Elşən Hacızadə Vahid Axundov Ziyad Səmədzadə Fazil Məmmədov Kəmaləddin Heydərov Şahin Mustafayev Azər Əmiraslanov



Yüklə 12,44 Mb.
Pdf görüntüsü
səhifə39/44
tarix16.08.2018
ölçüsü12,44 Mb.
#63300
1   ...   36   37   38   39   40   41   42   43   44

ARBİTR - (latınca - arbiter - vasitəçi)
- 1) geniş mənada - maraqlı olmayan va-
sitəsi,  iki  tərəfin  mübahisələrini  həll  et-
məyə  dəvət  edilmiş  şəxş;  2)  iqtisadi
xarakterli  mübahisələrin  həllində  tərəf-
lərdən heç birini dəstəkləmək marağı ol-
mayan vasitəçi. Arbitr məsələyə baxmaq
üçün  ya  mübahisə  tərəflərinin  qarşılıqlı
razılığı əsasında seçilir və yaxud da arbiti-
raj qanunvericiliyi əsasında vəzifəli şəxs
olur. 
ARBİTRAJ - (fransızca - arbitrage -
ədalətli qərar) - 1) qiymət fərqinə rəğmən
mənfəətin alınması prosesi. Məsələn eyni
səhmlər  müxtəlif  birjalarda  eyni  vaxtda
fərqli dəyərdə satılır. Alış və satış fərqi isə
digər birjaya nisbətdə mənfəət imkanlıdır.
2) mübahisələrin müstəqil arbitrə, hakim-
ekspertə müraciət əsasında həlli metodu.
3)  müəssisələr,  təçkilatlar,  şirkətlər
arasında  mülkiyyət  mübahisələrinin  və
həmçinin müqavilə öhdəliklərinin yerinə
yetirilməməsi  ilə  bağlı  iddiaların  həlli
üçün təsis olunmuş dövlət orqanı.
ARBİTRAJLAŞDIRMA -  əmtəələ-
rin, nemət və sərvətlərin bir bazardan ucuz
qiymətə satın alınaraq digər bir bazarda
baha  qiymətə  satılması.    Arbitrajlaşma
əmtəənin  müxtəlif  bazarlardakı  qiymət
fərqi  əsasında  həyata  keçirilir.  Əgər
əmtəələrin  qiyməti  bazarlar  arasında
eyniləşirsə,  bu  zaman  arbitrajlaşdırma
sıfra enir.
ARBİTRAJ SÖVDƏLƏŞMƏLƏRİ -
əlavə mənfəət eldə etmək üçün eyni birja
əmtəəsinin qiymət fərqi (qiymət kursları)
və  ya  təchizat  müddəti  müxtəlifliyinə,
həmçinin bir səhmin digəri ilə əvəz olun-
masına əsaslanan birja sövdələşməsi.
ARBİTRAJ TUNELİ - (ingiliscə - ar-
bitrage tunnel) - arbitrajlaşma əməliyyat-
ları  aparmaq  üçün  maliyyə  alətlərinin
qiymətləri arasındakı fərq.
ARTEFAKT - (latınca - artefactum -
süni  düzəldilmiş)  -  insan  tərəfindən
yaradılan predmet, hadisə, proses.
ARQUMENTLƏŞDİRMƏ -  əmtəə
və  xidmətlərin  alınmasına  mane  olacaq
səbəb və vəziyyətləri, həmçinin potensial
alıcıdan gözlənilə bilən etirazları əks et-
dirən, həmin əmtəə və xidmət satıcısının
sərəncamına verilən sənədlər. Arqument-
ləşdirmədən  bazar  uğrunda  mübarizə
metodu kimi istifadə olunur.
AREAL - (latınca - area - sahə, mə-
kan)  -  hüdudlarında  digər  həmsərhəd,
qonşu regionlara xas olmayan halların və
ya səciyyəvi cəhətlərin müşahidə edildiyi
ərazini göstərən iqtisadi-coğrafi anlayış.
ARMATOR -  (latınca  -  armator  -
silahlandıran, təchiz edən) - gəmi sahibi;
mülkiyyət hüququnun ona məxsus olub-
olmamasından asılı olmayaraq gəmini is-
tismar edən şəxs. Armator gəmini reysə
hazırlayır,  lazımi  vasitələrlə  təchiz  edir,
heyətini  kiraləyir,  kapitan  dəvət  edir  və
onun fəaliyyətinə görə məsuliyyət daşıyır.
ARTEL - kollektivçilik əsasında birgə
əmək fəaliyyəti həyata keçirilməsi üçün
fiziki şəxslərin (vətəndaşların) bir qayda
olaraq müvəqqəti könüllü birləşməsi. Artel
məzmununa  görə  "istehsal  kooperativi"
anlayışına  uyğundur.  Onun  əmlakı  ilkin
pay  qoyuluşlarından  başqa  kollektiv
mülkiyyətin bölünməz hissəsini təşkil edir.
ARTİKUL -  (latınca  -  articulus  -
hissə,  bölüm)  -  əmtəənin  tipini,  onun
rəqəmli  və  hərf  işarəli  təyinatını  verən
ticarət termini.
96
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 3/2011.


AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
97
Azərbaycan Respublikası Vergilər Nazirinin    
10 mart 2011-ci il tarixli 1117040100413300 №-li 
Əmri ilə təsdiq edilmişdir
«Gəlir vergisinin bəyannaməsi»nə Əlavə 
Əlavədə göstərilən «Qeyd»dəki «verilmiş formanın tərtib edilməsi qaydalarını oxuyun» və « +,
/, %,  Z simvollarından istifadə etməyin, böyük çap hərflərlə qara və ya göy diyircəkli qələmlə doldu-
run» tövsiyələrə ciddi əməl olunmalıdır.
Əlavə doldurularkən qaralamalara və düzəlişlərə yol verilmir.
Təqdim  olunmuş  Əlavədə  aparılan  hesablamalardakı  riyazi  səhvlər  vergi  orqanı  tərəfindən
düzəldilir və kompyuter proqram vasitəsi ilə düzgün hesablanmış vergi məbləğləri birbaşa baza
göstəricilərinə daxil edilir.
-  «Qeyd»dən  sonrakı  «Əlavənin təqdim edidiyi vergi orqanının adı» sətrin xanalarında  böyük
çap hərfləri ilə hər xanada bir hərf yazmaqla vergi orqanının adı göstərilməlidir.
Misal:
Bəyannamə təqdim edildiyi vergi orqanının adı
Bölmə I. Vergi ödəyicisi haqqında ümumi məlumat.
-  1-ci sətrin «VÖEN» xanalarında (hər xanada bir rəqəmlə) vergi ödəyicisinin VÖEN-i yazılır;
Misal: 
2-ci sətirdə «Vergi dövrü»,  işarəsindən sonrakı dörd rəqəmli xanalarda  bəyannamənin hansı
hesabat ilinə aid olmasından asılı olaraq (hər xanada bir rəqəmlə) müvafiq il yazılır.
Misal:   Əgər bəyannamə 2010-cu il üzrə tərtib edilirsə, bu halda soldan sağa doğru dörd xanada
il aşağıdakı qaydada yazılır:
Vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapitallar barədə məlumat
-  Əlavənin  «CƏMİ AKTİVLƏR» sətri vergi ödəyicisinin bütün qruplar üzrə aktivlərinin
hərəkətinin (mədaxil, məxaric) və hesabat dövrünün sonuna həmin aktivlərin dəyərinin  əks olunması
üçün nəzərdə tutulub. Bu sətrə aid olan «Dövr ərzində daxil olmuşdur», «Təqdim edilmiş, silinmiş
və ləğv edilmişdir» və «Hesabat dövrünün sonuna» sütunlarının xanalarında (hər xanada bir rəqəmlə)
hesabat dövrü ərzində vergi ödəyicisinin    1.1   «Əsas vəsaitlərin dəyəri»,     1.2   «Qeyri-maddi ak-
tivlərin dəyəri»,     1.3    «Ehtiyatlar»,     1.4    «Debitor borcları»,      1.5    «Pul vəsaitləri»,     1.6
«Səhmlər və paylar üzrə maliyyə qoyuluşları»,      1.7    «Dövlət qiymətli kağızları»,     1.8    «Kapi-
tallaşdırma üçün aktivlər»,     1.9     «Gələcək dövrün xərcləri»,     1.10    «Digər aktivlər» sütunlarının
xanalarında göstərilmiş məbləğlərin cəmi (  1.1  +  1.2  +  1.3  +   1.4  +  1.5  +  1.6  +   1.7  +  1.8
+   1.9  +   1.10 ) yazılır.
B Ə Y A N N A M Ə L Ə R İ N Q Ə B U L U V Ə
İ Ş L Ə N M Ə S İ
İ D A R Ə S İ
METODOLOGİYA


Yüklə 12,44 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə