Ətraf müHİTİn monitoriNQİ


MAYE UDUCULAR VASİTƏSİLƏ HAVA NÜMUNƏLƏRİNİN



Yüklə 164,68 Kb.
səhifə8/38
tarix28.12.2022
ölçüsü164,68 Kb.
#98002
1   ...   4   5   6   7   8   9   10   11   ...   38
ƏMM.müh.

4. MAYE UDUCULAR VASİTƏSİLƏ HAVA NÜMUNƏLƏRİNİN
GÖTÜRÜLMƏSİ.

Bu üsul ən geniş yayılmış üsuldur. Analiz olunacaq zərərli maddə uducu məhlul (həlledici) tərəfindən ya udulur, ya da onunla kimyəvi reaksiyaya girir. Nümunə götürmək üçün aspirasiya üsulundan istifadə olunur. Analiz olunacaq hava həlledici ilə doldurulmuş absorberdən buraxılır. Bu zaman havanın sürəti 0,1 - 100 l / dəq intervalında ola bilər. Udulmanın tamlığı bir çox faktorlardan, o cümlədən absorberlərin konstruksiyasından da asılıdır. Ən çox məsaməli şüşə arakəsməsi olan absorberlərdən istifadə olunur. Fiziki absorbsiyanın effektiv getməsi üçün həlledici ilə havanın görüşmə səthini artırmaq lazımdır. Bunun üçün də məsaməli şüşə arakəsməsi olan absorberlərdən istifadə olunur. Bu halda verilən havanın sürəti 3 l / dəq- yə qədər artırıla bilər. Kontakt səthini artırmaq üçün maye sütununun hündürlüyünü də artırmaq olar. Məsələn, Zaytsev absorberındə həlledicinin hündürlüyü 100 mm-ə çatır. Lakin havanın verilmə sürəti 0,6 l / dəq. Çox olmur. Rixter absorberlərində ejeksiya üsulundan istifadə olunur və bu halda havanın sürəti 100 l / dəq-yə çatır. Ən effektiv üsul isə xemosorbsiya üsulu hesab olunur.


Absorberin işləməsinin effektivliyini yoxlamaq üçün ardıcıl olaraq 2 və 3 absorber qoşulur. Tərkibində məlum miqdar zərərli maddə olan hava bu absorberlər sistemindən buraxılır və sonra hər bir absorberdəki uducu məhlul analiz edilir.Zərərli maddənin 1 absorberdən keçmə dərəcəsi aşağıdakı kimi hasablanır:
K= A2 / ( A 1 + A2 ) . 100%
Burada A2 - zərərli maddənin 2 absorberdəki miqdarı, A1 - isə 1 absorberdəki miqdarıdır. Maddənin udulma dərəcəsi isə

Э = 100 - K %


Э 95 % olduqda, udulma effektiv hesab olunur. Əks halda əlavə 2 absorber qoyulur. Həlledici kimi uducu mayelərdən istifadə edərkən absorberləri soyutmaq məsləhət görülür.
Absorbsiya üsulu qaz sənayesi üçün əsas üsullardandır. Absorbent kimi qlikollardan istifadə olunur: dietilenqlikol (DEQ)və trietilenqlikol (TEQ).
Qlikolların sulu məhlulları yüksək nəmlik tutma qabiliyyətinə malikdir, stabildir və korrozion aqressiv deyil. Qlikolların hiqroskopikliyi onların tərkibində efir və hidroksil qrupların olması ilə müəyyən olunur. Çünki bu qruplar su ilə hidrogen əlaqəsi yaradır. Cədvəl -də qazın qurudulması üçün istifadə olunan maye sorbentlərin xarakteristikası verilib.

Yüklə 164,68 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə