F ə s I l Ümumi MÜDDƏalar



Yüklə 228,82 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix14.02.2018
ölçüsü228,82 Kb.
#27081
1   2   3   4   5   6   7

1)

    


sərhəd  qoşunlarına  onların  qarşısında  duran  vəzifələrin  yerinə  yetirilməsində  kömək 

göstərir və lazımi məlumatı əvəzsiz olaraq onlara təqdim edirlər;

 

2)

    



sərhəd  qoşunlarının  hərbi  qulluqçularına,  fəhlə  və  qulluqçularına,  onların  ailə  üzvlərinə, 

sərhəd  qoşunlarının  obyektlərinə  münasibətdə  hüquqa  zidd  hərəkətlərin  yol  verilməməsi  üzrə 

tədbirlər görürlər;

 

3)



    

sərhəd qoşunlarına kömək göstərilməsi işində vətəndaşların könüllü iştirakına yardım edir 

və şərait yaradırlar.

 

M a d d ə  11. Sərhəd  qoşunlarının  bayraqları,  rəmzləri,  emblemləri,  tanınma  və  fərqlənmə 



Nişanları

 

Sərhəd  qoşunlarının  hərbi  hissələri,  bölmələri,  sərhəd  dəstələri,  tədris  məktəbləri,  sərhəd 



gəmiləri  (katerləri)  döyüş  bayraqlarına  və  rəmzlərə;  təyyarələri,  vertolyotları,  avtonəqliyyat 

vasitələri  və  döyüş  texnikası  tanınma nişanlarına;  hərbi qulluqçuları  isə fərqlənmə  nişanlarına  və 

emblemlərə malikdirlər.

 

Bu maddənin birinci hissəsində göstərilən bayraqlar, rəmzlər, nişanlar və emblemlər haqqında 



əsasnamələri müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 

[10]


 

 

 



II f ə s i l

 

SƏRHƏD QOŞUNLARININ FƏALİYYƏTİNİN TƏŞKİLİ VƏ

 

İDARƏ OLUNMASI

 

M a d d ə  12. Sərhəd qoşunlarının tərkibi və sayı



 

Sərhəd  qoşunları  idarə  orqanlarından,  sərhəd  dəstələrindən,  “sərhəd  nəzarəti  hərbi 

hissələrindən,  hərbi  aviasiya  hissələrindən,  hərbi  dəniz  hissələrindən,  sərhəd  qoşunlarının 

fəaliyyətini  təmin  edən  hərbi  hissələr,  idarələr  və  müəssisələrdən  (təlim,  rabitə,  tikinti-istismar, 

maddi-texniki  təminat,  tibb,  redaksiya-nəşriyyat,  məlumat-hesablama,  mədəni-maarif  və  s.)  və 

xüsusi tədris məktəbləri və elmi tədqiqat idarələrindən ibarətdir.

 

Sərhəd  qoşunlarının  strukturu  və  say  tərkibi  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 



müəyyən edilir. 

[11]


 

M a d d ə  13. (Çıxarılıb)'>(Çıxarılıb) 

[12]

 

M a d d ə  14. Sərhəd qoşunları komandanı



 

Sərhəd qoşunlarına rəhbərliyi Sərhəd Qoşunlarının komandanı həyata keçirir. Sərhəd 

Qoşunlarının komandanının səlahiyyətləri qanunvericiliklə müəyyən edilir. 

[13]


 

M a d d ə  15. (Çıxarılıb) 

[14]

 

M a d d ə  16. Sərhəd Qoşunları Baş qərargahı



 

Sərhəd  Qoşunlarının  Baş  qərargahı  sərhəd  qoşunlarının  idarəetmə  orqanı  olub,  Dövlət 

sərhədinin mühafizəsi üzrə xidməti-döyüş fəaliyyətini təşkil edir.

 

(çıxarılıb) 



[15]

 

M a d d ə  17. (Çıxarılıb) 



[16]

 

M a d d ə  18. (Çıxarılıb) 



[17]

 

M a d d ə  19. Dövlət sərhədinin bilavasitə mühafizəsini həyata keçirən əsas bölmələr



 


Sərhəd  zastavası,  sərhəd  nəzarəti  bölməsi,  sərhəd  gəmisi  (kateri),  radiotexniki  post,  sərhəd 

hava  gəmisi, əməliyyat-axtarış orqanının  bölməsi,  sərhəd  qoşunlarının  sahə  müvəkkili  Dövlət 

sərhədinin bilavasitə mühafizəsini həyata keçirən əsas bölmələrdir və qanunla səlahiyyət verilmiş 

vəzifəli şəxslərdən başqa heç kim onların xidməti və təsərrüfat fəaliyyətinə qarışa bilməz. 

[18]

 

M a d d ə  20. Sərhəd zastavası



 

Sərhəd  zastavası  sərhəd  dəstəsinin  bölməsi  olub  ərazinin  müəyyən  sahəsində  Dövlət 

sərhədinin bilavasitə mühafizəsini həyata keçirir.

 

Sərhəd  zastavası  ona  təhkim  edilmiş  sahədə,  öz  səlahiyyətinə  daxil  olmayan  məsələlərdən 



başqa,  sərhəd  qoşunlarını  və  Dövlət  sərhədində  Azərbaycan  Respublikasının  mənafeyini  təmsil 

edir.


 

Sərhəd  zastavasının  rəisi  sərhəd  zastavasına  təhkim  edilmiş  sahədə  sərhəd  qoşunlarının  ali 

vəzifəli şəxsidir.

 

Sərhəd zastavasına sıra nömrəsi verilir.



 

M a d d ə  21. Sərhəd nəzarəti bölməsi

 

Sərhəd  nəzarəti  hərbi  hissəsinin  və  ya  sərhəd  dəstəsinin  sərhəd  nəzarəti  bölməsi  Dövlət 



sərhədinin  bir  və  ya  bir  neçə  buraxılış  məntəqəsində  şəxslərin  və  nəqliyyat  vasitələrinin 

buraxılışını,  habelə  öz  səlahiyyəti  həddində  ona  təhkim  edilmiş  Dövlət  sərhədinin  buraxılış 

məntəqəsindəki  (məntəqələrindəki)  rejimə  və  Dövlət  sərhədinin  keçilməsi  qaydalarına  əməl 

edilməsinə nəzarəti həyata keçirir.

 

Sərhəd  nəzarəti  bölməsi  ona  təhkim edilmiş  Dövlət  sərhədinin  buraxılış  məntəqəsində  xüsusi 



nəzarəti həyata keçirən orqanlarla (orqanların nümayəndələri ilə) onların səlahiyyətinə qarışmadan 

qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

Sərhəd nəzarəti bölməsinə həqiqi ad verilir.



 

M a d d ə  22. Sərhəd gəmisi (kateri)

 

Sərhəd  qoşunlarının  tərkibinə  daxil  olan  sərhəd  gəmisi  (kateri)  Dövlət  sərhədinin  bilavasitə 



mühafizəsinə xidmət edir, müəyyən edilmiş bayraq, vımpel, bort fərqlənmə nişanı daşıyır, sərhəd 

qoşunlarında  hərbi  xidmətdə  olan  şəxsin  komandanlığı  altındadır  və  hərbi  intizama  tabe  olan 

heyətə malikdir.

 

Sərhəd,  gəmisi,  ona  məxsus  olan  uçan  aparatlar  və  üzən  vasitələr  beynəlxalq  hüquq 



normalarına müvafiq olaraq immunitetə malikdirlər.

 

Sərhəd  gəmisinin  (katerinin)  komandiri,  şəxsi  heyəti  xarici  dövlətlər,  hərbi  və  qeyri-hərbi 



gəmilər,  habelə  onların  nümayəndələri  ilə  qarşılıqlı  münasibətlərdə  olarkən  Azərbaycan 

Respublikasının  qanunvericiliyini,  Azərbaycan  Respublikasının  beynəlxalq  müqavilələrini, 

beynəlxalq hüququn prinsip və normalarını əsas tuturlar.

 

Komandirlərin vəzifəyə görə birinciliyini, zabitlərin, miçmanların hüquqi və sosial vəziyyətini, 



maddi-texniki  təminat  normalarını  müəyyən  etmək  üçün  sərhəd  xidmətinin  taktiki-texniki 

elementlərindən  və  həll  edəcəyi  vəzifələrdən  asılı  olaraq  sərhəd  gəmiləri  (katerləri)  siniflərə  və 

dərəcələrə  bölünür.  Siniflərə  və  dərəcələrə Sərhəd  Qoşunlarının  komandanı tərəfindən  təsdiq 

edilmiş sərhəd gəmilərinin təsnifatı haqqında Əsasnamə ilə müəyyən edilir. 

[19]

 

M a d d ə  23. Radiotexniki post



 

Radiotexniki  post  sərhəd  qoşunlarının  bölməsi  olub  ona  təhkim  edilmiş  nəzarət  zonasında 

radiotexniki və digər vasitələrlə Dövlət sərhədinin bilavasitə mühafizəsini həyata keçirir. 

[20]


 


Yüklə 228,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə