Elxan Elatlı PƏNCƏRƏDƏ GÖRÜNƏn köLGƏ detektiv roman



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə35/43
tarix26.03.2018
ölçüsü4,8 Kb.
#34151
növüYazı
1   ...   31   32   33   34   35   36   37   38   ...   43

downloaded from KitabYurdu.org
155 
gəzərək söhbət etməyə başladılar. Kəsilib 
yanmçıq  hamamın  divan  dibinə  atılmış  üç  qoyun  başı  sahə
müvəkkilinin diqqətindən yayınmadı. 

Qoyun-quzunu örüşə buraxmısan? - deyə soruşdu. 

Hamısını öz həyətimə aparmışam. - Ağayar cavab verdi. 
- Burada yiyəsiz qoymaq olmazdı axı!? 
Sahə müvəkkili qabaqda, Ağayar isə onun arxasınca tövləyə
tərəf getdilər. Miriyev tövlənin qapısını açıb içəri girdi. Orada 
bir kök quzu var idi. Quzu qapının açıldığını görüb bərkdən 
mələdi  və  tövlədən  çıxmağa  çalışdı.  Miriyev  ona  imkan 
verməyib qapını örtdü və: 

Bu kimindir? - deyə Ağayardan soruşdu. 
Ağayar özünü itirmişdi. 

Mənim bundan xəbərim yoxdur... 

Zarafatını  saxla!  -  Miriyev  istehza  etdi.  -  Gedək, 
Mehdixan kişigildə söhbət edərik. 

Ağamurad! - Ağayar həmişəki kimi ona adı ilə müraciət 
etdi.  -  Sən  öl,  mənim  bu  quzudan  xəbərim  yoxdur!  Mən  öz 
evimdə olmuşam. 

Mən sənə nə deyirəm ki? - Ağamurad güldü. - Deyirəm 
gedək,  beş-on  dəqiqə  nümayəndənin  evində  söhbət  edək.  O, 
məni gözləyir. Çay süfrəsini yarımçıq qoyub gəlmişəm. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
156 

Yaxşı...  Gedək...  -  Ağayar  bu  adamı  tanıya  bilmirdi. 
Guya hər həftə onunla araq süfrəsində oturan Miriyev deyildi 
bu... 
Onlar həyətə girəndə Mehdixan kişi qalxıb hər ikisini süfrəyə
dəvət etdi. Miriyev razılaşmadı: 

Biz  getməliyik,  ağsaqqal,  rəis  bizi  gözləyir.  -  Sonra 
Ağayara tərəf döndü: - Sən də keç otur maşında! 

Niyə?! - Ağayar sanki qulaqlarına inanmadı. 

Rəis söhbət eləmək istəyir səninlə! 
Ağayarın boğazı bir andaca qurudu: 

Ağamurad müəllim, sənə qurban olum, mən nə etmişəm 
ki? Həm də bu gün qardaşımın yeddisidir axı?! 
Sahə müvəkkili bir söz deməyib çiynindən avtomat sallanmış 
polis  əməkdaşına  baxdı.  O  da  həmin  dəqiqə  yaxınlaşıb 
Ağayann qolundan tutdu və aparıb maşının arxa hissəsindəki 
qapalı  yerdə  otuzdurdu.  Qapını  arxadan  bağlayıb  özü  də
maşına  mindi.  Ağamurad  sürücünün  yanında  əyləşəndə
Mehdixan kişi ondan oğurlanmış quzu barədə soruşdu. 
-  Mahmudun  tövləsindədi.  Ağayar  oğurlayıb  onu.  Əhlimana 
deyin, gedib aparsın! - deyə Miriyev cavab verdi və maşının 
qapısını çırpdı. Maşın şəhərə yola düşdü. 
Saat on bir olmuşdu. Qonaqlar nahardan sonra yığışıb Bakıya 
gedəcəkdilər.  Artıq  müəyyən  hazırlıq  işləri  də  görülmüşdü. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
157 
Hətta  Nemət  «Qaz-  24»-ün  üstündən  örtüyü  götürmüş, 
təmizləyərək işə salıb yoxlamışdı. Qabaq şüşəsinə «PRESS» 
yazılmış  lövhə  yapışdırılan  Volqa  süfrə  açılmış  stolun 
yanındaca  üzü  darvazaya  dayanmışdı.  Stolun  arxasında 
Nemətlə üzbəüz oturmuş Mehdixan kişi çay gətizdirdi. Heyva 
ağacının altında söhbət edən Qasımlı ilə Mahiri də çay içməyə
dəvət etdi. Onlar da gəlib süfrənin arxasında oturdular. 
Artıq yağlı bir quzunu kəsib, ətini doğramış Elməddin də əlini 
yuyub çay içmək üçün onlann yanma gəldi. 
-  Deməli,  gedirsiniz?...  -  deyə  ev  sahibi  mehribanlıqla,  sadə
görünməyinə baxmayaraq, Nemətdən eşitdiklərinə görə qeyri-
adi insan hesab etdiyi Qasımlıya müraciət etdi. 

Bəli!  Sizdən  çox  razıyıq,  Mehdixan  əmi!  -  Qasımlı 
düşüncəli tərzdə dilləndi. - Bizim üçün çox zəhmət çəkdiniz. 

Heç bir zəhməti - filanı yoxdur. Bu bizim borcumuzdur. 

Biz bir neçə saatdan sonra buradan gedəcəyik. Ona görə
də  istəyirəm,  sizə  kiçik  də  olsa,  öz  xidmətimi  göstərim.  - 
Qasımlı dedi. 

Nə barədə? - Mehdixan kişi maraqla soruşdu. 

Mən  bir  həftə  əvvəl  baş  vermiş  cinayət  haqqında 
danışıram.  Bilirəm  ki,  bu  hadisə  siz  də  daxil  olmaqla,  bir 
çoxlarının yuxusunu ərşə çəkib. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
158 

Sizin bu hadisə barədə bildiyiniz bir şey var? - Mehdixan 
kişi özündən asılı olmayaraq həyəcanlandı. 

Bəli... 

Onda xahiş edirəm, köməyinizi əsirgəməyin! 
Nemət fəxrlə, bir az da məzəmmətlə qonşusuna baxdı: 

Deməli,  siz  burada  da  işlə  məşğul  olmusunuz?!  Ancaq 
mənim bundan heç xəbərim olmayıb. 

Yox!  -  Qasımlı  etiraz  etdi.  -  Mən  heç  bir  işlə  məşğul 
olmamışam. Əlbəttə, hərdənbir düşünməyi iş hesab etməsək. 

Elə sizin işiniz düşünməkdi də!.. - Nemət gülümsədi. 

Qoy Qanbay müəllim öz fikrini desin! - icra nümayəndəsi 
artıq söhbəti kəsmək istədi. 
Qanbay Qasımlı stulunu qabağa çəkib danışmağa başladı: 

Buraya  istirahətə  gəldiyimiz  üçün  baş  vermiş  cinayət 
hadisəsinə  qarışmaq  fikrim  qətiyyən  yox  idi.  Mahirin  xahişi 
ilə  biz  hadisə  yerində  olduq  və  mən  orada  doğrusu,  elə  bir 
qeyri-adi  şey  görmədim.  Əlbəttə,  çox  xırda  detalları  nəzərə
almasaq.  Və  keçən  iki  gün  ərzində  hadisə  barədə  heç  nə
düşünmək istəmədim. 
Mayın  22-də,  sahə  müvəkkili  burada  olanda  pəncərədə
görünən  kölgə  haqqında  ilk  dəfə  onun  dilindən  eşitdim. 
Əhliman  deyibmiş  ki,  həmin  gecə  Mahmudun  otağının 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
159 
pəncərəsində  yad  adamın  kölgəsini  görüb.  Eyni  zamanda, 
qeyd  edib  ki,  bu  arıq  və  uzun  adamın  kölgəsi  imiş.  Həmin 
söhbəti eşidən kimi mən Əhlimanın özündən şübhələndim. Bu 
şübhəm o qədər güclü və aydın idi ki, hətta mən, Əhlimanın 
bu cinayətdə əli olmağına qəti inandım. 

Bu  heç  kəsin  ağlına  gəlməyən  bir  şeydir!  -  Mahir 
dözməyib  onun  sözünü  kəsdi.  -  Axı  siz  ondan  nəyə  əsasən 
şübhələndiniz? 

Bunu  icazə  versəniz,  axırda  deyərəm...  -  polkovnik  bir 
siqaret yandırıb söhbətinə davam etdi: 
- Hadisələrin gedişinə diqqətlə fikir verəndə, mən daha başqa 
şübhəli məqamlar da aşkar etdim. Məsələn, uşaq danışırdı ki, 
həmin  gün  Mahmud  onların  həyətinə  gəlib  və  çəkic  istəyib. 
Həmin  vaxt  Əhliman  həyətin  o  biri  tərəfində,  tövlədə  imiş. 
Mahmud  özü  birbaş  tövləyə  gedib  və  o  saat  əlində  çəkic, 
Əhlimanla birlikdə geri qayıdıb. Bu hadisə günortadan sonra 
olub.  Deyək  ki,  saat  üç  radələrində.  Biz  özümüz  günortaya 
yaxın  gəzintidən  qayıdanda  Mahmudu  görmüşdük.  O, 
küçədən daş aparıb, həyətdə hamam tikirdi. Açıq darvazadan 
yarımçıq tikinti görünürdü. Mahmud onda hamamın divarını 
beş  sıra  çəkmişdi.  Səhəri  gün  biz  orada  olanda  isə,  mən 
gördüm  ki,  əlavə  olaraq,  cəmi  iki  sıra  daş  çəkilib.  Həm  də
hazırlanmış  sement  palçığının  çox  hissəsi  bərkiyib  zay 
olmuşdu.  Bu  onu  göstərirdi  ki,  Mahmud  Əhlimangildən 
downloaded from KitabYurdu.org


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə