Əlyazması hüququnda kamal asadpour mahmod oğlu TƏLİMİn səMƏRƏSİNİn yüKSƏLDİLMƏSİNDƏ MÜASİr pedaqoji texnologiyalardan iSTİfadəNİN İmkanlari və yollari e lmi rəhbər


Buna görə də məktəblərdə İKT-nin tətbiqini, təlim və təhsil sahəsində dəyi-



Yüklə 188,26 Kb.
səhifə6/12
tarix19.03.2022
ölçüsü188,26 Kb.
#84594
1   2   3   4   5   6   7   8   9   ...   12
Azərbaycan respublikasi təhsİl nazirlİyi

Buna görə də məktəblərdə İKT-nin tətbiqini, təlim və təhsil sahəsində dəyi-

f

f^ikliklərin aparılmasını milli inkişafın əsası və ən mühüm həlqəsi kimi də götürmək olar. Məhz bu səbəbdən təhsil işləri üzrə məsul şəxslər müxtəlif təlim-tərbiyə müəs­sisələrində və məktəblərdə təlim texnologiyalarının müxtəlif proyektlərini həyata keçirməyə çalışırlar.

iT-nin təhsil sahəsinə daxil olması, təhsilin tərkibinin mahiyyətcə dəyişdiril­məsi, elektronik və rəqəmsal tərkiblərin yaranması ənənəvi təşkİlatlandırmanın metod və quruluşunun dəyişdirilməsinə, şagirdlərə yeni təlim strategiyasını seçmək İmka­nının verilməsinə səbəb olmuşdur.

Bir çox ölkələrdə proqramlaşdırma ilə bağlı aparılmış araşdırmalar İKT yönümlülüyün şagirdlərin ehtiyaclarını ödəyə bilmək üçün təhsilin faydalılığına, keyfiyyətinə və inkişafına təsir edən güclü bir vasitə olduğunu göstərir.

YUNESCO 2005-ci ildə təhsil sahəsində İKT-nin istifadə olunmasının vacib­liyi haqqında belə izah verir: "İKT-nin üstünlükləri ondan ibarətdir ki, zaman və məkan məhdudiyyətlərini arxada qoymaqla təhsili hər yerdə və hər zaman mümkün edir və güclü bir vasitə kimi təlim prosesində dəyişikliklər həyata keçirir".

Təhsil sistemlərində İKT-nin inkiafı təhsildə dəyişikliklər üçün bir amildir. Bu amil zaman və məkan məhdudiyyətləri ilə bağlı yeni təhsil proqramının hazırlan­masım və təqdim olunmasım asanlaşdırır.

Elm mütəxəssislərinin fikrincə, yeni pedaqoji və İnformasiya texnologiyala­rının, o cümlədən kompüter, internet, WEB, şəbəkələr və s. yaranması yeni təlim metodlannm yaradılması və inkişafı üçün müəllim, tərbiyəçi və şagirdlər qarşısında bir sıra yeni imkanlar açmışdır.

Bu təlim texnologiyası öz xüsusiyyətlərinə görə təlim amillərinin göndərilməsi, qeyd olunması, idarəsi və onlar arasında əlaqə yaradılması üçün bir çox bacanq və üstünlüklərə malikdir.

Buna görə də müəllimlər və şagirdlər təlim prosesində bir-biri ilə, eləcə də digər məktəblər, təhsil müəssisələri, məhəllələr, məntəqələr, əyalətlər, ölkələr ara­sında kompüter, internet vasitəsi ilə əlaqə yaradacaq və daha çox bilik və informasiya əldə edəcəklər.

r Tədqiqatçıların təlim-tərbiyə sahəsində apardığı araşdırmalar göstərir ki, (Btnologiyalarla qazanılan savadın tədrici inkişafı və yayılması İKT imkanları və mqramları, şagirdlərin informasiya ötürücü şəbəkələr yaratması və həmçinin təlim rosesində müstəqil işləmək məqsədi ilə məktəblərdə təlim texnologiyalarının tətbiqi aticəsində qüvvətlənir.

İnsanların təhsilə olan ehtiyacının günü-gündən artması, onların təhsil mərkəz- irinə gedə bilməmələri (bəzən fiziki və ya məhdudiyyətlərlə bağlı), iqtisadi imkan­ların və təcrübəli müəllimlərin çatışmamazlığı, çoxlu təhsil xərcləri kimi bir sıra amillər bu məhdudiyyətlərin aradan qaldırılması üçün İT-nin təhsil sahəsinə daxil olmasına səbəb olmuşdur.

Ümumiyyətlə, İT-nin təhsil sahəsindəki məqsədləri hamı üçün əldə olunmaq imkanının yaradılması, pulsuz təhsil, qayda və qanunların uyğunlaşdırılınası, dün­yanın hər bir yerində hər bir irqə mənsub olan insanlar üçün eyni təhsil mühitinin yaradılması, dərs mövzularının təqdim olunmasında ən yaxşı metodlardan istifadə,

*

şagirdlərin seçim güclərinin müxtəlif tərkiblərinin yaradılması, daha dərin təhsil və daha böyük həcmdə informasiya əldə etmək üçün zaman və məkan məhdudiyyət­lərinin aradan qaldırılması və s. Bu cür təlim mühitində insanlar ənənəvi təlimin əksinə olaraq öz bacarıqları səviyyəsində mövzu və tərkiblərdən faydalanacaqlar.



İT-nin yeni yaranmış olmasına, ictimai həyatın hər sahəsinə tədricən daxil olmağa başlamasına, onun ardınca dünyanın bir çox Ölkələrində virtual təhsil, elek- trotıik təhsil kimi tanınan təhisilin təhsil sistemlərindəki təsirinə nəzər yetirdikdə bu sahənin bizim cəmiyyətin ümumtəhsilin təlim-tərbiyəsinə təsiri sahəsində çox az təcrübə toplandığının şahidi oluruq.

Bu səbəbdən tədqiqatda təhsil sahəsində yeni pedaqoji və İT-dən maksimum faydalanmaq istiqamətində dünyanın sürətlə irəliləməsini nəzərə alaraq işin əhəmiy­yəti və aktuallığını artınr.

Müasir, yeni pedaqoji və informasiya texnologiyalarının ümumtəhsil məktəblə­rinin müxtəlif sahələri üzrə tətbiqinə dair Azərbaycanda və İranda bir sıra tədqiqatlar aparılmış, dissertasiyalar, metodik vəsait və göstərişlər yazılmışdır.

Belo ki, akademik S.Ş.İmanov məktəbdə tolimin texniki vasitələrinin elmi- pedaqoji vo didaktik əsaslarını, xüsusən do fizikanın tədrisində ekran vasitələrindən istifadənin metodikası və texnikası, akad. R.M.Əliquliycv müasir informasiya texno­logiyalarının elmi-pedaqoji imkanları, professor Z.İ.Qaralov - təlimin texniki tə­minatı, O.M.Rəcəbov - musiqi təlimində kompüterdən istifadə, M.M.Mərdanov, A.O.Mehrabov - Azərbaycan təhsil sistemi, təhsil sistemində monitorinq və qiymət­ləndirmə, R.II.Məmmədzadə təhsil texnologiyalarının bəzi anlayışları, R.Ə.Osədov, H.B.Balıycv, T.Rzayev, S.Qocayev, V.M.Aslanov dil və ədəbiyat dərslərində təlimin texniki vasitələrinin ekran və akustik növündən istifadə məsələlərini tədqiqata cəlb edilmişlər. İ.N.İsmailov fizikanın tədrisində texniki vasitələr vo proqramlaşdırılmış təlimdən istifadənin səmərəlil iyinə həsr edilmiş namizədlik dissertasiyası yazmış, sotıralar isə yeni informasiya texnologiyalarından fizikanın riyaziyyatın, biologiya və kimyanın tədrisində istifadənin nəzəri və praktik problemlərini, İ.B.Əhmədov. Z.Zey- nalov, R.Şükürov, A.Quliyev, O.Oliyev, T.Rzayev, H.Seyidov, O.Məmmədov, M.Adilov, Z.Kazımov və Y.Mahmudov müxtəlif fənlərin tədrisində kompüter texno­logiyalarından istifadə problemlərini araşdırmışlar. M.Həsənov ibtidai siniflərində, M.O.Nəsrullayev bədən tərbiyəsi, O.M.Məmmədov kompüter şəbəkəsi və internet, A.N.İsmayılzadə müəllimlərin ixtisasının artırılmasında informasiya texnologiya­larından istifadə məsələlərinə diqqət yetirmişdir. İ.B.Əhmədov milli təhsil sisteminin informasiyalaşması, virtual təhsil problemləri, Ə.Ağayev yeni təlim metod və texno­logiyalardan istifadənin nəzəri vo təcrübi məsələləri barədə tədqiqat aparmış, orijinal fikirlər irəli sürmüşlər. H.Scyidzadə, N.Bəşirov kompüter oyunlarının təhsilin səmə­rəsinin yüksəldilməsində rolıı məsələlərini tədqiq etmişlər.

Müasir pedaqoji texnologiyaların mahiyyəti, məzmunu formaları, metod və vasitələri, onun növləri, müasir təhsil sisteminə tətbiqi məsələləri Təhsil Problemləri İnstitutunun əməkdaşları tərəfindən araşdırılmış, faydalı nəticələr alınmışdır.

MEA-nın Kibernetika institutunun, Kosmik Tədqiqatlar Mərkəzinin İnforma­siya-Kommunikasiya Himi Mərkəzinin, Respublika Kompüter şəbəkəsinin əmək­daşları İKT-nin müxtəlif problemləri üzərində səmərəli tədqiqatlar aparırlır.

Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetlərində "Təhsildə İKT" elmi-metodik jurnal nəşr olunur, əksər ali və intellektual məktəb­lərində "Kompüter Mərkəzi" yaradılmışdır.

İran islam Respublikasında Abadu K., 1 lacızadə O., Nəcəfzadə M.. Kərəmi M., Bağırzadə E., Nəcəfi Ş., Tahiri M., Fər/.a1 Y., Zəmani M. və b. əsər və tədqiqatla­rında müasir təhsildə İKT-nin əhəmiyyəti, təlimin keyfiyyətinin artırılmasında infor­masiya texnologiyalarından istifadənin imkanları məsələləri müxtəlif aspektlərdən işıqlandırılmışdır.

Lakin orta ümumtəhsil məktəblərində təlimin səmərəsinin və keyfiyyətinin yüksəldilməsində ycııi pedaqoji və informasiya texnologiyalarının imkanları Azər­baycan və İran İslam Respublikalarında xüsusi tədqiqat obyektinə çevrilməmişdir.

Bu işin sistemli tədqiq olunmasını vacib bildik. Müasir pedaqoji texnologi­yalardan orta ümumtəhsil məktəblərində bir sıra məqsədlər üçün istifadə oluna bilər. Bıı məqsədlər sırasında təlimin səmərəsinin yüksəldilməsi və onun keyfiyyətinin artı­rılması məsələsi xüsusi əhəmiyyət kəsb edir.

Tədqiqatın obyekti: ümumtəhsil məktəblərində təlimin səmərəsinin yüksəldil­məsində müasir pedaqoji texnologiyalardan istifadə prosesidir.

Tədqiqatın predmeti: Təlimin səmərəsinin yüksəldilməsində müasir pedaqoji texnologiyalardan istifadənin imkanları və yolları.

Tədqiqatın məqsədi: Ümumtəhsil məktəblərində tədrisin təkmilləşdirilməsində və səmərəsinin yüksəldilməsində pedaqoji texnologiyaların imkanlarını və sistemini nəzəri və praktiki səviyyədə ümumiləşdirməkdən ibarətdir.

Tədqiqatın fərziyyəsi:



  • Təlimin səmərəsinin yüksəldilməsi baxımından müasir pedaqoji texnolo­giyaların potensial imkanları aşkara çıxarılarsa;

  • Pedaqoji texnologiyaların məktəb təcrübəsində tətbiqinin səmərəli yolları ciddi müəyyənləşdirilərsə;

  • Vaxtilə qazanılmış biliklərin uzunmüddətli olması üçün pedaqoji texnologi­yalardan bacarıqla istifadəyə dair müəllmlərə zəruri tövsiyə və təkliflər verilərsə;

  • Öyrənmə və öyrətmə prosesində pedaqoji texnologiyanın imkanlarından geniş istifadə olunarsa, təlimin keyfiyyəti artar, səmərəsi daha yüksək olar.

Tədqiqatın vəzifələri:

  • Tədqiqatın aktuallığını əsaslandırmaqdan;

  • Problemin mahiyyəti, nəzəriyyəsi, məzmunu, didaktik mənasını və əhəmiy­yətini açıqlamaqdan;

  • Mənimsəmənin komponentləri sırasında təlim səmərəsinin yüksəldilməsində PT-nin mövqeyini aşkara çıxarmaqdan;

  • Təlimin səmərəsinin yüksəltmək istiqamətində qabaqcıl pedaqoji təcrübəni öyrənməkdən;

  • Pedaqoji ədəbiyyat və tədqiqatlarda problemin qoyuluşu vəziyyətini öyrən­məkdən;

  • Təlimin səmərəsini yüksəltmək istiqamətində müasir pedaqoji texnologi­yalardan istifadənin imkanlarına və şərtlərinə aydınlıq gətirməkdən ibarətdir.

Tədqiqatın metodoloji əsasını ümumbəşəri pedaqoji fakt, hadisə və prosesləri öyrənmək, dərk etmək və dəyişdirmək məqsədilə tətbiq olunan prinsip, metod, vasitə və nəzəri müddəaların məcmusu təşkil edir.

Tədqiqatın gedişində təhlil və tərkib, indııksiya və deduksiya, müşahidə, müsa­hibə, təhsil sənədlərinin öyrənilməsi, anketləşdirmə və pedaqoji eksperiment metod­larından istifadə olunmuşdur.

Tədqiqatın elmi yeniliyi: Qloballama şəraitində milli təhsil sisteminin inkişafı, təkmilləşdirilməsi, idarə edilməsi, səmərəliliyinin yüksəldilməsi və keyfiyyətinin ar­tırılması sahəsində yeni pedaqoji texnologiyalardan istifadə üzrə işiıı sistemi həm nəzəri-konseptual, həm də praktik baxımdan dissertasiyada ilk dəfə araşdırılır, prose­sin dinamikası izlənilir.

Tədqiqatın nəzəri əhəmiyyəti: Tədqiqat işində Azərbaycan və İran limumtəhsil sistemində həyata keçirilən islahatların başlanmasından keçən miiddət ərzində baş verən proseslər müasirlik mövqeyindən ilk dəfə tədqiqat səviyyəsində qiymətləndi­rilir. Müasir pedaqoji texnologiyaların təhsil sisteminə tətbiqinin nəzəri aspektləri ümumiləşdirilir.

Tədqiqatın praktiki əhəmiyyəti: Gəldiyimiz nəticələr, irəli sürülən ideya və təkliflər şagirdlər, ümumtohsil sistemində çalışan müəllimlər, məktəb psixoloqu,


lərbiəçilər və məktəb rəhbərləri üçün faydalıdır. Müasir ümumtəhsil sisteminin bir çox sahələri ü/.rə irəli sürülmüş mülahizələri bu tədqiqat işindən istifadə etməklə inkişaf etdirmək mümkündür.

Müdafiəyə çıxarılan əsas müddəalar:



  1. İctimai-siyasi, iqtisadi, elmi-texniki sahələrdə gedən qloballaşma prosesinin təhsil sahəsinə dərindən nüfuz, etməsi Azərbaycan və İran respublikalarının ümum­təhsil sisteminin yeniləşdirilməsinə səbəb olmalıdır.

  2. Azərbaycan və İran respublikalarının ümumtəhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılınası istiqamətində aparılan islahatların sürəti dövrün tələblərinə müvafiq olaraq həyata keçirilməlidir.

  3. İlər iki ölkənin ümumtəhsil məktəblərində təhsilin səmərəsinin və keyfiy­yətinin artırılmasında müasir pedaqoji texnologiyaların yeri və əhəmiyyəti dəqiq m üəvyon 1 əşd i ri 1 m ə 1 i d i r.

  4. 'fəlimin səmərəsinin və keyfiyyətinin artırılmasında pedaqoji və informasiya texnologiyalardan istifadənin didaktik imkanlarının öyrənilməsinin zəruriliyi.

  5. Müasir pedaqoji və informasiya texnologiyaları bu gün və yaxın gələcəkdə ümumtəhsil in keyfiyyət göstəricilərinin yüksəldilməsinin təminatçısı ola bilər.

Tədqiqatın aprobasiyası: Tədqiqatın əsas müddəaları müəllifin bir çox elmi toplu və jurnallarda nəşr edilmiş məqalə və tezislərində, beynəlxalq, ümumrespub- lika, ümumuniversitet elmi konfrans və seminarlarındakı məruzə və çıxışlarında öz əksini tapmışdır. Xarici ölkələrdə, xüsusilə İranın aparıcı elmi nəşrlərində məqalələri çap olunmuşdur.

Dissertasiyanın strukturu: Dissertasiya giriş, üç fəsil, yeddi yarımfosil, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir.



  1. FƏSİL. MÜASİR PEDAQOJİ l'EXNOI .OGİY AL AR IN YA KANMASI VƏ NƏZƏRİ ƏSASLARI

  1. L Müasir pedaqoji texnologiyaların yaranması, nəzəri əsaslan və prinsipləri

Dünyada gedən qloballaşma prosesləri və cəmiyyətin informasiyalaşması yeni təhsil modellərinin formalaşmasına gətirib çıxarmışdır. İnkişaf etmiş ölkələrdə ənə­nəvi təhsil formaları yeni təhsil modellərinə inteqrasiya olunıır və vahid təhsil məkanı yaranır. Vahid təhsil məkanının yaranması kimi köklü dəyişikliklərin edilməsi əvvəlki təlim və tədris formaları vasitəsilə təmin edilə bilməz. Bu yeni modelin va- ranması təhsil sistemində yeni təhsil texnologiyaların tətbiqi və istifadəsi, bir sözlə, təhsil sisteminin tamamilə informasiyalaşdırılması nəticəsində mümkündür. Müstə­qillik əldə etmiş ölkələr təhsil sisteminin modernləşdirilməsi üçün əsas strateji istiqa­mətlər kimi təhsil müəssisələrinin kompüterləşməsi, müasir pedaqoji texnologi­yaların, xüsusən fəal, interaktiv metodların, elektron təlim texnologiyalarının tətbiqi, məlumat mərkəzinin yaradılması, onların müasir təkmil internetlə təmin edilməsi və müəllimlərin səriştəliliyini artırmaq üçün treninqlərin təşkili prosesini nəzərdə tutan layihələrlə həyata keçirilir. Təhsil sistemində müasir pedaqoji texnologiyalardan, elektron texnologiyadan, informasiya-kommunikasiya texnologiyalardan (İK İ ) təhsil vasitəsi kimi istifadə edilməsi pedaqoji prosesin strukturunun və xarakterinin dəyişilməsinə səbəb olmuşdur. Bu dəyişikliklərin əsasını təhsilin dinamik olması, birdəfəlik təhsildən fasiləsiz təhsil prinsipinə keçid ideyası təşkil edir. Bu təlim texnologiyasının fasiləsiz təhsil prosesində inkişafı, həm də təlim və tədris prosesinin keyfiyyətinin və səmərəsinin yüksəldilməsinə imkan yaradır. İkincisi, müasir dövr dəyişən şəraitə tez uyğunlaşmağı bacaran, çevik, müstəqil mühakimə qabiliyyətinə, sərbəst düşüncə tərzinə, məntiqi və tənqidi təfəkkürə malik şəxsiyyətlər formalaşdır­mağı tələb edir. Təbii ki, müasir şəxsiyyəti yalnız hafizənin gücləndirilməsinə və yalnız informasiya toplanmasına yönəlmiş, real həyatın tələblərini nəzərə almayan təlim şəraitində tərbiyə etmək mümkün deyildir. .Müasir pedaqoji texnologiyaların, fəal təlim metodlarının tətbiqi də məhz bu zərurətdən yaranır. Nəticədə istər Azər­baycan, istərsə də İran İslam Respublikasında təhsil sistemini modernləşdirmək, inkişaf elmiş ölkələrin təhsil sisteminə inteqrasiya üçün islahat aparılması zərurəti yaranmış, təhsilin keyfiyyətini yaxşılaşdırmaq, hununla da XXI əsrdə ölkənin sosial, siyasi və iqtisadi tələbatlarını təmin etmək təhsil sahəsində islahatın əsas məqsədi kimi qarşıya qoyulmuşdur. Təhsil o zaman cəmiyyətin tələbatını ödəyər ki, o, təlim- tərbiyə prosesinin keyfiyyətinin və səmərəliliyinin artırılmasına yönəldilsin. Bunun da mərkəzində ilkin müəllim hazırlığı, təhsilin məzmununun təkmilləşdirilməsi, ida­rəetmənin yeniləşdirilməsi, maliyyələşdirmə, qiymətləndirmənin yeni modelinin işlənməsi və sairə dursun.

Bu baxımdan pedaqoji texnologiyalar, təlim texnologiyalara ölkədə təhsil islahatının ayrılmaz bir hissəsi kimi, müəllim hazırlığında da mühüm rol oynayır.



"Texnologiya" yunan sözü "tcxnc"-dən dilimizə incəsənət, ustalıq kimi tər­cümə edilən sözdən və "logiya" sözlərindən elm kimi tərcümə edilən söz olub, liiğəti mənada materialın, xammalın, yarımfabrikalm emalı prosesində hazırlanma, vəziyyət dəyişməsi, xassə və şəklinin metodları toplusu başa düşülür, 'fəlim prosesində geniş mənada işlədilən ’’texnologiya":

  • təlimin gözlənilən nəticələri haqda hər hansı təsəvvürdən;

  • öyrənənin vəzifələrinin müəyyən edilməsini təmin edən diaqnostik vasitə­lərdən;

  • təlimin yeni, fəal metodlarının toplusundan;

  • müəyyən konkret şərait üçün optimal modelin seçilmə kritcriyalarından ibarət kompleksin qəbul edilməsidir.

Təlim nəzəriyyəsində məhdud mənada "Texnologiya" olaraq məqsədə çatma­nın, işin görülməsinin daha sadə, səmərəli üsul və metodlarla yerinə yetirilməsinin tomin olunmasının başa düşülməsi kimi şərtləndir. Təlim prosesi sahəsində aparılan tədqiqatlar bu sahədə dəyərli yeniliklərə nail olmanın yeganə bir yolunun olduğunu göstərir. Bu yol isə təlimin ümumi strategiyasının işlənib hazırlanmasından ibarətdir.

fcelə strategiyanın əsasını pedaqoji texnologiya təşkil etməlidir. Pedaqoji texnologi­yalar yalnız təhsilin elementi kimi deyil, həmçinin onun məqsədi, məzmunu, prosesi və nəticəsi kimi xidmət göstərir.

Pedaqoji texnologiyalar ötən əsrin 60-cı illərində məktəbə gətirilmişdir. Bu zaman dalğaların bir yerdən başqa yerə göndərilməsilə informasiya ötürülməsinin əsası qoyuldu. Cəmiyyətin inkişafının əsasını təşkil edən təhsil sisteminin səviyyəsi tarixən həmişə İnformasiya amilindən asılı olmuşdur. Yəni bəşər sivilizasiyasının istənilən mərhələsində təhsilin keyfiyyətini cəmiyyətdəki informasiyanın həcmi, İnformasiya yaratma, əldə etmə, istifadə etmə, saxlama, ötürmə imkanlan müəyyən edib. Bu imkanlar da həmişə elmi-texniki inkişafın göstəricilərinə əsaslanıb. Nəsillə­rin dəyişməsi, yeni bilik sahələrinin meydana gəlməsi, elm və texnikanın, bütöv- iükdə, cəmiyyətin inkişafı İlə paralel olaraq təhsil də daim İnkişaf edərək təkmilləş­miş, yeni təhsil formaları və sistemləri yaranmışdır. Təhsilin inkişafı tarixi infor­masiyanın ötürülməsi üsullarının və ya texnologiyalarının inkişafı ilə bilavasitə bağlı olmuşdur. Ona görə də təhsil sisteminin inkişaf meyillərini sivilizasiyanın inkişafında müstəsna rol oynayan informasiya inqilabları kontekstində təhlil edərək nəzərdən keçirməyi vacib bildik.

Bəşəriyyətin ilk informasiya inqilabı yazının meydana gəlməsi ilə bağlıdır. Yazı meydana gəlməzdən əvvəl İnformasiyanın ötürülməsi yalnız şəxsi ünsiyyət rasitəsi ilə baş verirdi və informasiyanın yayılması imkanı zaman və məkan baxı­mından çox məhdud idi. Müəllim yeganə İnformasiya mənbəyi və informasiya daşı­qçısı idi. Təhsil formal xarakter daşıyırdı. Yazının meydana gəlməsi ilə artıq ilkin jpformasiya daşıyıcıları formalaşdı ki, bu da əldə olunmuş informasiyanın genişlən- pıəsinə, artırılmasına, qorunmasına və nəsildən-nəslə ötürülməsinə imkan yaratdı. *akin bu dövrdə təhsil müəssisələrinin azlığı küllü miqdarda informasiya daşıyıcı­sının yaradılmasına imkan vermirdi. Müəllim yenə də yeganə informasiya mənbəyi (i&raq qalırdı. Müəllim təlim prosesində az sayda olan əlyazmalarından istifadə

m-




Yüklə 188,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə