Elxan Elatlı PƏNCƏRƏDƏ GÖRÜNƏn köLGƏ detektiv roman



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə32/43
tarix26.03.2018
ölçüsü4,8 Kb.
#34151
növüYazı
1   ...   28   29   30   31   32   33   34   35   ...   43

downloaded from KitabYurdu.org
142 
Əmirəliyev dəstəyi yerinə qoydu. Heç özü də bilmirdi ki, bu 
xəbərə sevinmək lazımdır, yoxsa kədərlənmək... 
Mehdixan  kişinin  həyətində  bu  gün  bir  qədər  başqa  əhval-
ruhiyyə  var  idi.  Bu  gecə  qonaqların  kənddə  keçirdikləri 
axırıncı  gecə  olacaqdı.  Sabah,  günortadan  sonra  Qasımlı, 
Mahir və Nemət Bakıya qayıtmalı idilər. 
Odur ki, şam yeməyi əvvəlkilərdən dəbdəbəli olmuş, evdəki 
qadınlar da gəlib süfrə arxasında oturmuşdular. Yemək süfrəsi 
yığışdırılmış, süfrəyə mürəbbə ilə çay gəlmişdi. Stola və onun 
ətrafına evin qabağından asılmış elektrik lampasından gur işıq 
düşürdü. Bu işıqda Qasımlının sifətinə diqqətlə baxan olsaydı, 
onun  söhbətlərə  qulaq  asmağına  və  hərdən  gülümsədiyinə
baxmayaraq,  fikirli  olduğunu  görə  bilərdi.  Görəsən,  məşhur 
xəfiyyə  nə  fikirləşirdi?  Belə  gözəl  bir  ailədən  tezliklə
ayrılacağına  kədərlənirdi,  yoxsa  onu  narahat  edən  başqa  bir 
məsələ var idi? Bunu onun özündən başqa heç kəs bilmirdi. 
-  Sizi  evimizdə  həmişə  qonaq  görməyə  şad  olacağıq,  -  ev 
sahibi səmimiyyətlə bildirdi. - Nə 
vaxt könlünüzə istirahət etmək düşdü, mütləq gəlin! 
Qasımlı təbəssümlə ona minnətdarlığını bildirdi: 

Sağ  olun,  biz  də  sizdən  çox  razıyıq.  Bir  həftədən  çox 
əziyyətimizi çəkdiniz. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
143 

O  nə  sözdür?  Borcumuzdur!  -  Mehdixan  kişi  əlini 
sinəsinə qoydu: - Sizin kimi böyük insana qulluq etmək özü 
şərəfdir. 

Ancaq  mən  çox  istəyərdim  ki,  biz  buraya  ov  etməyə
gələk! - Mahir dedi. 
Bu arzu Elməddinin lap ürəyindən oldu: 

Payızın axınnda, ya qışda mən sizin qulluğunuzda hazır! 
Meşə, heyvanlar qanşıq qurbandır sizə! 
-  Deyəsən,  vəzifəndən  sui-istifadə  edirsən  əzizim,  bu  düz 
deyil! 
Mahirin  bu  atmacasına  hamı  güldü.  Polkovnik  üzr  istəyib 
ayağa  qalxdı  və  stoldan  aralanıb  qaranlıq  həyətə  keçdi. 
Gündüzdən  gövdəsində  istirahət  etdikləri  heyva  ağacının 
altında  dayanıb  bir  siqaret  yandırdı  və  çəkməyə  başladı. 
Beynində  dolaşan  fikirləri  sonuncu  dəfə  götür-qoy  etmək 
üçün ona təklik və sakitlik lazım idi. 
Bu  vaxt  Elməddinin  iti  qaranlıqda  asta-asta  ona  yaxınlaşdı. 
Bir  qədər  yanında  dayanıb  təəccüblə  üzünə  baxandan  sonra, 
gəldiyi kimi sakitcə uzaqlaşıb tövləyə tərəf getdi. Qasımlı itə
fikir vermədi. Kim bilir, kənddəki bir həftəlik istirahətini başa 
vurduğu  bir  vaxtda  nə  düşünürdü  o?..  İstirahətə  gəlməyinə
baxmayaraq,  peşəsini  burada  da  unutmamış,  narkotik  bitki 
yetişdirən  iki  adamı  ifşa  etmişdi.  Bəlkə  qonağı  olduğu  bu 
kənddə  kimlərəsə  pislik  etdiyi  üçün  peşman  idi  polis 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
144 
polkovniki?  Yox,  o,  peşman  olan  adama  oxşamırdı.  Nadir 
hallarda  öz  peşəsinin  insanlara  nə  dərəcədə  xeyir  və  ziyan 
gətirdiyi barədə düşüncələrə dalsa da, öz əqidəsində qəti idi. 
Qoy cinayətkar özünü haqlı bilsin, bu onun öz işidir. Ancaq 
Qanbay Qasımlı adlı bir nəfər də var ki, o, baş vermiş cinayəti 
açmaq qərarına gələ bilər. Bu qərara gəlmək üçün ona pul da 
təklif  edə  bilərlər,  xahiş  də  edə  bilərlər.  Fərqi  az  idi  bunun. 
Əsas o idi ki, polkovnik 
Qasımlı  bu  işi  boynuna  götürsün.  Əgər  götürdümü,  vay  o 
cinayətkarın halına. Qoy bütün gücünü, biliyini, hiyləgərliyini 
işə  salıb  Qasımlının  diqqətindən yayınmağa,  onu  azdırmağa 
çalışsın.  Təki,  axırda  ifşa  olunanda  polkovniki  qınamasın. 
Deməsin  ki,  bu  işə  niyə  başını  soxub?  Qanbay  Qasımlmm 
peşəsi  bu  idi  və  başqalarının  nə  düşünməyindən  asılı 
olmayaraq, öz peşəsini dəyişmək fikrində deyildi. 
Bu  baxımdan,  polkovnik  bir  çoxları  üçün  qorxulu  düşmən 
olmuşdu və qorxulu düşmən olaraq qalırdı. O, bir cinayət işini 
boynuna  götürəndə  cinayəti  törədən  naməlum  adam  istər-
istəməz  onun  rəqibinə  çevrilirdi.  Rəqibi  ilə  döyüşün  son  və
həlledici  anında  Qasımlı  öz  ovunu  görmüş  pələngi 
xatırladırdı. Həmin anlarda onun sifətində bir az sonra edəcəyi 
qəti sıçrayışın nişanələri görünürdü. 
Elə indinin özündə, zülmət qaranlıqda, heyva ağacının altında 
dayanıb siqaret çəkərkən, ona yaxından baxan olsaydı, siqareti 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
145 
sümürüb  közərtdiyi  anlarda  üzünə  düşən  zəif  işıqda  o 
nişanələri sezə bilərdi. 
Bəlkə  bir  həftə  əvvəl  kənddə  baş  vermiş  qanlı  cinayətin 
motivləri  düşündürürdü  onu?  Bunu  demək  çox  çətin  idi. 
Çünki polkovnik həmin cinayət prosesi ilə demək olar ki, heç 
maraqlanmamışdı. 
Qaşqabaqlı  xəfiyyə  nə  barədəsə  hey  düşünür,  düşünürdü. 
Nəhayət,  deyəsən,  bir  qərara  gəlib,  evə  tərəf  çevrildi  və
siqaretin  kötüyünü  yerə  atıb  tapdadı.  Yatmaq  vaxtı  keçirdi. 
Evin qarşısındakı stolun  ətrafında təkcə  ev  sahibi və  Nemət 
qalmışdı.  Onlar  nə  barədəsə  ikilikdə  söhbət  edirdilər.  Polis 
kapitanı Mahir Talıbov isə heyva ağacına tərəf gəlirdi... 
... Bir azdan Nemət onları səslədi: 
- Yatmaq istəmirsiniz? 
Qasımlı  ilə  Mahir  yuxarı  qalxaraq,  evin  qarşısındakı 
əlüzyuyanda yuyunub, dişlərini təmizlədilər və yatmaq üçün 
evə  çıxdılar.  Artıq  saat  12-ni  keçmişdi.  Onların  kənddə
keçirdikləri axınncı gün başlanırdı. 
Gecədən xeyli keçmişdi. Ayın kəndin üzərinə səpələdiyi işığı 
kəndə sirli və çox qəmli bir görkəm verirdi. Bomboş küçələrdə
bir ölüm sakitliyi hökm sürürdü. Bu ölüm sükutunu, haradasa, 
kəndin  yuxan  hissələrindən  gələn  it  səsi  pozdu.  Başqa  bir  it 
onun  səsinə  səs  verdi.  Sonra  sakitlik  yenidən  kəndi  öz 
qoynuna aldı. 
downloaded from KitabYurdu.org


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə