Endokrinologiya ixtisası üzrə nümunəvi test sualları 1 Akromeqaliyanın aktiv mərhələsi üçün aşağıdakı hansı əlamətlər xarakterik deyil?


) Şəkərsiz diabetin müalicəsində istifadə olunmayan preparat hansıdır?



Yüklə 1,8 Mb.
səhifə2/18
tarix30.09.2017
ölçüsü1,8 Mb.
#2510
1   2   3   4   5   6   7   8   9   ...   18

67) Şəkərsiz diabetin müalicəsində istifadə olunmayan preparat hansıdır?
A) Minirin

B) Hipotiazid

C) Xlorpropamid

D) Kaberqolin

E) Teqretol
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
68) Sentral genezli şəkərsiz diabetin müalicəsində istifadə olunan preparat hansıdır?
A) Veroşpiron

B) Xlorpropamid

C) Teqretol

D) Minirin

E) Hipotiazid
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
69) Pubertat-gənclik dispituitarizmli xəstələrdə böyrəküstü vəzilərdə nə müşahidə olunur?
A) Hər iki böyrəküstü vəzilərinin hiperplaziyası

B) Bir böyrəküstü vəzilərinin hiperplaziyası

C) Böyrəküstü vəzilərin normal ölçülü olması

D) Kistalar

E) Hər iki böyrəküstü vəzilərinin hipoplaziyası
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
70) Qızlarda pubertat-qənclik dispituitarizmi nə ilə xarakterizə olur?
A) Dismenoreya ilə

B) Erkən fiziolojı müddətdə pubertat inkişafla

C) Vaxtından əvvəl cinsi inkişafla

D) Qecikmiş fiziolojı müddətdə pubertat inkişafla

E) Klitoromeqaliya ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
71) Pubertat - gənclik dispituitarizmi üçün xarakter rentqenolojı dəyişiliklər hansıdır?
A) Skolioz

B) Sümükləşmə tempinin ləngiməsi

C) Onurğa sütünunun osteoporozu

D) Kəllə daxili təziqin əlamətləri

E) Uzun boru sümüklərinin osteoporozu
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
72) Tireotropin hansı hormonların sintezini artırır?
A) Kortizolun

B) Tiroksinin

C) Adrenalinin

D) Pankreatik polipeptidin

E) Estrogenlərin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
73) Pubertat - gənclik dispituitarizmin müalicə prinsiplərinə hansı aid deyil?
A) Burun-boğaz xəstəliklərinin müalicəsi

B) Dehidratasiya

C) Qlükokortikoid terapiya

D) Pəhriz

E) İltihaba qarşı müalicə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
74) Pubertat-qənclik dispituitarizmin mümkün fəsadlarına aid deyil?
A) Yumurtalıqların polikistozu

B) Arterial hipertoniya

C) Piylənmə

D) Neyrosirkulyator distoniya

E) Mədənin xorası
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
75) Pubertat-qənclik dispituitarizmi zamanı dəridə olan dəyişiliklərə aid deyil?
A) Striyalar

B) Follikulyar hiperkeratoz

C) Sarımtılığı

D) Dərinin quruluğu

E) Hiperpiqmentasiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
76) Pubertat-qənclik dispituitarizmi üçün xarakterik hormonal dəyişiliklər hansıdır?
A) Hipoinsulinizm və hiperprolaktinemiya

B) Hipokortisizm və hipotireoz

C) Hipertirotropinemiya və hipoinsulinizm

D) Hiperinsulinizm və hiperkortisizm

E) Hiperkortisizm və hipoparatireoz
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
77) Pubertat-gənclik dispituitarizmi üçün xarakterik olmayan kliniki simptom hansıdır?
A) Arterial hipertoniya

B) Dərinin trofikasinın pozulması

C) Alçaqboyluluq

D) Piylənmə

E) Hündürboyluluq
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
78) Ölcüləri necə mm az olan prolaktin sekresiya edən şiş mikroprolaktinoma hesab edilir?
A) <50 mm

B) <10 mm

C) <30 mm

D) <20 mm

E) <40 mm
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
79) Ölcüləri necə mm çox olan prolaktin sekresiya edən şiş makroprolaktinoma hesab edilir?
A) >20 mm

B) >30 mm

C) >40 mm

D) >50 mm

E) >10 mm
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
80) Somatotrop çatışmazlığının müalicəsi zamanı boy hormonun həftəlik dozası nə qədərdir?
A) 0,5-1 BV/kg çəkiyə həftədə

B) 3-4 BV/kg çəkiyə həftədə

C) 4-5 BV/kg çəkiyə həftədə

D) 5-6 BV/kg çəkiyə həftədə

E) 1-2 BV/kg çəkiyə həftədə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
81) Somatotrop çatmamazlığının müalicəsi zamanı boy hormonunun gündəlik dozası nə qədərdir?
A) 0,044 BV/kq çəkiyə

B) 0,033 BV/kq çəkiyə

C) 0,022 BV/kq çəkiyə

D) 0,066 BV/kq çəkiyə

E) 0,055 BV/kq çəkiyə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
82) Somatotrop çatəşmazlığının müalicəsi zamanı boy hormonun hansı vaxtda vurulması məsləhət görülür?
A) 18.00-19.00

B) 12.00-13.00

C) 20.00-22.00

D) 15.00-16.00

E) 09.00-10.00
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
83) Boyun artımı ildə neçə sm az olmalıdır ki somatotrop çatmamazlığı diaqnozu təsdiqlənsin?
A) 6 sm

B) 4 sm


C) 5 sm

D) 8 sm


E) 7 sm
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
84) Sümük yaşı xronolojı (pasport) yaşdan neçə il fərqlənməlidir ki somatotrop çatmamazlığı diaqnozu təsdiqlənsin?
A) 3 yaş qeri qalamlıdır

B) 1 yaş qeri qalmalıdır

C) 2 yaş qeri qalmalıdır

D) 5 yaş qeri qalmalıdır

E) 4 yaş qeri qalmalıdır
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
85) Somatotrop hormonu çatışmazlığı zamanı stimulyasiya sınaqları hansı növ insulin ilə aparılır?
A) İnsulin analoqları ilə

B) Uzun müddətli

C) Orta müddətli

D) Ultraqısa müddətli

E) Qisa müddətli
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
86) Somatotrop hormonu çatışmazlığı zamanı insulin sınaqı aparılarkan insulinin dozası 1 kg çəkiyə neçə vahid təşkil edir?
A) 0,1 V

B) 0,4 V


C) 0,2 V

D) 0,3 V


E) 0,5 V
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
87) Somatotrop hormonu çatışmazlığı zamanı klofelin sınaqı aparılarkan klofelinin dozası bədənin 1 m2 neçə mg təşkil edir?
A) 0,25 mg

B) 0,45 mg

C) 0,40 mg

D) 0,35 mg

E) 0,15 mg
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
88) Hipofizar nanizmli oğlanlarda ikincili hipoqonadizm diaqnozunu hansı yaşa çatdıqda qoymaq olar?
A) 8 yaş

B) 16 yaş

C) 6 yaş

D) 10 yaş

E) 12 yaş
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
89) Hipofizar nanizmli qızlarda ikincili hipoqonadizm diaqnozunu hansı yaşa çatdıqda qoymaq olar?
A) 11 yaş

B) 12 yaş

C) 15 yaş

D) 6 yaş


E) 8 yaş
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
90) Somatotrop çatışmazlığı zamanı boy zonaları bağlandıqda somatotropin ilə müalicəni hansı dozada davam etmək lazımdır?
A) 0,0044 mg/kq/sut

B) 0,0033 mg/kq/sut

C) 0,033 mg/kq/sut

D) 0,05 mg/kq/sut

E) 0,044 mg/kq/sut
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
91) Boy çatmamamzlığı olan xəstələrdə hipotireoza şübhə varsa stimulyasiya sınaqlarından əvvəl orqanizmi hansı preparatlarla “doydurmaq” lazımdır?
A) Tireoid hormonlarla

B) Desmopressinlə

C) Boy hormonu ilə

D) Estrogenlərlə

E) Qlyukokortikoidlərlə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
92) Boy çatışmamzlığı olan xəstələrdə ikincili cinsi inkişaf etməyibsə stimulyasiya sınaqlarından əvvəl hansı preparatlardan orqanizmi hansı preparatlarla “doydurmaq” lazımdır?
A) Desmopressinlə

B) Tireoid hormonlarla

C) Cinsi hormonlarla

D) Qlyukokortikoidlərlə

E) Boy hormonu ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
93) Prolaktinemiyaya şübhə varsa beynin KT-sı prolaktinin hansı səviyyəsində aparılır?
A) <900 BV/l

B) <1500 BV/l

C) <2500 BV/l

D) <1000 BV/l

E) <2000 BV/l
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
94) Somatotrop hormon periferik toxumaların səviyyəsində boy effektini nəyin köməyi ilə göstərir?
A) Melanositstimyulaedici hormonun

B) Somatoliberinlərin

C) Somatostatinlərin

D) Prolaktinin

E) Somatomedinlərin
Ədəbiyyat: И.И.Дедов. Эндокринология. «Медицина», Москва, 2004
95) Hiperprolaktinemiya hansı xəstəliklər zamanı yarana bilməz?
A) Hipokortisizm

B) Yumurtalıqların teratoması

C) Diffuz toksiki ur

D) Yumurtalıqların polikistozu

E) Miyeloleykoz
Ədəbiyyat: И.И.Дедов. Эндокринология. «Медицина», Москва, 2004
96) Hansı sindrom boy çatışmazlığı ilə müşahidə edilmir?
A) Kleynfelter sindromu

B) Blum sindromu

C) Nunan sindromu

D) Qatçinson sindromu

E) Rubenşteyn sindromu
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина»
97) Hansı sindrom boy çatışmazlığı ilə müşahidə olunur?
A) Pikvik sindromu

B) Badda-Kiari sindromu

C) Akrorenal sindrom

D) Sikel sindromu

E) Blox-Sultsberqer sindromu
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина»
98) Somatotrop çatışmazlığı zamanı zədələnmənin səviyyəsini (hipofiz və ya hipotalamus) müəyyən etmək üçün hansı sınaqdan istifadə edirlər?
A) Soyuq sınağı

B) L-dofa sınağı

C) AKTH sınağı

D) İnsulin sınağı

E) Veroşpiron sınağı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина»
99) Qonadotropinlərin çatışmazlığı ilə bağlı hipofizar nanizmin klinik əlamətlərinə aid deyil?
A) Qoltuq altı nahiyədə tüklənmənin olmaması

B) Qasıq nahiyəsində tüklənmənin olmaması

C) Mikrofallus

D) Varikosele

E) Kriptorxizm
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
100) Somatotrop çatışmazlığı zamanı zədələnmə səviyyəsi hipofiz olduqda insulin və tiroliberin sınaqlarının cavabı?
A) Hər iki sınaq “+”

B) İnsulin sınağı “+” , tiroliberin sınağı “-”

C) İnsulin sınağı “-” , tiroliberin sınağı “+”

D) İnsulin sınağı zamanı “-” cavab 30 dəq sonra “+” cavaba keçir

E) Mənfi cavab
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина»
101) Somatotrop çatışmazlığı zamanı zədələnmə səviyyəsi hipotalamus olduqda insulin və tiroliberin sınaqlarının cavabı?
A) İnsulin sınağı “+” , tiroliberin sınağı “-”

B) Hər iki sınaq “+”

C) İnsulin sınağı zamanı “-” cavab 30 dəq sonra “+” cavaba keçir

D) “-” Cavab

E) İnsulin sınağı “-” , tiroliberin sınağı “+”
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина»
102) Stimulyasiya sınaqları aparılarkən boy hormonunun hansı göstəriciləri total somatotrop çatışmazlığı haqqında sübut edir?
A) 7ng/ml az

B) 10-14 ng/ml

C) 14-20 ng/ml

D) 7 ng/ml çox

E) 7-10 ng/ml
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва
103) Stimulyasiya sınaqları aparılarkən boy hormonunun hansı göstəriciləri hissəvi somatotrop çatışmazlığı haqqında sübut edir?
A) 7ng/ml az

B) 7 ng/ml çox

C) 14-20 ng/ml

D) 7-10 ng/ml

E) 10-14 ng/ml
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина»
104) Somatotrop çatışmazlığı zamanı istifadə olunan preparatlara aşağıdakılardan hansı aid deyil?
A) Sayzen

B) Rastan

C) Xumaloq

D) Xumatrop

E) Genotropin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина»
105) Hiperprolaktinemik hipoqonadizm zamanı aparılan müalicə metodunu göstərin?
A) Şüa müalicəsi

B) Cərrahi müalicə

C) Estrogen - hestagen preparatları ilə tsiklik müalicə

D) Dofamin aqonistləri ilə medikamentoz müalicə

E) Qonadotropin müalicəsi
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
106) Hipofizin ən çox yayılmış adenoması hansıdır?
A) Somatotropinoma

B) Kortikotropinoma

C) Prolaktinoma

D) Tireotropinoma

E) Qonadotropinoma
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
107) 17 yaşında gənc artıq çəkidən (5 yaşından etibarən ) və tez - tez olan baş ağrılarından əziyyət çəkir. 11-12 yaşında yaşıdlarından boyca hündür olub. Hal-hazırda boyu 176 sm, çəkisi 110 kq - dır. Üzü dəyirmidir. Qarın və sarğı nahiyəsində çəhrayı striyaları var. Cinsi inkişafı yaşına uyğundur. A/T 160/100 mm.c.st. Diaqnoz aşağıdakılardan hansı ola bilər?
A) Hipertoniya xəstəliyi

B) İtsenko - Kuşinq xəstəliyi

C) Pubertat - gənclik dispituitarizmi

D) İtsenko - Kuşinq sindromu

E) Ekzogen - konstitutsional piylənmə
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
108) Akromeqaliyanın aktiv fazasında aşağıdakılardan hansı olmur?
A) Proqnatizm

B) Dəri örtüklərinin quruluğu

C) Baş ağrısı

D) Hirsutizm

E) Ətrafların böyüməsi
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
109) Aşağıdakılardan hansı akromeqaliya üçün xarakter əlamət deyil?
A) Yuxululuq

B) Görmənin zəifləməsi

C) Üz və əllərin şişkinliyi

D) Proqnatizm

E) Dad hissiyatının pozulması
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
110) Aşağıdakı faktorlardan hansı akromeqaliyanın inkişafına gətirib çıxarır?
A) Sadalananların hamısı

B) STH ifraz edən hipotalamus şişləri

C) Hipofizdən kənar STH ifraz edən şişlər

D) İBF-1 əmələ gəlməsinin və aktivliyinin artması

E) Somatostatin sintezinin azalması
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
111) Sağlam insanlarda günün hansı vaxtı AKTH ən yüksək səviyyəsi qeyd olunur?
A) 0–4 saat

B) AKTH sekresiyası sutka ərzində daimi olur

C) 5–9 saat

D) 10–16 saat

E) 16–20 saat
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
112) Sağlam insanlarda günün hansı vaxtı AKTH ən aşağı səviyyəsi qeyd olunur?
A) AKTH sekresiyası sutka ərzində daimi olur

B) 5–9 saat

C) 10–14 saat

D) 15–17 saat

E) 18–23 saat
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
113) İnsana kortikoliberinin yeridilməsi nəyə səbəb olur?
A) AKTH sintezinin güclənməsi

B) AKTH sintezinin tormozlanması

C) Aldosteron sintezinin azalması

D) Kortizol sintezinin azalması

E) İnsulin sintezinin sürətlənməsi
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
114) İnsana tiroliberinin yeridilməsi nəya səbəb ola bilər?
A) Prolaktin sekresiyasını artırır

B) FSH sekresiyasını artırır

C) TTH sintezini azaldır

D) LH sekresiyasını azaldır

E) Sadalanan hormonlardan heç birinə təsir göstərmir
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
115) Hipofizin arxa payında ifraz olunur?
A) Somatotropin

B) AKTH


C) Prolaktin

D) Oksitosin

E) TTH
Ədəbiyyat: R.M.Məmmədhəsənov,Endokrinologiya,Bakı.2006
116) Antidiuretik hormon harada sekresiya olunur?
A) Neyrohipofizdə

B) Böyrəküstü vəzin qabıq maddəsində

C) Beyincikdə

D) Hipotalamusda

E) Adenohipofizdə
Ədəbiyyat: R.M.Məmmədhəsənov,Endokrinologiya,Bakı.2006
117) AKTH harada sintez olunur?
A) Limbik sistemdə

B) Hipotalamusda

C) Böyrəküstü vəzin qabıq maddəsində

D) Hipofizin arxa payında

E) Hipofizin ön payında
Ədəbiyyat: R.M.Məmmədhəsənov,Endokrinologiya,Bakı.2006
118) Tireotrop hormon (TTH) harada sintez olunur?
A) Hipofizin arxa payında

B) Hipotalamusda

C) Qalxanabənzər vəzidə

D) Mədəaltı vəzidə

E) Hipofizin ön payında
Ədəbiyyat: R.M.Məmmədhəsənov,Endokrinologiya,Bakı.2006
119) Tireotrop hormon nəyin sintezini stimulə edir?
A) İnsulin

B) Tiroksin

C) Testosteron

D) Sadalananların hamısı

E) Qlükaqon
Ədəbiyyat: R.M.Məmmədhəsənov,Endokrinologiya,Bakı.2006
120) Tiroliberin sekresiyasına təsir göstərir?
A) İnsulin

B) Qlükaqon

C) Tiroksin

D) Sadalananların heç biri

E) Oksitosin
Ədəbiyyat: R.M.Məmmədhəsənov,Endokrinologiya,Bakı.2006
121) AKTH ektopik ifraz sindromu aşağıda sadalananların hansı ilə xarakterizə olunmur?
A) Hiperkortisizm klinikası ilə

B) Hipertoniya ilə

C) Müsbət sadələşdirilmiş deksametazon sınağı ilə

D) Mənfi sadələşdirilmiş deksametazon sınağı ilə

E) Müsbət genişləndirilmış deksametazon sınağı ilə
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
122) Akromeqaliya zamanı bromkriptinin təyini aşağıdakılardan hansına səbəb olmur?
A) Dispeptik əlamətlər

B) Hipertoniya

C) Hipotoniya

D) Allergik reaksiya

E) Qlikemiyanın səviyyəsinin enməsi
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
123) Kişilərdə qonadotropinin sekresiyasının azalması nəyə səbəb olur?
A) Eşitmənin güclənməsi

B) Potensiyanın və libidonun artması

C) Xayaların ölçüsünün kiçilməsi ilə

D) Sadalananların hamısı

E) Hirsutizm
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
124) Somatostatinin xüsusiyyətlərinə hansı aid deyil?
A) Hipotalamusda sekresiya olunur

B) STH sekresiyasına blok edici effekt göstərir

C) Mədəaltı vəzidə sekresiya olunur

D) İnsulinin sekresiyasını çoxaldır

E) TTH sekresiyasına blok edici effekt göstərir
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
125) Hipofiz çatışmazlığının müalicəsində nə istifadə olunur?
A) Tireoid preparatlar

B) STH


C) Qlükokortikoidlər

D) Sadalananların hamısı

E) Cinsi hormonlar
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
126) Şmidt sindromu nə ilə xarakterizə olunur?
A) Şəkərli diabet

B) Hipoqonadizm

C) Hipokortisizm

D) Sadalananların hamısı ilə

E) Hipotireoz
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
127) Prolaktin sekresiyasını nə tormozlayır?
A) Uzunmüddətli aclıq

B) Sadalananların hamısı

C) Dofamin

D) Tiroliberin

E) Stress
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
128) Hiperprolaktinemik hipoqonadizm necə müalicə olunur?
A) Dofamin reseptorların aqonistləri ilə

B) Teleqammaterapiya ilə

C) Operativ müdaxilə ilə

D) Hipofizin protonoterapiyası ilə

E) Sadalananların hamısı
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
129) Hiperprolaktinemik hipoqonadizm kişilərdə nəyə səbəb olur?
A) Potensiyanın azalmasına

B) Ginekomastiya

C) Spermatogenezin zəifləməsinə

D) Sadalananların hamısı

E) Libidonun azalmasına
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
130) STH hansı effekti yoxdur?
A) Katabolik

B) Piymobilizə edən

C) Bədən uzunluğunun artması

D) Anabolik

E) Hiperqlikemik
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
131) Akromeqaliyanın aktiv fazasında aşağıda sadalananlardan hansı olmur?
A) Ağır hipoqlikemik vəziyyət

B) Tərlilik

C) Oynaqların zədələnməsi

D) Ödemlərin inkişafı

E) Yumşaq toxumaların inkişafı (derma, əzələlər və s.)
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
132) Şien sindromu və Simmonds xəstəliyinin inkişafına nə səbəb olmur?
A) İnfeksion xəstəlik (sifilis, vərəm)

B) Hipofizektomiya

C) Ağır fiziki gərginlik

D) Adenohipofizə qansızma

E) Hipofizin şüa müalicəsi
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
133) Simmonds xəstəliyi nədir?
A) Sadalananların hamısı

B) Şüa müalicəsindən sonra başlamış hipofizar çatmamazlıq

C) İkitərəfli adrenalektomiyadan sonrakı klinik sindrom

D) İnfeksion prosessin nəticəsində başlamış panhipopituitarizm

E) Massiv qanitirməsinin nəticəsi kimi doğuş sonrası panhipopituitarizm
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
134) Panhipopituitarizm aşağıdakılardan hansının funksiyasına təsir göstərmir?
A) Karbohidrat mübadiləsi

B) Qalxanabənzər vəzi

C) Cinsi vəzlər

D) Böyrəküstü vəzin qabıq maddəsi

E) Qalxanabənzər ətraf vəzilər
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
135) Panhipopituitarizm zamanı reproduktiv sistemin zədələnmələrinə aşağıdakılardan hansı aid deyil?
A) Yumurtalıqların atrofiyası,kişilərdə prostatın atrofiyası

B) Aybaşı tsiklinin pozulması

C) Alopesiya

D) Hirsutizm və hipertrixoz

E) Libidonun azalması
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
136) Hiperprolaktinemik hipoqonadizm sindromu zamanı aşağıdakılardan hansı zədələnir?
A) Qalxanabənzər vəzi

B) Yumurtalıqlar və uşaqlıq

C) Qalxanabənzər ətraf vəzi

D) Sadalananların hamısı

E) Böyrəküstü vəzlər
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
137) Aşağıda sadalananlardan biri hipofizin asidofil hüceyrələrinə aid deyil?
A) Adenohipofizin bütün hüceyrələrinin 30–40%-ni təşkil edir

B) TTH ifraz edir

C) Prolaktin ifraz edir

D) STH ifraz edir

E) LH ifraz edir
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
138) Aşağıda sadalanan hormonlardan hansı steroid quruluşa malikdir?
A) Noradrenalin

B) İnsulin

C) Prolaktin

D) Aldosteron

E) Oksitosin
Ədəbiyyat: Məmmədhəsənov R.M.,Endokrinologiya,Bakı,2006.
139) Aşağıda sadalanan hormonlardan hansı zülal (peptid) quruluşa malikdir?
A) Noradrenalin

B) TTH


C) Heç biri

D) AKTH


E) Prostasiklin
Ədəbiyyat: Məmmədhəsənov R.M.,Endokrinologiya,Bakı,2006.
Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə