downloaded from KitabYurdu.org
168
-
Doğrusu,
bilmirəm, necə olub ki, bu Əmirəliyevin ağlına
gəlməyib...
-
Nə? - Mahir səbrini basa bilməyib sual verdi.
-
Mən Mahmudun evində olanda...
Maşın siqnalının səsi
polkovnikin sözünü
ağzında qoydu. Mehdixan kişi cəld qalxıb qapıya çıxdı.
Küçədə üç maşın dayanmışdı. Ağ rəngli «Niva» və qapılan
üzərində «Polis» sözü yazılmış iki UAZ.
İcra nümayəndəsi «Nə tez çatdırdılar özlərini?..» deyə
düşünüb «Niva»ya yaxınlaşdı. Arxa oturacaqda yanaşı
əyləşmiş rayon prokuroru və polis şöbəsinin rəisi ilə görüşdü.
Polkovnik-leytenant Xəlilov:
-
Keç əyləş! - deyə sürücünün sağındakı boş oturacağı
göstərdi.
-
Bəlkə əvvəlcə düşüb qonağım olasınız?..
-
Yox! - Prokuror cavab verdi. Vaxtımız azdır.
Mehdixan kişi:
-
Onda bir dəqiqə gözləyin! - deyib həyətə girdi. Qonaqlara
görə pərt olmuşdu. Şöbəyə zəng vurmaqda tələsdiyi üçün
özünü danlayırdı. Məsələni qonaqlara anlatdı.
-
Biz də gəlib baxmaq istəyirik! - deyə Nemət cəld dilləndi.
Mahirlə Elməddin də onun fikrinə şərik oldu.
downloaded from KitabYurdu.org
downloaded from KitabYurdu.org
171
- Bunları həyətdən apann! Qoy meyit çıxanlanda onu
görməsinlər...
Mehdixan kişi küçəyə çıxıb Əhlimana qohumluğu çatan bir
kişini çağırdı və tapşırdı ki, uşaqlan götürüb öz evinə aparsın.
Həyətə qayıdanda prokuror bir də xahiş etdi ki, iki nəfər orta
yaşlı adam tapıb gətirsin. Onlar həm tövlənin döşəməsini
söküb meyiti çıxarmalı, həm də hal şahidi kimi
tərtib ediləcək
protokola imza etməli idilər.
Hər şey hazır olandan sonra birlikdə tövləyə tərəf getdilər.
Tövlənin içi alaqaranlıq idi. Videooperator çəkiliş üçün özünə
münasib yer seçib kameranı işə saldı. Mehdixan kişinin
gətirdiyi adamlar polis rəisinin göstərişi ilə ling götürüb
göstərilən yerdə döşənmiş daşları sökdülər. Daha sonra
əllərinə bel alıb torpağı ehtiyatla qazmağa başladılar.
Qanbay Qasımlı həyətdə, kabab üçün qalanmış tonqalın
yanında,
stulda oturub, sönməkdə olan tonqala baxır, əlindəki
şişlə kösövləri qurdalayırdı. Elməddin isə ondan bir qədər
kənarda bardaş qurub doğranmış ət tikələrini şişə çəkirdi. Heç
biri danışmırdı. İkisi də başa düşürdü ki, qonaqlann yola
salınma mərasimi şən keçməyəcək və bu mümkün də deyildi.
Kəndin o biri başında, Əhlimanın həyətində bu saat dəhşətli
anlar yaşanırdı. Qadınlar da nahar süfrəsini könülsüz
hazırlayırdılar. Sanki hamının üstünə su ələnmişdi.
downloaded from KitabYurdu.org