F ə s I l Ümumi MÜDDƏalar



Yüklə 228,82 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix14.02.2018
ölçüsü228,82 Kb.
#27081
1   2   3   4   5   6   7

Sərhəd qoşunlarının hərbi hissələrini və bölmələrini yerləşdirmək üçün obyektlərin tikintisi və 

ya  verilməsi  Azərbaycan  Respublikasının  Silahlı  Qüvvələri  üçün  müəyyən  edilmiş 

qaydada və normalar  üzrə,  sərhəd  qoşunlarının  fəaliyyətinin  xüsusiyyətləri  nəzərə  alınmaqla 

Azərbaycan Respublikasının Dövlət büdcəsi, Azərbaycan Respublikasının əlaqədar nazirlikləri və 

idarələrinin vəsaiti hesabına həyata keçirilir.

 

 

 

Azərbaycan Respublikasının Prezidenti

 

Heydər ƏLİYEV.

 

 

 



Bakı şəhəri, 6 yanvar 1994-cü il.

 

№ 772



 

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

 

 

1.

       


7  oktyabr  1997-ci  il  tarixli  378-IQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 15)

 

2.

       

30  dekabr  2003-cü  il  tarixli  568-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57)

 

3.

       

5  mart  2004-cü  il  tarixli  597-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 199)

 

4.

       

5  mart  2004-cü  il  tarixli  598-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133)

 

5.

       

17  aprel  2007-ci  il  tarixli  313-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 560)

 

6.

       

19  oktyabr  2007-ci  il  tarixli  462-IIIQD  nömrəli  Azərbaycan  Respublikası  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1078)

 

  



 

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 

 



 

[1]

 

5  mart  2004-cü  il  tarixli  597-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 199) ilə 2-ci maddənin birinci hissəsi yeni 

redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

 

Sərhəd  qoşunları  haqqında  qanunvericilik  Azərbaycan  Respublikasının  Konstitusiyasından,  bu 



Qanundan,  Azərbaycan  Respublikasının  digər  qanunvericilik  aktlarından,  Azərbaycan  Respublikası 

Prezidentinin  fərmanlarından,  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  qərarlarından, 

Azərbaycan  Respublikası  Dövlət  sərhədinin  mühafizəsi  sahəsində  münasibətləri  nizama  salan 

beynəlxalq  dövlətlərarası  müqavilə  və  sazişlərdən,  Azərbaycan  Respublikasının  müvafiq  dövlət 

orqanlarının normativ aktlarından ibarətdir.

 

 



 

[2]

 

5  mart  2004-cü  il  tarixli  597-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 199) ilə 4-cü maddənin birinci hissəsində 

3-cü bənd yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

 



xarici  dövlətlərin  qoşun  qruplarının  və  quldur  dəstələrinin  Azərbaycan  Respublikasının  ərazisinə 

silahlı  basqınlarını  dəf  edir,  sərhədboyu  zonada  əhalini,  dövlət  mülkiyyətini,  vətəndaşların 

mülkiyyətini həmin silahlı və digər təxribatlardan qoruyur və belə hərəkətlərin qarşısını alır;

 

 



 

[3]

 

5  mart  2004-cü  il  tarixli  597-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 199) ilə 4-cü maddənin birinci hissəsində 

6-cı bənd yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

 

partlayıcı,  zəhərləyici,  radioaktiv,  narkotik  maddələrin,  silahın,  döyüş  sursatının  və  Azərbaycan 



Respublikasına  gətirilməsi  və  ya  Azərbaycan  Respublikasından  aparılması  qadağan  edilən  digər 

əşyaların, habelə qaçaq malın Dövlət sərhədindən keçirilməsinin qarşısını müəyyən olunmuş qaydada 

alır;

 

                                               



 

                                                17 aprel 2007-ci il tarixli 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu 

(Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2007-ci  il,  №  6,  maddə  560)  ilə  4-cü  maddənin 

birinci hissəsində 6-cı bənd yeni redaksiyada verilmişdir.

 

 

 



Əvvəlki redaksiyada deyilirdi:

 

qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  narkotik  vasitələrin,  psixatrop  maddələrin  və  prekursorların, 



güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah 

və  ya  döyüş  sursatının,  nüvə,  kimyəvi,  bioloji  və  digər  kütləvi  qırğın  silahlarının  hazırlanmasında  istifadə 

oluna  bilən  materialların  və  avadanlıqların,  Azərbaycan  Respublikasına  gətirilməsi  və  ya  Azərbaycan 

Respublikasından  aparılması  qadağan  edilən  digər  əşyaların,  habelə  Azərbaycan  Respublikasının  dövlət 

sərhədindən  buraxılış  məntəqələrindən  kənarda  əmlakın  Azərbaycan  Respublikasının  dövlət  sərhədindən 

keçirilməsinin qarşısını alır;

 

 

 



 

 

[4]



 

5  mart  2004-cü  il  tarixli  597-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 199) ilə 7-ci bənddə "sərhədboyu rejimə

sözlərindən sonra "(o cümlədən sərhəd sularında)" sözləri əlavə edilmişdir.

 

 

 

[5]



 

30  dekabr  2003-cü  il  tarixli  568-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57) ilə 4-cü maddənin birinci hissəsinin 8-

ci bəndində "hüquqpozmalar" sözü "xətalar" sözü ilə əvəz edilmişdir.

 

5  mart  2004-cü  il  tarixli  597-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2004-cü  il,  №  4,  maddə  199)  ilə 4-cü  maddənin  8-ci  bəndi yeni 

redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

 

Dövlət  sərhədinin  mühafizəsi  ilə  əlaqədar  əməliyyat-axtarış,  kəşfiyyat  və  əks-kəşfiyyat  fəaliyyəti, 



Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq dövlət sərhədinin pozulması haqqında işlər 

üzrə  təhqiqat  və  inzibati xətalarbarəsində  işlər  üzrə  icraat  aparır,  inzibati  hüquqpozmalar  haqqında 

işlərə baxır və onlar üzrə qəbul edilmiş qərarları icra edir;

 

 

 

[6]

 

5  mart  2004-cü  il  tarixli  597-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2004-cü  il,  №  4,  maddə  199)  ilə  5-ci  maddənin  2-ci  bəndi  yeni 

redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

 

Dövlət  sərhədinin  pozulması  ilə  əlaqədar  işlər  üzrə  Azərbaycan  Respublikasının  qanunvericiliyinə 



müvafiq surətdə inzibati icraat, təhqiqat aparmaq və lazımi əməliyyat-axtarış tədbirləri görmək;

 

 



 


Yüklə 228,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə