Elşən Hacızadə Vahid Axundov Ziyad Səmədzadə Fazil Məmmədov Kəmaləddin Heydərov Şahin Mustafayev Azər Əmiraslanov



Yüklə 12,44 Mb.
Pdf görüntüsü
səhifə43/44
tarix16.08.2018
ölçüsü12,44 Mb.
#63300
1   ...   36   37   38   39   40   41   42   43   44

104
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
- Vergi orqanı tərəfindən əlavənin qəbul edilməsi №-si və tarixi çərçivəsində  daxil olma tarixini
və qeydiyyat nömrəsini göstərilir.
Əlavənin qəbul edilməsi №-si və tarixi çərçivəsində aşağında Əlavəni qəbul edən şəxsin soyadını,
adını və atasının adını (çərçivədən kənara çıxmadan)  yazmaqla imzalanır. 
-  Əlavənin «poçt ştempelinin vurulma tarixi» xanalarında Əlavə poçt vasitəsilə göndərildiyi
halda zərfin üzərinə vurulmuş poçt  ştempelinin tarixi yazılır.
Misal: Fərdi sahibkar 2010-cu il üzrə Gəlir vergisinin bəyannaməsinə Əlavəni poçt vasitəsilə
təqdim etmiş və bəyannamə qoyulmuş zərfin üzərinə poçt ştempelinin tarixi «14.03.2011»  vurul-
muşdur. Bu halda, vergi orqanı tərəfindən bəyannamənin «poçt ştempelinin vurulma tarixi» xanasında
tarix aşağıdakı kimi yazılır:
gün               ay                       il
«Poçt ştempelinin vurulma tarixi» çərçivəsindən aşağı sağ küncdəki  «xüsusi otağın ştampı»
çərçivəsidə ştamp vurulur.
Əlavə vergi orqanına birbaşa təqdim edildikdə poçt ştempelinin vurulma tarixi üzrə xanalar
doldurulmur. Əlavə internet vasitəsi ilə təqdim edildikdə vergi orqanlarına aid olunan  xanalar doldu-
rulmur.
1
4
0
3
2
0
1
1


105
Jurnal haqqında
«Azərbaycanın vergi xəbərləri» (AVX)
jurnalı  2003-cü  ildə Azərbaycan  Respub-
likasının Vergilər Nazirliyi tərəfindən təsis
edilmişdir.
Müstəqil, resenziyalı, aylıq elmi nəşrdir.
Jurnal  beynəlxalq  ISSN  (Beynəlxalq
Standart Seriya Nömrəsi) mərkəzində qey-
diyyata  alınmış  (ISSN  -  2219-8733)  və
Azərbaycan Respublikası Prezidenti yanında
Ali  Attestasiya  Komissiyasının  qərarı  ilə
iqtisadiyyat  elmləri  üzrə  elmi  nəşrlər
siyahısına daxil edilmişdir.
Elmi missiya
«Azərbaycanın  vergi  xəbərləri»  jur-
nalında,  əsasən,  vergiqoymanın  müasir
problemlərini və vergi işinin ümumkonsep-
tual məsələlərini optimal nəzəri və praktiki
uzlaşmada elmi-metodoloji cəhətdən ifadə
edən məqalələrin dərcinə üstünlük verilir.
Jurnalda  həmçinin  iqtisadiyyatın  digər
sahələrilə bağlı yazılmış orjinal məqalələrin
dərcinə də yer verilir.
Jurnalın dili
Azərbaycan, türk, ingilis və rus.
Əlyazmanın redaksiyaya
təqdim olunma qaydası
Əvvəllər çap olunmuş və ya çap olunmaq
üçün  başqa  bir  dövri  nəşrə  göndərilmiş
əlyazmaların  jurnala  tədqim  edilməsi
yolverilməzdir.
Əlyazmanın orijinalı mükəmməl redaktə
edilmiş halda 2 nüsxədə (həmçinin elektron
forması kompakt diskdə) müəllif(lər)in özü
və  ya  tədqiqatın  aparıldığı  müəssisə
tərəfindən göndəriş məktubu ilə redaksiyaya
(Azərbaycan Respublikası, Bakı, Az 1073,
Landau küçəsi 16) təqdim edilir. Əlyazma
müəllif(lər) tərəfindən imzalanmalı və onun
redaksiyaya 
təqdimolunma 
tarixi
göstərilməlidir.
Müəlliflər  redaksiyaya  təqdim  edilən
əlyazma  ilə  bağlı  müvafiq  müəllif  anketi
doldurmalıdırlar.  Göndəriş  məktubu  və
müəllif anketinin nümunəsini jurnalın inter-
net səhfəsindən (www.vergixeberleri.az) 
ya redaksiyadan götürmək olar.
Əlyazmaların elektron qaydada təqdim
edilməsi də mümkündür və bu zaman onlar
jurnalın 
elektron 
poçtuna
(vergixeberleri@taxes.gov.az) göndərilir.
Əlyazmanın resenziyalaşdırılması
və dərci
Redaksiyaya  təqdim  edilən  əlyazmalar
Elmi Ekspert Heyətinin üzvləri tərəfindən
konfedensial olaraq resenziyalaşdırıldıqdan
sonra onların dərc edilib-edilməməsinə qərar
verilir.  Resenziyalaşdırma  və  təsdiqetmə
müddəti ümumilikdə 3 aydır. Əlyazmalar re-
senziyalaşdırma  prosedurunun  nəticələri
əsas götürülərək növbəlilik prinsipi ilə dərc
edilir. 
Müəlliflik hüquqları
Jurnalda dərc edilən məqalələrdə müəl-
liflik  hüququ  qorunur  və  bu  məqalələrin
bütün  nəşr  hüququları  eksklyuziv  olaraq
«Azərbaycanın  vergi  xəbərləri»  jurnalına
aiddir.  Jurnalda  çap  edilmiş  məqalələrin
eynilə digər nəşrlərdə dərcinə yalnız Redak-
siyanın  yazılı  icazəsilə,  sitatlarların  veril-
məsinə  isə  mənbə  göstərilmək  şərtilə  yol
verilir.
Nəşrin müəlliflərə təqdim edilməsi
Məqalə  müəllifi(ləri)nə  1  nüsxə  jurnal
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 3/2011.
MÜƏLLİFLƏR ÜÇÜN QAYDALAR
MƏLUMAT


redaksiya  tərəfindən  hədiyyə  edilir.
Həmçinin  məqalələrinin  jurnalda  yer-
ləşdirldiyi qaydada tam mətninin elektron
formasını jurnalın internet səhfəsindən əldə
edə bilərlər.
Əlyazmanın strukturu və həcmi
Əlyazmanın mətni dəqiq strukturlaşdırıl-
malı, bir sətir buraxılmaq və yeni sətirdən
başlamaqla,  ardıcıl  olaraq,  «UOT»,
«Məqalənin adı» «Müəllifin adı və soyadı»
«Müəllifin işlədiyi qurumun adı və ünvanı,
müəllifin elektron poçt ünvanı», «Xülasə»,
«Açar  sözlər»,  «Giriş»,  «Material»,
«Nəticə», «Ədəbiyyat siyahısı» və xarici dil-
lərdə xulasələr - «Аннотация», «Ключевые
слова» və «Abstract», «Key words», «JEL
Classification  Codes»  strukturunda  tərtib
edilməli, həcmi əlavələr, şəkil və cədvəllər
daxil  olmaqla  iki  müəllif  vərəqi  -  80000
işarədən (ara boşluqları nəzərə alınmaqla) -
30 səhifədən çox olmamalıdır.
Əlyazmanın tərtib edilmə qaydaları
Əlyazmanın  mətni  Microsoft  Office
Word proqramında A4 formatda, Times New
Roman - 14 şriftində (qara rəngdə), 1,5 in-
tervalda  yığılmalı,  səhifələrin  bütün  kə-
narlarında 2 sm boş sahə buraxılmalıdır.
Əlyazmanın  başlığı  böyük  hərflərlə,
yarımbaşlıqları isə yalnız ilk hərfi böyük ol-
maqla,  qalın  şiriftlə  və  nömrələndirilərək
yazılmalıdır. Başlıq və yarımbaşlıqlardan,
cədvəl və şəkillərdən əvvəl və sonra bir sətir
ara boşluğu buraxılmalıdır. Səhifələr ardıcıl
olaraq yuxarı sağ küncdə nömrələnməlidir.
Cədvəl və şəkillərin adı olmalı və bu ad
cədvəllər üçün cədvəlin üstündə sağ küncdə,
şəkillər üçün şəklin altında sol küncdə yer-
ləşdirilərək, ərəb rəqəmlərilə ardıcıl nöm-
rələndirilən,  müvafiq  olaraq  «cədvəl»  və
«şəkil» sözündən sonra yazılmalıdır. Cədvəl
və şəkillərin başlıqları ilk hərfləri böyük ol-
maqla qalın şiriftlə yazılmalıdır. Cədvəlin
sütunlarının adı qısa olmalı, ölçü vahidləri
mötərizədə göstərilməlidir. 
Şəkillər elektron formatda «jpg», «tif»
fayl  tipində,  CMYK-rəng  rejimində,  300
dpi-dən  az  olmayan  ölçüdə,  qrafik  illüs-
trasiyalar Word, Exsell, Adobe Illustrator,
Potoshop, CorelDRAW və PowerPoint pro-
qramlarından birində təqdim edilməlidir.
Cəvləl və şəkillər biri-birini təkrarlama-
malı, göstəricilər Beynəlxalq vahidlər siste-
mində (Sİ) verilməlidirlər. Əlyazmada bir
cədvəl  və  bir  şəkil  verildikdə,  müvafiq
olaraq, onlar nömrələnməli, «Cədvəl» və ya
«Şəkil» sözü də yazılmamalıdır.
Əlyazmada  istifadə  olunan  düsturlarda
rast  gəlinən  simvolların  qiyməti  və  ədədi
əmsallarının izahı, onların düsturdakı yer-
ləşmə ardıcıllığı nəzərə alınaraq, bilavasitə
düsturun altında verilir. Düstur sağ tərəfdə
mötərizə  daxilində  nömrələnməli,  hər  bir
simvolun  və  ədədi  əmsalın  qiyməti  yeni
sətirdə  yerləşdirilməli  və  izahatın  birinci
sətri «burada» sözündən sonra yazılmalıdır.
Tənliklər və düstürlar mətndən boş sətirlər
vasitəsilə ayrılmalıdır. Hər düsturun üstündə
və altında bir-iki boş sətir olmalıdır.
Məqalənin  mətnində  sözlər,  ümumi
qəbul  edilmiş  bir  neçə  ixtisarlar  və  çox
işlənən akronimlər (və s., məs., ABŞ, BMT)
istisna olmaqla, tam açıq verilməlidir.
Mətndə mövzu ilə bağlı zəruri istinadlar
olmalıdır.  İstifadə  edilən  bütün  mənbələr
«Ədəbiyyat siyahısı» hissəsində əlifba sırası,
yaxud da istinad olunan ədəbiyyatların mət-
nində rast gəlindiyi ardıcılıqla nömrələnməli
və  düzbucaqlı  mötərizədə  verilməlidir
(məsələn:  mənbəyə  bütövlükdə  istinad
edildikdə [1] və ya [3, 5, 8], sitat gətirildikdə
[4, s. 17-18]).
Mənbələr müəllif(lər)in soyadı, ad(lar)ı-
nın  ilk  hərf(lər)i,  mənbənin  adı,  nəşr  yeri
(məqalədirsə - jurnalın adı, məruzədirsə -
konfransın adı, kitabdırsa - nəşriyyatın və
şəhərin  adı),  cildi  (çoxcildi  əsərlər  üçün
106
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.


Yüklə 12,44 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə