Endokrinologiya ixtisası üzrə nümunəvi test sualları 1 Akromeqaliyanın aktiv mərhələsi üçün aşağıdakı hansı əlamətlər xarakterik deyil?


) Xəstəni addisonik krizdən çıxarmaq üçün hansı vasitələrdən istifadə edilmir?



Yüklə 1,8 Mb.
səhifə11/18
tarix30.09.2017
ölçüsü1,8 Mb.
#2510
1   ...   7   8   9   10   11   12   13   14   ...   18

657) Xəstəni addisonik krizdən çıxarmaq üçün hansı vasitələrdən istifadə edilmir?
A) DOKSA (dezoksikortikosteron asetat) -sublinqval

B) DOKSA (dezoksikortikosteron asetat) - əzələ daxili

C) Qlyukoza ilə fizioloji məhlul (vena daxili)

D) Natrium xlor vena daxilinə (izotonik məhlul)

E) Hidrokortizon suksinat (venadaxili)
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
658) Böyrəküstü vəzinin qabıq maddəsinin anadangəlmə virilizəedən hiperplaziyasının daha çox rast gələn kliniki formalarını göstərin?
A) Virilizasiyası aydın təzahür etməyən və duz itirən kliniki forma

B) Duz itirən forma

C) Hipertonik forma və sadə viril forma

D) Hipoqlikemiya ilə keçən forma

E) Sadə viril forma (ağırlaşması olmayan) və duz itirən forma
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
659) Sadalananlardan hansı yaşlı qadınlarda adrenogenital sindrom üçün xarakterik deyil
A) Xarici cinsiyyət üzvlərinin hermafrodit quruluşlu olması

B) Hirsutizm

C) Mensturyasiyanın pozulması (hipomenoreya)

D) Tüklərin tökülməsi

E) Qan təzyiqinin dəyişilməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
660) İtsenko – Kuşinq xəstəliyi üçün aşağıdakılardan xarakterik deyil?
A) Hirsutizm

B) Stiryaların olası

C) Sağrı nahiyəsi əzələlərinin atrofiyası

D) Qasıq və qoltuqaltı nahiyyələrdə tükün tökülməsi

E) Ətrafların nazilməsi, arıqlaması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
661) İtsenko – Kuşink xəstəliyinin ağır forması üçün xarakterik olmayan əlamət?
A) Proqressivləşən əzələ zəifliyi

B) Ağır psixiki pozğunluqlar

C) Sümüklərin patolojı sınıqları

D) Ağ ciyər – ürək çatmamazlığı

E) Hipotoniya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко.Эндокринология. «Медицина», Москва. 2004
662) Böyrəküstü vəzilərin kəskin çatışmazlığı üçün xarakterik olmayan əlamət hansıdır?
A) Hipoqlikemiya

B) Hiperkaliemiya

C) Hiponatriemiya

D) Hiperqlikemiya

E) Hipoxloremiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
663) Böyük deksametazon sınağının mənfi nəticəsi hansı xəstəliyi istisna edir?
A) Qlükosteroma

B) Ektopik AKTH-sindromu

C) İtsenko-Kuşınq xəstəliyi

D) Böyrək-üstü vəzilərin qabığının adenomatozu

E) Kortikoestroma
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
664) İtsenko-Kuşınq xəstəliyi və sindromu zamanı striyaların yaranma səbəbi hansıdır?
A) Anemiya

B) Neytrofil leykositoz

C) Leykositlərin hemolizi

D) Leykopeniya

E) Eritrositlərin hemolizi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
665) İtsenko-Kuşınq sindromu zamanı hansı preparatlardan istifadə olunur?
A) Serotonin antaqonistləri

B) Dofamin antaqonistləri

C) Steroidogenez blokatorları

D) Dofamin aqonistləri

E) Qamma-amin-turşusu-erqik preparatları
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
666) Uoterxaus-Frideriksen sindromunun yaranmasının etiolojı səbəbi nədir?
A) Qara ciyər damarlarının trombozu və emboliyası

B) Dalağ damarlarının trombozu və emboliyası

C) Ağ ciyər damarlarının trombozu və emboliyası

D) Böyrəküstü vəzilərin damarlarının trombozu və emboliyası

E) Böyrək damarlarının trombozu və emboliyası
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
667) Uoterxaus-Frideriksen sindromunun yaranmasına nə səbəb ola bilər?
A) Doğuş, stress, antibiotiklərin istifadəsi, anesteziya, infeksiyalar

B) Qara ciyər sirrozu, anesteziya

C) Ağ ciyər damarlarının trombozu, infeksiyalar

D) Hamiləlik, koaqulyantların istifadəsi, anesteziya, infeksiyalar

E) Doğuş, stress, koaqulyantların istifadəsi, anesteziya, infeksiyalar
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
668) Uoterxaus-Frideriksen sindromunun yaranması daha çox hansı yaş dövrünə xasdır?
A) Pubertat perioduna

B) 20-45 yaş arası

C) Menopauza perioduna

D) Ahıl yaşlarına

E) Doğan qadınlarda və yeni doğulan uşağlarda
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
669) Böyrəküstü vəzilərin hormonal aktiv şişi qlükosteroma əsasən nə ifraz edir?
A) Aldosteron

B) Adrenalin

C) Estrogenlər

D) Qlükokortikoidlər

E) Androgenlər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
670) Böyrəküstü vəzilərin hormonal aktiv şişi kortikoestroma əsasən nə ifraz edir?
A) Estrogenlər

B) Aldosteron

C) Androgenlər

D) Qlyukokortikoidlər

E) Adrenalin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
671) Böyrəküstü vəzilərin hormonal aktiv şişi androsteroma əsasən nə ifraz edir?
A) Estrogenlər

B) Qlükokortikoidlər

C) Adrenalin

D) Androgenlər

E) Aldosteron
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
672) Bu şişlərdən hansılar ən yüksək rast gəlmə tezliyinə malikdirlər?
A) Kortikoestroma

B) Qarışığ tərkibli

C) Qlyukosteroma

D) Aldosteroma

E) Androsteroma
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
673) Bu şişlərdən hansılar ən az rast gəlmə tezliyinə malikdirlər?
A) Kortikoestroma

B) Aldosteroma

C) Qarışığ tərkibli

D) Qlyukosteroma

E) Androsteroma
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
674) Feoxromositoma böyrək-üstü vəzidə yerləşərsə katexolaminlərin miqdarı necə dəyişir?
A) Adrenalinin miqdarı artır, noradrenalinin miqdarı azalır

B) Noradrenalinin və adrenalinin miqdarı azalır

C) Noradrenalinin və adrenalinin miqdarı artır

D) Noradrenalinin miqdarı artir, adrenalinin miqdarı azalır

E) Noradrenalinin miqdarı artır, adrenalinin miqdarı dəyişmir
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
675) Feoxromositoma böyrək-üstü vəzidən kənar yerləşərsə katexolaminlərin miqdarı necə dəyişir?
A) Adrenalinin miqdarı artır, noradrenalinin miqdarı azalır

B) Noradrenalinin miqdarı artir, adrenalinin miqdarı azalır

C) Noradrenalinin və adrenalinin miqdarı artır

D) Noradrenalinin miqdarı artır, adrenalinin miqdarı dəyişmir

E) Noradrenalinin və adrenalinin miqdarı azalır
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
676) Feoxromositomanın diaqnostikası üçün aşağıdakı müayinə aparılmır?
A) Venoz qanda katexolaminlərin təyini

B) Aortoqrafiya

C) Böyrəküstü vəzilərin USM

D) AKTH ilə sınaq

E) Sutkalıq sidikdə katexolaminlərin təyini
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
677) Bu sınaqlardan hansı feoxromositoma diaqnozunu təsdiq etmək üçün istifadə olunmur?
A) Tropafen sınağı

B) Palpator sınağ

C) Soyuq sınağı

D) Histamin sınağı

E) Deksametazon sınağı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
678) Feoxromositomanın müalicə üsulları hansılardır?
A) Şişin operativ yol ilə cıxarılması

B) Müşaidə

C) Ximioterapiya

D) Şua terapiyası

E) Krizlərin konservativ müalicəsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
679) Feoxromositoma harada lokalizasiya edə bilər?
A) Qara ciyərdə, dalaqda

B) Böyrəklərdə, ağ ciyərlərdə

C) Paraqanqliyalarda, böyrəklərdə

D) Böyrək-üstü vəzilərin beyin maddəsində, sidik kisəsində, paraqanqliyalarda

E) Sidik kisəsində, qara ciyərdə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
680) Feoxromositomalı xəstələrdə hipertonik krizlərin yaranmasına nə səbəb ola bilər?
A) Emosional gərginlik, artıq maye qəbulu

B) Nitratlardan istifadə

C) Emosional gərginlik, artıq qida qəbulu, şişin palpasiyası və ya heç bir səbəb olmadan

D) İsti hava şəraiti, şişin palpasiyası

E) Artıq qida qəbulu, hipodinamiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
681) Feoxromositoma diaqnozunu təsdiq etmək üçün nə təyin olunur?
A) Sutkalıq sidikdə noradrenalin və kortizol

B) Sutkalıq sidikdə vinil-badam turşusu, adrenalin və noradrenalin

C) Sutkalıq sidikdə adrenalin və aldosteron

D) Sutkalıq sidikdə kortizol, adrenalin və vinil-badam turşusu

E) Sutkalıq sidikdə vinil-badam turşusu, aldosteron və noradrenalin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
682) Feoxromositomalı xəstələrdə arterial təzyiqin artması hansı preparat ilə aradan götürülür?
A) Diuretiklərlə

B) Nitratlarla

C) AÇF-inhibitorları ilə

D) β-blokatorlarla

E) α-adrenoblokatorlarla
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
683) Konn xəstəliyi zamanı hansı pəhrizdən istifadə olunur?
A) Mn ilə zənqin

B) Ca ilə zənqin

C) NaCl ilə zənqin

D) Ka ilə zənqin

E) Mg ilə zənqin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
684) Konn xəstəliyi zamanı müalicə prinsipləri hansılardır?
A) Cərrahi müdaxilə

B) NaCl ilə zəngin pəhriz

C) Qlükokortikoidlərlə müalicə

D) Antibiotiklərlə müalicə

E) Şüa müalicəsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
685) Konn xəstəliyi zamanı hansı qrupdan olan diuretiklər istifadə olunur?
A) İlik diuretiklər

B) Kombinə edilmiş diuretiklər

C) İstifadə olunmur

D) Kalium qoruyucu

E) Tiazid
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
686) Adrenalektomiyadan sonra hansı vəziyyət yarana bilər?
A) Nelson sindromu

B) Parxon sindromu

C) Volfram sindromu

D) Simmonds sindromu

E) Şıxen sindromu
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
687) Kəskin böyrəküstü vəzin çatmamazlığı zamanı əsas diaqnostik göstərici hansıdır?
A) Hərarətin azalması

B) Qarnda kəskin ağrılar

C) Hərarətin artması

D) AT kəskin düşməsi

E) AT artması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
688) Bu qlyukokortikoidlərdən hansıların təyini anadanqəlmə Adrenoqenital sindromun müalicəsi üçün daha məqsədə uyğundur?
A) Deksametazon, kortizon

B) Kortineff, deksametazon

C) Prednizolon, deksametazon

D) Kortizon, kortizol

E) Prednizolon, kortizol
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
689) Mineralokortikoidlərə həssas toxumalar hansılardır?
A) Böyrəklər, bağırsaqlar, tər və tüpürcək vəziləri

B) Bağırsaqlar, ağ ciyərlər

C) Ağ ciyərlər, böyrəklər, tər və tüpürcək vəziləri

D) Qara ciyər, bağırsaqlar, tər və tüpürcək vəziləri

E) Tər və tüpürcək vəziləri, qara ciyər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
690) Katexolaminlər hansı aminturşusundan əmələ gəlir?
A) Serin

B) Qlisin

C) Alanin

D) Tirozin

E) Serotonin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
691) Böyrək-üstü vəzilərin yumağcıq qatında hansı hormonlar ifraz olur?
A) Aldosteron

B) Estrogenlər

C) Androgenlər

D) Kortizol

E) Qlyukaqon
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
692) Böyrəküstü vəzilərin dəstəli qatında hansı hormonlar ifraz olunur?
A) Estrogenlər, aldosteron

B) Kortizol, androgenlər, estrogenlər

C) Aldosteron, adrenalin, androgenlər

D) Androgenlər, aldosteron, kortizol

E) Adrenalin, kortizol, aldosteron
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
693) 33 yaşlı qadın bədən çəkisinin artmasından (6 kg son 1 bir ildə), tüklənmədən, dərinin quruluğundan şikayət edir. Obyektiv müayinə zaman: AT 170/110 mm.c.s., yanaqları qızarmış, dəridə tünd zolaqların olması aşkarlanıb. Laborator müayinələr: Na 141 mmol/L, Ka 4.4 mmol/L, xloridlər 100 mmol/L, CO2 25 mmol/L, qlyukoza 181 mq/dL, kreatinin1.0 mq/dL. Bu xəstədə instrumental müayinəsi zamanı hansı dəyişiliklər aşkarlana bilər?
A) Qarın boşluqunun KT zamanı böyrək-üstü vəzilərdə törəmə

B) Ssintiqrafiya zamanı qalxanvari vəzidə “isti” düyünlər

C) Aortanın bifurkasiyasında törəmə

D) Ağ ciyərlərin R-qen müayinəsində vərəm

E) USM müayinəsi zamanı yumurtalıqlarda kistalar
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
694) Böyrək-üstü vəzilərdə kortizolu blokada edən preparatlar hansıdır?
A) Veroşpiron

B) Xloditan

C) Kaberqolin

D) Kalsitonin

E) Hipotiazid
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
695) İkitərəfli adrenalektomiyanın fəsadı hansıdır?
A) Hipertonik krizlər

B) Steroid psixozlar

C) Nelson sindromu

D) Hiperkaliyemiya

E) Steroid diabet
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
696) Nelson sindromu üçün nə xarakterikdir?
A) Hipofizdə şişin böyüməsi

B) Karbohidrat mübadiləsinin pozulması

C) Qanda AKTH-ın səviyyəsinin azalması

D) Hipokaliyemiya

E) Hiperkalsiyemiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
697) Nelson sindromunun patogenezi nədən ibarətdir?
A) Kortikosteroidlərin kortikotropinin hipofizar sekresiyasına tormozlayıcı təsirinin olmaması ilə

B) Kəllədaxili hipertenziya sindromunun olması ilə

C) Hipofizdə şişin olması ilə

D) Hipotalamusda iltihabi proseslə

E) Kortikotropinin ektopik sekresiyası ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
698) Nelson sindromunun profilaktikası nədən ibarətdir?
A) Hipotenziv terapiyadan

B) Hipofizar nahiyənin şüalanmasından

C) Karbohidrat mübadiləsinin normallaşmasından

D) Veroşpironun qəbulundan

E) Bromokriptin ilə müalicədən
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
699) İkincili böyrək-üstü vəzilərinin çatmamazlığı üçün nə xarakter deyil?
A) Na normada

B) Ka normada

C) Hiperpiqmentasiyanın olmaması

D) Kortizolun normada olması

E) AKTH normadan aşağı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
700) Böyrəküstü vəzilərin ikincili çatışmazlığı üçün nə xarakterdir?
A) AKTH artması

B) Kortizolun artması

C) Hipernatriyemiya

D) Hiperkaliyemiya

E) Kortizolun normadan aşağı olması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
701) Şmidt sindromu hansı xəstəliklərdən ibarətdir?
A) Addison xəstəliyi və şəkərsiz diabet

B) Addison xəstəliyi və feoxromositoma

C) Addison xəstəliyi və qörmə qabiliyyətinin zəifləməsi

D) Addison xəstəliyi və gizli autoimmun tireoidit

E) İdiopatik Addison xəstəliyi və şəkərli diabet
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
702) Qorlin sindromu üçün nə xarakterik deyil?
A) Şəkərsiz diabet

B) Qalxanvari vəzin medullyar karsinoması

C) Hiperparatireoz

D) Selikli qişaların nevrinoması

E) Feoxromositoma
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
703) Çoxsaylı endokrin neoplaziya 2 tip üçün nə xarakterik deyil?
A) Qalxanvariətraf vəzilərin onkolojı şişləri

B) Qastrinoma

C) Qalxanvari vəzin medullyar karsinoması

D) Feoxromositoma

E) Qalxanvariətraf vəzilərin hiperplaziyası
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
704) Glyukosteromanın kliniki əlaməti hansıdır?
A) Ağ rəngli striyalar

B) Hipotoniya

C) Hündürboyluluq

D) Alçaqboyluluq

E) Piylənmə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
705) Glyukosteroma zamanı nəyin miqdarı artır?
A) Kortikoliberinin

B) Aldosteronun

C) Kortizolun

D) Glyukaqonun

E) Kortikotropinin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
706) Glükosteroma üçün diaqnostik əhəmiyyət daşıyan sınaq hansıdır?
A) AKTH ilə sınaq

B) Sinakten ilə sınaq

C) Xorionik qonadotropin ilə sınaq

D) Böyük deksametazon sınağı

E) Deksametazon-xorioqonin sınağı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
707) Glyukosteroma zamanı böyrəküstü vəzilərdə nə baş verir?
A) Hər iki vəz hipoplaziyaya uğrayırlar

B) Bir vəzi böyüyür, o birinin ölçüləri dəyişmir

C) Hər iki vəz böyüyür

D) Bir vəzi böyüyür, o biri hipoplaziyaya uğrayır

E) Vəzilərin ölçüləri dəyişmir
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
708) Androsteromanın xarakter klinik əlamətləri hansılardır?
A) Boyun ləngiməsi və erkən cinsi inkişaf

B) Boyun sürətlə artması və vaxtından əvvəl cinsi tüklənmə

C) Boyun sürətlə artması, cinsi inkişafın ləngiməsi

D) Erkən telarxe və boyun sürətlə artması

E) Boyun və cinsi inkişafın ləngiməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
709) Androsteroma üçün diaqnostik əhəmiyyət daşıyan sınaq hansıdır?
A) Müsbət kiçik deksametazon sınağı

B) AKTH ilə müsbət sınağq

C) AKTH ilə mənfi sınağ

D) Müsbət böyük deksametazon sınağı

E) Mənfi böyük deksametazon sınağı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
710) Estroma üçün xarakter hormonal dəyişikliklər hansıdır?
A) AKTH-ın azalması

B) Qanda androgenlərin səviyyəsinin artması

C) AKTH-ın artması

D) Qanda estrogenlərin səviyyəsinin artması

E) Qonadotrop hormonların səviyyəsinin artması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
711) Estroma zamanı böyrəküstü vəzilərdə nə baş verir?
A) Hər iki vəz hiperplaziyaya uğrayıblar

B) Bir vəzi böyüyür, o birinin ölçüləri dəyişmir

C) Bir vəzi böyüyür, o biri hipoplaziyaya uğrayır

D) Hər iki vəz hipoplaziyaya uğrayıblar

E) Hər iki vəz normal ölçüdə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
712) Birincili aldosteronizmin ən geniş rast qələn etiopatogenetik variantı hansıdır?
A) Böyrəküstü vəzinin dəstəli qatının hüceyrələrinin ikitərəfli düyünlü hiperplaziyası

B) Böyrəküstü vəzinin beyin qatının adenoması

C) Böyrəküstü vəzinin torlu qatının hüceyrələrinin ikitərəfli düyünlü hiperplaziyası

D) Böyrəküstü vəzinin yumaqcıqlı qatının adenoması (aldosteroma)

E) Böyrəküstü vəzinin torlu qatının diffuz hiperplaziyası
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
713) Birincili hiperaldosteronizmin kliniki əlamətləri hansılardır?
A) Zəiflik və bədən çəkisinin artması

B) Baş ağrıları və qıc olmalar

C) Poliuriya və aseton qoxusu

D) Miopleqiya tutmaları və bədən çəkisinin artması

E) Arterial hipertoniya və miopleqiya tutmaları
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
714) Birincili hiperaldosteronizm zamanı qanın biokimyavi göstəriciləri necə dəyişir?
A) Hiperkaliyemiya və metabolik alkaloz

B) Hiperkaliyemiya və metabolik asidoz

C) Hipernatriyemiya və metabolik alkaloz

D) Hiponatriyemiya və metabolik alkaloz

E) Hipokaliyemiya və metabolik alkaloz
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
715) Birincili hiperaldosteronizm üçün xarakter olan dəyişikliklər hansılardır?
A) Renin aktivliyinin azalması, qanda aldosteronun səviyyəsinin azalması

B) Renin aktivliyinin artması, qanda aldosteronun səviyyəsinin azalması

C) Renin aktivliyinin artması, qanda aldosteronun səviyyəsinin artması

D) Renin aktivliyinin azalması, qanda aldosteronun səviyyəsinin artması

E) Renin aktivliyinin dəyişilməməsi, qanda aldosteronun səviyyəsinin artması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
716) İdiopatik birincili hiperaldosteronizm zamanı böyrəküstü vəzilərdə hansı dəyişikliklər baş verir?
A) Böyrək-üstü vəzilər vizualizə olmurlar

B) Hər iki vəz normal ölçüdə

C) Adenoma əmələ qəlir

D) Hər iki vəz hiperplaziyaya uğrayıblar

E) Hər iki vəz hipoplaziyaya uğrayıblar
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
717) İkincili böyrəküstü vəzilərin xroniki çatmamazlığının səbəbləri hansıdır?
A) Böyrəküstü vəzilərin autoimmun zədələnməsi

B) Vərəm


C) Böyrəküstü vəzilərin anadanqəlmə hipoplaziyası

D) Böyrəküstü vəzilərin şişi

E) AKTH-ın anadanqəlmə defisiti
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
718) Birincili hipokortisizmin müalicəsi zamanı istifadə olan preparatlar hansılardır?
A) Steroid hormonlar

B) Sidik qovucular

C) Ürək qlikozidləri

D) AKTH-ın sintetik analoqları

E) Katexolaminlər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
719) Birincili böyrəküstü vəzilərin xroniki çatmamazlığının səbəbləri hansılardır?
A) Kəllə-beyin travması

B) Mərkəzi sinir sistemində şiş törəməsi

C) Uzun müddət qlyukokortikoid qəbulu

D) Böyrəküstü vəzilərin vərəm yaxud autoimmun proseslə zədələnməsi

E) Neyroinfeksiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
720) İkincili hipokortisizm zamanı istifadə olan preparatlar hansılardır?
A) Qlyukokortikoidlər

B) Katexolaminlər

C) Biolojı aktiv maddələr

D) Anaboliklər

E) Mineralokortikoidlər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
721) Böyrəküstü vəzilərin kəskin çatışmazlığı zamanı müalicə hansı preparatın və haraya yeridilməsi ilə başlanır?
A) Venaya prednizolonun yeridilməsi ilə

B) Hidrokortizonun per os qəbul edilməsi ilə

C) Əzələyə prednizolonun yeridilməsi ilə

D) Venaya hidrokortizonun yeridilməsi ilə

E) Prednizolonun per os qəbul edilməsi ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
722) Mineralokortikoid çatmamazlığı nəyə səbəb ola bilər?
A) Ödemlərə

B) Arterial hipertoniyaya

C) Tetaniyaya

D) Arterial hipotoniyaya

E) Qəbzliyə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə