Endokrinologiya ixtisası üzrə nümunəvi test sualları 1 Akromeqaliyanın aktiv mərhələsi üçün aşağıdakı hansı əlamətlər xarakterik deyil?


) Aşağıdakı preparatlardan biri lipotrop effektə malik deyil?



Yüklə 1,8 Mb.
səhifə10/18
tarix30.09.2017
ölçüsü1,8 Mb.
#2510
1   ...   6   7   8   9   10   11   12   13   ...   18

588) Aşağıdakı preparatlardan biri lipotrop effektə malik deyil?
A) Lipoy turşusu

B) Nikotin turşusu

C) Xolin xlorid

D) Qlibenklamid

E) Metionin
Ədəbiyyat: Балаболкин М.И., Диабетология, Москва, 2000
589) Şəkərli diabet zamanı lipid mübadiləsinin pozulmaları arasında bu olmur?
A) Sərbəst yağ turşularının səviyyəsinin artması

B) YSLP səviyyəsinin artması

C) Triqliseridlərin səviyyəsinin artması

D) ASLP/YSLP nisbətinin artması

E) ÇASLP sintezinin artması
Ədəbiyyat: Балаболкин М.И., Диабетология, Москва, 2000
590) Şəkərli diabet zamanı lipid mübadiləsinin korreksiyası üçün bu preparatları təyin etmirlər?
A) Statinlər

B) Fibratlar

C) Öd turşularının sekvestrantları

D) Biquanidlər

E) B-blokatorlar
Ədəbiyyat: Балаболкин М.И., Диабетология, Москва, 2000
591) Şəkərli diabet xəstələrində hiperxolesterinemiyanın müalicəsində biri məqsədəuyğun deyil?
A) Lovastatin

B) Disinon

C) Siprofibrat

D) Xolestiramin

E) Pəhrizdə doymuş yağların sutkada 10% və xolesterinin 300 mq qədər azaldılması
Ədəbiyyat: Балаболкин М.И., Диабетология, Москва, 2000
592) Şəkərli diabet zamanı lipidlərin peroksid oksidləşməsini yatırtmaq üçün aşağıdakılardan biri təbiq edilmir?
A) Monodoymamış yağ turşuları ilə zəngin pəhriz

B) Probukol

C) Doymuş yağ turşuları ilə zəngin pəhriz

D) Alfa-tokoferol

E) Nikotinamid
Ədəbiyyat: Балаболкин М.И., Диабетология, Москва, 2000
593) Şəkərli diabet zamanı dozalanmış fiziki çalışmalar buna gətirmir?
A) Ürək-damar xəstəliklərinin əmələgəlmə riskinin artması

B) Qlikemiyanın səviyyəsinin azalması

C) İnsulinə qarşı həssaslığın artması

D) İnsulin dozasının azalması

E) Bədən çəkisinin azalması
Ədəbiyyat: Балаболкин М.И., Диабетология, Москва, 2000
594) Şəkərli diabet fizioterapevtik müalicə metodlarını bu vəziyyətdə tətbiq etmirlər?
A) Diabetik polineyropatiya

B) İnsulin inyeksiyalarından sonraki lipodistrofiyalar

C) Qlaukoma

D) Lipoid nekrobioz

E) Qara ciyərin piy distrofiyası
Ədəbiyyat: Балаболкин М.И., Диабетология, Москва, 2000
595) Şəkərli diabet zamanı fiziki məşqlər buna gətirib çıxarmır?

A) TQ azalması.

B) Qlikemiyanın məşq vaxtı və sonra artması

C) Toxumaların insulinə qarşı həssaslığının artması

D) YSLP səviyyəsinin artması

E) Bazal və postprandial insulinemiyanın azalması


Ədəbiyyat: Балаболкин М.И., Диабетология, Москва, 2000
596) Şəkərli diabet xəstəsinə özünə nəzarət üçün bu lazım deyil?
A) Qanda şəkəri təyin etmək üçün testlər

B) Sidikdə şəkəri təyin etmək üçün testlər

C) Qlükometr

D) Sidikdə asetonu təyin etmək üçün testlər

E) Polyarimetr
Ədəbiyyat: Балаболкин М.И., Диабетология, Москва, 2000
597) Şəkərli diabet xəstələrində sidik infeksiyasının müalicə prinsipləri?
A) Antidepressantların və spazmolitiklərin təyini

B) Antibiotiklər və sidik ifrazatının normallaşmasının təmini

C) Diuretiklərin təyini

D) İmmunostimulyatorların təyini

E) Qlyukokortikoidlərin təyini
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина»
598) Şəkərli diabet xəstələrində sidik infeksiyasının fəsadları hansıdır?
A) Perinefral absess

B) Kəskin qlomerulonefrit

C) Polikistoz

D) Hidronefroz

E) Xroniki qlomerulonefrit
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина»
599) Şəkərli diabet xəstələrində sidik infeksiyasının müalicə prinsipləri?
A) Ftorxinolonlar və 2 nəsil sefalosporinlər

B) Makrolidlər

C) Karbapenemlər

D) 1 nəsil sefalosporinlər

E) Aminoqlikozidlər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина»
600) Şəkərli diabet xəstələrində sidik infeksiyasının törədicisi?
A) Şıqella

B) Xlamidiyalar

C) Bağırsaq çöpü

D) Klebsiyella

E) Kox çöpləri
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина»
601) Mikrob cismlərin titrinin hansı səviyyəsi əkim nəticələrini müsbət saymağa imkan verir?
A) 100000 - 1 ml

B) 1000000 – 1 ml

C) 10000 – 1 ml

D) 1000 – 1 ml

E) 100- 1 ml
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина»
602) Hiperosmolyar koma zamanı qanın osmolyarlığının göstəriciləri?
A) 250 mosm/l

B) 300 mosm/l

C) 150 mosm/l

D) 200 mosm/l

E) 280 mosm/l
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина»
603) Ketoasidotik koma zamanı müalicə prinsipləri?
A) NaCl v/d

B) Noradrenalin v/d

C) MgSO4 v/d

D) KCL v/d

E) CaCl v/d
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина»
604) Hiperosmolyar komanın yaranma səbəbləri hansıdır?
A) Kəskin respirator infeksiya

B) Fiziki iş

C) Qusma və stress

D) Yüksək kaloriyli pəhriz

E) Alkogol içkilər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина»
605) Ketoasidotik koma zamanı NaHCO3 vurulmasına göstəriş hansıdır?
A) Asidoz

B) Beynin ödemləşməsi

C) PH 7,36 aşağı olduqda

D) PH 7,0 aşağı olduqda

E) Laktatasidoz
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина»
606) Diabetik retinopatiyanın patogenetik səbəbi deyil?
A) Laktatasidoz

B) Trombositlərin aqreqasiyasının sürətlənməsi

C) Sorbitol şuntunun aktivasiyası

D) Zülalların qeyri fermentativ qlükozalaşması

E) Boy faktorlarının produksiyası
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина»
607) Diabetik retinopatiyanın proqressivləşməsinin risk faktoru deyil?
A) Dəmirdefisitli anemiya

B) Şəkərli diabet stajı

C) Karbohidrat mübadiləsinin dekompensasiyası

D) Hipertenziya

E) Hamiləlik
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина»
608) Şəkərli diabet tip 2 xəstələrində retinopatiyanın aşkarlanması məqsədi ilə göz dibinin muayinəsinə nə vaxt başlanılmalıdır?
A) Diaqnoz qoyulduqdan 1 il sonra

B) Diaqnoz qoyulduqdan 5 il sonra

C) Diaqnoz qoyulan andan

D) Diaqnoz qoyulduqdan 6 ay sonra

E) Diaqnoz qoyulduqdan 3 il sonra
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина»
609) Şəkərli diabet tip 1 zamanı pankreas üçün hansı patomorfolojı dəyişiliklər səciyyəvi deyil?
A) β - hüceyrələrin deqenerasiyası

B) β - hüceyrələrin amiloidozu

C) β - hüceyrələrin sayının azalması

D) β - hüceyrələrin distrofiyası

E) β - hüceyrələrin zəifləməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина»
610) İnsulinin təsir mexanizminə aid deyil?
A) Amin turşularının utilizasiyasının sürətlənməsi

B) Zülalların sintezinin sürətlənməsi

C) Lipolizin lənqiməsi

D) Qlikoqenolizin lənqiməsi

E) Qlikoqenolizin sürətlənməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина»
611) 1 tip şəkərli diabetin etiolojı faktorları hansıdır?
A) Pubertat dövrün başlanması

B) Pankreasın travması

C) Piylənmə

D) Psixiki travma

E) Hamiləlik
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина»
612) Aşağıdakı hormonlardan hansı lipogenezi stimulyasiya edir?
A) STH

B) Qlükaqon

C) Adrenalin

D) Vazopressin

E) İnsulin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина»
613) Qestasion şəkərli diabet anlayışı?
A) Hamiləlik vaxtı yaranmış şəkərli diabet

B) Hamiləlikdən sonra yaranmış şəkərli diabet 2 tip

C) Hamiləlik vaxtı yaranmış qlyukozaya tolerantlığın pozulması

D) Hamiləlikdən əvvəl yaranmış şəkərli diabet 2 tip

E) Hamiləlikdən əvvəl yaranmış şəkərli diabet 1 tip
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина»
614) 1 tip şəkərli diabetin patogenezində mühüm rol oynayan faktorlar?
A) Piylənmə

B) Sərbəst radikal oksidləşmənin güclənməsi

C) Qara ciyərin patologiyası

D) İnsulinə qarşı periferik həssaslığın pozulması

E) Anomal insulin sekresiyası
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина»
615) Şəkərli diabet diaqnozunu qoymaq üçün müayinə metodları hansıdır?
A) Yeməkdən sonra qlikemiyanın təyini

B) Fruktozaminin təyini

C) Acqarına qlikemiyanın təyini

D) HbA1C təyini

E) Qlyukozuriyanın təyini
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина»
616) Sağlam insanın venoz qanında qlyukozanın səviyyəsinin maksimal göstəricisi hansıdır?
A) 5,5 mmol/l qədər

B) 8.8 mmol/l qədər

C) 7,8 mmol/l qədər

D) 6,1 mmol/l qədər

E) 6,4 mmol/l qədər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина»
617) Sağlam insanda peroral qlyukozatolerant sınaq aparılarkən venoz qanında qlyukozanın səviyyəsinin maksimal göstəricisi?
A) 5,5 mmol/l qədər

B) 6,1 mmol/l qədər

C) 7,8 mmol/l qədər

D) 6,4 mmol/l qədər

E) 8.8 mmol/l qədər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина»
618) Peroral qlyukozotolerant sınağının aparılma qaydaları?
A) Sutka ərzində 2 litr maye qəbulu

B) Sınağın 60 dəqiqəsində qlikemiyanın kontrolu

C) Pəhriz

D) 20 saat yuxu

E) 8 saat aclıq
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина»
619) Şəkərli diabetin dekompensasiya əlamətlərinə aşağıdakılardan biri aid deyil?
A) Poliuriya və qlükozuriya

B) Bədən çəkisinin artması

C) Hiperqlikemiya

D) Ketoasidoz

E) Susuzluq
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
620) Şəkərli diabet zamanı müşahidə olunan polidipsiya nə ilə əlaqədar deyil?
A) Poliuriya

B) Orqanizmin dehidratasiyası

C) Hiponatriemiya

D) Hiperqlikemiya

E) Qanda sidik turşusunun artması ilə
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
621) Diabetik makroangiopatiyaya aşağıda yazılanlardan biri aid deyil?
A) Beyin damarlarının zədələnməsi

B) Diabetik retinopatiya

C) Ürək damarlarının zədələnməsi

D) Ətrafların periferik damarlarının zədələnməsi

E) Yazılanların hamısı
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
622) İnsulinə qarşı insulinrezistentliyin yaranmasına aşağıda yazılanlardan biri aid deyil?
A) İnsulin reseptorlarının patologiyası

B) İnsulinə qarşı autoantitellər

C) Qlükozanın çox mənimsənilməsi

D) İnsulinə qarşı antoqonistlərin çox ifrazı

E) Qlükoza transporterlarının patologiyası(GLUT-2, GLUT-4)
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
623) Şəkərli diabet tip 1 müalicəsində hansı preparatdan istifadə olunur?
A) Maninil (qlibenklamid)

B) Metformin

C) İnsulin

D) Diabeton (qliklazid)

E) Amaril (qlimepirid)
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
624) Ağırlaşmaları olmayan, artıq çəkisi olan şəkərli diabet tip 2 xəstələrində hansı preparatdan istifadə olunur?
A) İnsulin

B) Metformin

C) Heç biri düzgün deyil

D) Repaqlinid

E) Qlibenklamid
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
625) Preproliferativ retinopatiya üçün nə xarakter deyil?
A) Damarların neovaskulyarizasiyası

B) Mikroanevrizmalar

C) Heç biri doğru deyil

D) Torlu qişaya qansizma ocaqları

E) Yumçaq və sərt ekssudatlar
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
626) Yeni başlayan diabetik nefropatiya üçün nə xarakter deyil?
A) Bu stadiya üçün yazılanların heç biri doğru deyil

B) Hiperfiltrasiya

C) Proteinuriya

D) Mikroalbuminuriya

E) Normal arterial təzyiq
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
627) Ketoasidozun müalicəsi zamanı xəstədə kəskin baş ağrısı, başgicəllənmə, ürəkbulanma, qusma, görmənin pozulması, qızdırma başlayır. Bu əlamətlər nədən xəbər verir?
A) Hipoqlikemik reaksiya

B) Beyin ödemi

C) İnterkurent infeksiyanın qoşulması

D) Heç biri doğru deyil

E) Ketoasidozun əlamətlərinin kəskinləşməsi
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
628) Aşağıdakılardan hansı diabetik mikroangiopatiya üçün xarakter deyil?
A) PAS-müsbət cisimlərin artıq miqdarda toplanması

B) Endotelial hüceyrələrdə və perisitlərdə degenerativ dəyişikliklər

C) Bazal membranın qalınlaşması

D) Bazal membranın nazikləşməsi

E) Endotelinin proliferasiyası
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
629) Diabetik mikroangiopatiyanın patogenezi haqqında aşağıda yazılanlardan hansı doğru deyil?
A) Hiperqlikemiya

B) Plazma zülallarına qarşı damar divarı keçiriciliyinin azalması

C) Qan dövranının pozulması, hipoksiya və endotelinin qidalanmasının pozulması

D) Bazal membrana immun komplekslərin toplanması

E) Kapilyarların bazal membranında mukopolisaxaridlərin və polisaxaridlərin mübadiləsinin pozulması
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
630) Somodji fenomeni nədir?
A) İkitərəfli adrenalektomiyadan sonra steroid şəkərli diabet simptomlarının keçməsi

B) Heç biri doğru deyil

C) Gecə hipoqlikemiyasından sonrakı səhər hiperqlikemiyası

D) İnsulinin yeridilməsinə cavab olaraq qlükozanın səviyyəsinin enməsi

E) Kontrinsulyar hormonların təsirindən səhər erkən saatlarda hiperqlikemiya
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
631) Diabetik neyropatiya özünü nə ilə büruzə verir?
A) Aksonların atrofiyası

B) Hamısı doğrudur

C) Distal polineyropatiya

D) Ensefalopatiya

E) Radikulopatiya
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
632) İnsulinin təsirlərinə nə aiddir?
A) Zülal sintezinin artması

B) Qlikoqenolizin zəifləməsiа

C) Lipoliz və ketoneogenezin zəifləməsi

D) Qlükoneogenezin tormozlanması

E) Hamısı doğrudur
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
633) İnsulin nədir?
A) Qlikoprotein

B) Hiperqlikemik effektə malik hormon

C) Molekulyar kütləsi 58 00 kDa olan polipeptid hormon

D) Steroid hormon

E) Molekulyar kütləsi 23 00 kDa olan zülal quruluşlu hormon
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
634) İnsulinin antoqonisti olmayan bioloji aktiv maddəni göstərin?
A) Tiroksin

B) Somatostatin

C) Qlükaqon

D) STH


E) Kortizol
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
635) C-peptid nədir?
A) Şəkərli diabetin kompensasiyasının markeri

B) İnsulin sekresiyasının göstəricisi

C) Şəkərli diabet tip 2 nin markeri

D) Heç biri doğru deyil

E) Kontrinsulyar hormon
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
636) Zabroda fenomeni nədir?
A) XBÇ olan şəkərli diabetli xəstələrdə ekzogen insulinə qarşı tələbatın azalması

B) Heç biri doğru deyil

C) Gecə hipoqlikemiyasından sonrakı səhər hiperqlikemiyası

D) İlkin olaraq aşkarlanmış Şəkərli diabet tip 1 xəstələrində insulinterapiyanın başlanmasından sonra ekzogen insulinə qarşı tələbatın azalması

E) Kontrinsulyar hormonların təsirindən səhər erkən saatlarda hiperqlikemiya
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
637) Ketoasidoz zamanı böyük doza insulinin yeridilməsi aşağıda yazılanlardan hansı birinə səbəb ola bilməz?
A) Hipoqlikemik vəziyyət

B) Xəstənin vəziyyətinin yaxşılaşmasına

C) Hipokaliemiya

D) Beyin ödemi

E) Hiperkaliemiya
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
638) Xəstəni diabetik ketoasidozdan çıxarmaq üçün venadaxili infuzion terapiya ilkin olaraq nədən başlanılır?
A) Hipotonik natrium xlorid məhlulundan (0,45%)

B) Hemodez

C) 5% qlükoza məhlulu

D) Reopoliqlükin

E) İzotonik natrium xlorid məhlulundan (0,9%)
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
639) Şəkərli diabet zamanı laktatasidoz üçün nə xarakter deyil?
A) Kəskin hiperqlikemiya

B) Süd turşusunun səviyyəsinin artması

C) Qanın pH aşağı olması

D) Bikarbonatların səviyyəsinin aşağı olması

E) Keton cisimlərin səviyyəsinin artması
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
640) Aşağıdakı əlamət hipoqlikemik koma üçün xarakterik deyil?
A) Aseton iyinin olmaması

B) Qlikemiyanın aşağı olması

C) Ocaqlı nevroloji simptomatika

D) Vətər reflekslərinin artması

E) Dəri örtüklərinin hiperemiyası
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
641) Aşağıdakı hansı əlamət hiperosmolyar qeyri-ketoasodotik koma üçün xarakterik deyil?
A) Qanın pH enməsi

B) Göz almasının tonusunun və dəri örtüklərinin turqorunun enməsi

C) Qlikemiyanın yüksək olması

D) Hipernatriemiya

E) Nevroloji simptomatikanın tez inkişafı
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
642) Uşaqlarda olan hipoqlikemik vəziyyət aşağıda yazılanlardan biri ilə əlaqədar deyil?
A) Qlükaqon defisiti

B) Yazılanların hamısı

C) STH izolə olmuş defisiti

D) Qlikogensintazanın çatmamazlığı

E) AKTH hiper istehsalı
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
643) Hipoqlikemiyanın adrenergik əlamətlərini göstərin?
A) Baş ağrısı

B) Amneziya

C) Hipotermiya

D) Görmənin pozulması

E) Ürəkbulanma
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
644) Hipoqlikemiyanın nevroloji əlamətlərini göstərin?
A) Tremor

B) Eşitmənin zəifləməsi

C) Oyanıqliğın artması

D) Tərlilik

E) Əsəb gərginliyi
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
645) Sippl sindromu üçün nə xarakterikdir?
A) Hipoparatireoz

B) Kəkin hipokalsiemiya ilə xarakterizə olunan kalsitonun hiper ifrazı

C) Feoxromositoma

D) I-ci tip çoxsaylı endokrin neoplaziya adlanır

E) Şiş inkişafı geninin mutasiyası (11q13)
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
646) Şəkərli diabet zamanı dərıdə hansı dəyişikliklər olur?
A) Eruptiv ksantoma

B) Lipoid nekrobiozu

C) Diabetik dermatopatiya

D) Hamısı doğrudur

E) Generalizə olunmuş üzüyəbənzər qranuloma
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
647) Aşağıdakı sindromlardan hansı həm şəkərli diabet, həm də dəridə dəyişikliklərlə gedir?
A) Hemoxromatoz nəticəsində hiperpiqmentasiya

B) Seyp-Lourens sindromu ( anadangəlmə generalizə olunmuş lipodistrofiyA)

C) Autoimmun poliqlandulyar sindrom

D) Hamısı doğrudur

E) Acanthosis nigricans
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
648) Addison xəstəliyi üçün xarakterikdir?
A) Piqmentasiya, arterial hipotenziya, arıqlama

B) Arıqlama və hipotermiya

C) Əsas mübadilənin yüksəlməsi, arterial hipotenziya və iştahın artması

D) Piqmentasiya, arterial hipertenziya və hirsutizm

E) Amenoreya və əsas mübadilənin ləngiməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
649) Addison xəstəliyinin yaranma səbəbləri hansılardır?
A) Vərəm

B) Böyrək-üstü vəzilərə qansızmalar

C) Onkoloji şişlərin böyrək-üstü vəziyə metastazları

D) Aşağıda qöstərilən bütün səbəblər

E) Böyrək-üstü vəzin autoimmun xəstəlikləri
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
650) Addison xəstəliyi zamanı hiperpiqmentasiya əsasən harada daha çox özünü büruzə verir?
A) Selikli qişalar (dil, damaqlar, dodaqlar)

B) Sürtünməyə məruz nahiyyələr (qoltuğaltı və qasığ nahiyələri, dizlər)

C) Təbii hiperpiqmentasiya nahiyələri (cinsi orqanlar)

D) Bədənin açıq nahiyələri (üz, ovuclar), sürtünməyə məruz nahiyyələr (qoltuğaltı və qasığ nahiyələri, dizlər), əməlliyatdan sonrakı çapiqların nahiyəsi, təbii hiperpiqmentasiya nahiyələri(cinsi orqanlar), selikli qişalar (dil, damaqlar, dodaqlar)

E) Əməlliyatdan sonrakı çapiqların nahiyəsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
651) Addison xəstəliyinin simptomları hansılardır?
A) Dərinin hiperpiqmentasiyası, qarında ağrılar, hipotoniya

B) Qarında ağrılar, hipertenziya

C) Hipotoniya, kardialqiya və amenoreya

D) Hipotoniya, iştahın artması

E) Hipertoniya, iştahın azalması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
652) Addison xəstəliyinin yüngül forması zamanı nə təyin edilir?
A) Kortizon, NaCl, askorbin turşusu

B) Ka duzları ilə zənqin olan pəhriz, kortizon

C) Duz, C və B vitaminləri ilə zənqin amma Ka duzları ilə kəsad olan pəhriz, NaCl, askorbin turşusu

D) Askorbin turşusu, kortizon

E) Duz, C, B vitaminləri və Ka duzları ilə zənqin olan pəhriz
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
653) Addison xəstəliyinin orta ağır və ağır forması zamanı nə təyin edilir?
A) Antibiotiklərlər

B) Spironolakton

C) Cərrahi müdaxilə

D) Ömürlük mineralo- və qlyukokortikoidlər, askorbin turşusu və anaboliklər

E) Nikotin turşusu
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
654) Addisonik kriz özünü necə büruzə verir?
A) Kəskin dehidratasiya, kollaps, hipotermiya, böyrək fəaliyyətinin dəyişilməsi və kəskin ürək-damar çatmamazlığı ilə

B) Hiperqlikemiya ilə

C) Ödemlər, hipertoniya və böyrək fəaliyyətinin dəyişilməsi ilə

D) Ürək çatmamazlığı və ödemlər ilə

E) Hipertoniya, hipertermiya və oyanıqliq ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
655) Birincili xroniki hipokortisizm sadalananlardan hansı ilə differensasiya etmək məqsədəuyğun deyil?
A) Sklerodermiya

B) Hipotireoz

C) Hemoxromatoz

D) Diffuz toksiki ur

E) Xroniki enterit
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
656) Addison xəstəliyi ilə yanaşı 12-barmaq bağırsağın xora xəstəliyi inkişaf etmişsə müalicədə hansı preparatlara üstünlük verilməlidir?
A) DOKSA (dezoksikortikosteron asetat)

B) Deksametazon

C) Prednizolon

D) Kortizol

E) Triamsinolon
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə