A(H1N1) QRİPİNƏ QARŞI VAKSİNASİYA
HAMİLƏ QADINLAR ÜÇÜN MƏLUMAT
Yəqin ki, yeni A(H1N1) adlanan qrip
virusu haqqında eşitmişsiniz. Bu virus
bütün dünyaya yayılmışdır və əksər
insanların A(H1N1) virusuna qarşı
immuniteti
yoxdur.
Mütəxəssislər
xəbərdar edirlər ki, yeni A(H1N1) qripi
hamilə qadınlar üçün təhlükəli ola bilər.
Ona görə də hamilə qadınların peyvənd
olunması məsləhət görülür.
Qrip haqqında məlumat
Xəstəliyin əlamətləri: yüksək hərarət, əzələ və oynaq ağrıları, təngnəfəslik
və hava çatışmazlığı, halsızlıq, öskürək, boğaz ağrısı və zökəm, baş
ağrısı, bəzən qusma və ishal.
Qorunma yolları
Əllərinizi tez-tez sabunla yuyun.
Məlumatla ailə üzvləri, dostlar və işçilər arasında bölüşün.
Xəstə olduğunuz təqdirdə evdə qalın, mümkün qədər çox istirahət
edin, insanların kütləvi toplandığı yerlərdən uzaq olun, səyahət
etməkdən çəkinin.
Öskürmə və asqırma zamanı ağız və burun nahiyələrinizi örtün.
Maskadan və tənzifdən istifadə edin.
Tərtib edən təşkilat
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzi
Dəstək verən təşkilatlar
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID)
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC)
Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA)
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR)
Rastropoviç-Vişnevskaya Fondu (RVF)
Səhiyyə Nazirliyinin Səhiyyə Sektorunda İslahatlar Layihəsi
Ümumdünya Səhiyyə Təşkilatı (WHO)
BMT-nin Uşaq Fondu (UNICEF)
Peyvənd nə üçün indi lazımdır?
• A(H1N1) pandemiyası ötən il başlamışdır və çoxsaylı xəstələnmə halları
barədə məlumatlar verilmışdir. Amma mütəxəssislər proqnozlaşdırırlar ki, bu
ilin sonunadək və yaxud gələn il qripin ikinci, daha güclü dalğası baş verə bilər.
• 2010-cu ilin fevral ayına olan məlumata əsasən dünyanın 50-dən çox ölkəsində
350 milyondan çox insan artıq peyvənd edilib. Avropanın 36 ölkəsində pandemik
qripə qarşı 51 milyona yaxın insan, o cümlədən 296 min hamilə qadın peyvənd
olunub.
Peyvənd təhlükəsizdirmi?
A(H1N1) qripinə qarşı peyvənd təhlükəsizlik baxımından mövsümi qrip
peyvəndləri ilə eynidir. Bu günə qədər A(H1N1) qripinə qarşı peyvəndlərin
hamiləliyə, döl və uşaqlara heç bir mənfi təsiri aşkar edilməmişdir.
Qeyd
Bəzi hallarda çox zəif olan yan təsirlər mümkün ola bilər (hərarət, baş ağrısı, əzələ
ağrıları). Əlamətlər 1-2 gün davam edə bilər. Çox nadir hallarda allergiya halları
müşahidə oluna bilər.
Aşağıda qeyd olunan şəxslər peyvənddən çəkinməlidirlər:
•
Peyvəndin müxtəlif komponentlərinə qarşı yüksək həssaslığı olan şəxslər
(yumurta və toyuq məhsullarına yüksək həssaslıq).
•
Adi qripə qarşı peyvəndə və başqa peyvəndlərə allergiyası olanlar, xroniki
xəstəliyin fəsadlaşması və ya xəstəliyin kəskin dövründə olan şəxslər (müalicədən
sonra peyvənd oluna bilərlər).