Çixiş hazir 44 GÜNLÜk zəFƏr yüRÜŞÜ: tarixi ədalətin təNTƏNƏsi və beynəlxalq hüququn bərpasi



Yüklə 30,07 Kb.
səhifə1/2
tarix29.11.2023
ölçüsü30,07 Kb.
#143332
  1   2
2 HAZIR 44 GÜN SAVAŞ ÇIXIŞ


ÇIXIŞ HAZIR
44 GÜNLÜK ZƏFƏR YÜRÜŞÜ:
TARIXI ƏDALƏTIN TƏNTƏNƏSI VƏ
BEYNƏLXALQ HÜQUQUN BƏRPASI

Məqalədə Öncə I Qarabağ müharibəsində Azərbayca­nın hansı itkilərə məruz qaldığına faktlarla diqqət yetirilir. Qeyd olunur ki, 1988 - may 1994-cü illərdə Azərbaycanın 13.240 kv. kilometr ərazisi, o cümlədən 1 zamanlar “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlandırılan ərazidəki 7 rayon, həmçinin Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Qazax rayonlarının 7 kəndi işğal edilmiş, 20 000 sakin öldürülmüş, 50 000 vətəndaş əlil olmuş, 4 866 nəfər itkin kimi qeydə alınmışdır. 900 yaşayış məntəqəsi, 130 939 ev, 7 000 ictimai bina, 1 025 məktəb, 855 uşaq bağçası, 798 səhiyyə müəssisəsi, 927 kitabxana, 53 məscid və məbəd, 473 tarixi abidə, muzey və yerlər, 40 000 muzey eksponatı, 2 389 sənaye və kənd təsərrüfatı obyekti, 5 198 km avtomobil yolu, 348 körpü, 7 568 km su xətti, 2 000 km uzunluğunda qaz xətti, 76 940 km elektrik xətti, 280 000 ha meşə, 1 000 000 ha məhsuldar torpaq, 1 200 km irriqasiya sistemi sıradan çıxarılmışdır.


Res­pub­likamıza dəymiş ziyanın ümumi məbləği 60 milyard ABŞ dollarından çox olmuşdur.


İşğal ALTINDA qalmış olduğu 28 il ərzində isə xalqımıza dəyən ziyan bundan 4 dəfədən artıq, İşçi Qrupunun rəyinə görə, 244,4 milyard ABŞ dolları omuşdur.
Xüsusi nəzərə çarpdırılır ki, Ermənistanın xalqımıza və dövlətimizə bu təcavüz aktı, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icra olunmaması, Minsk qrupu həmsədrlərinin, 2016-cı ildə yaradılmış “Təmas qrupun”nun, ATƏT-in bütün iştirakçı dövlətlərinin illərlə məsələyə ciddi yanaşmamaları və bir çox digər məsələlər Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevi torpaqlatrımızı müharibə yolu ilə də olsa, geri almağa sövq etdi.
Məqalədə Azərbaycan gəncliyinin Azərbaycan dövlətinə qarşı pozulmuş beynəlxalq hüququn bərpası uğrunda mübarizəsin­dən bəhs olunur. Qeyd olunur ki, 2020-ci ilin 10 noyabr tarixi Azərbaycanın həm dövlətçilik, həm də hərb tarixində qürur ünvanı olaraq daim anılacaq yaddaşdır.
Bu günlərin müzəffərliyini Azərbaycan dövlətinə xalqımızın sarsılmaz iradəsi, Xalq-Prezident-Ordu birliyi, ölkəmizin iqtisadi gücü qazandırmışdır. Bu qələbəni bizə Azərbaycan Prezidenti, Ali baş komandan İlham Heydər oğlu Əliyev və sinəsini yağı gülləsinə qalxan etmiş minlərlə Azərbaycan oğlu bəxş etmişdir.
Azərbaycan xalqı bu qələbə ilə tarixində ilk dəfə olaraq müharibədən ərazi itkisi olmadan, öz ərazi bütövlüyünü bərpa edərək çıxdı. 208 illik ilhaqa (12 oktyabr 1813-cü il, Gülüstan sülh müqaviləsi nəzərdə tutulur) son qoymuş oldu.
II Qarabağ müharibəsi xalqımızın qurtuluş savaşı idi. Bu qələbə ilə Ali Baş Komandanın qalib sərkərdə, Azərbaycan Silahlı Qüvvələrinin güclü ordu, xalqımızın isə məğrur, yenilməz olduğu öz təsdiqini tapmış oldu. Güclü lider, Güclü ordu, xalqın Ali Baş Komandan ətrafında sıx birliyi 28 il erməni tapdağında inləyən torpaqlarımızın işğalına son qoydu. Prezident İlham Əliyev bu Zəfər yürüşü ilə Azərbaycan tarixində YENİ SƏHİFƏ yazmış oldu. Türkiyə, Pakistan, İsrail, Türkmənistan, Özbəkistan, Qazaxıstan və bir sıra başqa türkdilli dövlətlərin dəstəyi sayəsində Azərbaycan 28 illik töhmət dolu “ağrı-acıya” son qoydu. 10 noyabr 2020-ci il Azərbaycanın tarixinə yeni dövrün, yeni eranın başlanğıcı kimi yazıldı. Bu tarixi qələbə Ümummilli lider Heydər Əliyevin “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” arzularının təntənəsi oldu. Bu gün Sülhməramlıların nəzarəti altında qalan ərazilər nəzərə alınmazsa, əvvəldə adlarını çəkdiyimiz rayonların əksəri işğaldan azad edildi.
Xalq öz dövlət başçısına məhəbbətini “Ali Baş Komandan”, “Diplomatik cəbhədə böyük strateq” kəlmələri ilə ifadə edir. Qələm sahibləri bu iradənin nəticəsini “dəmir yumruq” adı ilə əbədiləşdirir, şairlər “dəmir yumruq” sahibinin şəninə şeirlər yazır, bəstəkarlar nəğmələr qoşur.
Rəssam Musayev Fikrət Qazıxan oğlu bu tarixi qələbəni “Dəmir Yumruq” masaüstü abidəsi ilə, Rahib Kərimbəyli ilə Turxan Mahmudov “Dəmir yumruq” monoqrafiyası ilə əbədiləşdirdi.
Şair Zahid Xəlil öz ürək sözlərini “Dəmir yumruq dastanı” ilə yaddaşlara hopdurdu:
O anlatdı Yer üzünə
Məğlub nədir, zəfər nədir.
O adi bir yumruq deyil,
Həyatdakı möcüzədir.

Dəmir kimi, polad kimi


Birləşdirdi insanları.
İlkin payız günlərinə
O qaytardı ilk baharı.

...Yorulmadı, usanmadı,


Heç dərmədi nəfəsini.
Dəmir yumruq gedib tutdu
Qarabağın zirvəsini.

O yandırdı Qarabağda


Elin sönmüş çırağını.
Yağmalanmış torpağıma
Taxdı zəfər bayrağını

Haqqı nahaq etmişdilər,


O qaldırdı haqq səsini.
Onun polad iradəsi
Titrətdi Yer kürəsini.
Birinci Qarabağ müharibəsi veteranı, leytenant rütbəsində ehtiyatda olan zabit, şair-publisist Zaur Ustac “Şanlı zəfərimizn memarına ithaf” silsiləsindən şeirlərinin birində yazır:
Ustaca bəllidi zamanın feli,
Tarixdə dastandı babamın qolu,
Dəmir yumruq oldu İlhamın əli,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına əbədilik arzusunu Z.Ustac “Üç qardaş” şeirində belə ifadə edir::
Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başlayır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
Bu gün hər bir Azərbaycan övladı bu tarixi qələbənin şahidi olmasından qürur duyur.
50 milyondan artıq azərbaycanlıya qürur yaşadan bu savaş 8 noyabrın Zəfər Günü, 27 sentyabrın isə Anım Günü olaraq təsis edilməsi, Bakı prospektlərindən, eləcə də, Bakı metropoliteni stansiyalarından birinin “8 Noyabr” adlandırılması, Şuşanın erməni işğalından azad olunmasının isə dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan biri kimi qiymətləndirilməsi ilə, Vətən müharibəsi şəhidlərinin xatirəsinin saat 12:00-da bir dəqiqəlik sükutla yad edilməsi, qazilərin və şəhid ailələrinin təminatına dəstək üçün “YAŞAT” Fondunun yaradılması, “Zəfər Paradı”nın təşkili, “Qarabağ Dirçəliş Fondu”nun, Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması (və s.) ilə tarixiləşdirildi.
Minlərlə Vətən övladının bu qanlı savaşda göstərdiyi qəhrəmanlıqlar “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı, “Zəfər” və “Qarabağ” ordenləri, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, Şuşanın, Füzulinin, Qubadlının, Suqovuşanın, Xocavəndin, Zəngilanın, Kəlbəcərin, Ağdamın, Laçının azad olunmasına görə (və digər) orden, medal və fəxri adlara layiq görülməsi ilə Azərbaycanın yeni tarixinin yaddaşına həkk olundu.



Yüklə 30,07 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə