F ə s I l Ümumi MÜDDƏalar



Yüklə 228,82 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix14.02.2018
ölçüsü228,82 Kb.
#27081
1   2   3   4   5   6   7

 

 

M a d d ə  33. Sərhəd  qoşunları  hərbi  qulluqçularının  hüquqları,  vəzifələri,  təminatları  və 



məsuliyyəti

 

Sərhəd  qoşunları  hərbi  qulluqçularının  hüquqları,  vəzifələri,  təminatları,  hərbi  qulluqla 



əlaqədar  onların  hüquqlarının  məhdudlaşdırılması  və  məsuliyyəti  “hərbi  qulluqçuların  statusu 

haqqında”,  “Əmək  pensiyaları  haqqında”  Azərbaycan  Respublikasının  qanunları  və  digər 

qanunvericilik aktları ilə tənzimlənir. 

[28]

 

M a d d ə  34. Sərhəd  qoşunları  hərbi  qulluqçularının,  fəhlə  və  qulluqçularının  hüquqi 



vəziyyəti

 

Dövlət  sərhədinin  bilavasitə  mühafizəsi  ilə  əlaqədar  vəzifələri  yerinə  yetirərkən  sərhəd 



qoşunlarının  hərbi  qulluqçuları  hakimiyyət  nümayəndələri  hesab  edilirlər.  Onların  qanuni 

tələblərinin  icrası  vətəndaşlar  və  vəzifəli  şəxslər  üçün  məcburidir.  Qanunla  səlahiyyət  verilmiş 

şəxslərdən başqa heç kim onların fəaliyyətinə qarışa bilməz. Sərhəd qoşunlarının hərbi qulluqçuları 

müstəqil  olaraq  öz  səlahiyyətləri  daxilində  qərarlar  qəbul  edir  və  qanunla  onlara  verilmiş 

hüquqları həyata keçirirlər.

 

Dövlət  sərhədində  bilavasitə  xidmət  keçən  sərhəd  qoşunları  hərbi  qulluqçularının  və  onların 



ailə  üzvlərinin  şəxsi  təhlükəsizliyini  təmin  etmək  məqsədi  ilə  kütləvi  informasiya  vasitələrində 

onların xidmət və yaşayış yerləri barəsində məlumat dərc olunması qadağan edilir.

 

Sərhəd  qoşunlarının  fəhlə  və  qulluqçuları  həmkarlar  ittifaqlarını  yaratmaq  hüququna 



malikdirlər.

 

Sərhəd  qoşunlarında  siyasi  məqsədlər  daşıyan  təşkilatların  fəaliyyəti,  onların  strukturlarının 



yaradılması, habelə tətillər təşkil edilməsi və keçirilməsi qadağandır.

 

M a d d ə  35. Sərhəd qoşunlarının hərbi qulluqçularının telefonla təmin edilməsi



 

Sərhəd  qoşunlarının  zabitləri,  gizirləri  (miçmanları)  mənzillərinə  növbədənkənar  telefon 

çəkilməsi hüququna malikdirlər.

 

M a d d ə  36. Sərhəd  qoşunlarının  hərbi  qulluqçuları,  fəhlələri  və  qulluqçuları  üçün  əlavə 



güzəştlərin və kompensasiyaların müəyyən edilməsi

 

Azərbaycan  Respublikasının  qanunvericiliyi, müvafiq  icra  hakimiyyəti  orqanlarının və  sərhəd 



qoşunları  komandanının  qərarları  ilə  sərhəd  qoşunlarının  hərbi  qulluqçuları,  fəhlələri  və 

qulluqçuları  üçün  onların  vəzifə  mövqeyi,  üzərlərinə  düşən  vəzifələrin  yerinə  yetirildiyi  şərait, 

sərhəd qoşunlarına həvalə edilən vəzifələrin yerinə yetirilməsində iştirak etmələri dərəcəsi nəzərə 

alınmaqla  bu  Qanunla  nəzərdə  tutulan  güzəştlərdən  başqa  digər  güzəştlər  və  kompensasiyalar 

müəyyən edilə bilər. 

[29]


 

Sərhəd  qoşunlarının  müxtəlif  əsaslara  görə  bu  və  digər  güzəşt  və  kompensasiya  hüququna 

malik  olan  hərbi  qulluqçuları,  fəhlələri  və  qulluqçuları  öz  arzularına  görə  yalnız  əsaslardan  biri 

üzrə güzəşt və kompensasiya hüququndan istifadə edə bilər.

 

 

 



V f ə s i l

 

SƏRHƏD QOŞUNLARININ MALİYYƏLƏŞDİRİLMƏSİ VƏ

 

MADDİ-TEXNİKİ TƏMİNATI

 

 



 

M a d d ə  37. Sərhəd qoşunlarının maliyyələşdirilməsi

 



Sərhəd  qoşunları  Azərbaycan  Respublikasının  Dövlət  büdcə  sindən  ,  ayrıca  maddə  ilə 

maliyyələşdirilir  və  sərhəd  qoşunları  üçün  yaşayış  evlərinin,  sosial-mədəni  və  xüsusi  obyektlərin 

tikintisindən ötrü vəsait ayrıca nəzərdə tutulur.

 

M a d d ə  38. Sərhəd qoşunlarının əsas fondları



 

Sərhəd dəstələrinin, hərbi hissələrin, bölmələrin, idarələrin, müəssisələrin binaları, qurğuları və 

digər  tikililəri,  tədris-maddi  baza  ilə  birlikdə  tədris  obyektləri,  sərhəd  gəmiləri  (katerləri),  sərhəd 

hava  gəmiləri,  sərhəd  qoşunlarının  onların  üzərinə  düşən  vəzifələrin  yerinə  yetirilməsi  üçün 

istifadə  etdikləri  tabel  əmlakı  və  vəsaitlər  Azərbaycan  Respublikasının  dövlət  mülkiyyətidir  və 

sərhəd qoşunlarının, əsas fondlarını təşkil edir. Əsas fondlara münasibətdə sərhəd qoşunları əməli 

idarəetmə hüququndan istifadə edirlər. Sərhəd qoşunlarının əsas fondları özəlləşdirilə bilməz.

 

Sərhəd  qoşunlarının  yerləşdirilməsi  və  fəaliyyəti  üçün  torpaq  sahələri,  limanlara  məxsus  su 



hövzələri  onların  istifadəsinə  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  müvafiq  olaraq 

verilir. Sərhəd qoşunlarının torpaqdan və sudan istifadə etməsinə görə vergi müəyyən edilmir.

 

Sərhəd  qoşunları  torpaqdan,  hava  məkanından,  su  sahələrindən  istifadəni  Azərbaycan 



Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirir.

 

M a d d ə  39. Sərhəd qoşunları mənzil fondunun xüsusiyyətləri



 

Sərhəd qoşunlarının hərbi qulluqçuların Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə, 

“hərbi  qulluqçuların  statusu  haqqında”  Azərbaycan  Respublikasının  Qanununa  müvafiq  olaraq 

sərhəd qoşunlarının mənzil fondundan ayrılan mənzil sahəsi ilə təmin edilirlər.

 

Sərhəd  komandanlıqlarına,  sərhəd  zastavalarına,  sərhəd  nəzarəti  bölmələrinə,  Dövlət 



sərhədinin bilavasitə mühafizəsi üzrə digər orqanlara təhkim edilmiş mənzil fondu xidməti hesab 

edilir, özəlləşdirilə və dəyişdirilə bilməz.

 

Sərhəd  qoşunları  ilə  əlaqəsini  itirmiş  şəxslər  hərbi  şəhərciklərdən,  o  cümlədən  xidməti 



mənzillərdən sərhəd qoşunlarının tələbi əsasında köçürülür.

 

Sərhəd  komendantlıqlarında,  sərhəd  zastavalarında,  sərhəd  nəzarəti  bölmələrində,  sərhəd 



gəmilərində,  sərhəd  hava  gəmilərinin  şəxsi  heyətində,  Dövlət  sərhədini  mühafizə  edən  digər 

orqanlarda hərbi xidmət keçən  və xidməti mənzillərdə yaşayan hərbi qulluqçulara mənzil sahəsi, 

məişət  mebeli  (müvafiq  icra  hakimiyyəti  orqanının təsdiq  etdiyi  siyahıya  əsasən),  sərhəd 

qoşunlarının xərclər smetası hesabına verilir və kommunal xidmət göstərilir. 

[30]

 

M a d d ə  40. Sərhəd qoşunlarının maddi-texniki təminatı



 

Sərhəd  qoşunlarının  silah,  döyüş  texnikası  və  maddi-texniki  təminatı,  infrastrukturun 

yaradılması  Azərbaycan  Respublikasının  maddi  ehtiyatları  hesabına müvafiq  icra  hakimiyyəti 

orqanı tərəfindən  həyata  keçirilir.  Sərhəd  qoşunlarının  maddi-texniki  təminatı  normalarını  və 

qaydasını Sərhəd  Qoşunlarının  komandanının təklifi  əsasında  Azərbaycan  Respublikasının 

Nazirlər Kabineti müəyyən edir. 

[31]

 

Sərhəd qoşunlarının silah və texnikasının təmiri sərhəd qoşunlarının, müvafiq icra hakimiyyəti 



orqanının,  o  cümlədən  Azərbaycan  Respublikasının  hərbi  dəniz  qüvvələrinin,  Azərbaycan 

Respublikasının digər nazirlik və idarələrinin təmir müəssisələrində, habelə digər dövlətlərin təmir 

müəssisələrində həyata keçirilir.

 

Məhsulun  keyfiyyətinə  nəzarət  etmək  və  onu  qəbul  etmək  üçün,  o  cümlədən  Azərbaycan 



Respublikasının  müəssisə və təşkilatlarında  sərhəd  qoşunlarının  silah  və  texnikasının  təmirinin 

keyfiyyətinə  nəzarət  etmək  üçünmüvafiq  icra  hakimiyyəti  orqanından nümayəndələr  dəvət 

olunur. 

[32]


 


Yüklə 228,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə