Endokrinologiya ixtisası üzrə nümunəvi test sualları 1 Akromeqaliyanın aktiv mərhələsi üçün aşağıdakı hansı əlamətlər xarakterik deyil?


) Yenidoğulan uşaqlarda Frideriksen - Uoterxaus sindromunun səbəbi hansıdır?



Yüklə 1,8 Mb.
səhifə12/18
tarix30.09.2017
ölçüsü1,8 Mb.
#2510
1   ...   8   9   10   11   12   13   14   15   ...   18

723) Yenidoğulan uşaqlarda Frideriksen - Uoterxaus sindromunun səbəbi hansıdır?
A) Autoimmun prosess

B) Böyrəküstü vəzilərin apopleksiyası

C) Böyrəküstü vəzilərin vərəmi

D) Fermentopatiyalar

E) Böyrəküstü vəzinin şişləri
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
724) Birincili kəskin böyrəküstü vəzi çatmamazlığı zamanı hormonal dəyişiliklər?
A) Kortizolun miqdarının azalması

B) Kortizolun miqdarının dəyişilməməsi

C) Kortizolun miqdarının artması

D) AKTH-ın səviyyəsinin dəyişilməməsi

E) AKTH-ın səviyyəsinin azalması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
725) Böyrəküstü vəzinin biri apopleksiyaya uğradıqda hansı dəyişiliklər baş verir?
A) Hər iki vəz hipoplaziyaya uğrayırlar

B) Böyrəküstü vəzilər vizualizə olmurlar

C) Hər iki vəz normal ölçüdə

D) Bir vəzi böyüyür, o biri hipoplaziyaya uğrayır

E) Bir vəzi böyüyür, o birinin ölçüləri dəyişmir
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
726) Orta yaşlı uşaqlarda Frideriksen-Uoterxaus sindromunun səbəbi hansıdır?
A) Meninqokokk infeksiya

B) Böyrəküstü vəzinin şişi

C) Böyrəküstü vəzinin xroniki çatmamazlığının qeyri-adekvat terapiyası

D) İnterkurrent xəstəliklərin əlavə olması

E) Böyrəküstü vəzinin xroniki çatmamazlığının diaqnostikasının gecikməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
727) Uşaqlarda böyrəküstü vəzilərin kəskin çatışmazlığının kliniki simptomlarına aşağıdakılardan hansı aiddir?
A) İshal, qarın nahiyəsində ağrılar

B) Bulimiya

C) Qəbzlik, qarın nahiyəsində ağrılar

D) Hipotermiya

E) Tetaniya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
728) Böyrək-üstü vəzilərin kəskin çatmamazlığının diaqnostikası üçün istifadə olan ekspress-analiz hansıdır?
A) Xolesterinin təyini

B) Ca, P, qələvi fosfatazanın təyini

C) ALT, AST təyini

D) Qanda kortizolun səviyyəsinin təyini

E) Elektrolitlərin təyini
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
729) Kəskin böyrək-üstü vəzi çatmamazlığı zamanı pH necə dəyişir?
A) Respirator asidoz

B) Metabolik alkaloz

C) Metabolik asidoz

D) Respirator alkaloz

E) pH dəyişilmir
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
730) Kəskin böyrək-üstü vəzi çatmamazlığı zamanı təxirəsalınmaz müalicə prinsipləri?
A) Sidik qovucular

B) Ca preparatları

C) Ka preparatları

D) Kardiotoniklər

E) Steroid hormonlar
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
731) Qızlarda adrenoqenital sindromunun kliniki simptomları hansılardır?
A) Vaxtından əvvəl yanlış izoseksual cinsi inkişaf

B) Vaxtından əvvəl həqiqi izoseksual cinsi inkişaf

C) Xarici cinsi orqanların hermafrodit quruluşu

D) Pubertat bitdikdə hündürboyluluq

E) Uşağlıqda fiziki inkişafın geri qalması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
732) Adrenogenital sindromunun diaqnostikası üçün istifadə olan sınaqlar hansıdır?
A) Kiçik deksametazon sınağı

B) Metapiron ilə sınaq

C) Deksametazon-xorioqonin sınağı

D) Sinakten ilə sınaq

E) İnsulin ilə sınaq
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
733) Adrenogenital sindromunun irsi keçmə yolları hansıdır?
A) Autosom-resessiv

B) Poligen

C) X-birləşmiş

D) Autosom-dominant

E) Mutasiya de novo ilə bağlı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
734) Feoxromositomanın kliniki simptomları hansıdır?
A) Hipertoniya, hipoqlikemiya və hipermetabolizm

B) Hipotoniya və hipermetabolizm

C) Hipertoniya və hipermetabolizm

D) Hipertoniya və hipoqlikemiya

E) Hipotoniya və hiperqlikemiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
735) 14 yaşlı pasiyent aşağıdakı şikayətlərlə həkimə müraciət edir: halsızlıq, zəiflik, dəri örtüklərinin qaralması, son 6 ay tez-tez soyuq dəymədən əziyyət çəkir. Obyektiv müayinədə boy 160 sm, çəki 40 kg. Dəri örtüyü tünd rəngli, areolalar, sürtünmə zonaları və büküşlər hiperpiqmentasiyalıdır. AT 90/50 mm.c.s. Hansı xəstəlikdən şübhələnmək olar?
A) Bağırsaq infeksiyası

B) Anoreksiya

C) Hipoaldosteronizm

D) Diffuz - toksik ur

E) Böyrəküstü vəzinin çatışmazlığı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
736) 14 yaşlı pasiyent aşağıdakı şikayyətlərlə müraciyyət edib: halsızlıq, zəiflik, dəri örtüklərinin qaralması, son 6 ay tez-tez soyuq dəymədən əziyyət çəkmə. Obyektiv: boy 160 sm, çəki 40 kg. Dəri örtüyü tünd rəngli, areolalar, sürtünmə zonaları və büküşlər hiperpiqmentasiyalı. AT 90/50 mm.c.s. Böyrək-üstü vəzinin çatmamazlığı haqqında subut edən simptomlar hansılardır?
A) AT dəyişilməməsi

B) Arıqlama və dərinin tündləşməsi

C) İştahsızlıq

D) Hipotoniya

E) Hündürboyluluq
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
737) 14 yaşlı pasiyent aşağıdakı şikayyətlərlə müraciət edib: halsızlıq, zəiflik, dəri örtüklərinin qaralması, son 6 ay tez-tez soyuq dəymədən əziyyət çəkmə. Obyektiv: boy 160 sm, çəki 40 kg. Dəri örtüyü tünd rəngli, areolalar, sürtünmə zonaları və büküşlər hiperpiqmentasiyalı. AT 90/50 mm.c.s. Diaqnozu təsdiq etmək üçün hansı müayinələr aparılmalıdır?
A) Qanda kortizolun təyini

B) Qanda eozinifillərin təyini

C) Qanda adrenalinin təyini

D) Qanda leykositlərin təyini

E) Qanda Ca təyini
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
738) Vaxtından əvvəl cinsi inkişaf hansı xəstəliklərdə müşahidə olunur?
A) 5-alfa-reduktazanın çatmamazlığında

B) Böyrəküstü vəzilərinin anadanqəlmə disfunksiyasında (21 –hidroksilaza çatmamazlığında)

C) Testikulyar feminizasiya sindromunda

D) Həqiqi hermafroditizmdə

E) Yumurtaların qarışıq disqeneziyasında
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
739) Hiperandrogeniyanın uşaqlarda manifest simptomu hansıdır?
A) Saçların yağlanması

B) Pubarxe

C) Alopesiya

D) Acne vulqaris

E) Hirsutizm
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
740) Androsteromanın əsas müalicə metodları hansılardır?
A) Sadalanlardan metodlardan heç biri

B) Cərrahi əməliyyat

C) Şua terapiyası

D) Xloditan

E) Antiandrogenlər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва
741) Adrenogenital sindrom olan xəstələrdə stress zamanı müalicə taktikası?
A) Hormonoterapiyanı dayandırmaq

B) İmmunostimulyatorlardan istifadə etmək

C) Hormonların dozasını azaltmaq

D) Hormonların dozasını artırmaq

E) Heç bir dəyişiliklik etməmək
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина»
742) Adrenogenital sindrom zamanı qızlarda klitorotomiyanın aparılmasının optimal vaxtı?
A) Diaqnoz qoyulduqdan dərhal sonra (yaşdan asılı olmayaraq)

B) 2 yaşa qədər

C) Prepubertat dövrdə

D) Yeni doğulan vaxtı

E) Pubertat dövrdə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина»
743) Adrenogenital sindrom zamanı qızlarda introiplastikanın aparılmasının optimal vaxtı?
A) 21-25 yaşında

B) 5-7 yaşında

C) Körpə vaxtı

D) 10-11 yaşından sonra

E) 18-20 yaşında
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина»
744) Aşağıdakılardan hansı yenidoğulan uşaqlarda Fridreksen - Uoterxaus sindromunun klinik simptomu deyil?
A) Qıc olmalar

B) Sianoz

C) Təngnəfəslik

D) Hipotermiya

E) Febril hərarət
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина»
745) İkincili hipokortisizm üçün nə xarakterikdir?
A) Diaqnozu əsasən kəllənin rentgenoqrafiyası əsasında qoyulur

B) Kəllə-beyin travmalarının ən çox rast gəlinən ağırlaşmalarındandır

C) Mineralokortikoidlərin defisiti yaranmır

D) Birincili hipokortisizmlə müqayisədə daha ağır gedişə malikdir

E) Melanodermiya və duzlu qidalara meyl xarakter klinik əlamətidir
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
746) Qlükokortikoid preparatlarına aiddir?
A) Propranolol

B) Deksametazon

C) Doksasozin

D) 9 α-ftorkortizol

E) Yuxarıda sadalananların hamısı doğrudur
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
747) Sinaktenlə testi hansı məqsədlə aparılır?
A) Birincili hiperaldosteronizmin diaqnostikası üçün

B) Birincili hipokortisizmin diaqnostikası üçün

C) AKTH defisitinin aşkarlamaq üçün

D) İkincili hipokortisizmli xəstənin əməliyyat öncəsi hazırlığı üçün

E) Hipofizar və böyrəküstü Kuşinq sindromunun differensial diaqnostikası üçün
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
748) Birincili xroniki böyrəküstü vəzi çatmamazlığı üçün aşağıda yazılanlardan biri doğru deyil?
A) Böyrəküstü vəzin qabıq maddəsinin autoimmun destruksiyası ən çox rast gəlinən səbəblərindəndir

B) Kortikosteroidlərlə əvəzedici müalicə fonunda böyrəküstü vəzin atrofiyasının reqressinə və funksiyalarının bərpasına nail olmaq olur

C) Adrenoleykodistrofiya və böyrəküstü vəzin vərəmi çox rast gəlinən səbəblərindəndir

D) Dəri və görünən selikli qişaların hiperpiqmentasiyası MSH hipersekresiyası hesabına olur

E) Autoimmun tireoiditlə birgə rast gəlinməsi Şmidt sindromu adlanır
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
749) Birincili hipokortisizm üçün hansı səciyyəvi deyil?
A) Plazma reninin aktivliyinin artması

B) Sirkulyasiya edən plazmanın həcminin artması

C) Hiponatriemiya

D) Hiperkaliemiya

E) Hiperkaliuriya
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
750) Nə üçün İtsenko-Kuşinq xəstəliyi ( hipofizar Kuşinq sindromu ) zamanı böyük deksametazon ( Liddl ) testi zamanı kortizol sekresiyasını azaltmaq mümkün olur?
A) Deksametazonun yüksək dozası hipotalamus-hipofiz-böyrəküstü vəzin qabıq maddəsi arasında əlaqəni normallaşdırır

B) Heç biri düzgün deyil

C) )Belə yüksək dozalarda deksametazon böyrəküstü vəzin qabıq maddəsinə inqibəedici effekt göstərir

D) Qlükokortikoidlərin inqibə edici təsirinə qarşı hipotalamo-hipofizar sistemin həssaslığının tam itməməsi

E) Deksametazon kortizoldan daha çox qlükokortikoid aktivliyinə malikdir
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
751) Böyrəküstü vəzin kəskin çatmazlığının (adisson krizi ) müalicəsi necədir?
A) Venadaxili adrenalinin və digər adrenomimetiklərin yeridilməsi

B) Çoxlu maye qəbulu, bel nahiyyəsinə buz qoymaq və sidikqovucu qəbulu

C) Natrium xlorid fizioloji məhlulunun köçürülməsi və böyük dozada hidrokortizonun yeridilməsi

D) İlkin olaraq ağrı şokunu götürmək üçün morfinin yeridilməsi və stasionara yerləşdirmək

E) Fentolamin vəya tropafen yeridilməsi
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
752) Kuşinq sindromu zamanı şəkərli diabetin əmələ gəlməsinin səbəbini göstərin?
A) Qlikogenolizin aktivləşməsi

B) Lipolizin stimulyasiyası

C) Qlükoneogenezin aktivləşməsi

D) Poliol yolu ilə qlükoza utilizasiyasının zəifləməsi

E) Proteolizin aktivləşməsi
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
753) 37 yaşlı qadın qansızmalardan, AT 170/105 mm/c. st. qədər yüksəlməsindən şikayətlənir.Müayinə zamanı striyalar,piylənmə və ayabənzər üz nəzərə çarpır. Bu xəstədə ilkin etapda hansı test keçirilməlidir?
A) Kiçik deksametazon testi

B) Plazma AKTH təyini

C) Hipofizin KT və MRT müayinəsi

D) Böyük deksametazon testi

E) Böyrəküstü vəzin KT və MRT müayinəsi
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
754) Kuşinq xəstəliyi zamanı xloditanın optimal terapevtik dozası neçədir?
A) 12 qr/s

B) 75 mq/s

C) 1,5 qr/s

D) 4–6 qr/s

E) 12 mq/s
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
755) Kuşinq xəstəliyi zamanı nə xarakterikdir?
A) Böyrəküstü vəzin birtərəfli böyüməsi

B) 8 mq deksametazon testi zamanı AKTH ifrazının zəifləməməsi

C) Hipotoniyalara meyllilik

D) Böyrəküstü vəzin ikitərəfli böyüməsi

E) 1 mq deksametazon testi zamanı AKTH ifrazının zəifləməsi
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
756) Aşağıdakı xəstəlik (vəziyyət) ikincili (hipotalamo-hipofizar) böyrəküstü vəzi çatmamazlığına aiddir?
A) 1-ci tip autoimmun poliqlandulyar sindrom

B) 2-ci tip autoimmun poliqlandulyar sindrom

C) Adrenoleykodistrofiya

D) Qlükokortikoidlərlə uzunmüddətli müalicə

E) Heç biri düzgün deyil
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
757) Adrenoleykodistrofiya nədir?
A) QİÇS nəticəsində böyrəküstü vəzin zədələnməsi

B) Y- xromosomla bağlı sinir sisteminin ağır degenerativ xəstəliyi

C) Bəzən böyrəküstü vəzin çatmamazlığına gətirib çıxaran, böyrəküstü vəzin birtərəfli zədələnməsi ilə gedən kəskin xəstəlik

D) X-xromosomla bağlı irsi resessiv melanodermik leykodistrofiya

E) Klinik gedişinə görə xoşxasiyyətli olan,böyrəküstü vəzin xroniki çatmamazlığına gətirib çıxaran səbəblərdən biri
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
758) Aşağıda yazılanlardan hansı daha çox böyrəküstü vəzi çatışmazlığına səbəb olur?
A) Böyrəküstü vəzin göbələk mənşəli zədələnməsi

B) Böyrəküstü vəzin autoimmun zədələnməsi

C) Böyrəküstü vəzin vərəmi

D) Adrenoleykodistrofiya

E) QİÇS infeksiyası
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
759) Böyrəküstü vəzin çatmamazlığına gətirib çıxaran ən az rast gəlinən səbəbi göstərin?
A) Adrenoleykodistrofiya

B) Böyrəküstü vəzin autoimmun zədələnməsi

C) Böyrəküstü vəzin göbələk mənşəli zədələnməsi

D) Böyrəküstü vəzin vərəmi

E) Uoterxaus- Frederiksen sindromu
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
760) Birincili böyrəküstü vəzi çatmamazlığına xarakter olmayan simptomu göstərin?
A) Arterial hipotenziya

B) Astenik sindrom

C) Selikli qişaların və dərinin hiperpiqmentasiyası

D) Çəki itkisi

E) Hiperqlikemiya
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
761) Addison xəstəliyi zamanı pəhriz məsləhətlərinə aşağıdakılardan hansı aid deyil?
A) Qida duzunun çox istifadəsi

B) Qidanın kalorisinin 20–25% artırılması

C) Gün ərzində karbohidrat qəbulunun hissələrlə qəbulu

D) Kaliumla zəngin qidaların çox mənimsənilməsi

E) Natriumla zəngin qidaların çox mənimsənilməsi
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
762) Aşağıdakı preparatlardan hansı mineralokortikoidlərə aiddir?
A) Dezoksikortikosteron asetat

B) Prednizolon

C) Hidrokortizon

D) Kortizon asetat

E) Metil prednizolon
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
763) Kuşinq xəstəliyi səbəbindən xəstədə ikitərəfli adrenalektomiya əməliyyatı keçirilmişdir. Nelson sindromu inkişaf edir və hipofizdə mikroadenoma aşkarlanır. İlkin etap üçün müalicə taktikasını göstərin?
A) Parlodel təyini

B) Adenomektomiya

C) Hipofizektomiya

D) Dostineks təyini

E) Xloditan təyini
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
764) Ağır gedişli Addison xəstəliyindən əziyyət çəkən xəstədə ümumi zəiflik, ürəkbulanma, qusma, qarında ağrılar, oynaq və əzələlərdə ağrılar, ishal başlayır. Hipotoniya, piqmentasiya başlayır, qarnın palpasiyası zamanı diffuz ağrılar qeyd olunur. Xəstənin vəziyyətinin pisləşməsinə səbəb nədir?
A) Heç biri doğru deyil

B) Addison krizi

C) Qida toksikoinfeksiyası

D) Mineralokortikoidlərin artıq dozası

E) Qoşulan kəskin pankreatit
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
765) Kortikosteroma əsasən nə ifraz edir?
A) Adrenalin və noradrenalin

B) Qlükokortikoid

C) Aldosteron

D) Androgen

E) Estrogen
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
766) Feoxromositoma - xromofin toxumanın şişi olub, hansı hormonu ifraz edir?
A) Qlükokortikoid

B) Adrenalin

C) Estrogen

D) Aldosteron

E) Androgen
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
767) Kortikosteroma zamanı klinik əlamətlərin inkişafına nə səbəb olur?
A) Qlükokortikoidlərin izolə olunmuş hipersekresiyası

B) Aldosteron sekresiyasının azalması

C) Androgen sekresiyasının azalması

D) AKTH sekresiyasının artması

E) KRH (kortikotropinrilizinq hormonu) sekresiyasının artması
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
768) Kortikosteroma və ektopik KRH sindromun differensial diaqnostikası üçün hansı laborator testdən istifadə olunur?
A) Böyük deksametazon testi

B) Kiçik deksametazon testi

C) Kortizolun sutkalıq eksresiyasının təyini

D) AKTH səviyyəsinin təyini

E) Heç biri doğru deyil
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
769) Konn sindromu zamanı aldosteron necə dəyişilir?
A) Cüzi azalır

B) Çox artır

C) Çox azalır

D) Dəyişmir

E) Cüzi artır
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
770) Konn sindromu zamanı renin sekresiyası necə dəyişilir?
A) Cüzi artır

B) Çox azalır

C) Çox artır

D) Cüzi azalır

E) Dəyişmir
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
771) Androsteromanın klinik əlamətləri nə ilə əlaqədardır?
A) Qlükokortikoidlərin və aldosteronun sekresiyasının artması ilə

B) Aldosteron və estrogenlərin sekresiyasının artması ilə

C) Estrogen sekresiyasının artması ilə

D) Androgen sekresiyasının artması ilə

E) Adrenalin və noradrenalin sekresiyasının artması ilə
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
772) Androsteromanın əsas müalicə metodu nə hesab olunur?
A) Xloditanla müalicə

B) Şüa müalicəsi

C) Cərrahi müdaxilə

D) Heç biri düzgün deyil

E) Antiandrogenlərlə müalicə
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
773) Qlükoandrosteroma klinik olaraq özünü nə ilə göstərir?
A) Anoreksiya və dispepsik əlamətlərlə

B) Ginekomastiya və feminizasiya ilə

C) Hiperkortisizmin simptomları ilə

D) Viril sindrom və hiperkortisizmin simptomları ilə

E) Tək viril sindromla
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
774) Şteyn-Levental sindromu üçün hansı simptomlar xarakterikdir?
A) Normal menstrual sikl, tüklərin tökülməsi

B) Opsomenoreya

C) Sonsuzluq, disalqomenoreya

D) Anovulyator menstrual sikl, hirsutizm, ovarial stromanın hiperplaziyası və hipertrofiyası

E) Ovarial stromanın hipoplaziyası və hipotrofiyası
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
775) Reseptorların səviyyəsində androgenlərin təsirini hansı preparatlar blokada edir?
A) Spironolakton

B) Estrogenlər

C) 5 alfa-reduktaza

D) Prednizolon

E) Simetidin
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
776) Klimakterik dövr nə ilə xarakterizə olunur?
A) Laktoreya

B) Tənginəfəslik, quru öskürək

C) Vegetativ – damar pozğunluqları, neyropsixiki pozğunluqlar

D) Dispepsiya

E) Dəri səpgiləri
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
777) Klimakterik dövr zamanı hansı əlamətlər müşahidə olunmur?
A) Diensefal böhranlarla

B) Ürək ağrıları ilə

C) Laktoreya

D) Klimakteritk istibasma

E) Hava çatışmamazlığı ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
778) Klimakterik dövrün vegetativ damar pozulmalarının müalicə vasitələri göstərin?
A) İmmunodepressantlar

B) Sedativ vasitələr, estrogenlər və ya androgenlərin təyini

C) Tireoid preparatlar

D) Somatotrop hormon

E) Antibiotiklər
Ədəbiyyat: И.И.Дедов. Эндокринология. «Медицина», Москва, 2004
779) Klimakterik kardiyopatiyaların müalicəsi zamanı təyin edilən preparatlardan hansı effekli deyil?
A) Kalium preparatları

B) Erqotamin

C) İnderal

D) Lidokain

E) Klimakterin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
780) Yumurtalıqların polikistozunun hormonal markeri hansı göstəricidir?
A) FSH/Testosteron

B) Kettle indeksi

C) AKTH/Kortizol

D) LH/FSH

E) Testosteron/İnsulin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
781) Qızlarda somatotrop hormonu çatmamazlığı ilə ahənglik təşkil edən ikincili hipoqonadizmin müalicəsini hansı yaş dövründə başlamaq lazımdır?
A) 6-7 yaşında

B) 4-5 yaşında

C) 9-10 yaşında

D) 10-12 yaşında

E) 13-14 yaşında
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
782) Qızlarda hansı yaş dövründə ikincili cinsi əlamətlərin olması vaxtından əvvəl cinsi inkişaf haqqında subut edir?
A) 9-10 yaşına qədər

B) 4-5 yaşına qədər

C) 5-6 yaşına qədər

D) 3-4 yaşına qədər

E) 7-8 yaşına qədər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
783) Osteoporozun klassifikasiyası nəyə əsaslanır?
A) Xəstəliyin mərhələsinə

B) Prosessin yayılmasına

C) Etiologiyaya

D) Simptomatikaya

E) Patogenezə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
784) Birincili osteoporozun patogenezində mühüm rol oynayan faktorlar hansı aid deyil?
A) Na homeostazının pozulması

B) Ca homeostazının pozulması

C) 60 yaşdan sonra fiziki aktivliyin azalması

D) Həyat boyu ovarial funksiyanın azalması

E) Menopauzada ovarial funksiyanın dayanması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə