Elxan Elatlı PƏNCƏRƏDƏ GÖRÜNƏn köLGƏ detektiv roman



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə39/43
tarix26.03.2018
ölçüsü4,8 Kb.
#34151
növüYazı
1   ...   35   36   37   38   39   40   41   42   43

downloaded from KitabYurdu.org
173 
-  Polis  şöbəsinə  zəng  vur,  qoy  Bayəddingilə  adam 
göndərsinlər! Təcili! 
Sabir həyətdən çıxdı. Elməddin cəld evə qalxıb şöbəyə zəng 
vurmağa  çalışdı.  Telefon  yaxşı  işləmirdi.  Növbətçi  polis 
işçisinin səsini eşidən kimi əlaqə kəsildi. Növbəti cəhd də bir 
nəticə vermədi. Əlaqə alınmırdı ki, alınmırdı... 
UAZ-ın  sükanı  arxasında  oturmuş  Əhliman  artıq  kənddən 
xeyli  uzaqlaşmışdı.  Rayon  mərkəzinə  gedən  asfalt  yoldan 
burulub maşını başqa yola saldı. Bu torpaq yol bir qədər dolayı 
olsa da, onun bu yolla gedəcəyi heç kəsin ağlına gəlməzdi. Yol 
başqa  tərəfdən  şəhərə  girib,  birdaş  Bayəddingilin  küçəsinə
çıxacaqdı. 
Sükandan  bərk-bərk  yapışmış  Əhliman,  dişlərini  qıcayıb 
kiminsə qarasına söyüşlər yağdırırdı: 
-  Səni  yandıracağam.  Satqın  oğraş!  Görəcəksən  ki,  mən 
dediyimi  eləyən  adamam.  Yetimçənin  başını  cücə  başı  kimi 
üzüb arvadının əlinə verəcəm. 
Qabaqda bir kənd görünürdü. Bu kəndin içindən keçib yoluna 
davam etməli idi. 
Uşaqlarını fikirləşdi. «Görəsən biləndə nə deyəcəklər mənim 
haqqımda?  Söyəcəklər  məni...  Əşi,  cəhənnəm  olsunlar! 
Görəsən  meyiti  tapıblarını?  Şübhələnib  gəliblərsə,  deməli, 
tapacaqlar! İt kimi iy bilirlər köpəkuşağı. Mən onların  əlinə 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
174 
heç  bir  əsas  verməmişəm  ki,  məndən  şübhələnsinlər.  Satıb 
məni ti oğlu, it! Mələdiblər orada, dözməyib satıb! İndi mən 
balasının başını kəsəndə lap bərkdən mələyəcək.» 
Yol üstündəki kəndə çatdığı üçün sürəti bir qədər azaltdı... 
Qanbay  Qasımlı  qəti  qərara  gəlib,  «QAZ-  24»-ün  qapısını 
açdı. Açar maşının üstündə idi. Çevrilib pilləkəndə dayanmış 
Elməddinə baxdı: 
- Darvazanı aç! 
Elməddin  bu  qətiyyətli  səsə  kor-koranə  tabe  olub  darvazanı 
taybatay açdı. Yalnız bundan 
sonra  polkovnikin  məqsədini  başa  düşüb  ona  mane  olmağa 
çalışdı: 
-  Getməyin,  Qanbay  müəllim,  indi  onun  gözünü  qan  tutub! 
Alçağın biridir o! 
Qasımlı Bakıdan çıxanda tapançasını götürmədiyinə peşman 
olmuşdu.  Ancaq  daha  fikirləşməyə  vaxt  yox  idi.  Maşına 
əyləşib onu işə saldı. «QAZ-24» nərildəyib həyətdən çıxdı və
küçədə toz-duman yaradaraq gözdən itdi. 
Torpağı qazıyanlar belin nəsə yumşaq bir şeyə toxunduğunu 
hiss edib, torpağı daha ehtiyatla kənara atmağa başladılar. 
Nəhayət,  meyit  aşkara  çıxdı.  Bu,  rayon  polis  şöbəsinin  bir 
həftədən bəri hər yerdə axtardığı 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
175 
Səfayənin  meyiti  idi.  Əhliman  onu  heç  nəyə  bükmədən, 
paltarlı  vəziyyətdə  basdırmışdı.  Sifəti,  paltarı  torpağa 
bulaşmışdı. 
Meyiti  həyətə  çıxartdılar.  Ətrafı  üfunətli  qoxu  bürüdü. 
Xəlilovla  prokurorun  yanında  dayanmış  Mehdixan  kişi  cib 
dəsmalı ilə bumunu tutdu. 
Həyətə  başqa  adam  buraxmırdılar.  Hamı  küçəyə,  ya  da evin 
qabağına yığışmışdı. Hamının üzündən zəhrimar tökülürdü. 
Tibb  eksperti  yaxınlaşıb  meyitə  baxdı.  Əli  ilə  meyitin 
üstündəki  torpağı  təmizləməyə  başladı.  Səfayənin  sol  qolu 
onun  gözünə  birtəhər  göründü.  Yoxlayıb  prokurora  tərəf 
döndü: 
- Sol qolu biləkdən qırılıb! 
Prokuror dillənmədi. Ekspertin gözü Səfayənin başındakı yara 
yerinə sataşdı. Öz- özünə danışırmış kimi: 

Küt alətlə başından vurublar! - dedi. Sonra ayağa qalxıb 
prokurordan soruşdu: 

Şəhərə aparacağıq? 

Mütləq! - prokuror cavab verdi. 

Atası yəqin ki, şəhər qəbiristanlığında dəfn edəcək onu. - 
Mehdixan  kişi  söhbətə  qanşdı.  -  Burada  dəfn  etməyə  razı 
olmaz. Ona görə də apanlsa yaxşıdır. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
176 
Maşın dalınca adam göndərdilər. Tibb eksperti bir də meyitin 
üstünə  əyildi.  Nəyə  görəsə,  əlini  Səfayənin  sinəsinə  sürtdü. 
Sonra  donun  yaxalığını  qaldırıb  meyitin  sinəsindən  bir 
fotoşəkil  çıxartdı  və  onu  prokurora  göstərdi.  Bu,  Cavidlə
Təhminənin birlikdə çəkdirdikləri fotoşəkil idi. 
Əhliman  yolun  üstündəki  kəndi  arxada  qoyub  rayon 
mərkəzinə üz tutmuşdu. Əli sükanda, gözü yolda olsa da, fikri 
başqa yerdə idi. 
“Məni  Bayəddin  satıb!  Buna  heç  bir  şübhə  ola  bilməz! 
Görəsən, buraxıblar alçağı? Buraxıblarsa özünü də öldürəcəm, 
uşağını  da!  Hamısını  bıçaqdan  keçirəcəm!  Buraxmayıblarsa 
da, dediyimi edəcəm. Kəsəcəm gədəsinin başını! Arvadının da 
başına  hər  cür  pislik  açacam!  Daha  mənimki  keçib.  Sonra 
Bakıya qaçaram. Oradan 
da Rusiyaya! Nə olar, olar! Qaradan artıq rəng yoxdur...” 
Sürəti bir az da artırdı. Şəhərə çatmağa az qalırdı. 
Ağ rəngli bir “QAZ-24” rayon mərkəzinə gedən asfalt yolda 
yüksək sürətlə şütüyürdü. 
Meyiti  maşına qoydular. Əhlimanı axtaran polis işçiləri onu 
tapa  bilməyərək  qayıdıb  gəlmişdilər.  Bu  vaxt  Sabir  gəlib 
Əhlimanın maşınla kənddən çıxdığını xəbər verdi. Xəlilov cib 
telefonu  ilə  şöbəyə  zəng  vurmaq  istəsə  də,  heç  nə  alınmadı. 
Onun  əmri  ilə  hamı  maşınlara  doluşdu  və  tələsik  yola 
düşdülər. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
177 
Həyət  tamamilə  boşaldı.  Mahmudun  ehsan  mərasimi 
dağılmışdı. Hamı küçədə beş-beş, on- on yığışıb bu hadisəni 
müzakirə edirdi. Camaat nə baş verdiyini hələ də tam mənası 
ilə  anlamırdı.  Tövlədən  Səfayənin  meyiti  tapılıb...  Əhliman 
qaçıb... Deməli Səfayəni öz  əri öldürüb. Bəs  Mahmud? Bəs 
onu kim öldürüb? Onu da yəqin Əhliman öldürüb. Nə üçün? 
Nə səbəbə? 
Müxtəlif 
fikirlər 
səslənirdi 
bu 
barədə... 
ağlabatan, 
ağlabatmaz... Qara-qura fikirlər gəlirdi çoxunun beyninə... 
Mehdixan kişi Mahirgili də götürüb evə qayıtdı. Həyətə girən 
kimi  Elməddin  məsələni  atasına  anlatdı.  Mehdixan  kişi 
Qasımlının məqsədini başa düşüb cəld evə çıxdı və telefonu 
götürüb  şəhərə  zəng  vurdu.  Birtəhər  şöbəni  ala  bildi. 
Əhlimanın qaçdığını bildirib xahiş etdi ki, Bayəddinin evinə
polis göndərsinlər. 
Bu  saat  burada  elə  bir  adam  yoxdur.  -  deyə  növbətçi  cavab 
verdi.  -  Ancaq  Əmirəliyev  indi  şöbəyə  gəlməlidir,  ona 
deyərəm... 
Qanbay  Qasımlı  maşını  Sabirin  nişan  verdiyi  küçəyə
döndərən  kimi,  dam  örtüyündən  sarmaşıq  gülü  sallanan  ev 
diqqətini  cəlb  etdi.  Evə  çatmamış  maşını  əylədi.  Düşüb 
təmkinlə  darvazaya  yaxınlaşdı.  Darvaza  bağlı  deyildi.  Onu 
itələyib açdı və həyətə daxil oldu. Bu kiçik və sadə bir həyət 
idi.  Həyətin  bir  küncündə  yığılmış  maşın  hissələri  nəzərə 
downloaded from KitabYurdu.org


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə