Endokrinologiya ixtisası üzrə nümunəvi test sualları 1 Akromeqaliyanın aktiv mərhələsi üçün aşağıdakı hansı əlamətlər xarakterik deyil?


) Bədən kütlə indeksi hansı formulla hesablanır?



Yüklə 1,8 Mb.
səhifə16/18
tarix30.09.2017
ölçüsü1,8 Mb.
#2510
1   ...   10   11   12   13   14   15   16   17   18

978) Bədən kütlə indeksi hansı formulla hesablanır?
A) Çəki (kq)/boy (m2)

B) Çəki (kq2)/boy (m2)

C) Boy (m2)/çəki (kq)

D) Boy (m)/çəki (kq2)

E) Çəki (kq2)/boy (m)
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
979) Təsnifata görə piy toxumasının neçə tip yığılması var?
A) 2 (ginoid, qarışıq)

B) 4 (ginoid, abdominal, qarışıq, mərkəzi)

C) 2 (abdominal, qarışıq)

D) 3 (abdominal, ginoid, qarışıq)

E) 2 (abdominal, ginoid)
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
980) Etiopatogenetik təsnifata görə birincili piylənməyə aşağıdakılar aiddir.
A) Alimentar-konstitusional, endokrin-metabolik

B) Serebral, alimentar-konstitusional

C) Alimentar-konstitusional, hipotalamik

D) Hipotalamik, serebral

E) Endokrin-metabolik, serebral
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
981) Etiopatogenetik təsnifata görə ikincili piylənməyə aşağıdakılar aiddir.
A) Alimentar-konstitusional, hipotalamik

B) Endokrin-metabolik, alimentar-konstitusional

C) Endokrin-metabolik, serebral

D) Hipotalamik, endokrin-metabolik

E) Serebral, alimentar-konstitusional
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
982) Selektiv anoreksigen preparatlara hansı aiddir?
A) Dezopimon

B) Orlistat

C) Fepranon

D) Mazindol

E) Sibutramin
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
983) Endokrin-metabolik piylənmə aşağıdakı xəstəliklərdə müşahidə edilir.
A) Adipozogenital distrofiya, I tip şəkərli diabet, Konn sindromu, diffuz toksiki ur

B) Hipotireoz, Konn sindromu, şəkərsiz diabet, İtsenko-Kuşinq xəstəliyi

C) Addison xəstəliyi, II tip şəkərli diabet, diffuz toksiki ur, sinir anoreksiyası

D) İtsenko-Kuşinq xəstəliyi və sindromu, hipotireoz, II tip şəkərli diabet, adipozogenital distrofiya

E) Sinir anoreksiyası, şəkərsiz diabet, Addison xəstəliyi, I tip şəkərli diabet
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
984) Brok əmsalı hansı formulla hesablanır?
A) (Bədən çəkisi (kq)/boy (sm) – 100)*100%

B) Bədən çəkisi (kq)/boy (sm) – 100

C) Boy (sm) – 100/bədən çəkisi (kq)

D) (Bədən çəkisi (kq)/boy (sm2) – 100)*100%

E) Boy (sm2) – 100/bədən çəkisi (kq).
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
985) Orlistatla müalicə neçə müddət daimi aparıla bilər?
A) İki il daimi müalicə

B) Altı ay daimi müalicə

C) Bir il daimi müalicə

D) Dörd il daimi müalicə

E) Üç ay daimi müalicə
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
986) Piylənmənin dərman müalicəsinin effektivliyini necə qiymətləndirirlər?
A) Bədən çəkisinin başlanğıc çəkidən minimum 10% azalması, risk faktorları- nın (AH, hiperqlikemiya, dislipidemiya) azalması

B) Bədən çəkisinin başlanğıc çəkidən minimum 20% azalması, risk faktorları-nin (AH, hiperqlikemiya, dislipidemiya) azalması

C) Bədən çəkisinin başlanğıc çəkidən minimum 25% azalması

D) Bədən çəkisinin başlanğıc çəkidən minimum 5% azalması, risk faktorları-nın (AH, hiperqlikemiya, dislipidemiya) azalması

E) Bədən çəkisinin başlanğıc çəkidən minimum 15% azalması
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
987) Piylənmə zamanı neçə cür müalicə tətbiq edilir?
A) 3 (pəhriz, dərman, cərrahi)

B) 2 (pəhriz, dərman)

C) 2 (pəhriz, cərrahi)

D) 1 (dərman)

E) 1 (cərrahi)
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
988) Piylənmənin klinik əlamətlərinə hansılar aiddir?
A) Bədən çəkisinin artması, ishal, dəridə bənövşəyi striyalar, yorğunluq

B) Bədən ölçülərinin artması, gecə apnoe sindromu, sonsuzluq, dehidratasiya

C) Bədən çəkisinin artması, yuxuculluq, piqmentasiya, ishal, dəridə quruluq

D) Bədən çəkisinin və ölçülərinin artması, taxikardiya, dəridə bənövşəyi striyalar, qalaktoreya

E) Bədən çəkisinin və ölçülərinin artması, yuxuculluq, yüngül fiziki iş zamanı təngnəfəslik, gecə apnoe sindromu, tərləmə
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
989) Piylənmənin dərman müalicəsinə göstərişlər hansılardır?
A) BKİ 27 kq/m2 çox olması və 9 ay pəhriz müalicəsi ərzində bədən çəkisinin 5% az azalması

B) BKİ 30 kq/m2 çox olması və 3 ay pəhriz müalicəsi ərzində bədən çəkisinin 5% az azalması

C) BKİ 25 kq/m2 çox olması və 6 ay pəhriz müalicəsi ərzində bədən çəkisinin 10% az azalması

D) BKİ 35 kq/m2 çox olması və 3 ay pəhriz müalicəsi ərzində bədən çəkisinin 10% az azalması

E) BKİ 40 kq/m2 çox olması və 6 ay pəhriz müalicəsi ərzində bədən çəkisinin 5% az azalması
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
990) Piylənmənin ağırlaşmalarına hansılar aiddir?
A) Dehidratasiya, ateroskleroz, 1 tip şəkərli diabet, osteoporoz, ÜİX

B) Ketoasidotik koma, Pikvik sindromu, 2 tip şəkərli diabet, AH

C) Ateroskleroz, 2 tip şəkərli diabet, AH, ÜİX, onkoloji xəstəliklər, Pikvik sindromu

D) 1 tip şəkərli diabet, onkoloji xəstəliklər, hipotermik koma, qara ciyərin piy distrofiyası

E) Osteoporoz, AH, ÜİX, onkoloji xəstəliklər, dehidratasiya
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
991) Pikvik sindromu aşağıdakılarla səciyyələnir?
A) Hiperkapniya, sonsuzluq, baş ağrıları, piqmentasiya, öddaşı xəstəliyi

B) Hipoventilyasiya, hiperkapniya, ağ ciyər hipertenziyası, ürək-damar çatmamazlığı, gündüz yuxuculluğu

C) Ağ ciyər hipertenziyası, öddaşı xəstəliyi, gündüz yuxuculluğu, sonsuzluq

D) Ürək-damar çatmamazlığı, hipoventilyasiya, dəridə bənövşəyi zolaqlar, AH

E) AH, piqmentasiya, sonsuzluq, dəridə bənövşəyi zolaqlar, ürək-damar çatmamazlığı
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
992) Hipofizin aktiv şişi nə deməkdir?
A) AKTH sekresiya edən şiş

B) 10 mm-dən böyük şişlər

C) Hormon sekresiya etməyən şiş

D) Klinik əhəmiyyətli səviyyədə hormon sekresiya edən şiş

E) Mediatorlar sekresiya edən şiş
Ədəbiyyat: Ədəbiyyat: Балаболкин М.И., Клебанова Е.М., Креминская В.М. “Дифференциальная диагностика и лечение эндокринных заболеваний.”, 2002 г.
993) 17-alfa-hidroksilazanın çatışmazlığı hansı hormon sekresiyasını tormozlayır?
A) Androgen və estrogen

B) Androgen

C) Adrenalin

D) Kortizol

E) Estrogen
Ədəbiyyat: Ədəbiyyat: Балаболкин М.И., Клебанова Е.М., Креминская В.М. “Дифференциальная диагностика и лечение эндокринных заболеваний.”, 2002 г.
994) Böyrəküstü vəzin qabıq maddəsinin anadan gəlmə hiperplaziyası yeniyetmə və böyüklərdə necə müalicə olunur?
A) Steroid anabolidlərlə

B) Qeyri-steroid iltihab əleyhinə preparatlarla

C) Vitaminlərlə

D) Boy zonalarının bağlanmasından sonra qlükokortikoidlər və yaxud mineralokortikoidlərlə

E) Cinsi hormonlarla
Ədəbiyyat: Ədəbiyyat: Балаболкин М.И., Клебанова Е.М., Креминская В.М. “Дифференциальная диагностика и лечение эндокринных заболеваний.”, 2002 г.
995) Tirogen preparatı nə deməkdir?
A) Antibiotik

B) Tireostatik

C) Tiroid hormonu

D) İnsan TSH-ın rekombinantı

E) İmmunostimulyator
Ədəbiyyat: Ədəbiyyat: Балаболкин М.И., Клебанова Е.М., Креминская В.М. “Дифференциальная диагностика и лечение эндокринных заболеваний.”, 2002 г.
996) TSH-ın hansı səviyyəsində adətən tireotoksikozun müalicəsi başlanmalıdır?
A) >1 mME/1

B) >0,1mME/l

C) <10mME/l

D) <0,1 mME/l

E) <1 mME/l
Ədəbiyyat: Ədəbiyyat: Старкова Н.Т. «Клиническая эндокринология», 2002 г.
997) Hipotireozun kütləvi müayinəsi məqsədilə aparılan ən optimal metod hansıdır?
A) Sidikdə yodun səviyyəsi

B) T3 sərbəst təyini

C) Hamısı düzdür

D) T4 sərbəst təyini

E) Qan plazmasında TSH-ın səviyyəsinin təyini
Ədəbiyyat: Ədəbiyyat: В.В.Фадеев «Диагностика и лечение в эндокринологии», 2010 г.
998) Qalxanvari vəzin papilyar xərcəngi daha çox kimlərdə təsadüf edilir?
A) 30-40 yaşlı kişilərdə

B) yaşlı kişilərdə

C) yaşlı qadınlarda

D) 30-40 yaşlı qadınlarda

E) qadınlarda və kişilərdə eyni
Ədəbiyyat: Ədəbiyyat: Балаболкин М.И., Клебанова Е.М., Креминская В.М. “Дифференциальная диагностика и лечение эндокринных заболеваний.”, 2002 г.
999) Qalxanvari vəzi xərçənginin ən həssas markeri hansıdır?
A) Anti TPO

B) TSH


C) T3 sərbəst

D) Tireoqlobulin

E) T4 sərbəst
Ədəbiyyat: Ədəbiyyat: А. С. Аметов “Сахарный диабет 2 типа. Проблемы и решения”, 2011 г.
1000) Neonatal hipertireozda ölüm faizi nə qədərdir?
A) 20%

B) 30%


C) 10%

D) 70%


E) 90%
Ədəbiyyat: Ədəbiyyat: Балаболкин М.И., Клебанова Е.М., Креминская В.М. “Дифференциальная диагностика и лечение эндокринных заболеваний.”, 2002 г.
1001) Qalxanvari vəzin hansı xəstəliklərində cərrahi müalicə mütləq göstərişdir?
A) Diffuz toksiki ur(V-22ml)

B) Çoxdüyünlü ur(V-32ml)

C) Yalançı düyünlərlə formalaşmış autoimmun tireoiditin hipertrofik forması(d 2,2x2,5)

D) Follikulyar adenoma (d-3,9x4,0sm)

E) Düyünlü kolloid ur (d-1,4x1,3 sm)
Ədəbiyyat: Ədəbiyyat: А. С. Аметов “Сахарный диабет 2 типа. Проблемы и решения”, 2011 г.
1002) Diffuz toksiki urun əməliyyatdan sonraki residivinin müalicəsi hansı metodla aparılır?
A) Təkrar cərrahi əməliyyat

B) 1,5 illik tiomazolla müalicə

C) Radioaktiv yodla müalicə

D) Tireostatiklərlə və immunomodulyatorlarla müalicə

E) 1,5 illik propiltiourasillə müalicə
Ədəbiyyat: Ədəbiyyat: Е. Нишлаг, Х. Бере, С. Нишлаг, «Андрология», 2005 г.
1003) Yod çatışmazlığı zamanı urun formalaşmasının patogenezində mühüm əhəmiyyət kəsb edən faktor aşağıdakılardan hansıdır?
A) Tiroksin birləşdirici qlobulinin səviyyəsinin artmasi

B) Normadan artıq TSH artması

C) Hipotireozun kompensasiya tireositlərin hiperplaziyasının əmələ gəlməsi

D) TSH-a qarşı triositlərin həssaslığının artması və tireositlərin toxuma inkişaf faktorlarının aktivləşməsi

E) Antitiroid anticismlərin əmələ gəlməsinin stimullaşması
Ədəbiyyat: Ədəbiyyat: Старкова Н.Т. «Клиническая эндокринология», 2002 г.
1004) Hansı preparatların tireotoksik miokardiodistrofiya nəticəsində əmələ gələn ürək çatışmazlığında istifadəsi məsləhət deyil?
A) Atenolol

B) Hipotiazid

C) Veroşpiron

D) Diqoksin

E) Furosemid
Ədəbiyyat: Ədəbiyyat: Старкова Н.Т. «Клиническая эндокринология», 2002 г.
1005) Hansı dərman preparatları hipoqlikemiyaya səbəb ola bilər?
A) İnsulin, akarboza

B) Glitazonlar, sekretaqoqlar

C) Sekretaqoqlar, insulin

D) Biquanidlər və sekretaqoqlar

E) Biquanidlər, insulin
Ədəbiyyat: Ədəbiyyat: В.В.Фадеев «Диагностика и лечение в эндокринологии», 2010 г.
1006) Hansı şəkərsalıcı preparatlar həzm sistemi tərəfindən əlavə təsirlərə malikdir?
A) Biquanid,akarboza

B) Sekretaqoqlar

C) Qlitazonlar

D) İnsulin

E) Qlinidlər
Ədəbiyyat: Ədəbiyyat: Е. Нишлаг, Х. Бере, С. Нишлаг, «Андрология», 2005 г.
1007) Hansı şəkərsalıcı preparatlar bədən çəkisini artırır?
A) Sekretoqoqlar,metformin

B) Qlitazon,metformin

C) Sekretoqoqlar

D) Metformin,insulin

E) İnsulin,akarboza
Ədəbiyyat: Ədəbiyyat: А. С. Аметов “Сахарный диабет 2 типа. Проблемы и решения”, 2011 г.
1008) Qlükozadanasılı insulinotrop polipeptidin (ГИП) Qlükaqona bənzər Peptid1-( ГПП )dən fərqli cəhəti hansıdır?
A) DPP(DEpeptilpeptidaza inhibitoru)-4 fermenti ilə inaktivləşir

B) β hüceyrələrin kütləvi artmasına səbəb olur

C) yarımparçalanma dövrü qısadır

D) qlükagon sekresiyasına təsir etmir

E) İnsulinin qlükozadan asılı sekresiyasının stimulyasiya edir
Ədəbiyyat: Ədəbiyyat: Балаболкин М.И., Клебанова Е.М., Креминская В.М. “Дифференциальная диагностика и лечение эндокринных заболеваний.”, 2002 г.
1009) Qlükokortikoidlərin əsas yanaşı təsirlərinə aşağıdakılardan hansı aid deyil?
A) Orqanizmdən Na və suyun çıxarılması

B) İmmunodepressiya, steroid osteoporoz

C) Orqanizmdən K çıxarılması

D) Arıqlama

E) Piylənmə
Ədəbiyyat: Ədəbiyyat: Е. Нишлаг, Х. Бере, С. Нишлаг, «Андрология», 2005 г.
1010) Çox aşağı kalorili pəhriz zamanı kalorinin miqdarı nə qədər olmalıdır?
A) < 800 kkal

B) <500 kkal

C) <1500 kkal

D) <1000 kkal

E) <1200kkal
Ədəbiyyat: Ədəbiyyat: Старкова Н.Т. «Клиническая эндокринология», 2002 г.
1011) STH molekulunun tərkibində neçə aminturşu var?
A) 51

B) 131


C) 94

D) 191


E) 91
Ədəbiyyat: Ədəbiyyat: В.В.Фадеев «Диагностика и лечение в эндокринологии», 2010 г.
1012) Leptin nədir?
A) Mədəaltı vəzin hormonu

B) Bağırsaq hormonu

C) Həzm fermenti

D) Piy toxumasının hormonu

E) Qaraciyər hüceyrəsi
Ədəbiyyat: Ədəbiyyat: В.В.Фадеев «Диагностика и лечение в эндокринологии», 2010 г.
1013) Aşağıdakı hormonlardan hansı qlikopeptiddir?
A) LH

B) STH


C) TSH

D) Prolaktin

E) FSH
Ədəbiyyat: Ədəbiyyat: В.В.Фадеев «Диагностика и лечение в эндокринологии», 2010 г.
1014) Menopauza dövründə plazmada hansı hormonun miqdarı daha çox olur?
A) Progesteron

B) Estriol

C) Estradiol

D) Estron

E) Prolaktin
Ədəbiyyat: Ədəbiyyat: В.В.Фадеев «Диагностика и лечение в эндокринологии», 2010 г.
1015) Şəkərli diabetli qadınlar ən çox hansı fəsadlarla uşaqlar doğur?
A) GPA sindrom

B) Anensefaliya

C) Ağciyər çatışmazlığı, artıq bədən çəkisi

D) Qaraciyər çatışmazlığı

E) Ürək qüsurları
Ədəbiyyat: Ədəbiyyat: Е. Нишлаг, Х. Бере, С. Нишлаг, «Андрология», 2005 г.
1016) Hansı hormon çatışmazlığı xədim bədən quruluşuna səbəb olur?
A) Boy hormonu

B) Prednizolon

C) Cinsi hormonlar

D) Prolaktin

E) Tiroid hormonlar
Ədəbiyyat: Ədəbiyyat: Е. Нишлаг, Х. Бере, С. Нишлаг, «Андрология», 2005 г.
1017) Hansı hallarda hipofizar nanizm zamanı cinsi inkişaf baş vermir?
A) Panhipopituitrizm

B) AKTH+TSH çatışmazlığı

C) STH+ prolaktin çatışmazlığı

D) TSH+Prolaktin çatışmazlığı

E) STH+ AKTH çatışmazlığı
Ədəbiyyat: Ədəbiyyat: Е. Нишлаг, Х. Бере, С. Нишлаг, «Андрология», 2005 г.
1018) Diabetik polineyropatiyanın patogenezini əsasını nə təşkil edir?
A) Sinir sisteminin atrofiyası

B) Sinir toxumasında sərbəst radikalların artması

C) Sinir sisteminin işemiyası

D) Sinir toxumasının keçiriciliyinin azalması

E) Hipoqlikemiyalar
Ədəbiyyat: Ədəbiyyat: А. С. Аметов “Сахарный диабет 2 типа. Проблемы и решения”, 2011 г.
1019) Mikroalbuminuriya diabetik nefropatiyanın hansı mərhələsi üçün xarakterikdir?
A) Böyrək koması

B) Prenefrotik mərhələ

C) Nefrosklerotik mərhələ

D) Terminal mərhələ

E) Erkən mərhələ
Ədəbiyyat: Ədəbiyyat: Балаболкин М.И., Клебанова Е.М., Креминская В.М. “Дифференциальная диагностика и лечение эндокринных заболеваний.”, 2002 г.
1020) Diabetik nefropatiya zamanı anemiyanın əmələ gəlmə səbəbi nədir?
A) Eritropoetin defisiti

B) B12 və vitamin C çatışmazlığı

C) Fol turşusu çatışmazlığı

D) Dəmir çatışmazlığı

E) Qanaxma
Ədəbiyyat: Ədəbiyyat: Балаболкин М.И., Клебанова Е.М., Креминская В.М. “Дифференциальная диагностика и лечение эндокринных заболеваний.”, 2002 г.
1021) Diabetik nefropatiyanın uremik mərhələsi zamanı yumaqcıq filtrasiyasının sürəti nə qədər olur?
A) <10 ml/dəq

B) >10 ml/dəq

C) <20 ml/dəq

D) >20 ml/dəq

E) <50 ml/dəq
Ədəbiyyat: Ədəbiyyat: Балаболкин М.И., Клебанова Е.М., Креминская В.М. “Дифференциальная диагностика и лечение эндокринных заболеваний.”, 2002 г.
1022) Diabetik nefropatiya zamanı müşahidə olunan anemiyalarda aşağıdadkılardan hansı istifadə olunur?
A) Plazma köçürülməsi

B) Qanköçürmə

C) Dəmir preparatları

D) Hemopoezi stimullaşdıran preparatlar(Mirsera, Espogen, Rekormon)

E) Vitamin B 12, fol turşusu
Ədəbiyyat: Ədəbiyyat: Балаболкин М.И., Клебанова Е.М., Креминская В.М. “Дифференциальная диагностика и лечение эндокринных заболеваний.”, 2002 г.
1023) Aşağdakılarından hansı DPP 4 inhibitorlarına aiddir?
A) Liraqlutid

B) Qliklazid

C) Qlibenklamid

D) Qlipizid

E) Sitoqliptin
Ədəbiyyat: Ədəbiyyat: А. С. Аметов “Сахарный диабет 2 типа. Проблемы и решения”, 2011 г.
1024) QPP 1 analoqları hansılardır?
A) Yanuviya

B) Viktoza

C) Qalvus

D) Amaril

E) Novo-norm
Ədəbiyyat: Ədəbiyyat: А. С. Аметов “Сахарный диабет 2 типа. Проблемы и решения”, 2011 г.
1025) Liraqlutid gündə neçə dəfə istifadə olunur?
A) Şəkərin miqdarından asılı olaraq

B) Günaşırı

C) Hər yeməkdən əvvəl

D) Gündə 2 dəfə 12 saatdan bir

E) Gündə 1 dəfə eyni vaxtda
Ədəbiyyat: Ədəbiyyat: А. С. Аметов “Сахарный диабет 2 типа. Проблемы и решения”, 2011 г.
1026) Viktozanın terapevtik dozası hansıdır?
A) 1,5 mq

B) 0,6 mq

C) 0,6 - 1,0 mq

D) 1,0 mq

E) 1,2 və ya 1,8 mq
Ədəbiyyat: Ədəbiyyat: Старкова Н.Т. «Клиническая эндокринология», 2002 г.
1027) Liroqlutidlə terapiya zamanı baş verə biləcək əlavə təsirlər hansıdır?
A) Pankreatit

B) Hamısı

C) Antitellərin əmələ gəlməsı

D) C-hüceyrələrin hiperplaziyası və qalxanvari vəzinin medullyar xərçəngi

E) Qastrointerstenal şikayətlər
Ədəbiyyat: Ədəbiyyat: В.В.Фадеев «Диагностика и лечение в эндокринологии», 2010 г.
1028) Akarboza şəkərli diabet xəstəliyindən başqa hansı xəstəliklərdə istifadə olunur?
A) Yumurtalığın polikistozu zamanı

B) Piylənmə

C) Klimakterik sindrom

D) Bronxial astma

E) Mədə xorası
Ədəbiyyat: Ədəbiyyat: В.В.Фадеев «Диагностика и лечение в эндокринологии», 2010 г.
1029) Morbid piylənmə zamanı hansı terapiyadan istifadə olunur?
A) Medikamentoz

B) İdman


C) Pəhriz

D) Anorektiklər

E) Bariartrik cərrahiyyə
Ədəbiyyat: Ədəbiyyat: Старкова Н.Т. «Клиническая эндокринология», 2002 г.
1030) Morbid piylənmə zamanı BKİ göstəriciləri hansıdır?
A) >35 kq/sm2

B) >40 kq/sm2

C) >30 kq/sm2

D) >25 kq/sm2

E) >20 kq/sm2
Ədəbiyyat: Ədəbiyyat: Старкова Н.Т. «Клиническая эндокринология», 2002 г.
1031) Qadın orqanizmində androgenlərin əmələ gəlməsi daha çox harada baş verir?
A) Böyrəküstü vəzidə

B) Hipofizdə

C) Periferik toxumalarda

D) Böyrəkdə

E) Yumurtalıqda
Ədəbiyyat: Ədəbiyyat: Старкова Н.Т. «Клиническая эндокринология», 2002 г.
1032) Hansı dərman preparatı girsutizmə səbəb ola bilər?
A) Vitaminlər

B) Adrenoblokatorlar

C) Metirapon

D) Antibiotiklər

E) Estrogenlər
Ədəbiyyat: Ədəbiyyat: Старкова Н.Т. «Клиническая эндокринология», 2002 г.
1033) YPKS(Şteyn-Levental sindromu) zamanı hiperinsulinemiyanı aradan qaldırmaq məqsədilə hansı preparatlar istifadə olunur?
A) Estrogen

B) Klomifen

C) İnsulin

D) Qliklazid

E) Biquanid
Ədəbiyyat: Ədəbiyyat: Старкова Н.Т. «Клиническая эндокринология», 2002 г.
1034) Androgen reseptorları harada yoxdur?
A) Böyrəklərdə

B) Sümüklərdə

C) Beyində

D) Qaraciyərdə

E) Əzələlərdə
Ədəbiyyat: Ədəbiyyat: Е. Нишлаг, Х. Бере, С. Нишлаг, «Андрология», 2005 г.
1035) Əvəzedici androgen terapiya alan kişilərdə hansı göstəricilər nəzarət altında olmalıdır?
A) Qaraciyərin funksional göstəriciləri

B) Hematokrit və Hb

C) Estrogenlər

D) PSA səviyyəsi

E) Prostat vəzinin ölçüləri
Ədəbiyyat: Ədəbiyyat: Е. Нишлаг, Х. Бере, С. Нишлаг, «Андрология», 2005 г.
1036) Tip 1 şəkərli diabetli xəstələrin pəhrizində bədən kütləsinin 1 kq-na fruktozanın gündəlik qəbulu nə qədər olmalıdır?
A) > 0,75 qr

B) ≤ 0,45 qr

C) ≤ 0,85 qr

D) 0,75 qr

E) ≤0,55 qr
Ədəbiyyat: Ədəbiyyat: А. С. Аметов “Сахарный диабет 2 типа. Проблемы и решения”, 2011 г.
1037) Şəkər əvəzedicilərə hansı biri aid deyil?
A) Ksilit

B) Panosin

C) Bal

D) Sorbit



E) Aspartam
Ədəbiyyat: Ədəbiyyat: А. С. Аметов “Сахарный диабет 2 типа. Проблемы и решения”, 2011 г.
1038) Qida vasitəsilə qəbul olunan fruktozanın əlavə təsirləri hansıdır?
A) Xolesterinin miqdarının artması

B) Kreatinin, sidik cövhərinin artması

C) Triqliseridlərin , sidik turşusunun və laktatın miqdarının artması

D) ALT, AST miqdarının artması

E) ASLP və YSLP-in azalması
Ədəbiyyat: Ədəbiyyat: А. С. Аметов “Сахарный диабет 2 типа. Проблемы и решения”, 2011 г.
1039) Hipoqlikemiya zamanı hansı hormonun səviyyəsi ilk növbədə artır ?
A) AKTH

B) STH


C) FSH

D) TTH


E) LH
Ədəbiyyat: Ədəbiyyat: А. С. Аметов “Сахарный диабет 2 типа. Проблемы и решения”, 2011 г.
1040) Hipotireozlu hamilə qadınlar nə zaman L-Tiroksin qəbul etməlidir?
A) Hamiləliyin III trimestri

B) Laktasiya dövründən

C) Hamiləliyin İlk günündən

D) Hamiləliyin II trimestri

E) Hamiləlikdən sonra
Ədəbiyyat: Ədəbiyyat: А. С. Аметов “Сахарный диабет 2 типа. Проблемы и решения”, 2011 г.
1041) Miksedematoz komanın klinik əlaməti nədir?
A) Hipotermiya, bradikardiya, hipotoniya, hipoventilyasiya

B) Hipoventilyasiya, taxikardiya

C) Hipoventilyasiya, ödem

D) Taxikardiya, hipoventilyasiya

E) Hipokapniya, bradikardiya
Ədəbiyyat: Ədəbiyyat: Балаболкин М.И., Клебанова Е.М., Креминская В.М. “Дифференциальная диагностика и лечение эндокринных заболеваний.”, 2002 г.
1042) Hansı hüceyrələr Aşkenazi hüceyrələri adlanır?
A) Qaraciyər hüceyrələri

B) Piy hüceyrələri

C) Eozinofil hüceyrələri

D) İri poliqonal hüceyrələr

E) Bazofil hüceyrələri
Ədəbiyyat: Ədəbiyyat: Балаболкин М.И., Клебанова Е.М., Креминская В.М. “Дифференциальная диагностика и лечение эндокринных заболеваний.”, 2002 г.
1043) Kəskin irinli tireoidit zamanı hansı tədbirlər görülməlidir?
A) Drenaj edilmə və vitaminlər

B) Kompress və antibiotiklər

C) Qlükokortikoidlərin təyini

D) B qrup vitaminlər və antibiotikterapiya

E) İnfeksiya ocağının açılması (Drenaj edilməsi) və antibiotik təyini
Ədəbiyyat: Ədəbiyyat: Балаболкин М.И., Клебанова Е.М., Креминская В.М. “Дифференциальная диагностика и лечение эндокринных заболеваний.”, 2002 г.
1044) Birincili hipotireozun müalicəsində TSH-ın kompensasiya göstəricisi səviyyəsi hansıdır?
A) 2,5-3mME/l

B) 0,1-0,2 mME/L

C) 0,5-2 mME/l

D) 1,5-2 mME/l

E) 1,0-2,0 mME/l
Ədəbiyyat: Ədəbiyyat: Балаболкин М.И., Клебанова Е.М., Креминская В.М. “Дифференциальная диагностика и лечение эндокринных заболеваний.”, 2002 г.
1045) Hipertireozla nəticələnən və daha çox rast gəlinən xəstəliklər hansılardır?
A) Qrevs xəstəliyi,çox düyünlü toksikiur, toksiki adenoma

B) Tireotoksik adenoma

C) Qalxanabənzər vəzin xərçəngi

D) Çox düyünlü toksiki ur, Haşimoto uru

E) Autoimmun tireoidit
Ədəbiyyat: Ədəbiyyat: Балаболкин М.И., Клебанова Е.М., Креминская В.М. “Дифференциальная диагностика и лечение эндокринных заболеваний.”, 2002 г.


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə