Elxan Elatlı PƏNCƏRƏDƏ GÖRÜNƏn köLGƏ detektiv roman



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə36/43
tarix26.03.2018
ölçüsü4,8 Kb.
#34151
növüYazı
1   ...   32   33   34   35   36   37   38   39   ...   43

downloaded from KitabYurdu.org
160 
çıxandan  sonra  işləməyib.  Evdə  də,  stolun  üstündə  bir  araq 
şüşəsi  və  yansı  yeyilmiş  duzlu  xiyar  gördük.  Ekspertiza 
göstərmişdi ki, Mahmud şam yeməyi yeməyib. Arağı da özü 
içib. Əslində, sizin deməyinizə görə, içki həvəskarı olmayan 
Mahmud yeməksiz ancaq xiyarla araq içib. Bütün bunlar onun 
saat  üçdən  sonra  həyəcanlı,  daha  doğrusu  güclü  stress 
vəziyyətində olduğunu göstərirdi. Mən belə qərara gəldim ki, 
əslində,  bəzi  etika  qaydalarını  pozan  Mahmud  tövlənin 
qapısını birbaşa açıb və orada qeyri-adi bir şey görüb... 

Nə?! - Nemət səbirsizlik göstərdi. 

Elə bir qeyri-adi şey ki, ona görə öz həyatından məhrum 
olub!  -  Qasımlı  təmkinlə  davam  etdi.  -  Mahmudun  tövlənin 
qapısını açıb orada nəyisə görməyindən özü qədər Əhliman da 
həyəcanlanıb və özünü itirib. Yadınızdadırım, uşaq deyirdi ki, 
atam  onu  darvazaya  qədər  ötürdü.  Mənə  belə  gəlir  ki, 
Mahmudu ötürmək lazım deyildi. Çünki o, həmin həyətə tez-
tez gəlib-gedən adam idi. Özünü tamamilə itirən Əhliman nə
edəcəyini bilmədiyi üçün onu qapıya qədər ötürmüşdü. 

Axı  nə  görüb  Mahmud?  -  Bu  dəfə  Mehdixan  kişi  sual 
verdi. 
- Elə məni də bu sual düşündürürdü. - Polkovnik ona maraq 
və diqqətlə qulaq asanlara ani olaraq göz gəzdirib davam etdi: 
-  Ayın  18-də,  gecə  Bayəddin  adlı  sürücü  kimisə  kəndə
gətirmişdi. Kəndə deyəndə ki, Əhlimanın darvazası qarşısına. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
161 
Çünki onun darvazasının qarşısı ilə, Mahmudun darvazasının 
qarşısı eyni bir yerdir. Bəs Bayəddin həmin gecə öz maşınında 
oraya  kimi  gətirə  bilərdi?  Əlbəttə,  mən  artıq  Əhlimana 
inanmadığım üçün düşündüm ki, çoxları üçün naməlum olan 
bu sərnişin onun öz arvadı Səfayə olub! 
Mehdixan  kişi  dəhşətlə  irəli  əyildi.  Elə  bil  polkovnikin 
ağzından çıxan sözləri itirməkdən 
qorxurdu. Elməddin isə özündən asılı olmayaraq «Ay Allah!» 
- deyə səsləndi. 
Qanbay Qasımlı onların reaksiyasına fikir vermədən söhbətini 
davam etdirdi: 
-  Bayəddinin  maşınını  meşə  yolunun  başlanğıcında  görən 
şahid  deyibmiş  ki,  sürücünün  arxasındakı  qapı  açıq  idi  və
kimsə  onu  örtdü.  Adətən  həmin  yerdə  maşına  tək  minmiş 
qadınlar oturur  ki, sürücünün gözlərinə çox tuş gəlməsinlər. 
Səfayə necə olub ki, Bayəddinin maşınına minib, bunu dəqiq 
deyə  bilmərəm,  ancaq  o  istəməzdi  ki,  onu  yad  kişinin 
maşınında  görsünlər.  Ona  görə  də,  həmin  adamın  maşını 
yaxınlaşanda Səfayə aşağı əyilib 
ki, onu görməsinlər. Sözsüz ki, qapını örtən də qadın özü olub. 
Onun  oğlu  burada  danışanda  fikir  verdinizmi?  O,  əvvəlcə
maşın  səsi  eşidib,  ayılıb.  Elə  o  saat  da,  onu  yenidən  yuxu 
aparıb.  Uşaq  qorxulu  yuxu  görüb.  Yuxuda  anasının 
boğularkən  onu  səslədiyini  eşidib  ayılıb.  Yəqin  ki,  bir  az 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
162 
sonra,  yəni  o,  tam  özünə  gələndən  sonra  atası  içəri  girib  və
uşaq soruşub ki, maşınla gələn kimdir? O, elə bilib ki, maşının 
səsini  atası  otağa  daxil  olandan  bir-iki  dəqiqə  əvvəl  eşidib. 
Ancaq  bu  mümkün  deyil.  Çünki  uşaq  maşının  qapısı 
çırpılandan sonra, maşının o saat işə salındığını, yoxsa bir az 
vaxt keçdiyini xatırlaya bilmədi. Çünki onu həmin vaxt yuxu 
tutmuşdu. Ancaq görürsünüzmü, atasına verdiyi sualı və onun 
cavabını dəqiq xatırlayırdı. Deməli, atası, uşaq yuxunu görüb 
ayılandan  sonra,  yəni  ki,  maşın  gəlib-gedəndən  xeyli  sonra 
evə çıxıb. Bu arada ən azı iyirmi dəqiqə, bəlkə də bir saat vaxt 
keçib. Bəs həmin vaxt ərzində Əhliman həyətdə neyləyirmiş? 
- Təcrübəli ekspert siqaretini axınncı dəfə sümürüb kənara atdı 
və öz sualına özü cavab verdi: 
-  Əhliman  həmin  vaxt  ərzində  arvadını  ya  mübahisə
zəminində, ya da bilərəkdən, düşünülmüş şəkildə öldürmüş və
cəsədini  aparıb  tövlədə  gizlətmişdir.  Bu  vaxt  cəsədi  görən 
qoyunlar elə dəhşətli qorxu keçirib ki, səhəri gün Əhlimanın 
oğlu onları açıb küçəyə çıxaranda 
qaçıb meşəyə dağılıblar. Yadınızdadırsa, biz bunu həmin gün 
Elməddindən eşitdik. 
Elməddin təsdiq əlaməti olaraq başını tərpətdi. O, həddindən 
artıq  həyəcanlı  vəziyyətdə  idi.  Mehdixan  kişi  yaranmış  ani 
fasilədən istifadə edib onu maraqlandıran suala cavab almaq 
istədi: 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
163 

Sözləriniz çox ağlabatandır, Qanbay müəllim! Ancaq bəs 
nəyə  görə  Bayəddin  həmin  gecə  kəndə  kimi  gətirdiyini 
boynuna almaq istəmir? 

Mənim  mülahizəmə  görə,  -  Qasımlı  üzünü  ev  sahibinə
tutdu: 

Əhliman arvadını öldürüb, meyitini tövlədə gizlədəndən 
sonra,  səhər  tezdən  durub  şəhərə  gedib.  Orada  Bayəddini 
tapıb, onu ölüm qorxusu ilə hədələyib. Tapşırıb ki, Səfayəni 
kəndə gətirdiyini boynuna almasın. 
Kəndə  qayıdan  kimi,  Əhliman  buraya gəlmişdi  və  arvadının 
yox  olduğunu  sizə  bildirdi.  O,  evə  qayıdıb  nahar  edərək, 
tövləyə  gedir  və  daş  döşəməni  söküb  torpağı  qazır.  Meyiti 
gizlətdiyi  yerdən  götürüb  qazdığı  çuxura  qoyur.  Mənim 
fikrimcə, məhz elə bu vaxt Mahmud tövləyə girir. Çox güman 
ki, özünü görməməzliyə vurub tez də tövlədən çıxır. Nə üçün 
gəldiyini deyir və çəkici alıb gedir. 
Bundan sonra Əhliman düşünür ki, Mahmud gec ya da tez onu 
satacaq.  Ona  görə  də,  qaranlıq  düşəndən  sonra  gizlicə
qonşusunun evinə gedib, onu öldürür. Mən, Mahmudun otağın 
qapısına  yaxın,  arxadan  zərbə  alaraq,  ağzı  üstə  yıxıldığını 
görəndə  təəccüblənmişdim.  İndi  isə  başa  düşürəm  ki, 
darvazanı açan Mahmud Əhlimanı görüb, onu könülsüz içəri 
dəvət edib. Sonra isə həyəcanlı vəziyyətdə olduğu üçün onun 
qabağına  düşüb,  otağa  qədər  gedib.  Hörmət  əlaməti  olaraq 
downloaded from KitabYurdu.org


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə