)



   

xidməti  vəzifələrin  icrası  üçün  zəruri  məlumatı  mülkiyyət  formasından  asılı  olmayaraq 

(diplomatik  toxunulmazlığa  malik  olanlardan  başqa)  müəssisə,  idarə  və  təşkilatlardan  əvəzsiz 

almaq  (bu  cür  məlumatın  əldə  olunmasının  qanunla  müəyyən  edilmiş  digər  qaydaları  mövcud 

olan hallardan başqa);

 

15)



   

Azərbaycan  Respublikasının  dövlət  sərhədinin  mühafizəsində  fərqlənmiş  vətəndaşları 

mükafatlandırmaq;

 

16)



   

Azərbaycan  Respublikasının  qanunlarına,  dövlətlərarası  müqavilələrinə,  habelə  hamılıqla 

qəbul olunmuş beynəlxalq hüquq prinsiplərinə və normalarına müvafiq surətdə Dövlət sərhədinin 

qorunması sahəsində başqa tədbirləri həyata keçirmək.

 

M a d d ə  6. Sərhəd qoşunlarının hüquq və vəzifələrinin həyata keçirilməsi



 

Sərhəd qoşunlarının hüquq və vəzifələri qanunvericiliklə müəyyən edilmiş qaydada həyata 

keçirilir. 

[8]


 

M a d d ə  7. Sərhəd qoşunlarının fəaliyyəti və vətəndaşların hüquqları

 

Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  hallardan  və  qaydalardan 



başqa,  vətəndaşların  hüquq  və  azadlıqlarının  sərhəd  qoşunları  tərəfindən  məhdudlaşdırılmasına 

yol verilmir.

 

Azərbaycan  Respublikasının  qanunvericiliyinə  müvafiq  olaraq  Azərbaycan  Respublikasının 



vətəndaşları  hüquq  və  azadlıqlarının  məhdudlaşdırılması  barədə  sərhəd  qoşunlarından  məlumat 

tələb etmək hüququna malikdirlər.

 

Vətəndaşların hüquq və azadlıqları pozulduqda sərhəd qoşunlarının hərəkətlərindən qanunla 



müəyyən edilmiş qaydada şikayət edilə bilər.

 

M a d d ə  8. Dövlət  sərhədinin  mühafizəsi  ilə  əlaqədar  inzibati xətalar barədə  işlər  üzrə 



icraat

 

Sərhəd  qoşunlarının  orqanları  (vəzifəli  şəxsləri)  Azərbaycan  Respublikasının  inzibati 



qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  səlahiyyətlər  həddində  Dövlət  sərhəd  rejiminə,  sərhədboyu 

rejimə (o cümlədən sərhəd sularında) və Dövlət sərhədinin buraxılış məntəqələrindəki rejimə qəsd 

edən inzibati xətalar barədə işlər üzrə icraatı həyata keçirir. 

[9]


 

M a d d ə  9. Sərhəd  qoşunlarının  xarici  dövlətlərin  sərhəd  mühafizə  orqanları  ilə 



əməkdaşlığı

 

Sərhəd  qoşunları  xarici  dövlətlərin  sərhəd  mühafizə  orqanları  və  digər  orqanları  ilə  Dövlət 



sərhədinin  mühafizəsi  məsələləri  üzrə  Azərbaycan  Respublikasının  qanunvericilik  aktları  ilə 

müəyyən edilən qaydada ikitərəfli münasibətlər əsasında əməkdaşlıq edir.

 

Sərhəd  qoşunları  Azərbaycan  Respublikasının  beynəlxalq  müqavilələrinə  müvafiq  olaraq 



yaradılan sərhəd mühafizəsi üzrə çoxtərəfli əlaqələndirmə orqanlarının fəaliyyətində iştirak edir.

 

M a d d ə  10. Dövlət  orqanları  və  onların  vəzifəli  şəxsləri  tərəfindən  sərhəd  qoşunlarına 



kömək göstərilməsi

 

Dövlət orqanları və onların vəzifəli şəxsləri öz səlahiyyətləri daxilində:



 


Yüklə 228,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə