www.vivo-book.com
118
“Başıma nolub axı? – peysərini qayığın burnundakı
taxtaya söykəyib astadan pıçıldadı. – Mən yorulub əldən
düşmüş qocayam. Amma hər necə olsa, mənə qardaşdan
əziz olan bu balığı öldürə bildim. İndi də qul zəhməti tələb
edən işləri görüb qurtarmalıyam. Kəndiri götürüb ilgək
düzəltməliyəm ki, balığı qayığın yedəyinə bağlayım. Lap iki
nəfər olsaydıq da, bunu yerindən tərpədə bilməzdik, ya
qaldırsaq da, qayığa dolan suyu boşaltmaq olmazdı, həm də
qayıq onun ağırlığına dözməzdi. Hamımız batardıq: qayıq
da, mən də, balıq da. Əvvəlcə bütün hazırlıq işlərini görüb
balığı yaxına çəkərəm, sonra onu qayığın bortuqa sarıyıb
yedəyə alaram, axırda da dorağacını qaldırıb, yelkəni açıb
yola düşərəm”.
Balığı qayığa tərəf çəkməyə başladı, kəndiri onun
qəlsəmələri altından salıb cəhəngindən çıxartmaq, sonra da
başını qayığın burun tərəfinə bağlamaq istədi.
“Balığa baxmağı, onu bu əllərimlə oxşamağı ürəyim
elə istəyir ki, – qoca köksünü ötürdü. – Axı o, mənim
sərvətimdir. Amma ona toxunmaq istəyim heç də sərvətim
olduğuna görə deyil. Mənə elə gəlir ki, nizəni köksünə
www.vivo-book.com
119
saplayanda mən artıq onun ürəyinə toxunmuşam. Nizəni
ikinci dəfə ürəyinə sancıb belindən çıxardanda hiss etdim ki,
ürəyi ovcumun içindədir. Di yaxşı, indi balığı yaxına çəkib
kəndiri
belinə
sarımalıyam,
ilgəyi
quyruğundan
keçirməliyəm ki, qayığa möhkəm bağlansın!”
– İşə başlamaq vaxtıdır, qoca, – özünə əmr etdi və bir
qurtum su içdi. – Sənin xalis it zülmü olan hələ nə qədər
işlərin var, yalnız onları görüb qurtarandan sonra döyüş başa
çatacaq.
O, əvvəlcə səmaya, sonra balığa baxdı. Günəşi diqqətlə
nəzərdən keçirib fikirləşdi ki, günortadan təzə-təzə adlayır,
bu yandan da passat küləyi güclənir. İndi kəndirləri calamaq
vaxtı deyil, onları evdə, oğlanla bərabər yerbəyer edərik,
lazım olanları bir-birinə calaşdırıb qaydaya salarıq.
– Hə, balığım, yaxına gəl görüm!
Ancaq balıq ona qulaq asmadı, dalğaların üstündə
tənbəl-tənbəl yırğalana-yırğalana yerindən tərpənmədi və
qoca naəlac qalıb özü qayığı ona tərəf sürməli oldu.
Yaxınlaşıb balığın nataraz başını görəndə təəccübdən
qocanın gözləri kəlləsinə çıxdı. O nə gözlərinə inana bilirdi,
www.vivo-book.com
120
nə də başın bu dərəcədə yekəliyinə. Axırda nizənin ipini
kötükdən açıb balığın qəlsəmələrindən keçirtdi, ucunu
cəhəngindən çıxardıb bir neçə dəfə burnu üstündəki qılınca
doladı; bir də qəlsəmələrdən keçirtdi, bir də qılınca sarıdı,
ikiqat düyünlə möhkəm bərkidib kötüyə bağladı. Kəndiri
kəsib qayığın arxa tərəfinə gəldi ki, balığın quyruğuna ilgək
keçirdib bərkitsin.
İndi balığın bənövşəyi rəngi dəyişib gümüşü rəng
almışdı, bədənini bəzəyən enli zolaqlar quyruğu kimi açıq-
bənövşəyi rəngə çalırdı. Zolağın hər biri qocanın geniş
açılmış iri əlindən də enli idi. İri gözləri gah periskop
güzgüləritək donuq görünür, gah da xaç mərasimindəki
müqəddəslərin simalarını xatırladırdı.
– Onu ancaq bu yolla öldürmək olardı, mən onu başqa
cür öldürə bilməzdim, – qoca dedi.
İçdiyi bir qurtum su qocanın halını xeyli
yaxşılaşdırmışdı. Huşunu bir daha itirməyəcəyinə arxayın
idi. “Bu balığın min beş yüz girvənkə əti var. Artıq da ola
bilər. Cəmdəyin üçdə ikisi xalis ət olsa, girvənkəsi də otuz
sentdən satılsa, görəsən, nə qədər pul çıxardar?”
www.vivo-book.com
121
– Yox, kağız-qələmsiz bu boyda alverin hesabını
aparmaq olmaz, – o dedi. – Bunu vurub-çıxmaq üçün
adamın fikri aydın olmalıdır. Mənimsə başım üstümdə
durmur. Mənə elə gəlir ki, dahi Di Macio bu gün mənimlə
fəxr edə bilər. Hərçənd sümük döyənəyinə ürcah
olmamışam, amma əlim də, belim də yaman ağrıyır.
Görəsən, döyənək nə olan şeydir? Bəlkə, bu azar elə bizim
özümüzdə də var, bilmirik?
Qoca balığı üç yerdən – burun tərəfdən, ortasından, bir
də quyruq hissəsindən qayığa möhkəmcə bənd elədi. Balıq o
dərəcədə nataraz idi ki, elə bil, qayığın özünü gəminin
böyrünə qoşmuşdun. Kəndirdən bir parça kəsib balığın açıq
ağzını da bağladı – bu mümkün qədər sürətlə üzməkdə
qocaya kömək edəcəkdi. Dorağacını qaldırıb ona bir ağac
dayadı, yamaqsız yeri olmayan yelkəni açıb astar üzündəki
ipini tarım çəkdi. Qayıq hərəkətə gəldi; qoca arxa tərəfdə
çömbəlib, qayığı cənub-qərb istiqamətinə yönəltdi.
Səmti bilmək üçün o, kompasa ehtiyac duymurdu;
küləyin əsməyindən, yelkənin şişməyindən cəhətləri dəqiq
təyin edə bilirdi. “Yaxşısı budur, balaca qarmağı suya atım,
www.vivo-book.com
122
xırda balıqdan-zaddan bir şey tutum: yeməyə heç nəyim
yoxdur”.
Qarmağa taxılan əyri dəmiri tapa bilmədi, sardinalar da
iylənmişdi. Götürüb dəstəli qarmağı dənizə uzatdı, bir çəngə
sarı yosun qoparıb silkələdi, qayığa xeyli dəniz xərçəngi
töküldü. Xərçənglər yerbirəsi təki atılıb-düşür, ayaqlarını
oynadırdılar. Qoca şəhadət və baş barmağıyla onların başını
üzüb tullayır, bədənlərini ağzına atıb çeynəyə-çeynəyə, elə
qabıqlı-quyruqlu içəri ötürürdü. Xırdalığına, nazikliyinə
baxmayaraq, xərçənglər çox ləzzətli idi.
Şüşədə iki içimlik su qalmışdı; xərçənglərin axırına
çıxandan sonra qoca üstündən bir qurtum su da içdi.
O, bütün maneələri dəf edərək, sürətlə üzən qayığı
qoluyla idarə edirdi. Nəhəng balıq daim gözləri önündəydi,
nəzərləri yaralı əllərinə sataşanda, yaxud kürəyi qayığın
taxtasına toxunanda isə bütün bu olub-keçənlərin heç də
yuxu deyil, həqiqət olduğuna bir daha inanmalı olurdu.
Balıqla fədakar döyüşü başa çatdıranda, taqətdən düşüb
huşunu itirəndə ona elə gəlmişdi ki, bunların heç biri
gerçəklik deyil; hamısı yuxudur, röyadır. Hətta balığın
Dostları ilə paylaş: |