Endokrinologiya ixtisası üzrə nümunəvi test sualları 1 Akromeqaliyanın aktiv mərhələsi üçün aşağıdakı hansı əlamətlər xarakterik deyil?



Yüklə 1,8 Mb.
səhifə1/18
tarix30.09.2017
ölçüsü1,8 Mb.
#2510
  1   2   3   4   5   6   7   8   9   ...   18

Endokrinologiya ixtisası üzrə nümunəvi test sualları
1) Akromeqaliyanın aktiv mərhələsi üçün aşağıdakı hansı əlamətlər xarakterik deyil?
A) Yumşaq toxumanın hipertrofiyası

B) Artropatiya

C) Qanda somatomedin C səviyyəsinin yüksəlməsi

D) Qanda STH səviyyəsinin azalması

E) Karbohidrat mübadiləsinin pozulması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
2) Serebral – hipofizar çatışmazlığa aşağıdakılardan hansı səbəb ola bilməz?
A) Qansızma ilə müşahidə olunan kəllə travması

B) Türk yəhərinin şişi

C) Meninqoensefalit

D) Şəkərli diabet

E) Vərəm
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
3) Serebral – hipofizar çatışmazlıq zamanı aşağıdakı hormonlardan hansının sintezi azalmır?
A) Prolaktin

B) Adrenokortikotrop hormon (AKTH), somatotrop hormon (STH)

C) Lyuteinləşdirici hormon (LH), follikullstimulyasiyaedici hormon (FH)

D) Tireotrop hormon (TTH)

E) Glükaqon, insulin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
4) Qalaktoreya – amenoreya sindromu üçün aşağıdakilardan hansı xarakterik əlamət deyil?
A) Hipertrixoz

B) Arıqlama

C) Artıq bədən çəkisi

D) Sonsuzluq

E) Laktoreya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
5) Hansı preparatlar uzun müddətli təyin edildikdə yatrogen qalaktoreya inkişaf edir?
A) Qeyri-steroid iltihab əlehinə preparatlar, antibiotiklər

B) Neyroleptiklər, antidepressantlar, peroral kontraseptivlər

C) Nitratlar, trankvilizatorlar

D) Sedativ preparatlar, APF-inhibitorlar

E) İmmunostimulyatorlar
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
6) Şerşevski – Terner sindromu üçün aşağıdakılardan hansı xarakterik deyil?
A) Hipoqonadizm

B) Alçaqboyluluq

C) Hirsutizm və sümüklərin vaxtından tez inkişafı

D) Qonadların birləşdirici toxuma lifləri ilə əvəz olunması

E) Somatik pozğunluqlar
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
7) Qalaktoreya – amenoreya sindromu üçün hansı hal xarakterik deyil?
A) Hipertrixoz

B) Sonsuzluq

C) Artıq bədən çəkisi

D) Laktoreya

E) Tüklərin tökülməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
8) Akromegaliya xəstəsinin ölüm səbəbi aşağıdakılardan hansıdır?
A) Gecə apnoesi, ürək çatmamazlıgı

B) Hipoqlikemiya

C) Hiperqlikemiya

D) Şəkərli diabet

E) Hipertermiya, böyrək çatmamazlığı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
9) Somatotrop hormonun sekresiyasını aşağıdakılardan hansı azaldır?
A) Serotonin

B) Somatostatin

C) Estrogenlər

D) Qlükagon

E) Somatomedin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
10) Somatotrop hormonu sekresiya edən şiş harada yerləşir?
A) Hipofizdə, hipotalamusda

B) Mədəaltı vəzdə və dalaqda

C) Yumurtalıqlarda və uşaqlıqda

D) Aşağı ətraflarda

E) Divararalığında
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
11) Akromeqaliyalı xəstələrdə operativ müdaxiləyə mütləq əks göstəriş hansıdır?
A) Bədxassəli şiş

B) Şüa terapiyasının effektinin olmaması

C) Görmə qabiliyyətinin pozulması

D) Makroadenoma

E) Ahıl yaş
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
12) Akromegaliyanın yaranma səbəbləri hansı deyil?
A) Somatotrop hormonu ifraz edən qeyri-hipofizar şişlər

B) Hipotalamusun birincili patologiyası

C) Hipofizin makroadenoması

D) Sümük-əzələ sisteminin patoloqiyası

E) Hipofizin mikroadenoması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
13) Şəkərsiz diabet hansı simptomlarla xarakterizə olunur?
A) Polidipsiya, poliuriya, sidiyin hiperosmolyarlığı

B) Hiperqlikemiya

C) Polidipsiya, poliuriya, sidiyin hipoosmolyarlığı

D) Polidipsiya, poliuriya, hiperqlikemiya

E) Plazmanın hipoosmolyarlığı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
14) Şəkərsiz diabetin laborator markerləri hansılardır?
A) Sidiyin xüsusi çəkisinin artması

B) Sidiyin ümümi migdarının azalması

C) Bakteriyuriya

D) Sidiyin ümümi miqdarının artması, sidiyin xüsusi çəkisinin azalması

E) Sidiyin ümümi miqdarının azalması, sidiyin xüsusi çəkisinin azalması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
15) Şəkərsiz diabetin yaranma səbəblərinə aşağıdakılardan hansı aid deyil?
A) ADH gen reseptorun mutasiyası

B) ADH defisiti, ADH qarşı rezistentliyi

C) Plasentar fermentlər təsirindən ADH - ın parçalanması

D) AKTH - ın defisiti

E) Prepro-ADH-ın sintezinin genetik defektləri
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
16) İtsenko - Kuşınq xəstəliyinin yaranma səbəbi aşağıdakılardan hansı ola bilər?
A) Tireotropinoma

B) Hipofizin bazofil adenoması

C) Prolaktinoma

D) Yumurtalıqların şişləri

E) Kortikoesteroma
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
17) Qlükokortikoidlərin hipersekresiyasının nəticəsi nə ola bilər?
A) Arterial hipotoniya

B) Dəridə striyalar

C) Arıqlama

D) Dərinin nəmliyi

E) Qanda şəkərin miqdarının azalması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
18) Cərrahiyə əməlliyatı öncəsi somatostatin analoqlarının istifadəsi hansı məqsəd daşıyır?
A) Adenomanın konsistensiyasının dəyişilməsi

B) Əvvəlki terapiyanın qeyri-effektsizliyi

C) Arterial təziqin stabilləşdirilməsi

D) Adenomanın ölçüsünün kiçilməsi və somatik statusunun yaxşılaşması

E) Psixolojı hazırlıq
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
19) Nelson sindromu özünü necə büruzə verir?
A) Böyrək-üstü vəzilərin vərəmi ilə

B) Dərinin nəm olması ilə

C) Qanda AKTH - ın miqdarının azalması ilə

D) Böyrəküstü vəzilərin xroniki çatışmazlığı ilə

E) Qanda kortizolun miqdarının artması ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
20) İtsenko - Kuşınq xəstəliyi zamanı yaranan şəkərli diabet hansı xüsusiyətlərə malikdir?
A) Hipoqlikemiyalara meyillik

B) İnsulinrezistentlik

C) Mütləq insulinoterapiyaya qöstəriş

D) Peroral şəkərsalici preparatların effektivliyi

E) Ketoasidoza meyillik
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
21) İtsenko-Kuşınq xəstəliyinin ağır forması zamanı nə baş verir?
A) Sümüklərin patolojı sınıqları

B) Tranzitor arterial hipertenziya

C) Onurğa sütununun differensiyasının sürətlənməsi

D) Dərialtı piy qatının düzqün paylanması

E) Aybaşının dəyişilməməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
22) İtsenko - Kuşınq xəstəliyinin fəsadlarına hansı aiddir?
A) Kəskin arıqlama

B) Hipotermiya

C) Böyrək çatışmazlığı

D) Hipotenziya

E) Trombositopeniya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
23) İtsenko-Kuşınq xəstəliyinin hansı xəstəliklərlə differensial diaqnozu aparılır?
A) Xroniki alkoqolizm

B) Üzülmüş yumurtalıqlar sindromu

C) Hipotireoz

D) Xroniki pielonefrit

E) Böyrək-üstü vəzinin xroniki çatışmazlığı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
24) İtsenko - Kuşınq xəstəliyi zamanı adrenalektomiyaya göstəriş hansıdır?
A) Konservativ terapiyanın qeyri - effektivliyi

B) Qanda kortizolun miqdarının daim yüksək olması

C) Elektrolit-steroid kardiopatiya

D) Kəskin arıqlama

E) Hipokaliyemik alkaloz
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
25) Xloditanın terapevtik effekti nədən ibarətdir?
A) 17- α - hidroksilaza fermentinin tormozlanması

B) Böyrəküstü vəzinin qabıq maddəsinin destruksiyası

C) 11 - β - hidroksilaza fermentinin tormozlanması

D) Kortikoliberin sekresiyasının tormozlanması

E) AKTH-ın sekresiyasının tormozlanması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
26) Çoxsaylı endokrin neoplaziya 1 tip üçün nə xarakterik deyil?
A) Hiperparatiteoz

B) Hipofizin adenoması

C) Feoxromositoma

D) Yumurtalıqların kistası

E) Mədəaltı vəzin Lanherqans adacıqlarının hiperplaziyası
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
27) Vermer sindromu hansı xəstəliyin sinonimidir?
A) Çoxsaylı endokrin neoplaziya 2A tip

B) Çoxsaylı endokrin neoplaziya 2 tip

C) Çoxsaylı endokrin neoplaziya 3 tip

D) Çoxsaylı endokrin neoplaziya 2B tip

E) Çoxsaylı endokrin neoplaziya 1 tip
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
28) Simppl sindromu hansı xəstəliyin sinonimidir?
A) Çoxsaylı endokrin neoplaziya 1 tip

B) Çoxsaylı endokrin neoplaziya 2 tip

C) Çoxsaylı endokrin neoplaziya 3 tip

D) Çoxsaylı endokrin neoplaziya 2B tip

E) Çoxsaylı endokrin neoplaziya 2A tip
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
29) 30 yaşlı qadın son 6 ay aybaşının olmamasından şikayət edir. Hamilə deyil. Son bir neçə həftə döş vəzilərindən süd ifrazına fikir verib. Son 3 ay kəskin baş ağrıları və yan görmə qabiliyətinin zəifləməsi narahat edir. Laborator müayinələr hansı dəyişiklikləri aşkarlaya bilər?
A) STH miqdarının azalması

B) Prolaktinin miqdarının artması

C) Kortizolun miqdarının artması

D) TSH miqdarının artması

E) Hiponatriyemiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
30) 55 yaşlı qadın son 3 ayda 4 kq arıqlayıb, əllərin ölçülərinin boyüməsindən narahatdır. Son 10 gün görmə qabiliyyətinin zəifləməsindən və baş ağrılarından şikayət edir. KT zamanı - türk yəhəri nahiyəsində 15 mm törəmə aşkarlanıb. Mümkün diaqnoz hansıdır?
A) Hipotalamik qlioma

B) Hipofizin mikroadenoması

C) Beyinin travması

D) Meninqit

E) Hipofizin makroadenoması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
31) 29 yaşlı qadın hamiləliyin 38-ci həftəsində qanaxma ilə xəstəxanaya çatdırılıb. Keysəriyyə əməliyyatı aparılıb və plasenta çıxarılıb. Xəstə 6 saat hipotenziv vəziyyətdə qalıb, qan köçürülüb. Əməliyyatdan sonra aybaşı kəsilib. Xəstə zəiflikdən, halsızlıqdan və arıqlamadan şikayət edir. Laborator müayinələr zamanı hiponatriemiya, hiperkaliemiya və hipoqlikemiya aşkarlanıb. Mumkün diaqnoz hansıdır?
A) İnsulit

B) Beyinin zədələnməsi

C) Yarımkəskin tireoidit

D) Hipofizin nekrozu

E) Xorionkarsinoma
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
32) Simmonds sindromu zamanı nə müşaidə olur?
A) AKTH-ın sekresiyasının artması

B) AKTH-ın sekresiyasının azalması

C) TSH-ın sekresiyasının artması

D) LH-ın sekresiyasının artması

E) FSH-ın sekresiyasının artması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
33) Simmonds sindromu zamanı həzm pozğunluğu özünü necə biruzə verir?
A) İştahanın artması ilə

B) Bağırsaq atoniyası ilə

C) Mədəaltı vəzinin xarici sekresiyasının artması ilə

D) Mədə - bağırsaq traktının motorikasının sürətlənməsi ilə

E) Mədə sekresiyasının artması ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
34) Simmonds sindromu zamanı endokrin dəyişikliklər hansı orqanlarda təzahür edir?
A) Qalxanvari vəzidə

B) Döş vəzilərində

C) Qalxanvari ətraf vəzilərdə

D) Tər vəzilərində

E) Tüpürcək vəzilərində
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
35) Şıxen sindromunun diaqnostikası zamanı hansı əlamətlər səciyyəvidir?
A) İkincili cinsi əlamətlərin qorunması

B) Hiperkortisizm

C) Hipertireoz

D) Xolesterinin miqdarının azalması

E) Hipokortisizm
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
36) Simmonds sindromu zamanı yaranan koma nə ilə müşahidə olur?
A) Proqressivləşən hiperkortisizmlə

B) Proqressivləşən hipokortisizmlə və hipotireozla

C) Hipernatriyemiya və hiperqlikemiya ilə

D) Hipertermiya ilə

E) Hiperprolaktinemiya ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
37) İtsenko-Kuşınq xəstəliyinin etiolojı faktorları hansı deyil?
A) Kəllə travmaları

B) Hipotalamo-hipofizar sistemində iltihabi proseslər

C) Böyrəklərdə şişlər

D) Hipofizin şişləri

E) Böyrək-üstü vəzinin hormonal aktiv şişləri
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
38) Uşaqlarda İtsenko-Kuşinq xəstəliyinin hansı xəstəliklərlə differensasiyası zəruridir?
A) Klaynfelter sindromu ilə

B) Nelson sindromu ilə

C) Hipotalamik sindrom ilə

D) Prader-Villi sindromu ilə

E) Kretinizm ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
39) İtsenko-Kuşinq xəstəliyinin müalicəsinə nə daxil deyil?
A) AKTH blokada edən preparatların istifadəsi

B) Kombinə terapiya (cərrahi əməliyyat və şüalanma)

C) Kortikotropin sekresiya edən şişin cərrahi yolla çıxarılması

D) Hipofizar nahiyyənin şüalanması

E) Böyrəküstü vəzilərdə kortizolun sekresiyasını blokada edən preparatlar
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
40) AKTH - ın sekresiyasını blokada edən preparat hansıdır?
A) Xloditan

B) Mammomit

C) Mitotan

D) Bromokriptin

E) Orimeten
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
41) İtsenko - Kuşınq xəstəliyinin simptomatik müalicəsində hansı preparatlardan istifadə olunmur?
A) Tireostatiklərdən

B) Ca preparatlarından

C) Hipotenziv preparatlardan

D) Şəkərsalıcı preparatlardan

E) Anaboliklərdən
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
42) Oğlan 12,5 yaşlı. Şikayətləri: alçaqboyluq, piylənmə, kəskin baş ağrıları. 3240 qr. çəki ilə tam normal doğulub. 7 yaşından bədən çəkisi artmağa başlayıb. 10 yaşından – boyun inkişafdan qalması. Obyektiv: fiziki inkişaf 10 yaşa uyğundur, ayvari üz quruluşu, yanaqların ruberozu müşaidə olur. Qoltuqaltı nahiyyədə tüklənmə. Cinsi orqanlar 10 yaşına uyğundurlar. Bədənin piylənməsi və ətrafların nazik olması nəzərə çarpır. Dəri quru, follikulyar hiperkeratoz, akne. AT 130/80 mm.c.s. Hansı xəstəlikdən şübhələnmək olar?
A) İtsenko-Kuşınq xəstəliyindən

B) Hipotireozdan

C) Moriak sindromundan

D) Kallman sindromundan

E) Serebral-hipofizar nanizmdən
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
43) Oğlan 12,5 yaşlı. Şikayətləri: alçaqboyluq, piylənmə, kəskin baş ağrıları. 3240 qr. çəki ilə tam normal doğulub. 7 yaşından bədən çəkisi artmağa başlayıb. 10 yaşından – boyun inkişafdan qalması. Obyektiv: fiziki inkişaf 10 yaşa uyğundur, ayvari üz quruluşu, yanaqların ruberozu müşaidə olur. Qoltuqaltı nahiyyədə tüklənmə. Cinsi orqanlar 10 yaşına uyğundurlar. Bədənin piylənməsi və ətrafların nazik olması nəzərə çarpır. Dəri quru, follikulyar hiperkeratoz, akne. AT 130/80 mm.c.s. Diaqnozu təsdiq etmək üçün hansı hormonal müayinələri aparmaq vacibdir?
A) Mineralokortikoidlərin təyini

B) STH-ın təyini

C) Tireoid hormonların təyini

D) Prolaktinin təyini

E) Qanda kortizolun və AKTH-ın təyini
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
44) Akromeqaliyanın kliniki əlamətlərinə hansı aid deyil?
A) Proqnatizm

B) Yumşaq toxumaların hipertrofiyası

C) Striyalar

D) Baş ağrıları

E) Tərləmə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
45) Giqantizmin müalicəsi zamanı istifadə olunan preparat hansıdır?
A) Sandostatin

B) Prednizolon

C) Metoklopramid

D) Lizurqid

E) Tiroksin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
46) Pubertat dövrdə boyun inkişafı və sümük toxumasının differensiyası hansı hormondan asılı deyil?
A) Tireoid hormonlardan

B) Androgenlərdən

C) Estrogenlərdən

D) Boy hormonundan

E) Prolaktindən
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
47) STH defisitinin orqanik variantının mümkün səbəbi hansı deyil?
A) Hipotalamo-hipofizar sisteminin anevrizması

B) Hipofizin aplaziyası

C) Somatomedinlərin defisiti

D) Kraniofarinqioma

E) Hipofizə qansızmalar
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
48) Aşağıdakılardan hansı kraniofarinqiomanın klinik əlaməti deyil?
A) Alçaqboyluluq

B) Şəkərsiz diabet

C) Hipertireoz

D) Nevrolojı simptomlar

E) Hipoqonadizm
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
49) Serebral - hipofizar nanizmin klinik əlamətlərinin patogenezində hansı hormonun defisiti rol oynayır?
A) Prolaktinin

B) Mineralokortikoidlərin

C) AKTH - ın və kortizolun

D) TSH - nun

E) Qonadotropinlərin və STH -nun
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
50) Laron sindromunun kliniki əlamətlərinə hansı aid deyil?
A) Alçaqboyluluq

B) Boy hormonunun normada olması

C) Somatomedin - C defisiti

D) Boy hormonunun az olması

E) Boy hormonunun normadan artıq olması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
51) Silver sindromunun kliniki əlaməti deyil?
A) Doğulandan boy defisiti

B) “Balıq” ağız

C) Vaxtından əvvəl cinsi inkişaf

D) STH-ın defisiti

E) Hündürboyluluq
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
52) Serebral-hipofizar nanizmi hansı xəstəliklərlə differensasiyası zəruri deyil?
A) Boyun və cinsi inkişafın konstitusional qeri qalmasından

B) Addison xəstəliyindən

C) Tireoid nanizmdən

D) Primordial nanizmdən

E) Xromosom xəstəliklərdən
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
53) Primordial nanizm üçün hansı əlamət xarakterik deyil?
A) Uşağın boy və çəki defisiti ilə doğulması

B) Sümük yaşının pasport yaşına uyğun olması

C) Boy hormonunun normada olması

D) Pubertatın vaxtında başlanması

E) Uşağın normal boylu və çəkili doğulması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
54) Serebral - hipofizar nanizmin kompleks müalicəsi zamanı istifadə olunmayan preparat hansıdır?
A) Boy hormonu

B) Parlodel

C) Xorionik qonadotropin

D) Cinsi hormonlar

E) Tireoid preparatlar
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
55) Hiperprolaktinemiyanın yaranma səbəbi hansı deyil?
A) Hipofizin prolaktin-sekresiya edən şiş

B) Hipotalamusun şişləri

C) Hipotireoz

D) Süd vəzilərində şiş

E) Hipofizin travması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
56) Hansı preparatın qəbulundan hiperprolaktinemiya yarana bilməz?
A) Qeyri-steroid preparatlardan

B) Metoklopramidin qəbulundan

C) Rezerpinin qəbulundan

D) Narkotiklərin qəbulundan

E) Peroral kontraseptivlərin qəbulundan
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
57) Hansı preparatın qəbulundan hiperprolaktinemiya yarana bilər?
A) Tireoid preparatların qəbulundan

B) APF-inhibitorların qəbulundan

C) Qlyukokortikoidlərin qəbulundan

D) Psixotrop maddələrin qəbulundan

E) Ca preparatlarının qəbulundan
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
58) Qadınlarda hiperprolaktinemiya nə ilə müşahidə olur?
A) Hiperpiqmentasiya ilə

B) Bədən çəkisinin itirilməsi ilə

C) Hiperproqesteronemiya ilə

D) Arterial hipotoniya ilə

E) Ovulyasiyanın olmaması ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
59) Hiperprolaktinemiya ilə müşaidə olan endokrin xəstəliklərə hansı aididr?
A) Birincili hipotireoz

B) Şəkərsiz diabet

C) Addison xəstəliyi

D) Simmonds xəstəliyi

E) Nelson sindromu
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
60) Hiperprolaktinemiyanın etiopatoqenetik variantlarına aid deyil?
A) İdiopatik forma

B) Posttravmatik forma

C) Medikamentoz forma

D) Şüa forması

E) Şiş forma
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
61) Hiperprolaktinemiyanın müalicəsində istifadə olan preparatların təsir mexanizmi hansıdır?
A) Antiserotonin

B) Dofaminergik

C) Serotoninergik

D) Antidofaminerqik

E) Antixolinesteraz
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
62) Hiperprolaktinemiya zamanı istifadə olunmayan preparat hansıdır?
A) Vitamin B6

B) Dostineks

C) Perqolid

D) Lizurid

E) Teqretol
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
63) Şəkərsiz diabet üçün hansı əlamətlər məxsusdur?
A) Lipolizin lənqiməsi

B) Poliuriyanın kəskin yaranmsı

C) Əsas mübadilənin lənqiməsi

D) Əsas mübadilənin sürətlənməsi

E) Lipogenezin sürətlənməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
64) Uşaqlarda şəkərsiz diabetin kliniki əlaməti hansı deyil?
A) Xroniki böyrək çatışmazlığı

B) Poliuriya

C) Polidipsiya

D) Cinsi inkişafdan geri qalma

E) Fiziki inkişafdan geri qalma
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
65) Nefroqen forma şəkərsiz diabetin yaranma səbəbi hansıdır?
A) Genetik faktorlar

B) Dismetabolik nefropatiyalar

C) Sidik yollarının xroniki infeksiyaları

D) Sidik yollarının xroniki infeksiyaları

E) Qarın boşluğunnun travmaları
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
66) Şəkərsiz diabetin hansı xəstəliklərlə differensial diaqnostikasını aparmaq lazımdır?
A) Parxon sindromu ilə

B) Psixoqen polidipsiya ilə

C) Addison xəstəliyi ilə

D) Hipotireozla

E) Hiperparatireozla
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə